• Şəkil 1.12. «Və ya - yox» məntiq elementi və vəziyyət cədvəli.
  • Şəkil 1.5 “YOX” məntiqi elementi (invertor)




    Download 303.03 Kb.
    bet3/5
    Sana19.10.2023
    Hajmi303.03 Kb.
    #88667
    1   2   3   4   5
    Şəkil 1.5 “YOX” məntiqi elementi (invertor)
    a)şərti işarəsi; b) prinsipial elektrik sxemi; c) ekvivalent sxemi;
    d)vəziyyət cədvəli; e) zaman diaqramları.

    “YOX” məntiqi elementinin bir məlumat girişi və bir inkar çıxışı vardır, bu element adətən invertor adlanır. Onun iş prinsipi belədir: Sxemin girişinə «0» səviyyəli gərginlik verdikdə tranzistor bağlanır, onun emitter-kollektor keçidinin müqaviməti Rk müqavimətinə nəzərən çox böyük olur. Odur ki, Ek qida gərginliyinin çox hissəsi tranzistorun kollektor emitter keçidində düşür, yəni kollektorda - çıxışda «1» səviyyəli gərginlik alınır. Girişə «1» səviyyəli siqnal verdikdə tranzistor açılır və doyma rejimində işləyir. Bu rejimdə kollektor - emitter keçidinin müqaviməti çox kiçik olur və onda düşən gərginlikdə «0» səviyyəli gərginliyə uyğun gəlir. «Və ya - yox» məntiq elementi funksiyasını yerinə yetirir və paralel qoşulmuş tranzistorlar üzərində yaradıla bilər (şəkil 1.12).


    Girişlərin heç olmasa birində «1» səviyyəli siqnal olduqda uyğun tranzistor açılır, onun kollektor-emitter keçidinin müqaviməti çox kiçik olur və digər bağlı tranzistoru şuntlayır (qapayır). Kollektorda düşən gərginlik də «0» səviyyəli gərginliyə uyğun gəlir. Bütün girişlərdə eyni zamanda «0» səviyyəli siqnal olduqda bütün tranzistorlar bağlanır və ümumi kollektordakı gərginlik də «1» səviyyəli gərginliyə uyğun olur.



    Şəkil 1.12. «Və ya - yox» məntiq elementi və vəziyyət cədvəli.

    «Və - yox» məntiq elementi funksiyasını yerinə yetirir və ardıcıl qoşulmuş tranzistorlar üzərində yaradıla bilər (şəkil 1.13). Girişlərin heç olmasa birində «0» səviyyəli siqnal olduqda uyğun tranzistor bağlanır, kolektor-emitter keçidinin müqaviməti çox böyük olur. Kollektorda düşən gərginlik «1» səviyyəli siqnala uyğun gəlir. Bütün girişlərdə eyni zamanda «1» səviyyəli siqnal olduqda isə bütün tranzistorlar açılır, onların emitter-kollektor keçidlərinin müqavimətləri çox azalır və onlarda ayrılan gərginlik «0» səviyyəli gərginliyə uyğun gəlir.






    Download 303.03 Kb.
    1   2   3   4   5




    Download 303.03 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Şəkil 1.5 “YOX” məntiqi elementi (invertor)

    Download 303.03 Kb.