DIABET; INSULIN REAKSIYASI
Qanda şəkərin miqdarı az olan insanlarda aşağıdakı simptomlar yarana bilər:
1. Dərin çaşqınlıq və dezoriyentasiya;
2. Tərləmənin güclənməsi
3. Rəngin solması
Əgər xəstənin huşu özündədirsə ona konfet, qənd verin.
Əgər huşu özündə dəyilsə, məcburi surətdə yemək və su verməyə cəhd etməyin
Xəstənin huşu özündə olmadıqda təcili yardim çağirin və xəstəni xəstəxanaya köçürün.
TUTMALAR; HUŞUN İTMƏSİ
Bayılma hallarinda dərinin rəngi avaziyir, dəri yapişqan tərlə örtülür. Lazım olan tədbirlər:
1. Xəstəni düz uzandırın və bir qədər ayaqlarını yuxarı qaldırın.
2. Paltarın yaxalağını açın.
3. Alın nahiyəsinə soyuq kompres qoyun.
4. Həkimə zəng edin və xəstəni xəstəxanaya köçürün..
Huş olmayan hallarda yardım üçün müraciət edin:
Xəstə uzanmış vəziyyətdə olmalıdır, başını yana çevirin (qusma hallarında tənəffüs yolunun tutulmasının qarşısını
almaq məqsədi ilə)
Nəbzi və tənəffüsü yoxlayın; Paltarın yaxalağını açın; Təcili olaraq xəstəxanaya çatdırın.