Telefon siqnallarının təsnifatı




Download 0,59 Mb.
bet17/40
Sana11.01.2024
Hajmi0,59 Mb.
#134863
1   ...   13   14   15   16   17   18   19   20   ...   40
Bog'liq
DOC-20231205-WA0020.

Telefon siqnallarının təsnifatı.
Kommutasiya olunan telekommunikasiya şəbəkəsi avtomatik telefon stansiyalarından və müxtəlif sistem qovşaqlarından ibarətdir. Birləşmənin yaradılması və ayrılması etaplarında qarşılıqlı təsir və informasiya verilişi üçün lazım olan siqnalların cəmi telefon siqnallaşma sistemi adlanır. Düz və əks istiqamətlərdə abunəçi və birləşdirici xətlər üzrə ötürülən siqnallar 3 qrupa bölünür: - xətti siqnallar; - idarəetmə siqnalları; - informasiya (akustik) siqnalları. Xətti siqnallar birləşmənin yaranma momentindən xətlərin azad olmasına qədər xətlər üzrə hər iki istiqamətlərdə ötürülür. Xətti siqnallar birləşmənin yaranma fazasını təyin edir. Bu siqnallar birləşmənin aşağıdakı əsas etaplarını qeyd edir: - məşğulluq; - otboy; - ayrılma və s.
Idarəetmə siqnallarına ikitərəfli - həm düzünə, həm də əks istiqamətlərdə birləşmə yaradılması prosesində stansiyanın idarəedici qurğuları ilə abunəçi aparatları arasında, həmçinin qovşaqların və stansiyaların IQ-ları arasında ötürülən siqnallar daxil edilir. Əsas idarəetmə siqnalları dedikdə ünvan informasiyası adlanan nömrə yığımı siqnalları başa düşülür. Bu siqnallardan başqa müasir rəqəmli ATS sistemlərində çağırışın (abunəçinin) kateqoriyası haqqında siqnallar, şəhərlərarası və beynəlxalq rabitə zamanı nömrənin təyini avadanlığının (NTA) sorğu siqnalı, yaradılan birləşmənin növü və idarəedici informasiyanın veriliş üsulu haqqında siqnallar və s. ötürülür. Informasiya (akustik) siqnalları əsasən əks istiqamətdə ötürülür, yəni ATSdən telefon abunəçisinə və yaradılan birləşmə haqqında abunəçilərə informasiya verməyə xidmət edir: - "stansiyanın cavabı" - "çağırış göndəriş" - "çağırış göndərişə nəzarət". Proqramla idarə olunan ATS-lərə yerli birləşmə ilə məşğul olan çağırılan abunəçini zonadaxili, şəhərlərarası və beynəlxalq çağırışın və s. daxil olması haqda xəbərdar edən akustik siqnallar ötürülür. Bu siqnal növlərinin hər birinin tərkibi aşağıdakılardan asılıdır: - şəbəkənin stansiya və qovşaqlarının kommutasiya avadanlıqlarının tipindən; - telefon şəbəkəsində istifadə olunan veriliş sistemlərinin tipindən; - idarəedici qurğuların ; - bu siqnalların veriliş üsullarından və s.
Xətti siqnallar aşağıdakı üsullarla verilir: 1. Ikiməftilli fiziki dövrələr ilə (abunəçi xətti üzrə) - Şleyf üsulu. 2. Kanalları tezliyə görə bölünən (KTB) veriliş sistemlərində 3825 hs tezliklə ayrılmış siqnal kanalı ilə tezlik üsulu. 3. Rəqəmli veriliş sistemində (RVS) ayrılmış siqnal kanalı (IKM-in 16 kanalı) ilə yayılma (qoyma) üsulu (siqnal N6). 4.Ümumi siqnalizasiya kanalı (ÜSK) üzrə (siqnal N7) ikili kodla.
Siqnallaşma sistemləri aşağıdakılar üçün fərqləndirilir: - yerli şəbəkələr üçün (ŞTŞ və KTŞ); zonadaxili (regional) şəbəkələr üçün; - şəhərlərarası şəbəkələr üçün; - beynəlxalq şəbəkələr üçün.

Download 0,59 Mb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Download 0,59 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Telefon siqnallarının təsnifatı

Download 0,59 Mb.