Qulu məHƏRRƏMLİ Kino, televiziya




Download 3,99 Mb.
bet5/42
Sana14.11.2020
Hajmi3,99 Mb.
#12435
1   2   3   4   5   6   7   8   9   ...   42

BAXIŞ(scrolling) – Təsvirin ekranda şaquli, yaxud üfüqi yerdəyişməsi.

BAXIŞ BOŞLUĞU (scrolling vacuum) – İnsanın baxdığı və ya cismin hərəkət etdiyi istiqamətdə kamera obyektivinin "göz"ündən yayınan və ya qəsdən buraxılan boşluq.

BAXIŞ XƏTTİ (scrolling line) – Adi göz baxışı ilə obyekti birləşdirən xəyali xətt. Əgər göydə qanad çalan quşa baxırsınızsa, həmin quş baxış obyektidir. Gözlərinizlə o quşu birləşdirən xətt isə B.x-dir. Gözünüzü aşağı – ayaqlarınızın altına diksəniz, B.x. gözünüzlə yeni baxış obyektini birləşdirəcək. B.x.-nin və baxış obyekti vəziyyətinin nəzərə alınması ardıcıl montaj zamanı çox önəmlidir. Gözlərini səmaya dikən və ya sadəcə yuxarıya baxan adam planından səmada qanad çalan quş planına keçildikdə, məna baxımından belə ardıcıllıq özünü doğruldur.

BAXIŞ SALONU (vision hall/auditorium) – Filmlərə, yaxud xronika materiallarına baxmaq üçün geniş ekran, kino-video proyeksiya aparatları ilə təchiz edilmiş otaq.

BALANS (balance) – 1) Hər hansı bir fəaliyyətin, prosesin qarşılıqlı əlaqədar olan göstəricilərinin nisbəti; 2) Münaqişəli məsələlərin işıqlandırılması zamanı tərəflərin mövqeyinin balanslaşdırılması. Adətən, KİV-in təhqiqatçılıq fəaliyyətində obyektiv jurnalistikanın şərtlərindən biri kimi qərəzsizlik, ədalət prinsipinin təminatı sayılır. Güman edilir ki, münaqişəli vəziyyətlər haqqında məlumat verildikdə bu prinsipə riayət olunması vəziyyətin mahiyyətinə dair müxtəlif baxışların sərbəst ifadəsini bildirir; 3) Çəkilişdən əvvəl kameranın, yaxud videoyazı aparatının işıq-rəng tənasübünün nizamlanması.

BALANSLAŞDIRMA (balance) – 1) Müvazinəti qorumaq; 2) İnformasiyada tərəflərin mövqeyini tarazlaşdırmaq.

BALIQGÖZ LİNZA ("fish eye" lens) – Spesifik f8 işıq səviyyəsində 180 dərəcəlik bir bucağı əhatə edə bilən çox kiçik mərkəzli linza növü.

BANNER (banner) – Satış yerlərində malların reklamı üçün vitrinlərdə qoyulmuş, mağazaların girişlərinə, ticarət zallarının divarlarına vurulmuş, yaxud sponsorlu verilişlərdə göstərmək üçün plastikdən, kartondan, yaxud kağızdan düzəldilən üçkünc və dördkünc planşetlər, bayraqlar.

BARELYEF (bas-relief) – Qabarıq təsvir, yaxud ornamentin həcminin yastı səth fonundan yarıdan az çıxdığı heykəltəraşlıq əsəri. B. memarlıqda və dekorativ məmulatlarda geniş yayılmış bəzək növüdür. B.-dən heykəltəraşlıqda, xatirə lövhələrində, sikkə və medallarda da istifadə olunur.

BARİTON (baritone/barytone) – 1) Bas ilə tenor arasında kişi səsi; 2) B. səsə malik müğənni; 3) Nəfəslə çalınan mis musiqi aləti.

BARTER (barter) – Reklamın TV-də yerləşdirilməsi qaydalarından biri. B. zamanı reklam sifariş verən agentlik telestansiyaya, yaxud teleşəbəkəyə reklam vaxtı müqabilində proqram, yaxud proqram materialı təqdim edir. Reklam çarxlarının nə vaxt və neçə dəfə göstərilməsi danışıqla həll edilir. Adətən, yarım saatlıq proqramların gedişində iki-üç dəqiqəlik reklam vaxtı ayrılır. TV stansiyaları pulu məhz həmin əlavə iki-üç dəqiqəlik reklam vaxtından qazanırlar.

BAS (bass) – 1) Yoğun kişi səsi. 2) B. səsə malik müğənni; 3) Nəfəs alətləri ansamblında və simli orkestrdə ən qalın səsi ifadə edən musiqi aləti.

BASORAMA (bus frame) – Avtobusların damında quraşdırılmış işıqlandırılan reklam paneli.

BAŞ İŞIQÇI (head lighting operator) – İşıqçılar qrupunun fəaliyyətini, iş növbəsini, iş həcmini müəyyənləşdirən və tənzimləyən məsul şəxs. Bir çox studiyalarda B.i. işıqçılar briqadiri də adlandırılır.

BAŞ KOMMUTATOR (chief commutator/switchboard) – Videoyazının redaktəsi zamanı səs siqnalının səviyyəsini avtomatik tənzimləyən kommutator.

BAŞQA VAXTA KEÇİRİLƏN VERİLİŞ (delayed broadcast) – Əvvəllər teleşəbəkə ilə göstərilən, lakin məhz həmin stansiya ilə göstərilməyən proqramın yerli stansiya ilə efirə çıxması; TV-nin müxtəlif səbəblərdən təxirə salınmış proqramı.

BAŞLANĞIC TİTRİ (billing/credits) – Hər bir filmin, yaxud verilişin əvvəlində ən mühüm informasiyaları (ad, müəlliflər, iştirakçılar və s.) bildirən yazılar.

BAŞLIQ KARTONU (caption card) – Filmin adının təsvirə alınması üçün yazıldığı karton.

BAŞLIQLARIN AVTOMATİK TƏMİZLƏNMƏSİ (auto head cleaning) – Videomaqnitofonlarda başlıqların avtomatik təmizlənməsi sistemi. Bu zaman təmizləyici material vaxtaşırı dəyişdirilməli və yaxud xüsusi maddə ilə silinməlidir. Keyfiyyətsiz lentlərdən istifadə etdikdə başlıqlar tez çirklənir və səmərəsini itirir.

BAŞLIQ TİTRLƏRİ (opening bilboard) – Müəlliflik barədə, zaman, məkan, verilişdə istifadə olunan materialların mənbəyi və s. haqqında məlumat verən TV proqramına giriş.

BAŞ KAMERAMAN (OPERATOR) (chief cameraman) – Studiya və studiyadankənar çəkilişləri gerçəkləşdirən operator qrupuna rəhbərlik edən, qrupun cari işlərini tənzimləyən, yüksək operatorluq və təşkilatçılıq qabiliyyətinə malik şəxs.

BAŞ REPORTYOR (the general assigniment reporter) – Xəbər buraxılışı üçün material toplayan, reportaj və süjetlər verən jurnalist. B.r. proqram üçün süjet, müsahib və video materialları seçir, ssenari planı yazır, operator və montajçı ilə birlikdə material üzərində işləyir. Qərbin bir çox TV şirkətlərində B.r. hadisələri (süjetləri) özü videoya çəkir, müsahibələr götürür, mətni yazır və redaktə işləri ilə məşğul olur.

BAŞ ROL (leading part) – TV filmlərində və kinoda əsas qəhrəmanın rolu.

BATALİYA (battle) – Kinoda kütləvi döyüş, müharibə səhnələrinin çəkilişi.

BATAREYANIN XƏBƏRDARLIQ İŞIĞI (battery signal light) – Batareyanın elektrik yükünün boşalmasını bildirən siqnal-işıq. Bu işığın yanıb-sönməyə başlaması batareyanın 3-4 dəq. vaxtının qaldığını göstərir.

BAYT (biyte) – Kompüter texnikasında işlənən əsas informasiya vahidi. Ən minimal informasiya vahidi bit çox kiçik sayıldığından, adətən, 8 bitdən ibarət olan B.-dan istifadə olunur. Bir çox hallarda bayt da kifayət etmir. Belə hallarda kilobayt (Kb), meqabayt (Mb), qiqabayt (Qb) və terabayt (Tb) işlədilir.

BAZA (base) – 1) Bünövrə, əsas, özül, təməl; 2) Hər hansı niyyətin həyata keçirilməsi, yaxud fəaliyyət üçün lazım olan maddi-texniki şəraitin məcmusu. Məs., TV-nin maddi-texniki bazası.

BENEFİS (benefit performance) – 1) Kino, yaxud səhnə xadiminin (aktyor, rejissor) yüksək sənətkarlığı, ustalığı ilə əlaqədar onun şərəfinə verilən tamaşa, xüsusi hazırlanan TVR verilişi; 2) Gəlirinin bir hissəsinin və ya hamısının artistlərdən birinə verilməsi üçün oynanılan tamaşa.

BENZOTRİAZOL (benzotriasole) – Ağ toz; bəzi aşkarlayıcı qarışıqlarda tətbiq edilən və müəyyən enerjiyə malik olan görüntü pərdələmə maddəsi.

BESTSELLER (bestseller) – Ən geniş oxucu kütləsinə ünvanlanan, yüksək kommersiya uğuru qazanan, kütləvi tirajla nəşr edilən, yaxşı satılan, pula gedən kitab. Çox zaman güclü reklamın nəticəsində də hansısa bir əsər B. səviyyəsinə çata bilir. Ciddi ədəbiyyatla bərabər, çox vaxt detektiv, fantastika, məhəbbət mövzularında kitablar da B.-ə çevrilir. Bəzən bu B. kino, yaxud TV serialı üçün dramaturji material rolunu oynayır.

BETAKAM (Betacam) – SONY firmasının studiya və studiyadankənar videoistehsal, eləcə də videojurnalistika üçün işləyib hazırladığı çağdaş videoyazılışı biçimi. B.-da parlaqlıq və rəng siqnallarının yazılışı müxtəlif videobaşlıqlı ayrı-ayrı videocığırlarda aparılır. Videolentin yuxarı hissəsində səs siqnallarının yazılışı üçün iki köndələn cığır yerləşir. Lentin aşağı hissəsində sinxrosiqnal və ünvan-zaman kodunun (ÜZK) cığırları yerləşir. Hər qoşa videobaşlıqdan əvvəl fırlanan pozucu başlıq yerləşir ki, bu da videoyazılış zamanı əlavə imkanlar açır. Bu cür başlığın olması artıq siqnaloqramların olduğu yerdə videoyazılışın davam etdirilməsinə imkan verir.

BETAKAM SX (Betacam SX) – Rəqəmli videoyazı formatı; SONY. İnformasiya daşıyıcısı kimi ½ dyümlü metal tozlu lentlərdən istifadə olunur. Videosiqnalı sıxma metodu – 10:1 təzyiq əmsallı 4:2:2 Studio Profile cihazı. Bu formatın avadanlığı materialı yerindəcə montaj etməyə və yüksək sürətlə, keyfiyyətə xələl gətirmədən ötürməyə imkan verir. B. SX avadanlığı BetacamBetacam SP aparatlarına oxşardır. Birbaşa kameranın arxa panelində rəngi əks etdirmək qabiliyyəti B. SX formatının əsas üstünlüklərindən biridir.

BETAKAM SP (Betacam SP) – Metallaşdırılmış oksid lentindən istifadə imkanı olan videoyazılışın analoqlu komponent formatı; tərkibində zaman kodu, yoxlama cığırları və dörd səs kanalı olur. B. formatının daha təkmilləşmiş tipidir. SP abbreviaturasını (superior perfomance) hərfi mənada "əla xarakteristika" kimi tərcümə etmək olar. B. və B. SP formatlarının avadanlığı öz aralarındakı videosiqnallara görə tamamilə bir-birinə uyğundur. Hər ikisində eyni maqnit lentləri tipindən istifadə etmək olar. Lakin B. SP-də əldə olunan müsbət keyfiyyətləri adi B.-da almaq mümkün deyil. B.-a yazılmış təsvirləri B. SP-yə köçürdükdə keyfiyyət yaxşılaşmır. Bundan başqa, B. SP üçün iki ölçü tipində videokasetlərdən istifadə nəzərdə tutulur.

BETA KART (betacart) – 1) Əsasən xəbərlərin verilməsi üçün istifadə edilən avtomatik kaset sistemi. B.k.-da yanakı yüklənmiş xüsusi quruluşlu Betacam videomaqnitofonları tətbiq edilir; 2) Betacam formatı aparatında istifadə edilən videokaset.

BETAMAKS (betamax) – Yüksək sıxlıqlı videoyazı sistemi; yarım dyüm formatlı videokasetlər.

BƏDƏN ÜÇÜN DAYAQ (operator holder) – Əl kamerası ilə çəkiliş zamanı kameranı operatorun bədəninə bərkitmək üçün metal kronşteyn.

BƏDİİ QİRAƏT (recitation) – TV və radioda bədii ədəbiyyatı təbliğ formalarından biri; ədəbi əsərlərin (nəsr, poeziya, pyesdən monoloqlar) studiyada oxunması, estrada sənəti növü. B.q.-çi hər hansı ədəbi əsərin məzmununun açılışında özünəməxsus artistlik təxəyyülü, emosionallıq, aydın tələffüz və s. bədii ifadə vasitələrinə əsaslanır.

BƏDİİ METOD (artistic method) – İdrak üsulu, təbiət və cəmiyyət həyatının təzahürlərinin tədqiqi; EE-də (teleradio tamaşalarında) bədii obrazlar vasitəsilə təsvir üsulu.

BƏDİİ OBRAZ (image) – Kino və TV-də (ədəbiyyat və incəsənətdə) gerçəkliyi əksetdirmə üsulu və forması; bədii yaradıcılığın ümumi kateqoriyası. Həyat həqiqətini bədii ümumiləşdirmələr əsasında konkret, real və fərdi emosional boyalarla canlandıran B.o.-ın obyektiv mənbəyi maddi aləmin predmet və hadisələrindədir. Onun obyektivliyi hadisələri düzgün əks etdirməsidir. B.o. öz xüsusiyyətlərinə görə elmi anlayışlardan, siyasi ideyalardan, əxlaqi prinsiplərdən fərqlənir. B.o. hissi və məntiqinin, konkret və abstraktın, fərdi və ümuminin, təsadüf və zərurətin, xarici və daxilinin, hissə və bütövün, hadisə və mahiyyətin, forma və məzmunun dialektik vəhdətindən ibarətdir.

BƏDİİ TƏXƏYYÜL (artistic imagination) – Keçmiş duyğuların, qavrayışların, təsəvvürlərin, hisslərin, təəssüratların xəyalda, xatirədə bərpa edilməsi və şüurlu surətdə yenidən işlənib hazırlanması əsasında bədii obrazlar yaratmaq bacarığı, həmin obrazları yaratmaq prosesi.

BƏRABƏR PAYLANMIŞ İŞIQ (equal light distribution) – Kadrdakı əşyaların nisbi vəziyyətini, ölçüsünü, forma və səth fakturasını xüsusi olaraq sezdirməmək üçün istifadə edilən işıqqurma üsulu.

BİFİLYAR KASET (bifilar cassette) – Kinolentin sarınmasının bu qaydasının istifadəsi ilə sonsuz lent üçün həlqəyə yapışdırılmış kaset. Bu zaman lentin sarınması və açılması eyni zamanda kinolentin iki şaxəsi ilə aparılır.

BİLBORD (billboard) – 1) Küçələrdə qoyulan iri reklam lövhələri; 2) TV proqramlarının əvvəlində, yaxud sonunda sponsorluğa aid olan qısa məlumat; TV xəbər verilişinin əvvəlində anonsvari xəbərlər toplusu.

BİNOKULYAR GÖRMƏ (binocular vision) – İki gözlə görmə. Səthin girinti-çıxıntılarını görməyə, cisimlərin həcmini, məkanda tutduqları qarşılıqlı vəziyyəti, cismin bizdən və başqa cisimlərdən uzaqlığını qavramağa imkan verir.

BİOQRAFİK MÜSAHİBƏ (biographic interview) – Müsahibin sosial portretini yaratmaq, onun xarakterini və gerçəkliyə münasibətini dolğun açıqlamaq məqsədi ilə aparılan müsahibə. Hər hansı fərdlə qarşılıqlı etimad şəraitində söhbət zamanı onun həyatının maraqlı, həlledici epizodlarını, təəssüratlarını və s. aşkara çıxarmaq mümkündür. Bu baxımdan jurnalistlər tez-tez B.m.-dən yararlanırlar.

BİRBAŞA PEYK YAYIMI (direct satellite broadcasting) – Birbaşa peyk yayımı qəbul edən xüsusi aparatların köməyi ilə seyrçilərin informasiya rabitələrinin peyk kanallarına bilavasitə qoşulması. Yayımın bu tipi efir-şəbəkə və kabel TV-si üçün ciddi rəqib sayılır.

BİRBAŞA YAYIM (live broadcasting) – Canlı yayım. Əvvəlcədən lentə yazılmadan, montaj olunmadan və studiyada işlənmədən, bilavasitə hadisə yerindən həyata keçirilən yayım. İngiliscə "Live" sözü ilə informasiyanın birbaşa çatdırılması mənasını verən xeyli termin əmələ gətirilir: hadisə yerindən reportaj; birbaşa telekörpü; birbaşa translyasiyadan natura çəkilişi, birbaşa peyk translyasiyası və s. Bu terminoloji ifadələr studiya montajları ilə müqayisədə birbaşa translyasiyaların populyarlığının və perspektivinin artması ilə şərtlənir.

BİRGƏ MONTAJ (joint editing) – Video və səs sırasının eyni vaxtda montajı. Buna birgə yapışdırma da deyirlər. Müsahibə və dialoqlardan ötrü əsas montaj tipi də məhz bunlar sayılır. Fonoqramın digər montaj tipi ayrıca yapışdırma adlanır. Belə montaj zamanı görüntü və səs sırası ayrı-ayrılıqda montaj edilir: öncə fonoqram (yaxud videosıra), sonra isə müvafiq görüntü (yaxud fonoqram) yapışdırılır.

BİRKAMERALI VİDEOMONTAJ (Camera-to-tape editing) – Bir kamera ilə çəkilmiş orijinal təsviri materialların montajı.

BİS (encore) – Bir daha, təkrar; konsertdə, teatrda, tamaşada və s. kütləvi tədbirlərdə ifaçıdan öz nömrəsini təkrar etməsi, səhnəyə yenidən çıxması üçün tamaşaçıların xahişini bildirən sürəkli alqış, səs-küy.

BİT (bitbinary digit) – İşarə, rəqəm; kompüter texnikasında (informatikada) minimal informasiya vahidi. B. çox kiçik ölçü göstəricisi olduğundan bu sahədə əsas informasiya vahidi kimi 8 bitdən ibarət olan baytdan istifadə olunur. B.-lərdən baytlar, meqabaytlar və EHM-də istifadə olunan digər iri vahidlər əmələ gəlir.

BİT KARTI (bitmap) – Ayrı-ayrı piksellərdən ibarət təsvir. B.k. çap orijinallarının skan edilməsi yolu qrafik ünsürlərin, eləcə də kadrların tutulması (Frame Grabber) qurğusunun köməyi ilə videotəsvirlərin rəqəmlənməsi nəticəsində yaradıla bilər.

BİVİKON (Bivicon) – Didilmiş hədəfi olan iki projektorlu vidikon.

BLENDA (blende/camera hood) – Kino çəkilişi aparatını (yaxud fotoaparatı) səpələnmiş yan işıq şüasından qoruyan ləvazimat; qaralmış daxili səthə malik dar hissəsi obyektivə geydirilən kəsik konus (piramida).

BLOK (block) – 1) Verilişin montaj olunmuş bir hissəsi, texnikanın müəyyən dəyəri və funksiyası olan ayrıca (müstəqil) bir hissəsi; 2) «Blok edilmiş» mənasını verən mürəkkəb sözlərin ön tərkib hissəsi. Məs., blok-sistem.

BLOK-APARAT (block apparatus) – Ötürücü, yaxud stansiya-məhdudlaşdırma aparatı. Adətən, uzaq məsafələr arasında kommunikasiya zamanı istifadə olunur.

BLOKLANDIRICI (blocking) – 1) Artıq çəkilmiş kadrın üstünə təkrar çəkilişin qarşısını almaq, yaxud lentin təmiz sahəsinin buraxılması üçün avtomatik hərəkət edən bağlayıcı qurğu. B. idarəetmə düyməcikləri arasında mexaniki əlaqə şəklində həyata keçirilir; 2) Yayım üçün hər hansı maneənin qarşısını almaq. Xüsusən kənar dalğaları məhdudlaşdırmaq.

BLOK KODLAŞDIRILMASI (block coding) – Təsvir elementlərinin hissələrə bölünməsi və təsvir blokları arasında əlaqələrin öyrənilməsi üsulu. Dəyişkən kodlaşdırmanı bütün təsvirin, yaxud onun bir hissəsinin spektrinə tətbiq etmək mümkündür. Adətən, bu zaman təsvirin hissələrə (bloklara) bölünməsi üsulundan istifadə edilir. B.k. adlanan bu üsulun tətbiqi zamanı işlənən blokların forması (ölçüsü) təsvir elementlərinin siqnalları arasında mühüm statistik əlaqənin üzə çıxması diapazonu ilə müəyyən edilir.

BLOK PROQRAMLAŞMASI (block programming/blocking) – Birtipli auditoriyalar üçün nəzərdə tutulan standartlaşdırılmış veriliş blokunun tərtibatı və müvafiq vaxtda göstərilməsi (məs., uşaq və idman verilişləri). Formatların standartlaşdırılması bu blokların barter üsulu, yaxud alqı-satqı yolu ilə digər müxtəlif kanallara ötürülməsini asanlaşdırır.

BOBİN (bobbin) – Hərləc. Kinolentin sarınması üçün dairəvi qurğu. Valda bərkidilmək üçün uyğunlaşdırılmış oxdan (hamar oymaqdan), kinolentin ona bərkidilməsi üçün qurğudan və iki yan diskdən ibarətdir. Dəmirdən, alüminiumdan, yaxud plastmasdan hazırlanan B.-in yüngülləşməsi üçün disklərdə iri kəsiklər açılır.

BOBSLEY (bob-sleigh) – Hər hansı verilişin əvvəlində onun qısa məzmununu əks etdirən anonsvari yığcam blok. B. verilişdə gedən ən cazibədar kadrlardan yığılır.

BOD (bods) – Modemin buraxıcılıq qabiliyyəti ilə əlaqədar olub informasiyanın ötürülmə sürətini göstərən ölçü vahidi. B. modemin bir analoq siqnalından digərinə keçmək qabiliyyəti ilə müəyyən edilir.

BOKS (box) Hərfi mənada: qutu. Reklam mətninin haşiyəyə alınmış hissəsi.

BÖLGƏ YAYIMÇISI (regional broadcaster) – Ölkə ərazisinin azı bir rayonunu TV və radio yayımı ilə əhatə edən, orada yaşayan sakinlərin əksəriyyətinə yayım xidməti göstərən hüquqi və ya fiziki şəxs.

BÖLÜŞDÜRÜLMƏ (list) – Filmin çəkilişi üçün tələb olunan avadanlıq və materialların müfəssəl siyahısı. Adətən, bunu rejissor assistenti hazırlayır. O, ssenari elementlərinin sıralanması qaydasına əhəmiyyət vermədən havada, yaxud otaqda, gecə və ya gündüz səs yazılışını tələb edən, yaxud etməyən kateqoriyalara görə həmin siyahını tərtib edir. Naturada çəkilməli olan bütün kadrlar bir qrupa, müəyyən dekorasiyalar, kostyumlar, işıqlanma, xüsusi səsyazma aparatları tələb edən səhnələr isə başqa qrupa daxil edilir. B. rejissorun işini xeyli asanlaşdırır, təkrarların qarşısını alır.

BRAUZER (browser) – Kompüterdə WWW ilə qarşılıqlı əlaqədə olaraq, şəbəkədən müxtəlif sənədlərin alınmasına, onlara baxış keçirilməsinə və məzmunun redaktə edilməsinə imkan verən tətbiqi proqram. B. tərkibində mətn və multimedia informasiyası olan sənədlərlə işləməyə imkan yaradır. Ən geniş yayılmış B.-lərə Mosaic (Windows üçün), CelloLinx proqramları, Internet Works və s. daxildir.

BRİFİNQ (briefing) – Geniş məlumata və səlahiyyətə malik rəsmi şəxsin jurnalistlərlə informativ söhbəti.

BUFER FORMATI (clipboard format)Kompüterdə: buferdə surətin alınma biçimi. Məs., Windows Metafile və s.

BUFFON (buffoon) – Ekran obrazının yaradılmasında təlxəklik üsullarından istifadə edən aktyor; təlxək.

BUFFONADA (buffoonery) – 1) Zarafat və komik məziyyətlər üzərində qurulmuş film-tamaşa; 2) Hoqqabazlıq, oyunbazlıq, təlxəklik.

Download 3,99 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   42




Download 3,99 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Qulu məHƏRRƏMLİ Kino, televiziya

Download 3,99 Mb.