• 8. son istifadə xüsusi gömrük proseduru. 9. təkrar ixrac gömrük proseduru. 10.xaricdə emal xüsusi gömrük proseduru. 11.Rüsumsuz ticarət mağazaları
  • Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi qaydaları
  • sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru




    Download 21,26 Kb.
    bet2/4
    Sana25.05.2024
    Hajmi21,26 Kb.
    #253244
    1   2   3   4
    Bog'liq
    gomruk prosedurlari

    1. sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru.
    2. təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi.
    3. tranzit xüsusi gömrük prosedurları.
    4. Müvəqqəti saxlanc xüsusi gömrük proseduru.
    5. Emal xüsusi gömrük proseduru
    6. müvəqqəti idxal xüsusi gömrük proseduru.
    7. müvəqqəti ixrac gömrük proseduru.
    8. son istifadə xüsusi gömrük proseduru.
    9. təkrar ixrac gömrük proseduru.
    10.xaricdə emal xüsusi gömrük proseduru.
    11.Rüsumsuz ticarət mağazaları
    12.malların məhv edilmə halları.
    13.Mallardan dövlətin xeyrinə imtina edilməsi.
    Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru aşağıdakıları əhatə edir:
    1. qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini;
    2. ticarət siyasəti tədbirlərinin tətbiqini;
    3. malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını.
    Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən xarici mallar daxili mallar gömrük statusunu alırlar. Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
    Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi qaydaları
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmişdir .
    Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən mallar geri aparılma öhdəliyi götürülmədən, Azərbaycan Respublikasının ərazisində qalır. Xarici malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında gömrük rəsmiləşdirilməsi yerinə yetirildikdən sonra mallar gömrük nəzarətindən çıxarılaraq barəsində səlahiyyəti olan şəxslərə və ya onların nümayəndələrinə verilir. Həmin şəxslər qanunvericiliyə uyğun olaraq, malların üzərində sərəncam verməkdə sərbəstdirlər. [2; səh.96]
    Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi nəzərdə tutulan malların gömrük rəsmiləşdirilməsi zamanı alınan gömrük ödənişləri Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarına əsasən həyata keçirilir. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş mallar üçün 14 (on dörd) gündən 60 (altmış) günədək gömrük borcunun ödənilməsinə möhlətin verilməsi Gömrük Məcəlləsinin 246-cı ( Gömrük borcunun ödənilməsinə möhlət verilməsi ) maddəsinə əsasən həyata keçirilir. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş malların gömrük rəsmiləşdirilməsi zamanı ticarət siyasəti tədbirlərinə əməl olunması yoxlanılır. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən malların gömrük rəsmiləşdirilməsinə dair sənədlər Gömrük Məcəlləsinin 150.3-cü və 150.4-cü maddələrinin tələblərinə uyğun müəyyən edilir. (150.3. Gömrük bəyannaməsinin forması və malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün onunla birgə təqdim olunan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilərək rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir. [1].
    Malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan elektron, yaxud kağız üzərində yazılı formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir.) Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş malların gömrük rəsmiləşdirilməsi qaydaları Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi mallar barəsində səlahiyyəti olan şəxs və ya onun nümayəndəsi tərəfindən gömrük orqanına müraciəti (kağız üzərində yazılı və ya elektron formada) əsasında həyata keçirilir. Malların gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannaməni (kağız üzərində yazılı və ya elektron formada) sənədləri təqdim etdiyi vaxtdan başlanır, zəruri gömrük əməliyyatları yerinə yetirildikdən, Gömrük Məcəlləsində nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra başa çatır.
    Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı gömrük orqanlarının hərəkətləri Gömrük orqanları tərəfindən gömrük bəyannaməsində göstərilən məlumatların, bəyan olunan malların yoxlanılması, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan sənədlərin təqdim edilməsi, icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş qanunvericilik aktlarına riayət olunması, gömrük rüsumlarının, müvafiq vergilərin və digər gömrük ödənişlərinin alınması, mallardan gömrük ekspertizası üçün prob və nümunələrin götürülməsi və digər hərəkətlər Gömrük Məcəlləsinin müvafiq maddələrinə uyğun qaydada həyata keçirilir. [3; səh.36]
    Təkrar idxal ixrac olunmuş malların ixrac edildiyi vaxtdan 3 (üç) il ərzində eyni vəziyyətdə, yəni xarici ölkədə heç bir emala məruz qalmadan gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda, onların idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad edilməklə və ticarət siyasəti tədbirləri tətbiq edilmədən, sərbəst dövriyyəyə buraxılışıdır. Sərbəst dövriyyədə olmuş və ya daxildə emal edilmiş mallar da təkrar idxal gömrük proseduru altında yerləşdirilə bilər. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə onların ixracı zamanı geri qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildirilibbildirilməməsindən asılı olmayaraq icazə verilir.
    Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi şərtləri Təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi üçün mallar aşağıdakı şərtlərə cavab verməlidir:

    • Azərbaycan Respublikasının ərazisindən ixrac olunan daxili mallar olmalıdır;

    • mallar ixrac edildiyi andan 3 (üç) il müddətində gömrük ərazisinə qaytarılmalıdır;

    • təbii aşınma nəticəsində dəyişikliklər, normal şəraitdə daşınma və saxlanc itkiləri, mallar aparıldığı vəziyyətdə olmalıdır.

    İxrac olunmuş malların gətirilmə tarixi gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin qəbul olunduğu gündən hesablanmalıdır. Təbii aşınma nəticəsində dəyişikliklər, normal şəraitdə daşınma və saxlanc itkiləri standartlarla və həmin kateqoriya mallara aid normativ aktlarla müəyyən edilməlidir.
    Azərbaycan Respublikasının ərazisindən ixrac olunaraq aparılmış mallar təkrar idxal gömrük proseduru altında yerləşdirilərkən malların eyniləşdirilməsi, onların aparılma vaxtı və faktı, eləcə də həmin malların daxili mallar olması gömrük orqanının vəzifəli şəxsinə sübut edilməlidir. Göstərilən halların sübut edilməsi bəyannaməçiyə həvalə olunur.
    Azərbaycan Respublikasının hüdudlarından kənarda mallardan istifadə edilməsi həmin malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə mane ola bilməz. Malların təkrar idxalı zamanı gömrük orqanları malların geriyə gətirilməsinin onları aparmış şəxs tərəfindən deyil, malların təkrar idxalına müvafiq səlahiyyətə malik olan və malların eyniləşdirilməsini sübut və dəlillərlə təmin edə bilən başqa şəxs tərəfindən həyata keçirilməsinə icazə verirlər. Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda, malların saxlanmasını təmin etmək üçün kiçik təmir və sahmana salma işləri daxil olmaqla, digər əməliyyatlar da aparıla bilər. Belə əməliyyatlar nəticəsində həmin malların dəyəri aparılma anında müəyyən edilmiş dəyərindən artıq olmamalıdır. [4; səh.227]
    Malların aparılması və gətirilməsi zamanı dəyər münasibətləri milli valyuta əsasında müəyyən edilir. Müqavilədə və ya digər sənədlərdə istənilən başqa valyutada göstərilən dəyərin hesablanması, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həmin günə müəyyən edilmiş rəsmi məzənnəyə uyğun milli valyuta ilə həyata keçirilir. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə nəzarətin təmin edilməsi məqsədi ilə gömrük orqanlarının təkrar idxal olunan malların gömrük ərazisindən aparıldığı gömrük orqanına təqdim olunmasını tələb etmək hüququ vardır. Sərbəst dövriyyədə olmuş və ya daxildə emal edilmiş mallar da təkrar idxal gömrük proseduru altında yerləşdirilə bilər.
    Xüsusi gömrük proseduruna icazə sahibi icazənin verilməsindən sonra onun davam etdirilməsinə və ya məzmununa təsir edə bilən bütün amillər barədə gömrük orqanlarına məlumat verməyə borcludur. Tranzit xüsusi gömrük proseduru istisna olmaqla, icazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alğı-satqısı ilə məşğul olan şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada öz əməliyyatlarının uçotunu aparmalıdırlar. Aparılan uçot gömrük orqanları tərəfindən müvafiq gömrük proseduruna, o cümlədən həmin gömrük proseduru altında yerləşdirilmiş malların eyniləşdirilməsinə, onların gömrük statusunun müəyyənləşdirilməsinə və daşınmasına nəzarətin həyata keçirilməsinə imkan yaratmalıdır. Tranzit xüsusi gömrük proseduru, göndərən gömrük orqanına və təyinat gömrük orqanına təqdim olunan məlumatların gömrük orqanları tərəfindən müqayisəsi əsasında onun düzgün yerinə yetirildiyi müəyyən edildikdən sonra başa çatır. Xüsusi gömrük proseduru başa çatmadıqda, gömrük orqanları müvafiq mallarla bağlı vəziyyətin tənzimlənməsi üçün bütün lazımi tədbirləri həyata keçirirlər. Tranzit xüsusi gömrük proseduru istisna olmaqla, digər xüsusi gömrük prosedurları altında yerləşdirilmiş mallarla əlaqədar prosedur sahibinin hüquqları və öhdəlikləri müvafiq gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxslərə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada verilə bilər. Tranzit və sərbəst zona xüsusi gömrük prosedurları istisna olmaqla, digər xüsusi gömrük prosedurları altında yerləşdirilmiş mallar gömrük ərazisinin müxtəlif məntəqələri arasında gömrük qanunvericiliyinin tələblərinə riayət olunmaqla daşına bilər. Xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların əvəzinə saxlanca qoyulan, istifadə edilən və ya emal edilən daxili mallar ekvivalent mallar hesab olunur. Xaricdə emal prosedurunda ekvivalent mallar bu prosedur altında yerləşdirilmiş daxili malların əvəzinə emal olunan xarici mallardan ibarətdir.[6]. Ekvivalent mallar əvəz etdikləri mallarla eyni keyfiyyətə, eyni texniki göstəricilərə və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə eyni rəqəmli koda malik olmalıdırlar. Gömrük orqanları gömrük prosedurunun gömrük nəzarəti baxımından qanunvericiliyin tələblərinə uyğun tətbiq olunmasının təmin edilməsi şərti ilə tranzit, müvəqqəti idxal və ya müvəqqəti saxlanc xüsusi gömrük prosedurları istisna edilməklə, digər xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadəyə icazə verirlər.

    Download 21,26 Kb.
    1   2   3   4




    Download 21,26 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru

    Download 21,26 Kb.