12) İşıq şüasının xassəsi və onun fiziki mahiyyəti
Optik işıqötürücü lif boyunca yayılan işıq şüasına təkcə özəklə örtüyün sərhədinə dəyib əks olaraq (şüasının təzəcə özəklə örtüyün sərhədinə dəyib əks olaraq) yayılan işıq dalğasının modeli kimi baxmaq olmaz. Işıq dalğası dedikdə elektromaqnit dalğasına bənzədiyinə görə onun hər hansı sistemdə və ya mühitdə yayılmasına işıq şüasının deyil modların yayılması (MY) kimi baxmaq lazımdır.
Deməli, işıq həm dalğa, həm də korpuskulyar kimi 2 xassəyə malikdir.
Işığın dalğa xassəsi onunla izah olunur ki, o bütünlüklə elektrodinamikanın qanunlarına tabe olur. Dalğa uzunluğu kiçik olan optik diapazonda yayılan işıq şüası müxtəlif görünüşlü EM rəqslərinə bənzəyir. Rənglərin müxtəlifliyi dalğa uzunluqlarının bir-birindən fərqlənməsi ilə izah olunur. Beləliklə, qırmızı rəngə 0,7 mkm, yaşıl rəngə 0,55 mkm, bənövşəyi rəngə isə 0,4 mkm dalğa uzunluqları uyğun gəlir.
|