• Sənədli işgüzar alt üslub
  • Qeyd: Qanun
  • Rəyçilər: Yeganə Qəhrəmanova




    Download 374.31 Kb.
    bet14/113
    Sana25.03.2024
    Hajmi374.31 Kb.
    #176954
    1   ...   10   11   12   13   14   15   16   17   ...   113
    Bog'liq
    R y il r Yegan Q hr manova (1)

    Yaddaş qeydləri
    Yaddaş qeydləri şifahi söhbətlərin qeydlərindən ibarətdir. Diplomatik nümayəndəlik başçıları hərdən öz hökumətlərindən akreditə olduqları dövlətin Xarici İşlər Nazirliyinə etiraz bildirmək, yaxud hər hansı məsələ üzrə ondan izahat xahiş etmək tapşırığı alırlar. Bunun üçün şəxsi vizitə ehtiyac var ki, vizit zamanı diplomat öz məsələsini açıqlayır. Onun vizitinin məqsədində heç bir şübhə qalmasın deyə, o, nazirlikdə öz qeydlərinin xülasəsini qoyur. Bu xülasə aşağıdakı formada ola bilər:
    Yaddaş qeydləri (aide-memoire) – burada hərəkətlər yaxud hökumətin nəzər-nöqtəsi izah edilir və ya təklif əks olunur. Yaddaş qeydində “Aide-memoire” başlığı, sonda tarix yazılır, lakin ünvan göstərilmir, imza və möhür qoyulmur;
    Kağız parçası, vərəq (bout de papier) – başlıqsız, tarixsiz və imzasız məktubdur ki, lazım gəldikdə onun yaranma mənşəyini inkar etmək mümkün olsun. Beləliklə, kağız parçasında yaddaş qeydinə nisbətən rəsmiyyət daha azdır.
    Yaddaş qeydi şifahi söhbət zamanı edilmiş bəyanatın yaxud xahişin əhəmiyyətini qeyd etmək, söhbətin və ya bəyanatın səhv şərhi və anlaşılması mümkünlüyünü qabaqlamaq üçün şəxsən təqdim edilir. Şəxssiz formada xahiş irəli sürülür, təsdiq etməyə məcburuq, məlumat verilir ifadələrinin istifadəsi ilə tərtib edilir. Mətn adi gerbsiz kağızda çap olunur; yalnız göndəriş tarixi və yeri göstərilir. Mətnin yuxarısında yaddaş qeydi yazılır.


    Sənədli işgüzar alt üslub (və ya "qanunlar dili"nin alt üslubu) qanunların, mülki aktların, fərmanların, məcəllələrin, konstitusiyaların dilidir. Bu alt üslub dövlət və ictimai təşkilatların və vətəndaşların vəzifəli şəxs olaraq (rəsmi sənədlərində) fəaliyyətində istifadə olunur.
    Qeyd: Qanun hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur. Həmçinin qoyulan qadağalara əməl etməyən şəxslərin cəzalandırılmasını müəyyən edir.
    Fərman farsca “buyurmaq, əmr etmək” mənasına gəlir. Vaxtilə fərman hökmdar möhürü daşıyan yazılı əmr olmuşdur. Fərman rəsmi üslubun ən ciddi növlərindən biri sayılır və əsasən, dövlət başçısı tərəfindən verilir.

    Download 374.31 Kb.
    1   ...   10   11   12   13   14   15   16   17   ...   113




    Download 374.31 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Rəyçilər: Yeganə Qəhrəmanova

    Download 374.31 Kb.