• MÖVZU: AVTOMATİKANIN RELE ELEMENTLƏRİ VƏ ONLARIN ƏSAS XARAKTERİSTİKALARI P L A N
  • GƏNCƏ 2011 AVTOMATİKANIN RELE ELEMENTLƏRİ VƏ ONLARIN ƏSAS XARAKTERİSTİKALARI
  • Avtomatikanin rele elementləRİ VƏ onlarin




    Download 1.84 Mb.
    bet1/13
    Sana25.03.2017
    Hajmi1.84 Mb.
    #2329
    TuriMühazirə
      1   2   3   4   5   6   7   8   9   ...   13

    AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
    AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

    MÜHƏNDİSLİK fakültəsi

    ELEKTRİK MÜHƏNDİSLİYİ kafedrası


    Mühazirəçi: T.E.N., PROF. İ.M.Əliyev


    FƏNN: AVTOMATİKANIN ƏSASLARI


    Mühazirə 13
    MÖVZU: AVTOMATİKANIN RELE ELEMENTLƏRİ VƏ ONLARIN ƏSAS XARAKTERİSTİKALARI
    P L A N


    1. Relelərin təsnifatı.

    2. Relenin parametrləri.

    3. Elektromaqnit relelər.

    4. Elektromaqnit relelərin əsas xarakteristikaları.

    5. Elektron, ion və zaman relələri.

    ƏDƏBİYYAT


    1. İ.M.Əliyev, Q.İ.Abbasov Avtomatikanın əsasları Gəncə 2008.

    2. Г.И.Головинский. Основы автоматики М.2001.

    3. В.И.Загинайлов, Л.Н.Шеповалова. Основы автоматики. М.2001.



    GƏNCƏ 2011

    AVTOMATİKANIN RELE ELEMENTLƏRİ VƏ ONLARIN

    ƏSAS XARAKTERİSTİKALARI

    Rele – müxtəlif avtomatik sistemlərin ən çox yayılmış elementlərindən biri olub, onun girişinə xarici fiziki kəmiyyət təsir etdikdə çıxış kəmiyyətinin qiyməti sıçrayışla dəyişir.

    Relelər hiss etdiyi (qavradığı) fiziki kəmiyyətlərin növünə görə (iş prinsipinə görə) elektrik, mexanik, maqnit, istilik, optik, radioaktiv, akustik və kimyəvi relelərə bölünürlər. Proqramda yalnız elektrik relelərinin öyrənilməsi nəzərdə tutulmuşdur. İş prinsipinə görə elektrik releləri aşağıdakı siniflərə bölünürlər:

    Şəkil 1.


    “Rele” sözü fransızcadan götürülüb. Hərfi mənası dəyişmə, əvəz etmə, “yenidən qoşma”- dır. Fransada hələ dəmiryol olmayan zaman onları dəyişən və yenidən qoşan poçt stansiyaları belə adlanırdı.

    Rele xaricdən verilən siqnala görə elektrik dövrələrinin avtomatik kommutasiyası üçün qurğudur.

    Rele – rele elementindən və qrup elektrik kontaktlarından ibarətdir.

    Rele – elementinin vəziyyəti dəyişdikdə kontaktlar qapanırlar yaxud açılırlar. Relelər avtomatik idarəetmə, nəzarət, siqnallaşdırma, mühafizə, kommutasiya və s. sistemlərdə istifadə olunurlar.





    Download 1.84 Mb.
      1   2   3   4   5   6   7   8   9   ...   13




    Download 1.84 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Avtomatikanin rele elementləRİ VƏ onlarin

    Download 1.84 Mb.