Dəm qazından zəhərlənmə zamanı ilk yardım
Mütəxəsislər bildirirlər ki, dəm qazı qanda hemoqlabinlə tez qarışır və bu zaman toxumaların
hüceyrələrinə oksigen daşınmır. Oksigen qıtlığı nəticəsində huş itirilir. Dəm qazından zəhərlənən insanın
ilkin olaraq mühitini
dəyişmək, yəni havanı təmizləmək lazımdır. Üstünü bükmək lazımdır, çünki bədənin
hərarəti düşür.
Əgər insanın huşu üstündədirsə, qızdırıcı içki, çay vermək lazımdır. Huşu özündə deyilsə, başını
sağa-sola çevirib, ağız boşluğundakı seliyi təmizləmək lazımdır.
Zərərçəkmişə pambıq vasitəsilə naşatır spirti iylətmək, bütün bədəni aktiv hərəkətlə ovuşdurmaq
lazımdır. İlkin olaraq şirin çaya limon qatılıb verilə də bilər. Eyni zamanda təcili tibbi yardıma xəbər etmək
lazımdır.