• ELMİ KİNO (science film)
  • ELMİ-KÜTLƏVİ KİNO ( popular-science film )
  • ELM-İSTEHSALAT KİNOSU ( scientific-industrial film )
  • EMBLEM ( emblem )
  • EMOSİYA ( emotion )
  • ENLİ LENT ( wide tape )
  • EPİLOQ ( epilogue )
  • EPİTET ( epithet )
  • EPİZODİK ( episodic(al) )
  • EPİZODİK SERİYALAR (episodis series)
  • ESKİZ ( scetch/draft/outline)
  • ESTETİKA ( aesthetics)
  • ESTETİK HİSS ( aesthetical feeling (emotion) )
  • ESTETİK QAVRAYIŞ ( aesthetic(al) perception )
  • ESTETİK TƏRBİYƏ ( aesthetical trainig )
  • ESTETİK ZÖVQ ( aesthetic taste )
  • ESTRADA ( stage/platform )
  • EŞİDİLMƏ HƏDDİ ( audibility limit )
  • EŞİTMƏ ( hearing/ear )
  • EŞİTMƏ YADDAŞI ( ear memory )
  • ETALON ( standard )
  • Qulu məHƏRRƏMLİ Kino, televiziya




    Download 3,99 Mb.
    bet9/42
    Sana14.11.2020
    Hajmi3,99 Mb.
    #12435
    1   ...   5   6   7   8   9   10   11   12   ...   42

    ELEMENTAR (elementary) – Təməl, ibtidai, başlanğıc, bir şeyin ancaq əsaslarına aid olan; ən vacib, ən lazımlı, əsas.


    ELMİ KİNO (science film) – Kinematoqrafiya sahələrindən biri. 4 növü var: elmi-kütləvi kino, tədris kinosu, elmi-tədqiqat kinosu, elm-istehsalat kinosu. E.k. növlərinin özünəməxsus obyekti, funksiyası və ifadə vasitələri olur. Kinematoqrafiyası inkişaf etmiş bütün ölkələrdə E.k. müstəqil sahə təşkil edir. 1947-ci ildə Beynəlxalq Elmi Kino Assosiasiyası yaradılmışdır.

    ELMİ-KÜTLƏVİ KİNO (popular-science film) – Elmi kino növlərindən biri; geniş tamaşaçı kütləsi üçün nəzərdə tutulur. Müxtəlif növ janrları əhatə edir. E.k.k. təbiət və humanitar elmlərin əsaslarını geniş kütlələrin başa düşəcəyi tərzdə şərh edir, onlara elmi dünyagörüşü aşılayır, elm və texnikanın nailiyyətlərini təbliğ edir, alimlərin həyat və yaradıcığılığı, elmi axtarışlar və kəşflər haqqında məlumat verir. E.k.k.-nun üç tipi var: elmi-kütləvi, elmi-publisistik və elmi-bədii. Bunlardan elmi-kütləvi filmlər daha geniş yayılmışdır.

    ELM-İSTEHSALAT KİNOSU (scientific-industrial film) – Elmi kinonun bir növü; xalq təsərrüfatında yeni texnikanın tətbiqini və mütərəqqi iş üsullarını təbliğ edir. E.i.k.-na texniki-təbliğat filmi də deyilir. Elmi-kütləvi filmdən fərqli olaraq ixtisaslaşmış auditoriya (məs., sənaye, inşaat, nəqliyyat və kənd təsərrüfatı işçiləri) üçün nəzərdə tutulur. Filmlər, adətən, sənədli materiallar əsasında, elmi-publisistik oçerk janrında yaradılır.

    EMBLEM (emblem) – Müəyyən anlayışı, yaxud ideyanı (fikri) ifadə edən şərti və ya simvolik təsvirdir. Məs., ağ göyərçin sülh E.-dir. Bakının E.-i lövhə üzərində üç alov şöləsi və iki dəniz dalğası təsvirlərindən ibarətdir.

    EMOSİYA (emotion) – Həyəcanı, duyğunu danışmaq (göstərmək); gerçəkliyin əks etdirilməsi prosesində insanda yaranan ovqat.

    ENERJİ (energy) – 1) Materiyanın əsas xassələrindən biri – onun hərəkət ölçüsü, materiyanın işıq, istilik, elektrik, mexaniki hərəkət və s. şəklində olan hərəkət ehtiyatı; 2) Qətiyyət, inad, coşğunluq, qüvvət, yaradıcılıq səyinin ifadəsi və s.


    ENLİ LENT (wide tape) – Kino istehsalında işlənən, tərkibində gümüş olan təsviri uzun müddət keyfiyyətli saxlaya bilən 35 mm-lik lent.

    EN-Tİ-Sİ (NTSCNational Television Standards Committee) – ABŞ-da qəbul olunmuş və bir sıra digər ölkələrə (Yaponiya və s.) uyğunlaşdırılmış 525 sətir, 60 Hs göstəricisinə malik video standart.

    EPİLOQ (epilogue) – Bədii əsərlərə (poema, roman, dram) əlavə edilən sonluq. E.-dan kino əsərlərində də istifadə olunur. E.-da əsasən, əsərin qəhrəmanlarının sonrakı taleyi haqqında qısa məlumat verilir.

    EPİTET (epithet) – Məcazın növlərindən biri olub, bir sözü qüvvətləndirmək və zənginləşdirmək, xassə vermək üçün əlavə edilən söz.

    EPİZOD (episode) – Bədii əsərin bitmiş, müstəqil parçası; hadisələr silsiləsində bir məqam; ssenarinin əsas kompozisiya vahidi. Pyesdə və bədii filmin ssenarisində əsərin ümumi toxumasına üzvi şəkildə daxil olaraq onun süjetinin inkişafında mərhələ təşkil edən, özünün başlanğıcı, davamı və sonu olan əhvalat, təsadüf və hadisələrə E. deyilir. Kinoşəklinin məzmunca bitmiş hissəsi; Teatr tamaşasında əhvalatın inkişafı ilə bağlı olmayan səhnə, pərdə.

    EPİZODİK (episodic(al)) 1) Sistematik xarakter daşımayan, təsadüfdən-təsadüfə olan. Epizodik kömək.; 2) Yalnız ayrı-ayrı səhnələrdə, epizodlarda görünən, daimi olmayan. Epizodik surətlər.

    EPİZODİK SERİYALAR (episodis series) – 1930-1940-cı illərdə radioda yaranan, sonra isə TV proqramlarında yer tutan dramaturji forma, janr. Onun kompozisiyasının əsasında iştirak edən şəxslərin hissləri və həyatı haqqında bitmiş hekayətlər formasında epizodlar silsiləsi durur. Seriyanın bütün hissələri üçün əlaqə xətti ümumi mövzudur. E.s.-ın bütün hissələrinin strukturu iştirak edən şəxslər arasında standartlaşdırılmış münaqişələrin müəyyən toplusundan ibarət qapalı – formul xarakteri daşıyır.

    ESKİZ (scetch/draft/outline) – 1) Bir şəklin, rəsmin və ya onun bir hissəsinin ilk qaralaması. Ani çəkilən, sürətlə yerinə yetirilən ilkin rəsmə E. deyilir. Rəssam gördüyü naturanı yadda saxlamaq üçün kağızda müəyyən cizgilər çəkir və burada əşyanın ən vacib əlamətlərini əks etdirir. Sonra bu E.-lərin əsasında əsəri tamamlayır; 2) Heykəltəraşlıq əsərinin kiçildilmiş miqyasda hazırlanan ilk nümunəsi, modeli.

    ESTETİKA (aesthetics) – 1) Hissi qavrayışa aid; 2) İncəsənət haqqında, bədii yaradıcılıqda, təbiətdə və həyatda gözəllik, gözəl formalar haqqında fəlsəfi nəzəriyyə; 3) Bir şəxsin gözəllik kateqoriyası, incəsənət və ya onun hər hansı bir növü haqqındakı görüşləri; 4) Hər hansı ekran əsərində (film, veriliş) estetik kateqoriyaların əks etdirilməsi. Ekran estetikası.

    ESTETİK HİSS (aesthetical feeling (emotion)) – Bizi əhatə edən gerçəkliyin estetik özünəməxsusluğunun: ictimai münasibətlərdə, insanların davranışında, incəsənətdə gözəlliyin, ülviliyin qavranılması sayəsində insanda əmələ gələn spesifik həyəcan. Belə gözəllik obyekti hər şey – təbiət və onda baş verən müxtəlif hadisələr, ictimai həyat, insan, onun rəftarı, həmçinin varlığı düzgün və yüksək bədii səviyyədə əks etdirən incəsənət (kino, teatr və s.) və ədəbiyyat əsərləri ola bilər. E.h. ictimai xarakter daşıyır. Estetik tələb və normalar tarixən şərtlənir, müxtəlif olur. Bu, bir tərəfdən həmin hissləri keçirən adamların dünyagörüşü, ümumi inkişaf səviyyəsi, zövqləri, aldıqları tərbiyə, fərdi fərqlərə malik olmaları, digər tərəfdən isə həmin hissləri doğuran obyektlərin hədsiz çoxcəhətliliyi və müxtəlifliyi ilə izah olunur.

    ESTETİK QAVRAYIŞ (aesthetic(al) perception) – İnsanın ətrafdakı predmetlərin gözəlliyini (onların formasının, rənginin, musiqi səsinin və s.) hiss etmək qabiliyyəti. E.q. hissi qavrayış əsasında müxtəlif predmetlərin insanın görmə və eşitmə üzvlərinə təsir edərkən əsəb sisteminin oyanması, onun beynə verilməsi və orada yeni şəkil alması ilə əşyaların məkan formalarını, rəngini, səsini və s. əks etdirmək (hiss etmək) qabiliyyəti əsasında inkişaf edir.

    ESTETİK TƏRBİYƏ (aesthetical trainig) – İnsanda həyatın və incəsənətin gözəllik və ülviliyini qavramaq, düzgün başa düşmək, qiymətləndirmək və yaratmaq bacarığının aşılanmasına və təkmilləşdirilməsinə yönəldilmiş tədbirlər sistemi. E.t.-nin məqsədi cəmiyyət üzvlərinin əqli, siyasi, əxlaqi və fiziki cəhətdən hərtərəfli inkişafına kömək etmək, onlarda gözəllik hissini təkmilləşdirmək, gözəllik qanunları üzrə yaratmaq həvəsi oyatmaqdır.

    ESTETİK ZÖVQ (aesthetic taste) – İnsanın təbiət və cəmiyyətin predmet və hadisələrinin estetik xüsusiyyətlərini duymaq, başa düşmək və qiymətləndirmək qabiliyyəti. E.z. insanın gerçəkliyə, estetik keyfiyyətlərin zənginliyinə, ictimai praktika prosesində gözəllik, eybəcərlik, komiklik, faciəvilik və s. kimi təsəvvürlər mövqeyindən verdiyi qiyməti ifadə edir. Həmin qiymətvermənin predmeti incəsənət əsəri olduqda bu qabiliyyət E.z. adlanır.

    ESTRADA (stage/platform) – 1) Kütlə qarşısında çıxış edən artistlər üçün tikilən açıq səhnə, taxta meydança; 2) Estradada göstərilən, nömrələri tez-tez dəyişən konsertlərdən və s. ibarət kiçik formalı tamaşa. Estrada sənəti – dram, musiqi, xoreoqrafiya, sirk sənətini birləşdirən səhnə sənəti növü.

    EŞİDİLMƏ HƏDDİ (audibility limit) – İnsan qulağının qavraya bildiyi ən kiçik səs şiddəti. E.h. yaşdan, şəraitdən, qulağın fizioloji halından və s. asılı olaraq müxtəlifdir. E.h. səs tezliyindən də asılıdır. İnsan qulağının ən yüksək həssaslığı 1-6 khs diapazonundadır.

    EŞİTMƏ (hearing/ear) – Səs dalğalarının qavrayışını təmin edən funksiya. Eşitmə sisteminin və ya eşitmə analizatorunun fəaliyyəti ilə təmin olunur. Təkamül prosesində E. ilk dəfə həşəratlarda əmələ gəlmişdir; bütün onurğalılarda var, məməlilərdə isə daha çox inkişaf etmişdir. E. zamanı səs dalğaları xarici qulaqdan keçib təbil pərdəsi vasitəsilə orta qulaqdakı E. sümüklərinə verilir, E. sümükləri isə qulaqdakı mayeni ehtizaza gətirir.

    EŞİTMƏ YADDAŞI (ear memory) – Səslərin (məs., musiqi) asanlıqla yadda saxlanılması ilə təzahür edən yaddaş. Müvafiq olaraq söz yaddaşı sözlərin, görüntü yaddaşı təsvirin, emosional yaddaş isə ekrandakı emosional vəziyyətlərin asan yadda saxlanılması ilə xarakterizə olunur.

    ETALON (standard) – Örnək, müəyyən edilmiş ölçü vahidinin dəqiq nümunəsi; ideal yaradıcılıq işi; yaxşı, gözəl kino çəkmək, veriliş hazırlamaq nümunəsi, örnəyi.

    Download 3,99 Mb.
    1   ...   5   6   7   8   9   10   11   12   ...   42




    Download 3,99 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Qulu məHƏRRƏMLİ Kino, televiziya

    Download 3,99 Mb.