• 3.Üçüncü qrup
  • Çağıran
  • “xəbərdaredici
  • fazası
  • İkinci qrup siqnallar. Kommutasiya texnikasında onlar idarəedici siqnallar




    Download 0,59 Mb.
    bet20/40
    Sana11.01.2024
    Hajmi0,59 Mb.
    #134863
    1   ...   16   17   18   19   20   21   22   23   ...   40
    Bog'liq
    DOC-20231205-WA0020.

    2. İkinci qrup siqnallar. Kommutasiya texnikasında onlar idarəedici siqnallar adını almışdır. Bu siqnallardan abunəçi-AX və stansiyalararası birləşdirici xətt-BX şəbəkəsində son terminal qurğusu (telefon aparatı) ilə, ATS və ATS-in fərdi idarəedici qurğusu ilə digər ATS-in fərdi idarəedici qurğusu arasında düzünə və əksinə istiqamətlərdə istifadə edilir. İdarəedici siqnalların ilkin mənbəyi diskli və ya düyməli nömrəyığan(tastatura) qurğusu olub, sabit cərəyanlı nömrə(ünvan) impuls seriyalarını formalaşdırmaq vəzifəsini yerinə yetirir.
    3.Üçüncü qrup siqnallar. Kommutasiya texnikasında onlar akustik siqnallar adını almışdır. Bu siqnallardan əsas etibarı ilə əks istiqamətdə ATS ilə son terminal qurğuları arasında istifadə edilir və birləşmənin daha bir neçə mərhələsini göstərir:
    Stansiyaya giriş azaddır (stansiyanın cavabı “zummer” siqnalı);
    Stansiyaya giriş qadağandır(“məşğulluq” zummer siqnalı);
    Çağırılan abunəçinin xətti azaddır(“çağırış göndərmə” siqnalı);
    Çağıran abunəçi bu barədə xəbərdar edilir(“çağırış siqnalına nəzarət” siqnalı);
    Əlavə-servis xidmət növlərinin təşkili siqnalları.
    Şəhərlərarası birləşmə zamanı çağırılan abunəçiyə xəbərdarlıq edilməsi (“xəbərdaredici zummer” siqnalı).
    4. Dördüncü qrup siqnallar. Kommutasiya texnikasında onlar texniki istismar siqnalları adlanır. Bu siqnallardan ATS-lərin texniki istismarı vaxtı istifadə edilir. Həmin siqnalların optikakustik formada olması, stansiyanın ixtiyari elementinə stansiya avadanlığına toxunmadan nəzarət etməyə imkan verir.
    5. Beşinci qrup siqnallar. Kommutasiya texnikasında onlara əlavə rabitə və ya servis xidmət növlü siqnalları adı verilmişdir.Bu siqnallardan çoxlu sayda pulsuzvə pullu rabitə xidmət növlərindən o cümlədən intellektual xidmətlərdə istifadə edilir.
    45. Kodlanmış telefon siqnalları.
    ATS-in mikroprosessorlu idarəedici sisteminin tədbiqi ilə nömrə impuls seriyalar ailəsini qəbul etmək,saymaq, yadda saxlamaq və nəyahət onları emal edib,düzgün aşkarlayıb idenfikasiya etmək üçün bütün kod sözlər atdıcıllığı fərqləndirici xüsusiyyətlərə malik olmalıdırlar.Kod sözləri üçün fərqləndirici xüsusiyyətlər onların amplitudası(səviyyəsi), tərkibindəki elementar simvolların(impulsların) sayı, davametmə müddəti, polyarlığı, tezliyi, impulsların zamana görə sürüşməsi, siqnalların fazası, təkrarolunma periodu ola bilər.ATS-də tətbiq edilən telefon siqnalları kodlanmamış və kodlanmış formada ola bilərlər. İxtiyari siqnala yalnız bir fərqləndirici cəhət məxsusdursa, belə siqnal kodlanmamış hesab edilir. Birləşmə prosesində çoxsaylı müxtəlif təyinatlı siqnallardan istifadə edilərsə, kodlanmamış siqnalların tətbiqi özünü texniki və iqtisadi cəhətdən doğrultmur. İxtiyari təyinatlı siqnal kodlandıqdan sonra ayrı-ayrı elementar impulslar formasında göstərilə bilirsə(kod sözlər ardığıllığı), bu növ siqnallar kodlanmış siqnallar sistemi adlandırıla bilər. Siqnalı göstərmək üçün istifadə edilən əlamətlər kombinasiyası kod adlanır. Kod sözlər çoxluğu kod kombinasiyasını əmələ gətirir. Kod kombinasiyası sabit və dəyişən cərəyanlı ola bilər. Öz növbəsində kod kombinasiyası ayrı-ayrı elementar impulslar çoxluğundan ibarət olub, elektriki parametrlərə (tezliyə, davametmə müddətinə,təkrarlama addımına, səviyyəyə-kod kombinasiyalarının sayına, gücə) malikdir. İxtiyari kod kombinasiyası tərkibindəki elementar simvollar(elementar impulslar) elə elektriki parametrlərə malik olmalıdır ki, qəbulda onları qəbul etmək, saymaq, yadda saxlamaq, ayırmaq və seçmək mümkün olsun.



    Download 0,59 Mb.
    1   ...   16   17   18   19   20   21   22   23   ...   40




    Download 0,59 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    İkinci qrup siqnallar. Kommutasiya texnikasında onlar idarəedici siqnallar

    Download 0,59 Mb.