|
Dördüncü səviyyə nəqliyyat kommutasiyalı(NK)
|
bet | 21/34 | Sana | 05.12.2023 | Hajmi | 284,69 Kb. | | #111664 |
Bog'liq Rəqəmli kommutasiya sistemləri Kollokvium sualları 75 RQ-310A^J RQ-310BDördüncü səviyyə nəqliyyat kommutasiyalı(NK) səviyyəsi adlanır. Bu səviyyədə Beynəlxalq Telekommunikasiya İttifaqi BTİ- (ITU-T) tərəfindən tövsiyyə edilən xidmət keyfiyyəti ilə seans(beşinci səviyyə) səviyyəsinin elementləri arasında məlumat mübadiləsi prosesi təmin edilir. Nəqliyyat kommutasiya səviyyəsində təqdim edilən xidmət növlərinin keyfiyyətləri, seans səviyyəsində tələb edilən səviyyəyə qədər çatdırılması nəzərdə tutulur.
Beşinci səviyyə seans kommutasiyalı şəbəkə səviyyəsi adlanır. Seans səviyyəsində iki kommuyasiya qurğusu(sistemi) arasında dialoq rejimində birləşmə təmin edilir. Lakin dialoq prosesi rejim informasiya sellərinin paylanaması və ötürülməsi texnikasının metodlarından qəti sürətdə asılı deyildir. Seans səviyyəsində istifadəçiyə elə texniki vasitələr təqdim edilir ki, yuxarıdakı iki səviyyə arasındakı dialoqun təşkili və bu prosesdə verilənlər seli arasında mübadilə prosesi idarə edilir. Seans səviyyəsi üç fazadan(mərhələdən) təşkil edilir:
Birləşmələrin təşkili fazası;
Birləşmələrin baş tutması fazası;
Birləşmələrin sona çatması fazası.
58. İnterfeyslər.
İnterfeys- müxtəlif alt sistemlər arasında razılaşdırma prosesləri aparılır. Bu prosesləri aparmaq üçün stansiyalarda interfeys adlandırılan razılaşdırıcı sistemlərdən istifadə edilir. Çox səviyyəli modeldə tam sistem çərçivəsində səviyyələr alt səviyyələrə bölündüyündən, qonşu alt səviyyələr(alt sistemlər) arsında nəzərdə tutulan əməliyyatlara sərt sürətdə əməl etmək üçün interfeys adlanan(razılaşdırma qovşağı) texniki vasitələr çoxluğu tədbiq etmək zəruriyyəti yaranır. İki alt və ya onların iki qovşağı arasında qarşılıqlı əlaqələri bərpa edən qurğuların və prosedurların çoxluğu interfeys adlanır. Protokoldan fərqli olaraq interfeyslər: mexaniki, elektriki, funksional, prosedur və məntiqi razılaşdırma proseslərini aparmaq üçün nəzərdə tutulur.
59.Razılaşdırma qaydaları.
|
| |