• Soyuducu maşınların iş prinsipi baxdığımız tərs Karno dövrünə əsaslanmışdır.
  • Termodinamikanın I qanunu




    Download 58.32 Kb.
    bet5/5
    Sana26.05.2022
    Hajmi58.32 Kb.
    #21918
    1   2   3   4   5
    Bog'liq
    termodinamikanin qanunlari-1

    Karno dövrü. Proses zamanı sistem öz əvvəlki halına qayıdarsa, belə proses dairəvi proses adlanır. Bu prosesdə sistemin halını xarakterizə edən funksiya – daxili enerji dəyişməməlidir, çünki sistem ilk halına qayıdır. İstilik maşınlarında (daxili yanma mühərriklərində, buxar turbinlərində, soyuducularda) gedən proses dairəvi prosesdir. Saat əqrəbi istiqamətində gedən proses düz proses adlanır. Fərz edək ki, düz dairəvi proses şəkil 13.3-də göstərildiyi kimi iki izotermik və iki adiabatik prosesdən ibarətdir (1A – izotermik, A2 – adiabatik, 2B – izotermik, B1 – adiabatik proseslərdir).

    1A yolunda qaz izotermik genişləndiyi üçün termodinamikanın I qanununa əsasən qızdırıcıdan Q1 qədər istilik alır və həm də iş görür. Qaz A2 yolunda adiabatik genişlənir, iş görür və daxili enerjisi azalır. Qaz 2B yolunda izotermik sıxılır və soyuducuya Q2 qədər istilik verir. Qaz B1 yolunda adiabatik sıxıldığı üçün qızır və əvvəlki vəziyyətini bərpa edir. Bu dairəvi proses Karno dövrü adlanır. Qaz bu prosesdə ədədi qiymətcə tsiklin sahəsinə bərabər olan müsbət iş görür. Bu iş A =Q1-Q2 olur və qazın (işçi cismin) faydalı işi adlanır. Buradan görünür ki, işçi cisim (qaz) qızdırıcıdan aldığı istilik miqdarını tamamilə işə çevirə bilmir, aldığı istiliyin bir hissəsini soyuducuya verir. Düz Karno dövrü istilik maşınının iş prinsipini göstərir (işçi cisim qızdırıcıdan istilik alır, iş görür. Aldığı istiliyin bir hissəsini isə soyuducuya verir). Tərs Karno dövründə isə kənar qüvvələrin hesabına qaz (işçi cisim) soyuq cisimdən (soyuducudan) istilik alır, iş görür, soyuducudan aldığı istiliyin bir hissəsini isti cismə (qızdırıcıya) verir. Soyuducu maşınların iş prinsipi baxdığımız tərs Karno dövrünə əsaslanmışdır.
    İdeal istilik maşınının faydalı iş əmsalı. Qeyd edildi ki, Karno dövrü iki izotermik və iki adiabatik prosesdən ibarət dairəvi prosesdir. Dövrün bütün mərhələlərində termodinamik tarazılıq ödənir. Bu tsikldə qızdırıcıdan Q1 istilik miqdarı alınır, soyuducuya Q2 istilik miqdarı verilir və A=Q1-Q2 qədər iş görülür. Ümumi halda dairəvi proses zamanı istilik maşınının f.i.ə. aşağıdakı düsturla hesablanır:




    alarıq. Bu ifadə ilə ideal istilik maşınının f.i.ə. hesablanır və Karno düsturu adlanır. Buradan görünür ki, ideal maşının f.i.ə. yalnız qızdırıcının və soyuducunun temperaturundan asılı olub f.i.ə.-nın maksimum qiymətini ifadə edir. Real istilik maşınının f.i.ə. ideal istilik maşınının f.i.ə.-dan kiçik olur. Karno teoreminə görə istilik maşınının f.i.ə.-nın maksimum qiyməti onun quruluşundan və işçi cismin təbiətindən asılı olmayıb, yalnız qızdırıcının və soyuducunun temperaturundan asılıdır.
    Download 58.32 Kb.
    1   2   3   4   5




    Download 58.32 Kb.