|
Periferiya qurğuları Kompyuter
|
bet | 14/14 | Sana | 08.05.2021 | Hajmi | 394,67 Kb. | | #14392 |
Plotter – Plotter şəkillərin, şertyojların, sxemlərin, xəritələrin yüksək dəqiqliklə çap etmək üçün qurğudur. Ona görə də çox keyfiyyətli olur.
Plotter kompüterə LPT portu vasitəsi ilə qoşulur.
Veb kamera - veb kamera adından göründüyü kimi internetdə istifadə etmək üçün kameradır. Çox ucuz başa gəlir. Məlumat isə o qədər də keyfiyyətli olmur. Lakin internet vasitəsi ilə tez ötürmək üçün elə bu cür lazımdır. Çünki təsvirlərin keyfiyyətli alınması üçün kamera keyfiyyətli olmalıdır. Bu isə kameranın qiymətinin bir az baha olması deməkdir. İkinci tərəfdən isə keyfiyyətli məlumatın həcmi böyük olur ona görə də internet vasitəsi ilə videotəsvirin ötürülməsi çətinləşir.
Saydığımız qurğularla kompüterlərin xarici qurğuları bitmir. Müasir texnologiya inkişaf etdikcə, tələbat yarandıqca yeni qurğular yaradılır. Bu qurğuları tələbələr və məktəblilər də yarada bilər. Əsas həmin qurğunu qoşacağımız portun(və ya slotun. Məqsədimizdən asılıdır.) arxitekturasını öyrənib həmin port vasitəsi ilə həmin qurğu və qurğunu idarə edəcək proqram təminatı arasında əlaqə yaratmaqdır və qurğunu düzgün yığmaqdır.
|
| |