|
Qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini
|
bet | 1/4 | Sana | 25.05.2024 | Hajmi | 21,26 Kb. | | #253244 |
Bog'liq gomruk prosedurlari
Giriş
Gömrük prosedurları sərbəst dövriyyə üçün buraxılış - daxili bazarda satış, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru aşağıdakıları əhatə edir:
qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini
ticarət siyasəti tədbirlərinin tətbiqini
malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını
İşimizdə gömrük prosedurları, malların statusu ,idxal malları, tranzit mallar,kommersiya malları,qeyri-kommersiya malları haqqında məlumat verəcəyik. Sərbəst zona xüsusi gömrük proseduru istisna olmaqla, başqa gömrük prosedurları altında yerləşdirilməsi nəzərdə tutulan daxili mallar həmin gömrük proseduruna uyğun olaraq gömrük bəyannaməsi ilə təmin edilməlidir.
Qeyd edəcəyik ki, sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən mallar geri aparılma öhdəliyi götürülmədən, Azərbaycan Respublikasının ərazisində qalır. Xarici malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında gömrük rəsmiləşdirilməsi yerinə yetirildikdən sonra mallar gömrük nəzarətindən çıxarılaraq barəsində səlahiyyəti olan şəxslərə və ya onların nümayəndələrinə verilir. Həmin şəxslər qanunvericiliyə uyğun olaraq, malların üzərində sərəncam verməkdə sərbəstdirlər.
Gömrük orqanları tərəfindən gömrük bəyannaməsində göstərilən məlumatların, bəyan olunan malların yoxlanılması, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan sənədlərin təqdim edilməsi, icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş qanunvericilik aktlarına riayət olunması, gömrük rüsumlarının, müvafiq vergilərin və digər gömrük ödənişlərinin alınması, mallardan gömrük ekspertizası üçün prob və nümunələrin götürülməsi və digər hərəkətlər Gömrük Məcəlləsinin müvafiq maddələrinə uyğun qaydada həyata keçirilir.
Gömrük proseduru —gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biridir. Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. [1].
Sərbəst zona xüsusi gömrük proseduru istisna olmaqla, başqa gömrük prosedurları altında yerləşdirilməsi nəzərdə tutulan daxili mallar həmin gömrük proseduruna uyğun olaraq gömrük bəyannaməsi ilə təmin edilməlidir. Gömrük prosedurları aşağıdakılardır:
|
| |