14) İSDN-in quruluş arxitekturası
RKS-telekommunikasiya şəbəkəsinən terminalına daxil olan siqnalın kommutasiya üçün istifadə edilən texnologiya sistemidir. Hal hazırda 2 əsas kommutasiya sistemi (KS) məlumdur:
telefon stansiyası
məlumat kommutasiya stansiyası
KS-telekommunikasiyaya aid texniki ləvazimatlar yığımıdır, həmçinin rabitə şəbəkəsində son və tranzit birləşmənin həyata keçirilməsi vaxtı abunəçi, birləşmiş xətt və ya kanalların kommutasiyasını təmin edir.
Telefon stansiyaları adətən səs və başqa siqnalları (faksinul) kommutasiya edir, hansı ki, fiziki olaraq onlarla ekvivalentdir. Məlumat kommutasiya stansiyası, əksinə verilənlər və teleksi kommutasiya edir.
Inteqral xidmətli rəqəmli şəbəkənin (İSDN) inkişafı ilə əlaqədar olaraq telefon stansiyası, eləcə də məlumat, video və s siqnalları kommutasiya etmək qabiliyyətinə və məlumat kommutasiyası funksiyasını qoşmaq tendensiyasına malik olar. Ardıcıl olaraq RKS üçün telefon kommutasiya stansiyası və məlumat kommutasiya stansiyası səs informasiyasını və məlumatı sadəcə olaraq informasiya axını şəklində emal edir.
Bu səbəbdən də İSDN-in yaxın gələcəkdəki inkişafı ilə əlaqədar olaraq yüksək dərəcədə yayılacaq əsas telefon stansiyalarına nəzər yetirəcəyik.
Şəkil 1 və 2-də telefon stansiyası müxtəlif xətlər yığımının ardıcıllığıyla birləşmiş “qara qutu” şəklində göstərilmişdir.
Şəkil 1,1 –dən göründüyü kimi bu xətlərdən ən vacibi: analoq abunəçi xəttidir ki, bu da telefon aparatı, faksinul maşınlar və s kimi abunəçi terminallarıyla stansiyanın birləşdirilməsi üçün istifadə edilir. Analoq birləşdirici xətlər (BX) abunəçi xəttinin (AX) tərkibində və yaxud da çağırışın 1 stansiyadan digərinə verilməsi üçün ayrıca yerləşə bilər.
Abunəçi xətti faydalı siqnalı (səs), həmçinin abunəçi aparatı ilə stansiya arasında qarşılıqlı əlaqə yaratmaq üçün zəruri olan siqnal informasiyasını daşıyır.
Danışıq siqnalı və siqnallaşma
Xətt
Danışıq və başqa siqnallaşma
|