13) Optik rabitənin təşkil olunma metodları
Lazer meydana gəldikdən sonra informasiyanın optik metodla verilməsi erası başlandı . Optik rabitəni yaratmaq üçün şüanın yayıldığı mühit kimi atmosferdən, kosmik fəzadan və işıq ötürücülərdən istifadə edilir.
Atmosferdə enerji itkisinin və səpələnmənin qiyməti böyük olduğuna görə , onunla optik rabitənin təşkilinə məhdudiyyət qoyulur.
Optik siqnalları ötürmək üçün dalğa uzunluğu λ = 1....12 mkm intervalında dəyişən yüksək şəffaflığa malik 1 neçə pəncərə tələb olunur. Lakin işıq şüasının yayılması metroloji və iqlim şəraitindən asılıdır. Havanın duman və çiskinli olması optik siqnalları ötürən zaman onları daşıyan enerji itkisinin xeyli dərəcədə artmasına və işıq şüalarının udulmasına şərait yaradır.
Atmosferdə yayılan işıq xarakteristikasını 3 əsas amil pisləşdirir:
Molekular udulma
Bu dalğa uzunluğundan asılıdır və atmosferdə olan qazların xassələri ilə təyin olunur.
Aerozal (qarışıq) hesabına udulma.
Bu hadisə dumanlı və çiskinli havadan başqa, onun tərkibində olan bərk cisimlərin zərrəciklərində də baş verir. Belə udulmanı yox etmək üçün yayılan dalğanın uzunluğunu artırmaq lazımdır. Lakin dalğanın uzunluğu bərk cisimlərin ölçüsündən böyük olmamalıdır.
Atmosferin tərkibinin qeyri-sabit olması hesabına udulma.
Havanın sındırma əmsalı koordinat sisteminin və zamanın funksiyasıdır. Bu da onu göstərir ki, yayılan dalğanın parametrlərində statik qeyri müəyyənlik vardır. Bu qeyri müəyyənlik aşağıdakı izlərlə biruzə verir:
a)Qəbul nöqtəsində işıq dalğasının sürüşməsi
b)Qəbul müstəvisi üzərində dalğanın amplitud və faza qiymətlərinin dəyişməsi
v) İnformasiya verilişinin etibarlı olması vaxta görə qiymətləndirilir. Belə ki, atmosferdə yayılan işıq dalğasında baş verən itkinin qiyməti müəyyən edilmiş vaxt ərzindəki qiymətdən artıq olmamalıdır. Bu münasibət faizlə ifadə olunur. Normativ qiymətlər: 90, 99, 5 və hətta 99,9% qəbul edilmişdir. Aparılan eksperimentlərin nəticəsinə əsaslanaraq demək olar ki, belə yüksək dərəcədə etibarlığı təmin etmək üçün ideal iqlim şəraiti lazımdır. Belə mühitdə informasiyanın keyfiyyətli ötürülməsi üçün güclü lazer şüaları tələb olunur. Buradan da atmosferdə və ya açıq fəzada rabitə yaratmaq üçün yeni tədqiqatlar aparmaq və sərfəli mühit tapmaq zərurəti meydana çıxır.
|