|
Paketlər,şəbəkənin idarə olunması
|
bet | 29/40 | Sana | 11.01.2024 | Hajmi | 0,59 Mb. | | #134851 |
Bog'liq DOC-20240109-WA0011.59. Paketlər,şəbəkənin idarə olunması.
Paket. Paket dedikdə, ikili simvollardan təşkil edilən xüsusi format başa düşülür. Kanal səviyyəsində protokol vahidi -kadr hesab edilir. Paket- həmin kadr olub standart uzunluğu 1000 Bit-125 Bayt təşkil edir. Deməli protokol, uzunluğu 1000 Bit-125 Baytlır kadrlardan təşkil edilir və hər bir kadr paketlər formasında rabitə kanalları ilə paket selləri şəklində verilir. Paketlər öz növbəsində iki yerə bölünür:
İnformasiyalı siqnalları daşıyan paketlər;
İdarəedici siqnalları daşıyan paketlər.
Sinxron veriliş metodunda ixtiyari paketin əvvəli və sonu 8 simvollu 0111 1110 strukturlu kod sözünə malik olur. Onun ünvan və idarəetmə sahəsi də 8 simvollu kod sözlərindən təşkil edilir. İdarəetmə sahəsində komanda(cavab informasiyası) yazılır. Hər bir paketin minimum tutumu üç oktedə bərabər olur. Okted dedikdə, 8 bitlik kod sözü başa düşülür. Hər bir okded özünəməxsus identifikatoru olur; paketin başlığının formatını təyin edən identifikator məntiqi kanalın identifikatoru və paketin tipinin identifikatoru virtual birləşmələr protokolunda 15 müvvəqqəti və 11daimi tipli paketləri məşğul edir. Paket sellərinin verilişi iki rejimdə təşkil edilir:
Virtual paket rejimi (PK-V), Dataqram paket rejimi (PK-D).
Virtial rejimində əvvəlcədən birləşmə yaradılmır və paket selləri müxtəlif marşrutlarla (marşrutizatorların tədbiqi ilə) verilişi təşkil edilir. Virtual rejim dedikdə, bir fiziki xətlə(traktla) ayrı-ayrı sahələrdə təşkil edilən məntiqi kanallar çoxluğu başa düşülür. Adətən bir fiziki xətlə(dövrə ilə) bir neçə yüz, hətta minlərlə virtual kanal təşkil edilə bilər. İki tip virtual kanal olur:
- Müvəqqəti virtual rejimli kanal;
- Sabit virtual rejimli kanal.
Dataqram rejimində verilən paketlər dataqram adlanır.
|
| |