|
Nəticə
Beləliklə, belə nəticəyə gəldik ki, gömrük proseduru
|
bet | 4/4 | Sana | 25.05.2024 | Hajmi | 21,26 Kb. | | #253244 |
Bog'liq gomruk prosedurlariNəticə
Beləliklə, belə nəticəyə gəldik ki, gömrük proseduru —gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biri hesab olunur. Belə nəticəyə gəldik ki, gömrük prosedurları aşağıdakılardır:
1. sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru.
2. təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi.
3. tranzit xüsusi gömrük prosedurları.
4. Müvəqqəti saxlanc xüsusi gömrük proseduru.
5. Emal xüsusi gömrük proseduru
6. müvəqqəti idxal xüsusi gömrük proseduru.
7. müvəqqəti ixrac gömrük proseduru.
8. son istifadə xüsusi gömrük proseduru.
9. təkrar ixrac gömrük proseduru.
10.xaricdə emal xüsusi gömrük proseduru.
11.Rüsumsuz ticarət mağazaları
12.malların məhv edilmə halları.
13.Mallardan dövlətin xeyrinə imtina edilməsi.
Təkrar idxal - ixrac olunmuş malların ixrac edildiyi vaxtdan 3 (üç) il ərzində eyni vəziyyətdə, yəni xarici ölkədə heç bir emala məruz qalmadan gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda, onların idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad edilməklə və ticarət siyasəti tədbirləri tətbiq edilmədən, sərbəst dövriyyəyə buraxılışıdır.
Beynəlxalq tranzit - xüsusi gömrük proseduru xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınmasıdır.
Ədəbiyyat siyahısı
1. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi
2. A.Ş.Şəkərəliyev, C.Q.Nuriyev, A.Ə.Əliyev Gömrük işinin təşkili və idarə edilməsi- Bakı, Qanun 2003, səh. 96-100
3. C.Q. Nuriyev, A.Ə. Əliyev, M.C.Atakişiyev -Gömrük işinin təşkili və idarə edilməsi Bakı – 2012, səh.35-47
4. Heydərov K..F. Gömrük işinin əsasları. Dərslik. Bakı-2004, səh.226-232
5. www.custоms.gоv.az.
6. “Xüsusi gömrük statistikasının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə
7. А.В. Граве Таможенное право
8. http://wto.az/saheler/gomruk
|
| |