|
Sənədli elektrik rabitə sistemləri və şəbəkələri
|
bet | 2/22 | Sana | 12.12.2023 | Hajmi | 442,87 Kb. | | #116950 |
Bog'liq Sənədli elektrik rabitə şəbəkələri və sistemləri fənnindən suallar və cavablarSimpleks kanallar – veriliş bir istiqamətli aparılır.
Yarım dubleks kanal – veriliş növbə ilə iki istiqamətdə aparılır.
Dubleks kanal – veriliş eyni zamanda iki istiqamətdə aparılır.
Son zamanlar ORX – dan istifadə olunur. Şəbəkənin idarə olunmasıda 2 qrupa bölünür.
1.Şəbəkəli – informasiya seli idarə olunur
2.Aparatlı - ayrı – ayrı qurğular idarə olunur.
4)Kommutasiya mərkəzləri və onun tərkibi:
Şəbəkənin fiziki strukturunun ən vacib elementlərindən biri kommutasiya qovşaqları hesab olunur. Onlar özlərində informasiyanın qəbulu, işlənməsi, paylanması və ötürülməsi üzrə komleks qurğuları birləşdirilər. Kommutasiya qovşaqlarının əsas funksiyası informasiyanın paylanmasıdır. KQ – nın tərkibinə informasiyanın paylanması qurğusu, idarəetmə qurğusu və yaddaş qurğusu daxildir.
Müxtəlif kommutasiya üsulunu həyata keçirən qovşaqlar informasiyanın paylanması qurğularının və YQ-nun həcmi ilə fərqlənirlər. Kanal kommutasiya qovşaqları üçün İPQ müxtəlif tipli qurğular formasında həyata keçirilir və bu cür qovşaqlarda yaddaş şərti olaraq “0” qəbul olunur.
İstənilən KQ – nin əsas funksiyaları aşağıdakı kimidir:
Məlumatın işlənməsi, ünvanın təhlili, formatın yoxlanması və s.
Məlumatın idarə olunması - məlumatın növbəyə qoyulması, istiqamətə görə paylanması, məlumatın saxlanılması və aktivləşdirilməsi.
Digər qovşaqlarla əlaqə - qonşu şəbəkənin işinə nəzarət, qarşılıqlı əlaqə zamanı protokol qaydalarına riayət, ötürmə və qəbul prosedurunun sinxronlaşdırılması.
Sənədli telekommutasiya şəbəkələrində kanal kommutasiyası və məlumat kommutasiyası qovşaqları təşkil edilir. Kanal kommutasiyasının qovşaqlarının struktur tərkibinə aşağıdakı adiddir.
Giriş və çıxış birləşdirici xətləri
Xətt avadanlıqları bloku
Kommutasiya bloku
Ünvan təhlili bloku
İdarəetmə bloku
Məlumat kommutasiyası qovşaqlarının tərkibinə aşağıdakılar aiddir:
Giriş – çıxış birləşdirici abunə xətləri
Operativ yaddaş bloku
Xət avadanlıqları bloku
Uzunmüddətli yaddaş bloku
Ünvan təhlili bloku
İdarəetmə bloku
|
| |