|
Şəbəkə səviyyəsinin idarə edilməsi. (59 ilə eyni)
|
bet | 30/40 | Sana | 11.01.2024 | Hajmi | 0,59 Mb. | | #134863 |
Bog'liq DOC-20231205-WA0020.60. Şəbəkə səviyyəsinin idarə edilməsi. (59 ilə eyni)
61. Kross avadanlıqları
Kross: Konstruktiv olaraq kross birləşdirici, qoşucu və nəzarətedici avadanlıqla təchiz edilmiş xüsusi otağa deyilir. Krosun vəzifəsi birləşdirici xətləri BX,stansiyalarla əlaqələndirməkdir. Kross iki hissədən ibarətdir:
1. Birləşdirici xətlərdən (AX).
2. Magistral xətlərdən (MX).
Xətdən gələn böyük tutumlu magistral kabellər,şaxta otağina daxil olur(400,600,1000 cütlük kabellər) burada 100-lük kabellər cütlüklərə bölünür. 100 abunəçini qoşmaq üçün lazım olan kabeli, kross otağındakı qramafodlara qaldırılır. 100-lük kabellər cütlüklərə ayrılır,qramafodun sol tərəfindəki ştiflərinə lehimlənir. Qramafodun sağ tərəfinə isə avtozaldan gələn telefon nömrələrinin məftilləri qoşulur.
62. Telekommunikasiyada texniki istismarın əsas anlayışları və üsulları
Telekommunikasiya şəbəkələrinin texniki istismarı müxtəlif növ informasiyanın qəbulu və verilişi zamanı abunəçilərə keyfiyyət xidməti təmin edən şəbəkə avadanlıqları işə davamlıllığını saxlamaq üçün texniki və təşkilati tədbirlərə kompleksidir. Telekommunikasiya şəbəkələrnin texniki istismarı özünə avadanlıqların texniki təmiri və xidmətini, eləcədə şəbəkə ilə idarəolunmaı daxil edir. Telefon şəbəkələri üçün kommunitasiya sistemləri texniki istismarı iki üsulla həyata keçirə bilər:
•mərkəzləşdirilmiş •qeyri-mərkəzləşdirilmiş
Mərkəzləşdirilmiş üsulla avadanlığın istismarı xidmət olunan avadanlıqla müəyyən məsafədə yerləşən və texniki istismarın mərkəzinə olan texniki personal vasitəsilə yerinə yetirilir. Qeyri-mərkəzləşdirilmiş texniki istismar üsulunda isə rabitə vasitələrində texniki xidmət işləri, müəyyən avadanlıqlarla əlaqə olan və telekommunikasiya şəbəkələrinin bu və ya digər stansiyalarında daimi olaraq yerləşən texniki personal vasitəsilə yerinə yetirilir.
Texniki istismarın əsas məsələri aşağıdakılardı:
•stansiya və telekommunikasiya vasitələrin fasiləsiz, effektiv və yüksək keyfiyyətli işinin təmin edilməsi;
•abunəçidən abunəçiyə verilən sönmə normasının saxlanılması, verilən şəbəkə və ümumilikdə ölkə üzrə itgi normasının təmini;
•texniki istismar üsullarının mükəmməlləşməi, nasazlıqlarının müəyyən olunma prosesinin avtomatlaşdırılması və avadanlıqların, kanal və xətlərin yoxlama və sınaqların keçirilməsi;
•şəbəkərin və stansiyaların vəziyyətinin xarakterizə edən, trafik haqqında lazımı statistik məlumatların ölçülməsi və yığılması;
Telekommunikasiya şəbəkələrində istifadə olunan 3 texniki istismar üsulu məlumdur:
•proflaktik; •statistik(yaxud nəzarət-korreksiyaedici); •bərpaedici;
Proflaktik texniki istismarın üsulunda avadanlıqların, kanal və xəttlərin iş prosesində yaranan nasazlıqlarının texniki personalın aşkara çıxarıb və aradan qaldırılması işləri ilə yanaşı avadanlığın plan üzrə proflaktik yoxlamaları da aparılır.
Proflaktiki işlərin dözümlülüyü, avadanlıqların etibarlılığı, rabitə kanal və xətlərinin vəziyyətlərinə nəzarət üsulu ilə təyin olunmalıdır.
Proflaktika nəzarətinin strukturu aşağıdakılardlr:
•avadanlığın vəziyyətinə nəazarət4 •cari xidmət;
•elektrikli yoxlama; •cari və əsaslı təmir;
Texniki istismarın nəzarət-korreksiya üsulu proflaktiki işləri, kanal və xətt avadanlıqlarının vəziyyətlərinə, eləcədə stansiyaların, qovşaqların və bütövlükdə şəbəkənin işinin keyfiyyətinə daimi avtomatik nəzarət ilə əvəz etməsini nəzərdə tutulur.
İstismarın bərpaedici üsulunda ancaq daxil olan şikayətlərin və ya siqnalizasiyasının əsasında avadanlıqlarının düzəldilməsi (qurulması) həyata keçirilir.
|
| |