• təyina
  • Stansiyalararası
  • RKS-də siqnallaşmanın təyinatları




    Download 284,69 Kb.
    bet12/34
    Sana05.12.2023
    Hajmi284,69 Kb.
    #111664
    1   ...   8   9   10   11   12   13   14   15   ...   34
    Bog'liq
    Rəqəmli kommutasiya sistemləri Kollokvium sualları 75 RQ-310A^J RQ-310B

    42. RKS-də siqnallaşmanın təyinatları.
    Siqnallaşma sistemi dedikdə, rabitə seansı müddətində, unvan informasiyası əsasında, şəbəkədə birləşmələri idarə edilməsini təmin edən aparat-proqram vasitələri sistemi nəzərdə tutulur. Birləşmələri həyata keçirtmək üçüm siqnallaşma protokolundan istifadə edilir. Sqnallaşma protokolu dedikdə, elə qaydalar toplusu nəzərdə tutulur ki, onların köməyi ilə şəbəkənin idarə edilməsi ilə əlaqədar fiziki proseslər həyata keçirilir.
    Kommutasiya sistemlərinin idarəedici sistemləri arasında qarşılıqlı rabitəni təşkil etməyə imkan verən siqnallaşma sistemində funksional siqnallardan istifadə edilir (veriliş, qəbul, məlumatlar selinin emalı və s).Siqnallaşma sistemi, siqnallaşma protokolu əsasında, nəzərdə tutulan funksiyaları həyata keçirir. Kommutasiya sistemlərinə müxtəlif kateqoriyalı yük mənbələrindən daxil olan çağırış siqnallaşma selləri, təyinatına görə,aşağıdakı sahələrdə yaranan siqnallaşma sellərinin toplusundan ibarətdir
    1.Abunəçi siqnallaşması –Şəbəkədə son terminal ilə kommutasiya sistemi arasındakı trakt sahəsində yaranan siqnallaşma sellərinə deyilir.
    2. Stansiyadaxili siqnallaşma – kommutasiya sisteminin ayrı-ayrı axtarış pillələri (blokları) arasında birləşmə yaratmaq üçün tələb edilən siqnallaşma sellərinə deyilir.
    3. Stansiyalararası siqnallaşma-şəbəkənin ayrı–ayrı kommutasiya sistemləri arasındakı traktda yaranan siqnallaşma sellərinə deyilir.


    43. Siqnallaşma sistemlərinin inkişaf mərhələləri.
    Siqnallaşma sistemlərinin inkişafını beş mərhələyə bölmək olar:
    1-ci mərhələ: Bu mərhələ birbaşa idarə üsullu dekad-addım(DA ATS) sistemli avtomat telefon stansiyalarının yaranmasına təsadüf edir. Bu stansiyalarda funksional (xətt və idarəedici) siqnalların təşkili üçün eyni danışıq kanalları istifadə edilmişdir.
    2-ci mərhələ: Bu mərhələ dolayı idarə üsullu koordinat(ATSK) sistemli avtomat telefon stansiyalarının yaranmasına təsadüf edir. Bu stansiyalarda siqnallaşma selləri danışıq kanalları ilə verilişi təşkil edilsə də,onun özünə məxsus texniki xüsusiyyətləri olmuşdur.Artıq məhdud sayda 15 ədəd müxtəlif təyinatlı siqnalın verilməsinə imkan yaranmışdır.Ikinci mərhələnin siqnallaşma sistemi çoxtezlik üsul adını almış və bu məqsədlə beş ədəd tonal tezlikdən- TT(300-3400hs) istifadə edilmişdir.Buna 5 saylı siqnallaşma sistemi adı verilmişdir. Adi abunəçiləri 5 saylı siqnallaşma sistemi tam təmin edir.

    Download 284,69 Kb.
    1   ...   8   9   10   11   12   13   14   15   ...   34




    Download 284,69 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    RKS-də siqnallaşmanın təyinatları

    Download 284,69 Kb.