|
Esc - rejimdən çıxmaq
Caps Look
|
bet | 4/14 | Sana | 08.05.2021 | Hajmi | 394,67 Kb. | | #14392 |
Esc - rejimdən çıxmaq
Caps Look - böyük hərflərə keçmək
Space - boş mövqe
Back Space - kursordan sol tərəfi pozur Ctrl, Shift, Alt bu düymələr başqa düymələrlə işlədilir. Misal üçün Ctrl+C kopya etmək üçündür, Ctrl+Alt+Del kompüter yenidən yükləmək üçün
Tab - kursoru 8 mövqe sağa atır.
Print Screen - ekran görünüşünü bufer yaddaşa köçürür
Page Up, Page Down - mətni ekran səhifələrinə görə vərəqləyir
Home - mətndə kursoru bir başa sətrin əvvəlinə gətirir
End - mətndə kursoru bir başa sətrin sonuna gətirir 3-cü qrup (hərəkət) düymələr 2 rejimdə işləyir: Num Loock düyməsi aktiv olanda rəqəmlərlə işləmək olur, aktiv olmayanda kursoru idarə edən düymələr işləyir.
4-cü qrup düymələr funksional düymələrdir: F1:F12. Bu düymələr müxtəlif proqramlarda müxtəlif vəzifələr daşıyır. F1 düyməsi həmişə köməkçini açır(Help).
Monitor əks etdirmə qurğusudur. Monitorlar bir-birindən ölçüsünə görə, icazə vermə qabiliyyətinə görə fərqlənirlər. Monitorun ölçüsü dedikdə diaqonalının uzunluğu nəzərdə tutulur. Ölçü vahidi düym-dür. Ekranın icazə vermə qabiliyyətini göstərən nöqtələr Piksel adlanır. Monitorların oval və müstəvi növləri var. Ölçüləri 14”, 15”, 17”, 19”, 21”, 23”. Monitorlar qrafik və mətn rejimində işləyir. Mətn rejimində 25 sətir və 80 sütundan ibarət olur. Qrafik rejimdə ekran müəyyən sayda nöqtələrin köməyi ilə tora bürünür. Buna həm də göstəricilik qabiliyyəti deyilir. Misal üçün: 640x480, 800x600, 1024x768, 1600x1200.
|
| |