• 38. Zaman kommutasiya bloku, zaman kommutasiyasının təşkili.
  • 39. Rəqəm stansiyalarının dairəvi birləşdiriciləri.
  • Rəqəmli kommutasiya sisteminin inkişaf tarixi




    Download 284,69 Kb.
    bet9/34
    Sana05.12.2023
    Hajmi284,69 Kb.
    #111664
    1   ...   5   6   7   8   9   10   11   12   ...   34
    Bog'liq
    Rəqəmli kommutasiya sistemləri Kollokvium sualları 75 RQ-310A^J RQ-310B

    37. Fəza kommutasiya bloku.
    Elektron kommutasiya qovşaqlarında 2 növ komutasiya bloklarından istifadə etməklə kommutasiya sahələrini qururlar. Onlardan biri FKB - fəza kommutasiya bloku, digəri isə ZKB – zaman kommutasiya blokuadlanır.
    FKB –da kommutasiya olunan xətlərdə eyni bir zaman vəziyyətində yerləşmiş kanalların kommutasiya olunması həyata keçirilir. FKB fəza komutatoru olub N girişə, M çıxışa malik qurğudur.
    Bu blokun giriş və çıxışlarına n ədəd zaman kanalı olan veriliş sisteminin birləşdirici xətləri qoşulur.
    38. Zaman kommutasiya bloku, zaman kommutasiyasının təşkili.
    R
    əqəm siqnalını vaxta görə kommutasiya etmə funksiyasını yerinə yetirən blok və ya modul vaxt kommutasiya pilləsi adlanır. İKM xətli xətli kommutasiya blokunun girişinə İKM siqnalları daxil olur və çıxışına ötürülür. Hər bir kanal intervalına şərti sürətdə müəyyən İKM siqnalı daxil olur. Məsələn A abunəçisi giriş İKM xəttinin birinci kanal intervalında yerləşir. B abunəçisi isə çıxış İKM xəttinin 15-ci kanal intervalında yerləşir. Çıxış İKM xəttinin bir kanal intervalının giriş xəttinə nəzərən yerinin dəyişməsi, o deməkdir ki, danışıq seli bir mənbədən digər mənbəyə ötürülür. Danışığın baş tutması üçün qəbul tərəfdə buna oxşar trakt qurulmalı, yəni danışıq traktı dördnaqilli olmalıdır. Rəqəm selinin kommutasiyasının fəza koordinatları ilə göstərilməsi və onun vektor üsulu ilə kommutasiya prinsipinə bir qədər başqa formada baxmağı tələb edir. Baxılan halda rəqəm siqnalının vaxt və fəza koordinatlarının ortoqonal çevrilməsini qəbul etsək, onda yaza bilərik: φ(S,T)= φ(S)+ φ(t). Vaxt kommutasiyası üçün φ(S)=0, φ(T) əməliyyatı aparılan vaxt ərzində kommutasiya sistemində müəyyən kod sözünün sadəcə olaraq gecikdirilməsi prosesi baş verəcək.
    39. Rəqəm stansiyalarının dairəvi birləşdiriciləri.
    Dairəvi struktur telekommunikasiyanın bir sıra sahələrində tətbiq olunmuşdur. Dövrəvi strukturun ilk tətbiqi zamanla qruplaşan dövrəvi veriliş sistemidir. Mahiyyətinə görə, zaman qrupunu yaradan dairəvi veriliş sistemi qapalı dövrəvi və yaxud halqavari ardıcıl birləşdirici xətlərin köməyi ilə yaranan bir istiqamətli konfiqurasiyaya malikdir. Dairə veriliş və kommutasiyanın paylanmış siatemidir. Dairəvi strukturlarda istifadə edilən veriliş və kommutasiyanın eyni zamanda baş vermə ideyası rəqəmli kommutasiya sistemlərində yayılmışdır. Dairəvi kommutasiya sahəsi (KS) həqiqətdə müasir rəqəmli İTT-1240 sistemində istifadə edilən daha mürəkkəb, dairəvi tipli rəqəmli kommutasiya sahəsinin sadə variantıdır. Bu sistemin rəqəmli kommutasiya sahəsi çoxmanqalıdır və bu manqaların hər biri dairəvi rəqəmli kommutasiya elementlərindən (REK) ibarətdir. "Sistem-12" stansiyası üçün xarakterik xüsusiyyət paylanmış idarəetmə prinsipini təmin etməyə imkan verən əsas element RKS-nin olmasıdır. Bu PKS zaman kommutasiyasını təmin edir.

    Download 284,69 Kb.
    1   ...   5   6   7   8   9   10   11   12   ...   34




    Download 284,69 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Rəqəmli kommutasiya sisteminin inkişaf tarixi

    Download 284,69 Kb.