• Prosessor
  • Operativ yaddaş və ya daimi yaddaşın
  • LCD (Liquid Crystal Display – Maye Kristallı Displey)




    Download 394,67 Kb.
    bet6/14
    Sana08.05.2021
    Hajmi394,67 Kb.
    #14392
    1   2   3   4   5   6   7   8   9   ...   14
    LCD (Liquid Crystal Display – Maye Kristallı Displey) – bu tipli monitorların ekranları adi elektron saatlar, mobil telefonlar və s. displeylərində olan ekranlarla eynidir. Bu ekran iki təbəqədən ibarətdir. Həmin təbəqələrin arasında sterjinşəkilli molekullar yəni maye kristallı qarışıqlar vardır. Kristalla işığı şəkildə göründüyü kimi polyarizatorlardan keçirirlər. Elektrik cərəyanı mayedən keçəndə kristalları bir istiqamətdə yönəldir. Nəticədə kristallar işığı polyarlaşdıran müstəvi qatları şəkildə göründüyü kimi döndərir. Nəticədə işıq buradan keçə bilmir və həmin hissə tünd rəngdə boyanır. 
    LCD ekranlarda cəmi 64 rəng çaları yaratmaq mümkündür. CRT ekranda isə 256. Və hər pixeldə 3 element Qırmızı, Yaşıl, Mavi (RGB) olarsa. Hər element 64 rəng çaları yarada bilər və 64*64*64=262 144 sayda rənglərdən alınan kombinasiyadan birini almaq olar. CRT ekranlarda isə 256*256*256= 16 777 216 sayda olur. LCD ekranlarda “təsviri” insan gözünün rahat görməsi üçün parlaqlığı artırmaq üçün elementlər yerləşdirirlər (backlight).

    Prosessor – idarəedici qurğudur. Kompüteri sürəti – prosessorun bir saniyədə apara biləcəyi elementar əməliyyatların sayıdır. Əksər hallarda kompüterin sürəti kimi kompüterin takt tezliyi qəbul edilir və (herts) hz (KHz, MHz, Ghz)lə ölçülür.
    Operativ yaddaş və ya daimi yaddaşın tutumu 64, 128 , 256, 512 MB ola bilər(RAM). Müasir dövrdə OY-ın tutumunu daim artırmaq olur.
    Mouse – manipulyatordur. Fiziki olaraq siçan istifadəçinin əli altında yerləşdirilir, bir və ya daha çox düymədən ibarət olur. Bundan başqa siçanın təkəri də ola bilər ki, bu da istifadəçiyə onu rahat hərəkət etdirməklə nişanlamaq istədiyi obyektin üzərinə siçanın işarəsini gətirməyə kömək edir.

    Siçan vasitəsilə kompyuterə müxtəlif əmrləri vermək, obyekti ekran boyu hərəkət etdirmək, əyrilər çəkmək və s. işləri görmək olar. Siçan ekranda olan göstəricisinin (kursorun) hərəkətini idarə edir. Siçan düz səthin – iş stolunun üzərində hərəkət edərkən ekrandakı göstərici vəziyyətini dəyişir (yaxşı olar ki, stolun üstündə kiçik "xalça" olsun).

      Siçanın sol düyməsinin köməyi ilə obyektin yerini ekran boyu dəyişmək olar. Bunun üçün göstəricini obyektin üzərinə qoyub sol düyməni sıxmaq, siçanın köməyi ilə obyekti ekranda lazımı yerə çəkib aparmaq, sonra isə düyməni buraxmaq gərəkdir. Adətən siçan klaviatura kimi kompyuterə PS/2 portu vasitəsilə birləşdirilir. Siçanın kompyuterə bu port vasitəsilə birləşdirilməsi üçün kompyuterin sönülü olması vacibdir. Amma indi USB interfeysli qurğular var ki, onları kompyuterin işlək vəziyyətində kompyuterə birləşdirmək və ya ondan ayırmaq olar. Belə siçanlar mövcuddur və onlardan indi çox istifadə olunur. Əgər kompyuterə eyni zamanda iki və ya daha artıq siçan qoşulmuşsa (PS/2 USB1, USB2 və s.) onların hamısı işləyəcəkdir. Amma krusorun bir dənə olduğunu nəzərə almaq lazımdır


    Download 394,67 Kb.
    1   2   3   4   5   6   7   8   9   ...   14




    Download 394,67 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    LCD (Liquid Crystal Display – Maye Kristallı Displey)

    Download 394,67 Kb.