• YOX məntiqi mikrosxemləri.
  • Şəkil 1.13. «Və - yox» məntiq elementi və vəziyyət cədvəli




    Download 303.03 Kb.
    bet4/5
    Sana19.10.2023
    Hajmi303.03 Kb.
    #88667
    1   2   3   4   5
    Şəkil 1.13. «Və - yox» məntiq elementi və vəziyyət cədvəli.


    Geniş yayılmış məntiq mikrosxemlərinin seriyaları. Məntiq mikrosxemlərinin ən geniş tətbiq olunan növləri baza məntiq elementlərindən: “YOX”, “VƏ”, “YAXUD”, “VƏ –YOX” və “YAXUD-YOX” elementlərindən təşkil olunmuş mikrosxemlərdir.
    YOX əməliyyatını yerinə yetirən mikrosxemlər bir girişə və bir çıxışa malik olan məntiqi inversiya (inkar) elementlərindən ibarətdir. Məntiqi “YOX” elementinin girişinə məntiqi “1” verildikdə, çıxışında “0”, girişinə “0” verildikdə isə çıxışında “1” olacaq. Beləliklə, girişdəki rəqəm siqnalı əksinə olana çevrilir. Sənayedə buraxılan məntiqi “YOX” mikrosxemlərinin bir korpusunda adətən altı “YOX” məntiqi yerləşdirilir.
    VƏ - məntiqi vurma mikrosxemləri iki və ya daha çox girişə və bir çıxışa malik olan məntiq elementlərindən təşkil olunur. Məntiq elementlərinin girişlərinin sayından asılı olaraq, mikrosxemlərinin bir korpusunda yerləşən elementlərin sayı 1, 2, 3 və 4 ola bilər.
    VƏ-YA - məntiqi toplama əməliyyatını yerinə yetirən mikrosxemlər də iki və ya daha çox girişə və bir çıxışa malik olan məntiq elementlərindən təşkil olunur. Eynilə bu mikrosxemlərin də bir korpusunda yerləşən elementlərin sayı 1, 2, 3 və 4 ola bilər.
    “VƏ-YOX” mikrosxemləri məntiqi vurma və sonra inversləmə əməliyyatını, “VƏ-YA-YOX” mikrosxemləri isə məntiqi toplama və sonra inversləmə əməliyyatını yerinə yetirən bir çıxışlı məntiq elementlərindən təşkil olunub, girişlərinin sayından asılı olaraq bir korpusunda yerləşən elementlərin sayı 1, 2, 3 və 4 ola bilər.
    YOX məntiqi mikrosxemləri. K155 (TTM-strukturlu) və onların analoqu olan K555 (TTMŞ-strukturlu) seriyalı mikrosxemlərinin əsasında məntiq mikrosxemlərinin xüsusiyyətlərini və sxemotexnikasını nəzərdən keçirək. Bu seriyaların K155ЛН1 (КМ155ЛН1) və К555ЛН1 (КМ555ЛН1) mikrosxemləri bir korpusda yerləşdirilmiş altı ədəd biri-birindən asılı olmayaraq işləyən, vahid qidalanma dövrələri olan məntiqi YOX elementlərindən ibarətdir. Bu məntiq elementlərinin qidalanma şinləri (dövrələri) mikrosxemin 14 və 7 çıxışlarına birləşdirilmişdir. Bu çıxışlara uyğun olaraq qida gərginliyinin “+” və “-“ qütbləri qoyulur (şək.9).

    Şək 9. К555ЛН1 (КМ555ЛН1) tipli “YOX” məntiqi mikrosxemləri

    K155ЛН1 tipli mikrosxemlər plastmas, КМ155ЛН1 tiplilər isə metalkeramik korpuslarda buraxılırlar. Qeyd olunan mikrosxemlərin 1,3,5,9,11 və 13 çıxışları məntiq elementlərin girişləri, 2,4,6,8,10 və 12 isə bu məntiq elementlərinin çıxışlarıdır.


    Download 303.03 Kb.
    1   2   3   4   5




    Download 303.03 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Şəkil 1.13. «Və - yox» məntiq elementi və vəziyyət cədvəli

    Download 303.03 Kb.