• Superkompyuter
  • Periferiya qurğuları Kompyuter




    Download 394,67 Kb.
    bet2/14
    Sana08.05.2021
    Hajmi394,67 Kb.
    #14392
    1   2   3   4   5   6   7   8   9   ...   14
    V və sonraki nəsil – yeni və ən yeni elektron texnologiyalarına əsaslanan indiki və gələcəyin kompyuterləri. Bu nəsil kompyuterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional tələblərə, başqa sözlə biliklər bazaları ilə işləməyə, süni intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan verməlidirlər.

    Müasir hesablama maşınlarını əsasən üç böyük sinifə bölmək olar:

    • Superkompyuterlər

    • Meynfreymlər

    • Mini – EHM-lər

    Superkompyuter – çox prosessorlu hesablama sistemidır. İlk superkompyuter amerikalı elektronçu-mühəndis Seymur Krey tərəfindən1975-ci ildə yaradılmışdır. Kompyuterlərin məhsuldarlığı ədədlər (sürüşkən vergüllü) üzərində bir saniyədə aparılan hesab



    İBM şirkətinin superKompyuteri

    əməliyyatlarının sayı ilə ölçülür Superkompyuterlərin məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində saniyədə yerinə yetirilən trilyon əməliyyatlarla ölçülür. Superkompyuterlərdən aerodinamika, seysmologiya, nüvə fizikasında və digər elm sahələrində meydana çıxan mürəkkəb məsələlərin həllində geniş istifadə olunur. Superkompyuterlərdə çoxsaylı mikroprosessorların paralel işləməsi nəticəsində yüksək məhsuldarlığı əldə etmək olur. Superkompyuterlərin qiyməti təqribən 10 milyon dollarlarla ölçülür.



    Meynfreym – ümumi məqsədli universal elektron-hesablama maşınıdır.



    İntel 80486DX2 mikroprosessorununinteqral sxemi 

    70-ci illərdə dünya kompyuter parkının böyük hissəsini meynfreym kompyuterləri təşkil edirdi. Fərdi kompyuterin inkişafı ilə əlaqədar olaraq meynfreymlərin tətbiq sahələri azalmağa başladı. Buna baxmayaraq bu kompyuterlərdən müdafiə, maliyyə və sənaye sahələrində geniş istifadə olunur. Meynfreym kompyuterləri böyük, mürəkkəb hesablamalar aparmaqla yanaşı özünə çoxlu sayda terminal birləşdirir. Təyyarə və qatarlara sərnişin biletlərinin satışını mərkəzləşdirilmiş qaydada həyata keçirən hesablama sistemlərində meynfreymlərdən istifadə olunur. Meynfreym kompyuterləri əsasən İBM firmasında istehsal olunur. Bu cür kompyuterlərin qiyməti 1 milyon dollar dəyərində olur. Hal-hazırda istifadə olunan 16-32 mikroprosessorlu server kompyuterlər meynfreym kompyuterlərin sələfləri sayılır.



    Mini – EHM – ölçüləri və hesablama məhsuldarlığı meynfrem kompyuterlərə nəzərən kiçik olan kompyuterlər 1965-1980-ci illərdə mini-EHM adlanırdı. Hal-hazıda mini-EHM dedikdə fərdi kompyuterlər nəzərdə tutulur. Fərdi kompyuterlərin kütləvi istehsalına 1981-ci ildən başlanmışdır.

    Birinci nəsildən başlayaraq indiyə qədər bütün kompüterlər bir-birindən nə qədər fərqlənsələr də, hamısı Fon Neymanın verdiyi klassik sxem əsasında işləyir. Kompüterin ümumi quruluşu:



    1. Hesabi-məntiqi qurğu-xüsusi elektron sxem - çip (cheap) hesab və məntiqi əməliyyatları aparmaq üçündür

    2. İdarəedici qurğu - çip olub kompüteri idarə etmək, proqramları yerinə yetirmək, qurğulara müraciət etmək və s. üçündür. Buna bəzən kompüterin beyni də deyilir.

    3. Operativ Yaddaş - kompüterin elə bir hissəsidir ki, bütün daxil edilənlər üzərində əməliyyatlar məhz orada keçirilir. Buna daxili yaddaş da deyilir.

    4. Xarici qurğular - informasiyanı kompüterə daxil etmək və uzun müddət yadda saxlamaq üçündür. Buna xarici yaddaş da deyilir.

    Qeyd: Müasir kompüterlərdə hesabi-məntiqi qurğu, idarəedici qurğu ilə birgə prosessor adlanır. Ümumi quruluşun sxemi aşağıda göstərilib.






    Download 394,67 Kb.
    1   2   3   4   5   6   7   8   9   ...   14




    Download 394,67 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Periferiya qurğuları Kompyuter

    Download 394,67 Kb.