ETİKA (ethics) – 1) Əxlaq, tərbiyə və mənəviyyat haqqında təlim; 2) Hər hansı bir sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları; 3) Jurnalistin EE-də davranışı




Download 3,99 Mb.
bet10/42
Sana14.11.2020
Hajmi3,99 Mb.
#12435
1   ...   6   7   8   9   10   11   12   13   ...   42

ETİKA (ethics) – 1) Əxlaq, tərbiyə və mənəviyyat haqqında təlim; 2) Hər hansı bir sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları; 3) Jurnalistin EE-də davranışı.


ETİKET (etiquette) – 1) Hər hansı bir cəmiyyətdə, diplomatik dairələrdə, ictimai mühitdə, habelə EE-də qəbul olunmuş davranış və nəzakət qaydaları; 2) Ticarət şəbəkəsində məhsulun üzərinə yapışdırılan, üstündə adı, qiyməti və s. olan yarlık.

EVFEMİZM (euphemism) – Yaxşı, incə, zərif danışmaq. Kobud, kəskin, yasaq söz və ya ifadələrin əvəzinə işlədilən mülayim söz və ifadələr.

EVRİSTİKA (heuristic) – Nəyinsə kəşfində və təlimində istifadə olunan üsul; fəallığın, hazırcavablığın inkişafına xidmət edən qədim təlim metodu. E.-nın vəzifəsi hər hansı yeni məsələnin həlli prosesinin modellərinin yaradılmasından ibarətdir.

EYFORİYA (euphoria) – Yüksək, şən əhval-ruhiyyə. Bu və digər fəaliyyət növündə müvəffəqiyyət zamanı insanın yüksək sevinc halı. E. öz ifadəsini, adətən, hərəkətlərin cəldliyində, nitqin canlılığında tapır.

EYNİVAXTLI YAYIM (simulcast) – 1) Eyni anda həm AM, həm də FM tezlikləri ilə verilən radio yayımı; 2) Bir hadisənin həm radio, həm də TV ilə eyni vaxtda yayımlanması.

EZOP DİLİ (language of Aesop) – Bizim eradan öncə VI əsrdə yaşamış qədim yunan təmsilçisi Ezopun adından götürülüb. Bəlli bir düşüncənin dolayı yolla, üstüörtülü və eyhamla bildirilməsi deməkdir. Başqa sözlə, müəmmalı, rəmzi dil. E.d. TV və sənədli kinoda da tətbiq olunur.


Ə

ƏDƏBİ DİL (literary language) – Hamının qəbul etdiyi normativ dil. Ə.d.-in normalaşdırılması o deməkdir ki, onun lüğət tərkibi ümumxalq dilinin zəngin söz xəzinəsindən seçilir, ayrılır, sözlərin mənası və işlənmə məqamları, tələffüz tərzi və yazılış qaydası müəyyən prinsipə tabe edilir, sözdüzəltmə ümumi ənənəvi qaydada aparılır. Ədəbi dil dialektlərə, loru dilə, jarqonlara qarşı qoyulur. Ünsiyyətin məqsəd və şəraitindən asılı olaraq Ə.d.-də üslubi cəhətdən fərqlənmə gedir. Ə.d.-in iki qolu (yazılı və şifahi) vardır. Son vaxtlar tədqiqatçılar Ə.d.-in daha bir qolu – TV və kinoda işlənən AVN (yazılı və şifahi dilin sintezi) haqqında da danışırlar. TVR verilişləri hazırlanarkən Ə.d. normaları əsas götürülür.

ƏDƏBİ SSENARİ (literary script) – Gələcək ekran məhsulunun səs və görüntü həllini plastik dramaturji keçidlər, dialoqlar, montaj üsulları və digər ifadə vasitələrinin köməyi ilə verən xüsusi ədəbi əsər. Çəkiləcək ekran əsərinin tam dolğun təsəvvür edilməsi ssenaristin məharətindən və Ə.s.-nin mükəmməlliyindən çox asılıdır. Ekranda nələrin olacağı barədə sözlə aydın təsəvvür yaratmaq, dramaturji qanunlara və əyaniliyə əməl edərək əsas elementlərin, kadrların uyğunluğunu dəqiq göstərmək Ə.s. üçün əsas şərtdir.

ƏHATƏ DAİRƏSİ (penetration) – Yayımlanan bu və ya digər proqramlara nə qədər tamaşaçı (dinləyici) baxmasını müəyyənləşdirmək üçün radio və teleqəbuledicisi olan evlərin sayının hesablanması yolu ilə auditoriyanın öyrənilməsi. Toplanan məlumatlar proqramlara reklam informasiyasının da mümkün daxil edilməsi üçün bu proqramların marketinq xarakteristikasını müəyyənləşdirməyə imkan verir.

ƏKSETDİRİCİ (reflector) – Açıq rəngli, donuq, yaxud parlaq səth. Bəzən güzgüləndirici də deyilir. Bunun köməyi ilə kinoçəkiliş zamanı çəkilən obyektə əlavə işıq yönəldilir. Ə. kimi ağ kağız, yaxud karton vərəqlərindən, güzgüdən, boyadılmış fanerlərdən, yaxud üzərinə staniol vərəqləri yapışdırılan faner təbəqələrindən istifadə olunur.

ƏKS XRONOMETRAJ (back timing) – Xəbərlər buraxılışının sona yetməkdə olan hər hansı fraqmentinin dəqiq müddəti. Adətən, buraxılışın cədvələ uyğun olaraq vaxtında qurtarması üçün bu fraqmentlərin hamısı əvvəlcədən dəqiq ölçülür və xronometraj saniyəsinə qədər müəyyənləşdirilir.

ƏKS İŞIQKONTRAJUR (back light counter light) – Studiyada (və ondan kənarda) incə və parlaq işıq xətti ilə insanın başını və çiyinlərini sezdirərək dərin kadrın alınmasına şərait yaradan işıq. Ə.i., həm də saç düzümünün, yaxud geyim biçiminin bildirilməsinə çox kömək edir, onları fonda əriməyə qoymur. Obyektiv əks işığın cüzi hissəsi düşdüyü üçün həmin işığı buraxan cihazın parlaqlığı rəsmləyici işığın parlaqlığına ya bərabər, ya da ondan çox olur. Ə.i. qaynağı obyektin arxasında, həm də xeyli yüksəkdə yerləşdirilir. Bu qaynağı çəkilən adamın başı üzərindən son dərəcə hündürdə quraşdıranda, həmin adamın saçları və burnu çox işıltılı alınır. Bir az aşağıda yerləşdirəndə, cihazın obyektə saldığı işıq kameraya düşməyəcək. Xeyli aşağıda yerləşdirəndə isə işıq birbaşa obyektivə düşərək bərq vuracaq. Ə.i.-nin düzgün qurulması studiyadan kənarda işləyən işıqçıdan ötrü heç də asan vəzifə deyil. İşıq cihazlarının əksəriyyəti döşəmə dayaqlarına bərkidildiyindən çəkiliş obyektinin arxasında qoyulan əks işıq qaynağı kadra düşə bilər. Əgər bu, çox mane olursa, döşəmə dayağını kadrdan çıxarmaq üçün ya cihazın, ya obyektin, ya da kameranın yerini dəyişdirmək lazım gəlir.

ƏKSİNƏ KİNOÇƏKİLİŞ (retrace shoooting) – Ekranda əksinə hərəkət effekti almaq üçün istifadə olunan üsul. Əgər kinoçəkiliş aparatı əksinə gedişə malikdirsə və çəkiliş elektrik mühərrikinin hərlənməsi, yaxud əllə əksinə hərlədilməsi ilə yerinə yetirilirsə, Ə.k.-i həyata keçirmək mümkündür.

ƏKS KADR (cutback) – 1) Kinokadr, yaxud çap mətninin bir hissəsi (kəsiyi); 2) Kinoməhsulda montaj əlavəsi və nəqli-verbal diskurslarda hərəkətlərin ardıcıllığını pozan kompozisiya dəyişiklikləri. Kəsikləri, əlavələri və salınma kadrları bildirmək üçün cut-away sözündən də istifadə olunur.

ƏKSOLUNMA QANUNU (refraction law) – Eyni tipli dalğa üçün izotrop mühitdə düşmə bucağının əksolunma bucağına bərabər olduğunu ifadə edən qanun.

ƏKS-SƏDA (echo) – Səs dalğalarının hər hansı bir maneədən səs mənbəyinə doğru qayıdan əksi, eşidilən səsi. Analoji mənada Ə.s radiolokasiyada, ultrasəs defektoskopiyacında əks olunmuş radiodalğaları ifadə edir.

ƏLAVƏ İNFORMASİYA (additional information/news) – Teleradio yayım siqnalının tərkibində ötürülən və əsas proqramlarla heç bir əlaqəsi olmayan hərfli, rəqəmli, qrafik, səsli və digər informasiyalar.

ƏLAVƏ MƏLUMAT (additional/extra/supplementary) – Məzmunca TV və ya radio yayımı siqnalının tərkibində ötürülən əsas teleradio proqramlarının məzmunu ilə birbaşa, yaxud ümumiyyətlə, bağlı olmayan hərfli, rəqəmli, qrafik, səsli və digər məlumat.

ƏLAVƏ RƏNGLƏR (complementary colors/complementaries) – Əsas rənglər – göy, yaşıl və qırmızı - ağ rəngədək əlavə: sarı, al qırmızı və mavi rənglərə malikdirlər.

ƏLDƏN ÇƏKİLİŞ (manual shooting) – TV çəkilişinin ştativsiz aparılması. Bu halda operator görüntüləri çiyninə qoyduğu kameradan qeydə alır. Ə.ç. üsulu operativ informasiya (hadisə) süjetlərinin çəkilişi zamanı tətbiq olunur.

ƏLDƏ SAXLANILMAQLA ÇƏKİLİŞ APARILAN KİNOAPARATLAR (minicam/hand held camera) – Sənədli, xronikal və elmi-kütləvi, son illər isə həm də TV filmlərinin istehsalında geniş istifadə edilən aparatlar. Bu növ aparatların ayrı-ayrı modelləri reportaj xassəli sinxron kinoçəkilişlərində də tətbiq olunur.

ƏLLƏ NİZAMLAMA REJİMİ (manual mode) – Videokameranın avtomatik vəziyyəti. Ə.n.r. hər cür işıq şərtlərində ən yaxşı çəkiliş imkanını təmin edir. Ancaq xüsusi çəkilişlər üçün əl nizamlamalarına ehtiyac var. Auto-lock düyməsini aşağı endirdikdə (işıq söndükdə) heç bir nizamlama aparılmaz. Amma bu rejimi söndürdükdən sonra cəmləşdirmə, ağ rəngin tarazlığı və təsvirin dəqiqləşdirilməsini müəyyən etmək olar.

ƏLVANLIQ (diversity of colors) – Dolğunluqla rəng tonunun məcmusu. Rəng tonu və dolğunluq rəngin keyfiyyət dərəcələridir.

ƏMTƏƏ NİŞANI (trade mark/blackstripe) – Malın adının özünəməxsus şriftlərlə yazılışı və ya simvolik işarəsi. Reklam üçün vacib komponentdir. Adətən, patentləşdirilir və başqa oxşar mallarda onun istifadəsinə yol verilmir.

ƏSAS AXIN "MEYNSTRİMİNQ" (mainstreaming) – Sutkanın ən azı 4-5 saatını TV ekranı qarşısında keçirən əzabkeş tamaşaçılarda həyati dəyərlərə ümumi baxışların formalaşması prosesi.

ƏSAS FİLİAL (rrimary affiliate) – Əsas xidmət üçün bir teleşəbəkənin proqramlarından istifadə edən telestansiya.

ƏSAS FOKUS (primary focus) – Əsas optik oxun sonsuz uzaqlaşmış obyekti göstərən nöqtəsi. Hər bir linzada və hər bir obyektivdə iki əsas fokus olur: ön və arxa.

ƏSAS FOKUS MƏSAFƏSİ (principle focal length) – Kinoçəkiliş obyektivinin (arxa) əsas nöqtəsindən (arxa) əsas fokusunadək olan məsafə. Ə.f.m. kinoçəkiliş obyektivinin mühüm səciyyəsidir və digər məlumatlarla birlikdə onun sağanağında (çərçivəsində) göstərilir. Ə.f.m. nə qədər böyük olarsa, digər bərabər şəraitdə təsvir də bir o qədər iri olar.

ƏSAS FORMUL (basic formula) – Xəbər proqramlarının janr xüsusiyyətlərinin təhlili üçün tətbiq edilən termin. U.Riversin və bu sahə üzrə Amerikanın digər nəzəriyyəçi mütəxəssislərinin fikrincə, əsas formul baş-ayaq çevrilmiş piramida şəklində təsəvvür edilə bilər. Bu isə qısa preambula ilə başlanan və hadisə, eləcə də onun konteksti haqqında daha müfəssəl söhbətlə bitən informasiyanın genişlənmə prosesini bildirir. Xəbərlərin məzmunundan asılı olaraq giriş hissəsi, ya əsas faktların sakitcə qısa sadalanmasından, ya da onların ixtisar edilmiş "kapsul" variantından ibarət ola bilər. Yaxud preambulaya ya qıcıqlandırıcı, ya da zarafatyana – lətifəvari xarakter verilir. Bütün hallarda əsas məqsəd informasiyanın məğzini ifadəli şərh etməklə informasiya alanın diqqətini cəlb etməkdir.

ƏSAS XƏBƏR PROQRAMI (primenews) – Axşam saatlarında (saat 20-dən 22-dək) göstərilən, ən çox tamaşaçı toplayan və günün əsas xəbərlərini çatdıran informasiya proqramı.

ƏSAS İŞIQ (main light) – Hər yerdə rastlaşdığımız, ancaq bəlli qaynağı olmayan işıq. Gün işığı birbaşa düşməyən yerlərdə (təbiətdə) belə işıqla üzləşirik. Ə.i.-ı süni yolla seyrəldici cihazlar dəstinin və güzgüləyicilərin köməyi ilə almaq mümkündür.

ƏSAS İŞIQ CİHAZLARI (main lighting/arrangement) – Həm studiyada, həm də studiyadankənar çəkilişlərdə istifadə olunan yönəldici və seyrəldici işıq cihazları. Y ö n ə l d i c i i ş ı q q u r ğ u l a r ı kəskin, fokuslaşdırılmış, ensiz işıq şüası, s e y r ə l d i c i i ş ı q c i h a z l ar ı isə fokuslaşdırılmayan, nisbətən seyrək, enli işıq şüası yaradır. Kameraların işıq həssaslığı və kontrast diapazonu artdıqca, əsas işığa verilən tələblər də dəyişir. Əsas işıq qurğusu kimi, yönəldici işıq cihazları da get-gedə daha çox, parçadan hazırlanmış güzgüləyicilərlə əvəz olunur. Üzərinə alümin tökülmüş parçadan əks etdirilən işıq parlaq və eyni zamanda seyrək işıq verir. Həmin işıq obyektə tutum (həcm) effekti gətirir və yaxud qatı kölgəli sahələrin yaratdığı kontrastı yumşaldır.

ƏSAS İŞIQLANMA (main lighting) – Kameranın normal fəaliyyəti üçün zəruri olan işıq minimumu.

ƏSAS NÖQTƏLƏR (primary points) – Əsas optik oxun əsas müstəvilərlə kəsişmə nöqtələri.

ƏSAS RƏNGLƏR (primary/principle/primitive colors) – Göy, yaşıl və qırmızı. Rəngli təsvirlər alınmasının additiv (toplayıcı) qaydası zamanı elementar tərkib hissələridir.

ƏSAS RƏNG SİQNALI (solor-separation siqnal) – Rəngbölüşdürücü təsvir siqnalı.

ƏSAS SPONSOR (rarticipating sponsor) – Hər hansı proqramı, yaxud konkret studiyanın fəaliyyətini maliyyələşdirən, yaxud reklam məqsədi ilə teleproqram sifariş edən sponsor.

ƏYANİLİK (visuality) – Gerçəkliyin incəsənətdə müxtəlif təsviri-ifadə vasitələrinin köməyi ilə, təsvir olunan əşyanın və yaxud hadisənin real, konkret-hissi obrazının yaradılmasından ibarət olan və gözlə asanlıqla görünməsi mümkün olan bədii inikasının xüsusiyyəti.

ƏYLƏNCƏLİ PROQRAM (entertainment program) – Müasir mass-medianın informasiya sahəsində əhəmiyyətli dərəcədə payı olan və müxtəlif oyunlara əsaslanan bədii-musiqi proqramları. Analitiklər Ə.p.-ı təkcə medianın asudə vaxt funksiyaları spektrinin genişləndirilməsi ilə deyil, həm də KİV-in reklam sponsorluğundan asılılığının güclənməsi ilə əlaqələndirirlər. Belə ki, onlar əyləncəli proqramlardan özlərinin kommersiya maraqları üçün istifadə edərək bunun köməyi ilə reklam həvəsləndirməsinin müxtəlif formalarını təşkil edirlər. Ə.p.-ın xəbər proqramları ilə birləşməsi prosesi də inkişaf edir. Bu proseslər nəticəsində meydana çıxan infoteynment calaq janrları KİV-in kütləvi sahəsini daraldır və əyləncəli-informasiya proqramlarının yayım şəbəkəsində mövqeyini möhkəmləndirir.

F

FABULA (plot/story) – 1) Bədii əsərdə (kinofilmdə, teatr tamaşasında, ədəbi əsərdə) təsvir olunan hadisələrin zaman ardıcıllığı ilə nəql olunması. F. s ü j e t l ə sıx bağlıdır: hadisələrin xronoloji ardıcıllıqla təsvir olunduğu bədii əsərdə F. və süjet məfhumları bir-birinə uyğun gəlir; 2) Hadisələrin nəql edilməsi üsulu. Bu termin çoxmənalı olduğuna görə bəzən süjet anlayışı ilə səhv salınır. Əgər süjet dedikdə təsvir edilən hadisələrin xronoloji ardıcıllığı başa düşülürsə, F. dedikdə hadisələrin nəql edildiyi qayda nəzərdə tutulur. Bəzi ədəbiyyatşünaslar xronoloji ardıcıllığı F., onların bədii düzülüşünü isə süjet adlandırırlar. F. ədəbi əsərin məzmunu, burada təsvir olunan hadisələrdir. Beləliklə, materialın F. düzülüşü süjet düzümündən onunla fərqlənir ki, burada jurnalistin əsas işi hər hansı sosial təzahürü, yaxud problemi aça biləcək daha əlamətdar hadisələri fərqləndirməkdir.

FAKT (fact/case) – 1) Süjet və veriliş üçün ilkin material, hadisə, istinad sənədi, əsas, dəlil, sübut; 2) Fəlsəfi anlayış – obyektiv və elmi F. anlayışları bir-birindən fərqləndirilir. Obyektiv F. insan fəaliyyətinin və ya idrakının obyektini təşkil edən müəyyən hadisəni, təzahürü, reallığın parçasını başa düşmək kimi qəbul olunub. Elmi F. obyektiv F.-ın insan şüurundakı inikasıdır, yəni onun müəyyən dilin vasitəsilə təsviridir.

FAKTOQRAFİK MATERİAL (factographic material) – Hər hansı verilişin, jurnalist məhsulunun sənədli əsası. F.m. gerçək həyatda baş verən hadisənin dəqiq qeydə alınmasıdır. Bu, jurnalistin həqiqətə söykənmək prinsipinin əsasını təşkil edir. Jurnalist əsərinə çevrilən F.m. həmişə şərh edilir və çox hallarda aktuallıq kəsb edir.

FAKTOR (factor) – Əmələ gətirən, yaradan, səbəb olan; prosesin əsas hərəkətverici amili, səbəbi.

FAKTURA (texture) – 1) Müəyyən materiallara xas olan, yaxud onun emalı nəticəsində alınan səthin xarakteri. İ n c ə s ə n ə t d ə, t ə s v i r i s ə n ə t d ə – bədii əsərin səthinin, onun işlənməsinin bədii yaradıcılıq üsulu. Məs., daşın, mişarlanmış və hamarlanmış ağacın, budağın və s. F.-sı. Kinematoqrafda F.-nın düzgün verilməsi əşyanın hazırlandığı materialı göstərməklə onun haqqında təsəvvürü dəqiqləşdirir; 2) Verilişin quruluşu, onun materialı, texniki üsulu, musiqi elementləri, səslənmə məcmusu. Melodiya, akkompanement, ayrı-ayrı səslər, səsaltı sədalar, mövzu və s. F.-nın əsas elementləridir. F.-nın akkordlu, harmonik və polifonik növləri mövcuddur.

FANTAZİYA (fantasia/fancy/imagination) – 1) Xəyalən bir şey uydurma, təsəvvür etmə bacarığı; yaradıcılıq təxəyyülü; 2) Sərbəst formalı improvizasiya səciyyəli əsər. Bax: B ə d i i t ə x ə y y ü l.

FARS (farce) – Komikliyin təlxəklik hərəkətlərində, kobud zarafatlarda təzahür edən formalarından biri. İ n c ə s ə n ə t d ə – buffonada, qrotesk priyomlarından, gündəlik zarafat və sərt yumordan geniş istifadə edən teatr tamaşası; yüngül komediya, dram tamaşasının növlərindən biri; sonralar kobud məzmunlu komediya və ya vodevil; şit zarafat.

FASİLƏSİZ QİDA MƏNBƏYİ (unit power system UPS) – Elektrik şəbəkəsinin dayanıqlı işləməsini artıran və elektrik şəbəkəsi açıldıqda (işıq söndükdə) serverdə olan materialların itməməsini təmin edən sistem. Dövrədə kompüteri qidalandıran gərginlik açılarsa, o zaman F.q.m. (UPS) vasitəsilə kompüter işinə davam edəcək, əməli yaddaşa yüklənmiş proqramlar itməyəcək. F.q.m.-ni seçərkən elə etmək lazımdır ki, onun gücü serverlərin gücündən az olmasın.

FAYL (file) – Kompüterin proqram təminatının əsas elementi. F. dedikdə informasiya daşıyıcısının adlandırılmış hissəsi başa düşülür. F.-larda proqramlar, mətnlər, sənədlər, qrafiklər, cədvəllər və s. informasiya saxlanılır. F.-lar iki cür olur: icra oluna bilənicra oluna bilməyən F.-lar. Hər bir kitabın adı olduğu kimi, F.-ların da mütləq adı olmalıdır. F.-ın adı iki hissədən ibarət olur: xüsusi adı və tipi. Ad və tip bir-birindən nöqtə ilə ayrılır.

FƏRDİLƏŞDİRMƏ (individulization) – TV kommunikasiyasının səs-görüntü xarakteri. Auditoriyanın kommunikatorla fərdi əlaqə yaratmaq tələbatı. İri teleşirkətlərin daim yaxşı aparıcılar və reportyorlar axtarması da bununla əlaqədardır. F. sayəsində tamaşaçıların rəğbətini və etimadını qazanmaq mümkündür.

FƏRDİLİK, y a r a d ı c ı l ı q f ə r d i l i y i (creative individuality) – Sənətkarın əsərlərində ifadə olunan yaradıcılıq fəaliyyətinin təkrarolunmaz özünəməxsusluğu. Sənətkar yaradıcılıq prosesində gerçəklik hadisələrini öz dünyagörüşünün, öz daxili aləminin süzgəcindən keçirir, onları özünün yaradıcılıq təxəyyülünün kürəsində əridir.

FİKSAJ (fixing) – Kinolentin aşkarlanması başa çatdıqdan sonra bərpa olunmamış qalan gümüş halogenidinin fiksələşdirilməsi – həll edilməsi üçün lazım olan məhlul. F.-ların adi, turş, aşılayıcı və sürətli növləri mövcuddur.

FİKSƏLƏŞDİRMƏ (fixation/fixing) – Aşkarlama başa çatdıqdan sonra prosesdən keçməyən gümüş halogenidinin həll edilməsindən ibarət olan emal prosesi. F. fiksajda emalla yerinə yetirilir.

FİKSİYA (fiction) – 1) Uydurma, təxəyyül; 2) Gerçəkliyin təhrif olunması, onun müəyyən məqsədlə hansısa şərti formaya salınması.

FİLM (film) – Ayrıca kino əsəri. Peşəkar kinematoqrafiyada F.-lərin bədii, multiplikasiya, xronikal-sənədli, elmi-kütləvi, tədris və s. növləri mövcuddur. Janrına və bədii yönümünə görə F.-lər səssiz, səsli, ağ-qara, rəngli, genişekranlı, genişformatlı, panoramlı, stereoskopik; göstərilmə davamiyyətinə görə isə tammetrajlı və qısametrajlı kimi növlərə ayrılır. F.-lərin istehsalı kinostudiyalarda cəmləşdirilir.

FİLM ANBARI (film barn) – Film nüsxələrinin xüsusi qəfəsələrdə və müəyyən texnologiyaya uyğun şəkildə mühafizə edilməsi üçün xüsusi yer. Qəfəsələr hər biri 10 m2-lik şöbələrə bölünür. Şöbələrin hər birində 100-dən çox film nüsxəsi yerləşdirilə bilər.

FİLMDƏN KADR (frm/film frame) – Çəkiliş zamanı edilən reklam fotolarından fərqli olaraq birbaşa filmin neqativindən çıxarılan foto.

FİLMİN DEFEKTLƏRİ (film faults) – Saz vəziyyətdə olan aparatda nümayiş etdirilən zaman ekranda alınan təsvirlərin keyfiyyətini aşağı salan qüsurlar. F.d. sırasına isti aşkarlayıcı vasitəsilə qısa müddətdə aşılama nəticəsində alınan azkontrastlı pozitivlər; çox miqdarda bromidli kontrast aşkarlayıcısında aşkarlama nəticəsində alınan yüksəkkontrastlı pozitivlər; saxlanma-mühafizə qaydalarının pozulmasına, kasetin doldurulması, yaxud qaba doldurulma zamanı işıqlanmaya görə alınan həddən artıq hiss olunan pərdələr və s. daxildir.

FİLMİN GERİ FIRLADILMASI (back oscillation/stroke/swing) – Filmin axırdan əvvələ hərlədilməsi prosesi; xüsusi sarıyıcıda, yaxud bilavasitə kinoproyektorda aşağıdakı kasetdən yuxarıdakına sarımaqla yerinə yetirilir. Lentin qüsurlarını aşkara çıxarmaq, zədələri təmir etmək və təmizləmək məqsədi ilə hərlədilməni montaj stolunda apararaq, eyni zamanda filmə baxmaq məsləhət görülür.

FİLMİN (LENTİN) QABARMASI (convex tape surface) – Kinoproyeksiya zamanı həddindən artıq qızma nəticəsində kinolentin burulması. F.q. nəticəsində onun emulsiya təbəqəsi ilə obyektiv arasındakı məsafə vaxtaşırı dəyişir. Bu da ekranda təsvirin fokusunun itməsinə, necə deyərlər, təsvirin «boğulmasına» gətirib çıxarır. Kiçik kəskinlik dərinliyinə malik qısafokuslu proyeksiya obyektivli, ensiz lentli kinoproyektorlarla işləyərkən, ekrandakı təsvirin kəskinliyi filmin qabarmasından və kadr pəncərəsi müstəvisində lentin obyektivin optik oxuna perpendikulyar vəziyyətinin pozulmasından asılıdır.

Download 3,99 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Download 3,99 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



ETİKA (ethics) – 1) Əxlaq, tərbiyə və mənəviyyat haqqında təlim; 2) Hər hansı bir sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları; 3) Jurnalistin EE-də davranışı

Download 3,99 Mb.