TÜrk xalqlari folkloru IV kitab altay dastanlari və ƏfsanəLƏRİ baki – 2016 Redaktoru: fil. ü. f d. Əfzələddin ƏSGƏR




Download 1.31 Mb.
bet2/14
Sana29.12.2019
Hajmi1.31 Mb.
#6098
1   2   3   4   5   6   7   8   9   ...   14

AİN ŞAİN ŞİKŞIRQE
Olökşin adlı qoca vardı; onun üç qızı, alaboz atı vardı. Bun­dan başqa, doqquz yax­şı zaysanı1, Toybon-xan adlı bəyi var­­dı. Bir dəfə doqquz yaxşı zaysan ilə Toybon-xan­dan onun yanına elçi gəldi; yerlə göyün birləşdiyi yerdə Kuluzun xan yaşayır; onun eli döyüşməlidir. Olökşin alaboz atında qocal­mış­dı; möhkəm sümükləri gücdən düş­müş­­dü, dişləri tökülmüş, qara başı ağarmışdı. O dedi:

– Üç qızdansa, bircə oğlum olsaydı, daha yaxşı olardı.

O, çəmən (kube yalan) boyda yəhəraltını əlinə alıb alaboz atını gümüş yəhər artaş ilə yəhərlədi, qara araqayı2 çiyninə ke­çirdi; qoca səfərə çıxmaq fikrində idi. Böyük qız yüyürüb gəl­di, atın çumburundan tutub dedi:

– Artıq qocalmısan, sümüklərin gücdən düşüb. Sənin ye­rinə mən gedəcəyəm.

Olökşin altmış altı düyməli qızıl kurməsini soyunub dox­san doqquz düyməli dəmir zirehini də ona verdi. Qız qara ara­qayı çiyninə keçirdi, alaboz atı minib göydəki ulduzlar kimi parlayan qızıl şankalı3 hörüyünü çiyninə atdı. O, qarşısına çıxan uca dağları aşdı, böyük çayları keçdi. Temir-Tayqanın qoynundan doqquz sajın quyruqlu qara tülkü çıxıb dağlara doğru qaçdı; alaboz at hürküb geri qayıtdı. Qız atın ağzını dön­də­rə bilməyib huşunu itirdi, ayılanda axurun yanında dayan­dığını gördü. Olökşin dedi:

– Bu qız tamqadır, məni yubatdı, doqquz igid ilə Toybon-xan məni danlayacaq.

O, qızın əynindən qara zirehi, qara araqayı çıxartdı:

– Deyəsən, özüm getməli olacağam.

Ortancıl qız qaçıb atın cilovundan tutdu, dedi:

Qoca kişisən, otur yerində, sənin əvəzinə mən gedəcə­yəm.

Qoca dedi:

– Bu yaramaz qızlar (tamqalar) ancaq səfərimi ləngi­dir­lər; o yerə gətirib çıxara­caq­lar ki, qara başımı vurduracaqlar!

Qız qara zirehi geyinib qara araqayı çiyninə keçirdi, alaboz ata minib yola düş­dü. Qara tayqanın qoynundan doqquz sajın1 quyruqlu qara tülkü çıxıb dağlara qaçdı; ala­boz at geri çəkildi. Qız atın ağzını çevirə bilmədi, huşunu itirdi, ayılanda gördü ki, at axu­­runun yanındadır. Olökşin dedi:

– O hələ ölməyib, yəqin mən öləcəyəm, hələ ki get­mə­yib, deyəsən, mən getməli olacağam. Doqquz zaysandan, Toybon-xandan hökmən töhmət alacağam.

Kiçik qız yüyürüb gəldi, atın çumburundan tutub dedi:



Mən gedəcəyəm. Toybon-xana da özüm cavab verəcə­yəm.

O, qara zirehi geyindi, zireh çiyinlərinə keçmədi. Qoca dedi:

– Bu qız da, deyəsən, gedə bilməyəcək. Bu qara zirehi ge­nəltmək lazım­dır!

O, səhərdən-axşama çalışıb zirehi böyütdü. Qız qara zirehi geyinib qara araqayı çiy­ni­nə keçirtdi. Qızıl şanka hörüklərini kürəyinə atdı, alaboz atı mindi. Olökşin yüz ma­ralı yükləyəndə atın beli əyilmirdi, indi at bərk torpağın üzərində gedir, ayağı fır­ça ki­mi torpağın içinə girir, yumşaq torpaqda gedəndə də dizlərinə qədər torpağa ba­tır­dı. Qız qa­ra tayqanın qoynuna gəlib çıxdı, yenə də doqquz sajın quyruqlu qara tülkü çı­xıb qaç­dı. Alaboz at geri döndü, qız atın ağzını qulaqlarına qədər dartıb onu sax­ladı. O, doqquz de­­şikli oxunu çıxarıb qara tülkünü vurdu, qara tayqaya mismarladı. Qız atı yortma çapıb oxunu çıxartdı, tülkünün yerində qupquru kürəyini ox deşib keç­miş atasını gördü, dedi:

– Qoca kişisən, yolda nə edirsən, gələnləri qarşılayırsan?

O, Olök­şini itələyib evə göndərdi. Qız (qız-çaqaş) yoluna davam edib irəli getdi. O, doqquz zaysan ilə Toybon-xanın ya­nına gəlib dəmir at axurunun yanında dayandı, çiynindən qara araqayı çıxartdı, xanın dəmir örqösünə söykəndi. Dəmir örqö böyrü üstə əyildi. O, örqöyə daxil olub ocağa yaxın1 yerdə əy­ləşdi. Xan soruşdu:

– Niyə Olökşin alaboz atla gəlmədi?

Qız dedi:



Pirani qocalıq onu yaman haqlayıb, möhkəm sümükləri zəifləyib. İndi at min­mə­yə gücü qalmayıb. Yerinə mən gəlmişəm.

Xan dedi:

– Doqquz mərd zaysan indi yolun yarısını gediblər, onlara necə çatacaqsan?

Qız dedi:

– Bu qədər məzəmmət eşitməkdənsə, nə olur-olsun gedib onlara çatacağam!

O, çıxıb qara araqayı çiyninə keçirdi, almaz polad qılıncı belindən asdı, alaboz atı minib yortma çapdı. Toybon-xan çıxıb onun ardınca qalan izinə baxdı, xanın kiçik qızı dedi:



Bu, oğlan olmalıdır. Məgər qız belə cəld at sürə bilərmi?

Olökşinin qızı yolun yarısında doqquz zaysana yetişdi. Onların qarşısında ucu-bu­cağı bilinməyən (uçu bajı bilderbes) qalın bir meşə (aba tiş)2 vardı. Doqquz zaysan ca­maatı yığıb meşəni kəsib doğradılar, yol açdılar. Olökşinin kiçik qızı atı ilə keçdi. Doq­quz zaysan ondan soruşdu:

– Olökşin niyə gəlmədi?

Qız dedi:

– O, elə qocalıb ki, at sürə bilməz. Başqa yol yoxdu, ata­mın yerinə özüm gəldim. Məgər yemək də bişirə bilmərəm?

Orada olan döyüşçülərin hamısı qəhqəhə çəkib güldülər. Onlar dedi:

– Bu qız cavan oğlanlara azık1 olmağa gəlib.

Qaranlıq düşdü. Doqquz min Erlik odu qurdular. Gecələ­di­lər. Gecə yarısı oldu, sə­hər açıldı, günəş çıxdı2. Olökşinin qı­zı alaboz atı yəhərləyib geri qayıtdı. O, ox qa­bı­nın bir gözün­dən (qomdıy)3 ox götürdü, qaybır4 oxu yaya qoydu, yayın tep­keli5 dəmir uc­­ları birlikdə çıxdı, baş barmağın yumşaq yerin­dən (erqeknın tos) tüstü qalxdı, oxun ucun­dan od çıxdı. O, ay­ğır yalı kimi qalın meşəni (aba tiş) ox ilə ikiyə parçaladı, için­dən ötüb keçdi. Oxun keçdiyi yerdə dayanmış camaat cərgə ilə keçdilər. Onlardan bə­zi­si deyirdi:

– Bu qıza çevrilmiş (qobulub) oğlan olmalıdır; bəyəm qız belə ox ata bilərmi?

Onlar bir az da gedib Kuluzun xanın yurduna, gah axan, gah axmayan (jılar jıl­bas kok talay) göy çayın yanına gəlib çıx­dılar, bu çayın qırağında gecələdilər, on min Erlik düşərgə saldılar.

Gecə düşdü. Kuluzun xanın adamları görəndə ki, müha­ribə başlayır, bütün gecəni at çapdılar, Toybon-xanın ordusu da gecə düşən kimi dərin yuxuya getdi. Olökşinin qızı ge­cə yarısı qalxıb boro qutçiaka1 çevrildi, uçub göy çayı keçdi, Kuluzun xanın tündükündə2 oturdu. Kuluzun xan artıq neçə illərdir qocalıb, möhkəm sümükləri gücdən düşüb, qarısının dişləri tökülüb, qara başı ağarmışdı. İkisi də oturub söh­bət edirdilər:

– Müharibə başlayır. İndi canımızı necə qurtaracağıq?

Kuluzun xan dedi:

– Adamlarımı kömür parçalarına, quma döndərmək, yalnız dişi tökü­lən­ qocaları sax­lamaq lazımdır; onları aparmaq istə­sələr, qoy aparsınlar. Özümü qotur bir dəvəyə, qa­rını ayrı tal­kuya3, tək balamı da cavan qayınağacına çevirəcəyəm. Temir terekin di­bin­də qıl kiçu4 var. Onu tapsalar, keçəcəklər, tap­masalar, keçə bilmə­yə­cək­lər.

Olökşinin qızı bütün bu söhbəti eşitdi, yenə quşcuğaza çevrilib uçdu, Toybon-xanın düşərgəsinə qayıtdı, öz yatağına uzanıb yatdı. Səhər açıldı, günəş çıxdı. Camaat ha­mısı oyandı, düşündülər ki, çayı keçməyə bərə düzəltmək lazım­dır, ona görə də hamı­sı göy çayın kənarına getdi. Olökşinin qızı alaboz atını yəhərləyib mindi, Temir terekin di­binə yaxınlaşdı, qıl körpünü tapdı, cəld çapıb keçdi; bütün ordu onun ardınca gedib ça­yı keçdilər. Burada yalnız çolaq, qozbel, dişi tökülmüş qocalar qalmışdı, soruşdular:

– Bu camaat hara yoxa çıxıb?

Onlara dedilər:

– Aşağıda yaşayan Albıs xan onlarla vuruşub camaatı qovub öz tərəfinə apardı. Heç olmasa dişi tökülmüş qocaları, çolaq, qozbel adamları götürək.

Beləcə, doqquz zaysan dişi tökülmüş qocaları götürüb yola düşdülər. Olökşinin qızı qotur bir dəvəni tutub öz atının quyruğuna bağladı, soruşdular:

Bu qotur dəvə nəyinə lazımdır? Pis şeyləri atmaq lazım­dır.

Qız cavab verdi:

– Qoca ata-anama odun daşımağa lazım olacaq.

Olökşinin qızı qum, kömür parçalarını yığıb torbasına doldurdu, soruşdular:

– Qum ilə kömür parçaları nəyinə lazımdır?

Qız cavab verdi:

– Qoca atam dəmiri döyəndə kömür parçaları, dəmiri ağa­ra­na­dək əridəndə də qum lazım olacaq.

Qız haçalı zəif (ku) ağacı dəvəyə bağladı. Ona dedilər:

– Məgər evində belə haçalı ağac yoxdur?

Qız cavab verdi:

– Köhnə dəriləri yumşaldanda ata-anama lazım olar.

O, cavan qayınağacını kökündən qoparıb cibinə qoydu. Ona dedilər:

– Guya evinizdə qayınağacı yoxdur? Qupquru çubuq nə­yinə lazımdır?

Qız cavab verdi:

– Bizə sap düzəltmək istəyirəm.

Sonra onlar dişi tökülmüş qocaları qabaqlarına qatıb evə doğru yola düşdülər.

Doqquz zaysan Toybon-xana dedi:

– Kuluzun xanın yurdunda aşağı vilayətdən gəlmiş Almıs xan müharibə etmişdi, qalanları da biz qovub gətirdik.

Toybon-xan dedi:

– Eybi yox, bu da işə yarayar.

Olökşinin qızı qotur dəvəni o yan-bu yana qovub xanın qar­şısına itə­lə­di, dedi:

– Mən də bunu tapmışam!

Qara başı ağarmış, ağ saqqalı sallanmış Kuluzun xan diri­gözlü onun qarşısında otur­du. Qız haçalı ağacı Toybon-xanın qarşısına atdı, Kuluzun xanın arvadına çev­ril­di, cavan qayına­ğacını o tərəfə-bu tərəfə yelləyib atdı, Kuluzun xanın qızı Altın Üstük ol­du. Olökşinin qızı alaçıqdan çıxıb qumu, kömür par­çalarını təmiz bir ak yalana səpdi, onlar ucu-bucağı görünmə­yən mal-qara sürüsünə, qapqara meşə kimi saysız-hesabsız in­sana çevrildi. Qız dedi:

– Mənim xanım, qənimətim budur. Ata-anam qocalıb, artıq evə gedim.

O, atını minib evə yollandı.

Doqquz zaysan dedi:

– Bu, bizə rüsvayçılıqdır. Biz Olökşinin qızı qədər də ola bilmədik!

Camaat, doqquz zaysan, Toybon-xan hamısı təəccüblən­mişdilər:

– Bəyəm, bu, qızdır? Bu, oğlan (ul) olmalıdır.

Olökşinin qızı evə gəldi. Ata-anası sağ-salamatdır. Qoca Olökşin arvadına dedi:

– Bu qızda kişi görkəmi var. Düzünü bilirsənsə, hər şeyi danış.

Qarı cavab verdi:

– Onu doğmağına doğmuşam. Amma özüm onu görmə­mişəm. Tenere-xanın qarı­sı Ükün emeqen gizlincə uşağı apar­dı; o, bunu bilir.

Qoca Olökşin Ükün emeqenin yanına elçi göndərib dedi:

– Qoy tənbəllik etməsin, yanımda olsun.

Qoca yetmiş tajuur arakı hazırlatdı, yetmiş irik1 kəsdirdi, qızıl masa qoydurdu, ağ (te­mirçak) şire düzəltdi. Üç gündən sonra günün-ayın üzü tutuldu; ayabənzər qanad­lar gü­nün-ayın qarşısını kəsdi; Ükün emeqen yerə endi, qızıl masaya söykənib ağ şireyə oturdu. Qoca yetmiş tajuur şərabdan süzüb qarıya verdi; qarı şərabı içib bərk kefləndi; onun qarşısına yetmiş irikin ətini qoydular; yeyib tamam doydu, dedi:

– Məni niyə çağırmısınız?

Ona cavab verdilər:

– Kiçik qızımızı tanımaq olmur, o qızdır, oğlandır, bilmək olmur. Hesab etsək ki, qızdır, yenə adama elə gəlir ki, oğlan­dır, oğlan hesab etsək, yenə elə görünür ki, qızdır.

Ükün emeqen dedi:



Bu, kerektu uldur2. Amma mən o oğlanı qız kimi endirdim.

Olökşin dedi:

– Sən bu kendık balaya3 özün ad ver!

Qarı Olökşinin qızına xeyir-dua verməyə başladı:

– Çənəsi var, söyə bilməz, kürəyi var, yerə gəlməz, böyük barmaqları var, ələ keçməz, dodaqları var, söyə bilməzlər. Ki­mə acığı tutsa, ona da qalib gəlsin, qoy nə­yi arzulasa, onu da alsın. Kudaydan ona çapar at göndərilsin. Bu, kürən İlizin atlı Ain-Şain-Şiqşirqe olsun.

Ükün emeqen adı qoyub yuxarı uçdu. Ain-Şain-Şikşirqe qabaq ətəyini tərsinə dön­dərib cibinə qoydu, arxa ətəyini də tərsinə döndərib cibinə qoydu, Sumer-Ulan da­ğı­na çıxıb gur səslə qışqırdı:

– Yuxarıda yaşayan Uç-Kurbustan, tanrım! Məni lüt-üryan yerə buraxdın!

Göydən qara duman burulub qalxmağa başladı; göy gu­rul­dadı, qara duman yerə en­di, yerdə, çölün ortasında silkə­lən­di. Şikşirqe yüyürüb oraya qaçdı, gördü ki, orda kü­rən İlizin at da­yanıb. Yəhərinə qara zireh, araqay yüklənib. Onun ipək cilo­vu çatı1 kimi yer­­də sürünürdü. İgid yaxına gəlib cilovu yerdən götürdü, artınçakı açdı, altmış altı düy­­məli qızıl kurmeni yükdən açıb geyindi, doxsan doqquz düyməli qara zirehi üzərinə ke­çirdi, ağ almaz polad qılıncı belindən asdı, qupquru ağaca bənzəyən nizəni əlinə aldı, aya­ğını üzəngiyə qoyub üç cəhdlə oturdu. İlxını araya alıb çapdı, qamçı ilə onları bir yerə topladı. Öz adamlarına tapşırıq verib qılıncın gücü ilə hər şeyi nizama saldı, gə­lib dəmir at axurunun yanında dayandı. Qızıl masa qoyub aliman-çikır yedi. Ac idi, qar­nı doydu, yorulmuşdu, ətə-qana doldu.

Doqquz zaysan ilə Toybon-xan bir yerə yığışıb götür-qoy etdilər, düşündülər:

– Obada şulmus2 var. Heç vaxt sakit yaşaya bilməyəcəyik. Onu necə məhv edək?

Doqquz zaysan dedi:

– Ona əmr veriləndə boyun qaçırmamalı, qulaqardına vur­mamalıdır. Ölümə gön­dər­sək, yəqin ki, ölər. Bəs onu indi hara göndərək?

Onlar oturub məşvərət etdilər:

– Göylə yerin bitdiyi yerdə səkkiz quyruqlu Karakul3 var. Onun yanına göndərək.

Toybon-xanın elçisi Ain-Şain-Şikşirqenin yanına gəlib dedi:

– Xan əmr etdi ki, gələsən.

Ain-Şain-Şikşirqe atını mindi, qara araqayı çiyninə keçirdi, yola düşdü. O, doq­quz zaysanın qapısından çaparaq keçib Toy­bon-xanın dəmir at axurunun yanına çat­dı, at­dan endi. At axu­runun yanına çatanda atını tutub bağlamaq üçün alıpların1 əlləri gi­ci­şir­di. Yetmiş bahadır onu qoltuğundan qaldırıb dəmir saraya gətirdi. Qabaqda altmış qat­lı ağ xalça salınmışdı. Qızıl masanı gətirincə o, ağ xalçanın üstündə oturdu. Qarşı­sı­na qızıl masa qo­yulub aliman-çikır yeməyi gətirdilər. Ain-Şain-Şikşirqe soruşdu:

– Məni əmr etmisiniz? Nə olub?

Xan cavab verdi:

– İlxımız ayğırsızdır, get, Karakulu bizə gətir.

O dedi:

– Atılan ox daşdan, göndərilən elçi yoldan qayıtmaz. Nə etməli! Get­mək lazımdır.



Ain-Şain-Şikşirqe oradan çıxıb kürən İlizin atını mindi, yoluna davam etdi. Ya­zın gəl­məsini kürəyindən, qışın gəlməsini yaxasından bildi. Öz tayqası Sumer-Ulan sıra dağ­larına (tay­qanınq kırına) yetişdi. Yeddi Altayın arasında, qara Altayın için­də his kimi qapqara tayqa gö­rünürdü. O, diqqətlə bu dağa ba­xanda gördü ki, bu, Karakuldur, uzanıb. İki gözü iki qa­ra gölə bənzəyir, burnu qara təpə kimi görünür. O, bir aylıq məsafədən Karakulu tanı­dı. Karakul birillik məsafədən Şikşirqenin iyini aldı, ağzını açıb qu­laqlarını qısdı, Şik­şir­qenin qarşısına çıxdı. Açıq gözlərini qırpmağa, uzanmış əllərini geri çəkməyə ma­cal tap­mamış Karakul yüyürüb onun yanına qaçdı. Karakul tullana-tulla­na qaçırdı. Şikşirqe onu qulaqlarından tutub dəmir çölün ortasında yerə yıxıb əzdi. Ka­ra­kulun nəriltisi gah yu­­xarıda, gah da aşağıda eşidildi, soruşdu:

– Adın nədir, hardan gəlib, hara gedirsən2?

– Mən Olökşinin yeganə oğlu Ain-Şain-Şikşirqeyəm. Sənə heyran olduğuma gö­rə yox, doqquz zaysanın, Toybon-xanın əmri ilə gəlmişəm.

Karakul dedi:

– Bunu bayaqdan niyə demirsən?

Şiqşirqe dedi:

– Bayaqdan səninlə döyüşürdüm. Birillik qulun boyda ətimi tökdüm, üçillik qulun (kunan) boyda gücüm tükəndi.

Karakul dedi:

– Özüm könüllü sənin yanına gələrdim, döyüşsüz.

Onlar and içib dost oldular (antırlu nadi). Qılıncların tiyə­sini yalayıb nizələrin ucu­nu iylədilər. Karakul dedi:

– Burnumu deşib atının quyruğuna bağla. Qoy fikir­ləş­sinlər ki, könüllü getmirəm, zorla aparırsan.

Ain-Şain-Şikşirqe uçan quşdan cəld, atılan oxdan iti olub yola düşdü. O, atdan düş­məmiş Karakulu dəmir axura bağlayıb qışqırdı:

– Ayğırınızı gətirmişəm, gəlin, götürün.

Özü də evə getdi.

Doqquz gün gələn olmadı. Doqquz gündən sonra ocağın ayağında (yəni ton­qal­la qapının arasında) yerin altından toz-torpağın içində bir bahadır çıxdı. Şikşirqe dedi:

– Niyə gəldin?

Bahadır cavab verdi:

– Doqquz zaysan ilə Toybon-xan alaçıqlarını ayaqyoluna çeviriblər. Sidik-nəcisin dözülməz iyindən adam dayana bil­mir. Kalak-xoron1! Dedilər, gəlib onu buraxasan!

Şikşirqe dedi:

– Gətirmək mənim işimdir, buraxmaq yox. Qoy özləri buraxsınlar.

O, yerin altından çıxan bahadırı qayıtmağa qoymayıb ata-anasına odun yığmağa göndərdi. Üç gecədən sonra həmin yer­dən başqa bir bahadır çıxdı. Şikşirqe soruşdu:

– Niyə gəlmisən?

O dedi:

– Kalak-xoron! Dedilər, tez gəlib buraxasan. Orda sidik-nəcisdən yer yoxdur.



Şikşirqe dedi:

– Qoca anama yarma çək!

Şikşirqe kürən İlizin atına minib aşağıya, Toybon-xanın yurduna yola düşdü. Oraya çatanda gördü ki, Karakul dəmir at axurunun yanında oturub. O, yerə uzanıb nə­ril­dəyəndə yıxılmış ağaclar parçalanır, ayaqüstə durub nərildəyəndə dik dayanmış ağaclar kökündən qopurdu. Şikşirqe Karakulu ocaqdan yuxa­rıya1 buraxıb dedi:

– Nə istəyirsən ye, iç, get.

Karakul geri dönən kimi camaatın, mal-qaranın yarısını uddu, gəldiyi yerə yol­lan­­dı. Ain-Şain-Şikşirqe evə qayıdıb uzan­dı. Doqquz zaysan ilə Toybon-xan yenə də məş­­­­və­rət et­dilər. Abr dənizinin dibində Ker-balıq (kor balıq) var. Onu ora göndərsinlər, Ker-balıq onu udar. Yenə elçi göndərdilər:

– Toybon-xan deyir, yenə gəlsin.

Ain-Şain-Şikşirqe dedi:

– Yaxşı gələrəm.

O, kürən İlizin atına minib dedi:

– İndi getmək vaxtıdır!

Doqquz igid zaysanın qapısının yanından keçdi, Toybon-xanın dəmir at axu­ru­nun yanında atdan düşdü. Toybon-xanın dəmir qapısını açıb içəri keçdi, altmış qatlı ağ xalçanın üzə­rində əyləşdi, qarşısına qızıl masa qoydular, aliman-çikır ye­məyi gətirdilər. Ain-Şain-Şikşirqe soruşdu:

– Məni əmr etmisiniz?

Toybon-xan dedi:

– Abr dənizinin dibində Ker-balıq var. Get, onu bizə gətir. İnəklərin buğası yox­dur, yanlarına buraxacağıq.



Atılan ox daşdan, gedən elçi yoldan qayıtmaz. His kimi qapqara zirehin cingiltisi göy gurultusuna, qara kaman ara­qayın səsi Altay-Xanqayın əks-sədasına (yanqırt) bən­zə­yirdi. O, atı çapıb (iləçilə) gedirdi. Diz qapağı yaş kəmər kimi sıxılır, əzə­lənin bükül­mə­sindən burulur, dörd dırnağın (tört tomık) altından polad ay (ay bolot) kimi od çı­xır­dı. Sərt daşlara toxunanda od çıxır, yelan çöllərə toxunanda göl yaranırdı. Qamçı ilə vu­rur, o tərəf-bu tərəfə yırğalanır, dönüb çapırdı. Ker-balıq alt çənəsini yerə ba­tır­mış, üst çənəsini göyə dayaq verib yerə sərili qalmışdı. Göl, dəniz təlatümə gəlmiş, çın­qıllar çılpaq qalmışdı. Uca-alçaq dağlar uçub dağılmış, yeri boş qalmışdı. Ker-balıq dedi:

– Kalak-koron! Məni öldürmə! Adın nədir, hardan gəlib hara gedirsən?

İgid dedi:

– Mən kürən İlizin atlı Ain-Şain-Şikşirqeyəm. Çıxış yo­lum olsaydı, öz xoşumla gəlməzdim, doqquz igid zaysanın, bir də Toybon-xanın əmri ilə gəlmişəm.

Ker-balıq dedi:

– Niyə bayaqdan demirsən? Bilsəydim, özüm gələrdim. Həmişəlik dost olaq!

Ain-Şain-Şikşirqe Ker-balığın burnunu deşdi, atının quy­ru­ğuna bağlayıb geri qayıtdı. Ker-balıq quyruğu ilə gölü-dənizi arxasınca aparırdı. Şikşirqe gəlib dedi:

– İnəklərinə istədiyin buğanı gətirdim. Hansı inəyin yanı­na buraxmaq istəyirsən?

O qışqıra-qışqıra bunları deyəndən sonra evinə getdi.

Doqquz gündən sonra ocağın altından bir bahadır çıxdı. Şikşirqe soruşdu:

– Niyə gəldin?

Bahadır cavab verdi:

– Doqquz igid ilə Toybon-xan-bəy alaçıqlarını ayaqyoluna çeviriblər. Əmr etdi ki, gəlib Ker-balığı buraxasan!

Şikşirqe dedi:

– Bir dəfə gətirməyi əmr edirlər, sonra aparmağı əmr edir­lər. Getməyəcəyəm!

Yenə də üçüncü bahadır gəldi:

– Kalak-koron! Deyir ki, gəlib tez buraxsın.

Getdilər, atdan düşməyib Ker-balığı buraxdı. Ker-balıq dö­nən kimi mal-qaranın, camaatın yarısını uddu.

Şikşirqe evə qayıdıb dedi:

– Salam, ata, ana! Salam, əziz bacılarım!



Bir-birinə tay iki bacı altmış altı künclü qızıl masanı çəkib aliman-çikir yeməyi gə­tirdilər, zəhər kimi acı (açu koron) şə­rab (arak) qoydular. O, içib doydu; ac idi, tox ol­du, yorğun idi, kö­kəl­məyə başladı, uzanıb yatdı. Doqquz gündən sonra elçi gəlib dedi:

Toybon-xan ilə doqquz igid zaysan gəlməyini əmr et­dilər.

Şiqşirqe dedi:

– Sabah səhər gedərəm.

Səhər açıldı1. O, tərlikləri əlinə aldı, gümüş artaşı2 gətirdi, tərlikləri qoyub gümüş artaşı bağladı, altmış qarınaltını dartıb çəkdi; qızıl çümü əyninə geyindi, kaman-araqayı bağladı, almaz polad qılıncını belin­dən asdı, İlizin-eren atına minib göy gu­rul­tusu kimi guruldadı, dəmir kimi cingildədi. Sərt daş sınıb koru­ma1 dönür, möhkəm ağac parçalara (saymalib)2 ayrılırdı. O, doq­quz igid zaysanın qapısın­dan ötüb Toybon-xanın dəmir at axu­­ru­nun yanında dayandı, atdan düşdü, altmış bahadır yaxın­laşıb atını bağladı, yetmiş baha­dır qoltuğunun altından qaldırıb alaçığa gətirdi. Onu tördə3 oturtdular. İgid döşənmiş ağ xal­ça­la­rın üzərində əyləşib salam verdi. Toybon-xan onun əlindən tu­tub özünün sağ di­zi­nə söykədi, yanında əyləşdi. Onların qar­şı­sına altmış altı künclü qızıl masa çəkib ulyum-çikir yeməyi gə­tirdilər. Şiqşirqe acı zəhəri (açu koron) içib yeməyin ən yaxşı ti­kə­­lə­rindən yedi. O, acı (açu) aradyanı (arajan) seçib içdi, soruşdu:

– Mənim xanım, nə lazımdır?

Xan cavab verdi:

– Mal-qaranı çoxaltmaq istədik, yarısını məhv etdik, ca­maatı çoxaltmaq istədik, ya­­rısını itirdik4. Adamlarımın ara­sın­da başçı, camaatın ən yaxşısı (akazı)5 sənsən. Sən­dən arqaluzı6 adam yoxdur. Göydəki şaman-qarını (kam emeqen) gətir. Bir şa­manlıq edək, baxaq!

Şiqşirqe dedi:

– Nə etməli? Gedərəm.

Atılan ox daşdan, göndərilən elçi yoldan qyıtmaz. “Arakı7, çiqen8 yığın, altı gün içib çalın, oxuyun. Mən ağ şirdekin1 üs­tündə oturduqca, siz çaylar qədər şərab çəkin, dağ­lar boyda ət doğrayın; sonra mən qeyb olacağam. Doqquz gün ərzində süd səpin, mahnı oxuyub kef çəkin”.

Şikşirqe İlizin-eren atını irəli-geri dartdı (ekçey tudub), at tükə çevrildi. Şikşirqe tü­kü böyük cibinə qoydu, gəlib ağ qığır­daqlı şiredə oturdu. Ayağa qalxıb əllərini göyə uzatdı, qışqırdı:

– Ey göydəki tanrı!

O belə deyib göyə qalxdı. Birinci dəfə ayılanda özünü ağ buludlardan yüksəkdə gördü, mavi səmanın altına qalxdı, geri baxanda doqquz igid zaysanın kef edib mahnı oxu­duğunu gördü. Yenə əllərini uzadıb qışqırdı:

– Yuxarı dünyadakı Ak-sürqek2!

Yenə huşunu itirdi, ayılanda özünü yuxarı dünyada gördü. O, geri boylandı, Alta­yı görünmürdü, çoxlu burxanın qarşı­sın­da dayanmışdı, soruşdular:

– Ey aşağı dünyanın insanı, bura niyə gəlmisən?

O cavab verdi:

– Buraya öz istəyimlə gəlməmişəm. Doqquz zaysan ilə Toybon-xanın tələbi ilə gəlmişəm. Onların ehtiyacı üzündən gedirəm. Mal-qaranın yarısı məhv olub, arxa-camaatın yarısı həlak olub. Kamdık-kam qarının arxasınca gedirəm.

Buradakı burxanlar dedilər:

– Onun yanına gedən izin olacaq, qayıdanda izin-tozun da qalmayacaq. Kam-emeqen sə­ni yeyəcək.

İgid dedi:

– Atılan ox daşdan, göndərilən elçi yoldan qayıtmaz. Harada ölməli olsam, ölə­cə­yəm, hara gedirəmsə, gedəcəyəm.

O, İlizin-eren atını o tərəf-bu tərəfə döndərdi (eqçedi), öz görkəminə çevirdi, ayaq­­­larını üzəngiyə basıb üç sıçrayışla sürdü, üçillik inək dişli şallağı əlinə almışdı. Qış -yay fərqlənmirdi, mal-qara ağ duzlaq yeyirdi, arjan1 bulağından su götürüb içirdi­lər. Şik­şirqe kımjılu2 şallağı vurub sürətlə gedirdi, yırğalana-yırğalana mahnı oxuyurdu. O, şal­lağı gah sağ, gah da sol əlində yelləyir, yüyəni çəkirdi. Şikşirqe ağ Altayı keçib ağ tay­qada at­dan düşdü. Ağ tayqaya çıxanda o tərəf-bu tərəfə baxmağa baş­la­dı. Gah axan, gah axmayan ağ çay görünürdü. Ağ çayın sahilində ağ örqö3 vardı. Ağ örqönün qapısı yanında atın keçə bilməyəcəyi (aylyanbas) qızıl at axuru vardı. Qızıl at axurunun ya­nında ağ-kürən (ağ borat) at dayanıb. Şikşirqe dayandığı yerdə silkinib qa­ra milçəyə çevrildi, uçub getdi, ağ-kürən atın qulağına girdi. Ağ-kürən at durduğu yerdə fınxırdı, axurun ətrafında qaçıb dolandı, dırnaqları ilə yeri qazmağa başladı. Ağ örqödən iki qız çıxdı, birinin əlində kınqrak4, o birinin əlində ebrek5 vardı. Ede6 bacı ilə sıynı7 bacı ağ-kürən atın başına-gözünə döyməyə başladılar:

– Bu tamqa8 niyə yerində dayanmır?

Qızlar dönüb getdilər. Şikşirqe çöldə ota yapışdı. Qızlar ağ örqöyə daxil olub otu­randa o da öz donuna girib onların arasında oturdu. Qızlardan biri tunükə9 çıxdı, o biri də qapıya qaçdı. Şikşirqe tunükə çıxan qızı ayağından, qapıya qaçanı da əlin­dən tut­du, dedi:

– Uşaqlar, qorxmayın. Mən tuş tuqay nökör1 axtarıram. Hansınız mənə gə­lər­si­niz?

Onlar dedilər:

– Bədənindən əziyyətlə ayrıla bilən canın, qızarıb axan qanın yoxdur! Çiyin­lə­rin­də qüsurun, fəqərələrində, qabırğala­rında (boqono seok) oynaqların yoxdur. Əsl kezer2 do­ğul­mu­san. Sənin kimi igidə də getməyib, kimə gedəcəyik?

Böyük bacı dedi:

– Mən gedəcəyəm!

Kiçik bacı dedi:

– Getsən, mən də gedəcəyəm. Qoy ikimizi də alsın!

Şikşirqe qızlardan qızıl üzüklərini alıb onlara öz qızıl üzüyünü verdi, soruşdu:

– Ananız nə vaxt gələcək?

Qızlar dedi:

– Artıq yeddi ildir o, kamdıka gedib. Anam qayıdanda yün­gül, sürəkli meh əsə­cək; bu, onun qanadlarının yelidir. Həm də yağış yağacaq3; bu, onun qanadlarının tər damcılarıdır. Kan-Ke­rede quşuna dönüb tunükə qayıdanda üç döv­rə vura­caq. Alaçığın ətrafında ağ çapar heyvan kimi üç dövrə vurub qaçacaq, ala­çığa girəndə qızıl yapalaq (kızıl üku) olub ocağın başına üç dəfə do­la­na­caq. Tördə silki­nə­cək, öz donuna girib qayıdacaq, enib oturacaq.

İsti, isti meh əsdi. Qızlar dedilər:

– Anamız qayıdır.

Onlar qazan-ayaq bişirib dedilər:

– Anamız geri qayıdanda Şikşirqeni udacaq. Onu necə xilas edək?

Ain-Şain-Şikşirqe quru təzək olub ağ-kürən atın altına uzan­dı. Tabur-tobur yağış yağdı. Yerlə göyün arasından Kan-Keredenin səsi gəlirdi. Sonra gözlərini qırpmağa, əllərini uzat­mağa macal tapmamış, aypara qanadları ilə guruldayan, aypara caynaqlarını şaqqıldadan Kan-Kerede peyda oldu. Quş tunü­kün başına üç dövrə vurdu.

Kan-Kerede dedi:

– Alaçığımda, yurdumda pis iy var?

Quş belə deyib yuxarı qalxdı. Qızlar qışqırdılar:

– Ölümümüzün, yoxsa ömrümüzün iyini almısan?

O, geri döndü, tunükün üzərində üç dövrə vurdu, alaçığın başına üç dəfə çapıb (şulyuzin) dolandı, soruşdu:

– Alaçığımda kim var? Bu, nə pis iydir gəlir?

Sonra o, qızıl yapalağa çevrilib alaçığın başına dolandı, ocağın üstündə üç dövrə vurdu, öz donuna girib törün üstündə oturdu. Ces tünqur1 onun əlində idi; manyakı2 açdı, yüz kuzün­qı3 çırpılır, Altay torpağı yırğalanırdı. O, soruşdu:

– Alaçığıma kim gəlib?

O, belə deyib şamanlıq edirdi. Məlum oldu ki, aşağı dün­yadan adam gəlib. Şaman aşağı dün­­­yadan Ker-balığı – Cütpanı özünə tərəf dartıb (tartanıb) so­ruş­du:

– Alaçığıma kim gəlib?

Ker-balıq-Cütpa cavab verdi:

– Aşağı dünyadan yanına Ain-Şain-Şikşirqedən başqa heç kim gələ bilməz.

Şaman dedi:

– Hökmən odur. Ona qarşı cürət etmərəm. Ürəyimi aldı. Bundan sonra onunla and içib dost olduq (antıqarlu nadi).

Kam-emeqen Altay-Xanqayın ruhu (əəzi) altıquyruqlu Karakulu tərif etməyə (al­qab) başladı, dedi:

– Niyə yurduma gəlməyə çalışır?

Karakul ona dedi:

– Qırmızı ömrümü istəyirdi, tınımı1 almaq istəyirdi. And içib onunla dost oldum. Yalnız Ain-Şain-Şikşirqe sənin yanına qalxa bilər.

Ye kalak! İndi neyləyək?

O, ocağın başına üç dövrə vurub bayıra çıxdı. Tünqürə qu­ru təzək tökdü, alaçığa girdi, əli ilə insan üzü şəklində olan tün­qürün arxasına vurdu, çalxalayıb (çalkaytu) or­da­kı təzəyi oca­ğın başına tökdü. Təzək Ain-Şain-Şikşirqe oldu, qızların arasında oturdu. Kam-emeqen silkinib Kan-Keredeyə – quşla­rın şahına (kaan quş) çevrildi, iki qanadını aç­dı, ağzını (uuz murdun) uzadıb yaxınlaşdı ki, Ain-Şain-Şikşirqeni udsun. Qız­lar qa­nad­larından tutub geri itələdilər, dedilər:

– Kalak! O, nişanlımızdır, ona ərə gedəcəyik. Udacaq­san­sa, bizimlə bir­lik­də ud.

Kam-emeqen silkinib öz donuna girdi, Ain-Şain-Şikşir­qe­nin ətrafına dolanıb, ona uzun-uzadı sınayıcı (şinjileb) nəzərlə baxdı, dedi:

– Qızarmağa qanın, əziyyətlə ölməyə tının yoxdur. Çiyin­lərində qüsurun, fəqərə, qabırğalarında oynaqların yox­dur. Bun­dan yaxşı insan ola bilər? Alıp2 do­ğul­musan. Bundan yaxşı doğulmaq olarmı?

Qarı qızlarının qızıl şankalarını3 açıb iki tulunq4 hördü. Ain-Şain-Şikşirqe qızıl şi­re­yə çıxıb ordan düşmədi. O, nə ölü kimi ölü, nə də diri kimi diri görünürdü, danış­dı­rır­dı­lar, danış­mırdı, yemək verirdilər, yemirdi. Arvadları soruşdu:

– Sən belə deyildin, nə olub? Bəlkə ölümümüz ya da ömrümüz sənə agah oldu?

Şikşirqe cavab verdi:

– Arçin1 qoxusu gələn Altayım, kızıl qat2 yeməyim var. Onları xatırladım.

Yeddi gün idi ki, qadınlardan xəbər-ətər yox idi; yeddi gün­­dən sonra qayıtmış­dı­lar. Doğrudan da, aşağı dünyada, tə­miz arçin ağacı, qızlardan da gözəl, hər yeməkdən dadlı qır­mı­zı qarağat varmış. Qadınlar arçin, qızıl qat yeməyini qurşaq­la­rına düyünləyib gətirmişdilər. Ain-Şain-Şikşirqe ye­məyi, qır­mızı qarağatı yedi; ac idi, qarnı doydu, arıqlamışdı, kökəldi. Arşini ocağa qoydu, tüstülədib dedi:

– Bədənimdə yüngüllük hiss edirəm, beynim açıldı. Doq­quz igid zaysan, Toybon-xan-bəy məni Kam-emeqeni apar­ma­ğa göndəriblər. Demək istəyirəm, dilim gəlmir. Deməmək də olmur, çünki başqa yol yoxdur.

Qızlar dedi:

– Nədən qorxursan, qarı sözəbaxandır. Eşidəndə özü get­mək istəyəcək.

Qadınlar qarının alaçığına gedib dedilər:

– Doqquz igid zaysan ilə Toybon-xan-bəy onu gön­də­riblər, deyir ki, niyə göndər­dik­lərini deyə bilmərəm.

Qarı dedi:

– Ayin-Şayin, kürəkən, niyə demirsən? Ağ-kürən atı öz ci­bi­nə qoy. Qanadlarımın üs­tündə otur. Biz aşağı dünyaya, yerə enəcəyik.

Ain-Şain-Şikşirqe ağ-kürən atı böyük cibinə qoydu. Kam-emeqen Kan-Kerede qu­­şu­na dönüb qanadlarını açdı, Ain-Şain-Şikşirqe oturdu. Kan-Kerede aypara cay­naq­la­rı­nı şaqqıldadıb yerə endi.

Kan-Kerede dedi:

– Öz istəyinlə gəlməmisən, ehtiyac səni gətirib. Burnumu deş, atının quyru­ğu­na bağla, yedəyinə al.

Ain-Şain-Şikşirqe dedi:

– Burnunu deşməyə əlim qalxmır. Bundan sonra necə sənin kürəkənin olaram?

Qarı burnunu deşdi, ipək cilovla atın quyruğuna bağlayıb dedi:



Atın gücünə, igidin cəsurluğuna baxacağam. Tez tərpən.

Qarı hirslənib sancmağa başladı. Ain-Şain-Şikşirqe qarı­nın deyinməsi, qəzəbi qarşısında aciz qaldı. O, İlizin-eren atın cilovunu o tərəf-bu tərəfə dartdı, üçillik inək dişli şallaqla sağrılarına (soor) vurmağa başladı. Dırnaqların zərbəsindən də­niz­lər, göl­lər coşur, daşlar, qayalar alışıb yanırdı, yerdən toz-duman qalxıb cəmaya ucalırdı. Göy­dən qara duman dövrə vurub yerə enirdi. Meşələr durduğu yerdə qırılırdı. O, bütün göy Al­tay sıra dağlarını dolaşıb dedi:

– Qaynanamın burnu harda deşilib?

O, belə deyib geri döndü, Kam-emeqen yerində qaçırdı. Qarı dedi:

– At doğulacaqsa, at, igid doğulacaqsa, igid olsun. Bundan yaxşı doğulmaq olar?

Şikşirqe doqquz igid zaysanın alaçığına çatıb qarını Toy­bon-xanın dəmir at axu­ru­nun yanında yerə qoydu, bağladı. Dedi:

– İndi özün bil, şamanlıq, yoxsa başqa bir iş edəcəksən?

Yüz manyak sərilib bütün yer üzünü örtdü, yüz kuzünqı toq­quş­du, göy Altay da­ğıl­dı. Şaman mis tünqürü vurduqca Altay yırğalanmağa başladı. Sərt daş parçalanır, qara meşə sınırdı. Hər orbo1 zərbəsilə on nəfərədək insan ölür, on ba­şa­dək mal-qara tələf olurdu.

Ayin-Şayin Şikşirqe öz elinə, öz yurduna gedib ata-ana­sına dedi:

– Atam, anam, salam. Yaxşısınızmı, böyük bacılarım?

Doqquz gündən sonra ocağın ayağından, torpağın altından bir bahadır çıxdı, başı-gözü toz-torpaq içində idi. Bahadır dedi:

– Kalak! Dedilər ki, tez gəlib şamanı buraxsın. Doqquz igid zaysan ilə Toybon-xan evi ayaqyoluna çeviriblər, qorxu­la­rından alaçıqdan çıxa bilmirlər.

Şikşirqe dedi:

– Gətir deməkləri bir müsibətdi, burax deməkləri başqa müsibət. Gətirməyinə gə­tir­mişəm, buraxmağa da özünüz buraxın, gedə bilmərəm.

İkinci elçi gəlib dedi:

– Kalak-koron! Xan deyir, gəlib buraxsın!

Şikşirqe İlizin-eren atını minib araqay-saadaqı çiyninə keçirdi, getdi.

Ora çatanda gördü ki, əvvəllər mal-qaranın, adamların sayı-hesabı yox idi, indi bar­maqla sayılacaq qədər qalıb. O, axura çatdı, atdan düşməyib qarını buraxdı. Qarı dö­nən kimi mal-qaranın da, camaatın da yarısını uddu. İndi mal-qara da, camaat da lap az qal­mışdı. Ayin-Şayin-Şikşirqe çıxıb evinə, atasının yanına getdi.

Yenə də elçi gəldi:

– Doqquz igid zaysan ilə Toybon-xan dedi ki, gələsən!

Şikşirqe dedi:

– Mən tək pəhləvanam, atımla birgə qabıqdan çıxdım. Yəqin, qismətim belədir.

O, İlizin-eren atını minib Toybon-xanın qapısına gəldi. Altmış bahadır onun atını, yetmiş bahadır da özünü götürüb alaçığa girdilər, dedi:

– Salam, ağam Toybon-xan, doqquz igid zaysan.

Altmış altı künclü masa qoyub aliman-çikir yeməyi gətir­dilər, yeyib dedi:

– Məni niyə əmr etmisiniz?

Ona cavab verdilər:

– Şaman gətirdik, şamanlıq etdi ki, mal-qara doğub tö­rəsin, istədik ki, şamandan camaatı artırıb çoxaltmasını istə­yək, mal-qara dağıldı, camaat da qırıldı. Erliklə1 dost­laş­mazdan əvvəl əlimizi sıxıb bir-birimizə hədiyyələr etdik. O vaxtlar Toybon-xan Er­likə mal-qaranın erdinəsi olan iki yırakı2, bir də camaatın yulazını3 – ağ vaşaq də­ri­sindən kürk vermişdi. İndi Toybon-xan var-dövlətindən, itkidən da­nı­şır; mən çeçəmişəm (kakadım), var-yoxdan çıxmışam (yok suradım). Get, həmin şeyləri gətir.

Atılan ox daşdan, elçi yolundan qayıtmaz. Ain-Şain-Şik­şirqe İlizin-eren atını mindi, çarpaz qara araqay-saadaqı çiy­ninə keçirdi, ay kimi polad qılıncını belindən asdı, ayın-günün şüaları ilə yoluna davam etdi. Zirehin Altay-Xanqayın səsinə bənzəyən səsi eşidilirdi. O, yola düşmüşdü.

Ain-Şain-Şikşirqe deyirdi: “Yuxarı dünyada yaşayan qay­na­namdan məsləhət alıb arvadlarımla vidalaşaram. Böyük qa­rıdan məsləhət eşidərəm. Əvvəllər heç vaxt Erlikin yurdu ba­rədə eşitməmişəm”.

O, yuxarı dünyaya qalxdı. Qaynananın yanına gedib ondan soruşmaq lazımdır. O, arvadları ilə salamlaşıb soruşdu:

– Ezen4?.

Altmış altı künclü masa qoyub hamısı oturdu, yemək yeməyə başladılar.

Ain-Şain-Şikşirqe dedi:

– Doqquz igid zaysan ilə Toybon-xan-bəy mənə dedilər ki, get, Erlikə verilmiş erdinə ilə camaatın yulasını al, gətir. Ge­dəcəyimə söz verdim.

Şaman qarı dedi:

– Təkcə sən yox, mən də. Şaman olsam da, hələ Erlikin yurdunda olmamışam. Mis tünqürümü ocaqda bərk qızdır.

Yeddi gün qavalı qurutdular. Yüz manyak yer üzünə səril­di, yüz kuzünqı vu­rul­ma­ğa başlandı. Şaman qarı yer üzünə sə­ri­lən yüz manyaklı kürk geyindi, mis tünqürü əli­nə aldı; yüz manyak sərilib yer üzünü örtdü. Qarı oturduğu yerdə qeyb ol­du, mis tün­qü­rün səsi gah gəldi, gah kəsildi, nəhayət, aşağı dün­yada qeyb oldu. Mis tünqü­rün taq­qıl­tısı aşağı dünyada kəsildikdən sonra yeddi gün kam emeqendən səs çıxmadı. Yeddi gün­dən sonra o fırlanıb gəlib öz tünnükünə endi. Qarı mis tünqürü bağlayıb şaman kür­kü­nü soyunmuşdu. Şaman qarı dedi:

– Erlikə çata bilmədim. Ancaq yerin yarısına qədər gedib çıxa bildim. Məlum oldu ki, yer üzü çox kələ-kötür imiş. Çat­mağına çatarsan, qayıtmağın şübhə­li­dir. Yeddi yol ayrıcına (beltir) qədər gedib çıxdım. Amma, mənim balam, səni cəhən­nəmin ağzına­can ötürərəm.

Qarı silkindi, Kan-Kerede quşuna çevrilib oturdu. Ain-Şain-Şikşirqe arvadları ilə bir yerdə onun qanadları üstündə oturdular. Emeqen fırlanıb onları cəhənnəmin gözünə endirdi, bir ovuc (puk) damarlı (ipək) sap(ən sinqır uçuk) verib dedi:

– Lazım olacaq.

Sonra doqquz göz verib dedi:

– Lazım olacaq.

Qarı iki torba da kömür verib dedi:

– Yəhərin altına at. Getdiyin yerdə lazım olacaq.

O, iki ağ şüvül də verib dedi:

– Bu da lazım olacaq. Hə, indi özün bax, get.

Ain-Şain-Şikşirqe arvadları, qayınanası ilə vidalaşdı; göz yaşları gölə, bur­nu­nun su­yu buza döndü. O, İlizin-eren atına mi­nib cəhənnəmin gözünə atıldı. Günəşlə ay ar­xa­da qaldı, ay kiçiləndə olduğu kimi (ay qara)1 qaranlıq düşdü. Kənarları yə­hərə qədər açıl­mış yolda at iti yürüyürdü, gəlib yeddi yol ay­rıcına çatdı. İki qotur dəvə yaxınlaşıb dedi:

– Bu tamqa ilə atı bizi qaşıyacaq.

Şikşirqe yolun hər iki tərəfinə şüvül sancdı. Dəvələr ondan əl çəkib dedilər:

– Şüvüllərlə qaşıyacağıq. Qaşınmağımız nə yaxşıdır.

Şikşirqe bir az da getdi. Qarşısına xeyli pəhləvan çıxdı, dedilər:

– Onun həm özündən, həm də atından kömürləri sön­dür­mək lazımdır.

Şikşirqe onlara iki torba kömür verdi, dedilər:

Yaxşı atanın yaxşı da oğlu olar, hazır kömürlərlə gəl­mi­sən.

O, bir az da irəli getdi; indi də ılqıy qızlar gəldi, bir neçəsi dedi:

– Atdan sap düzəltmək lazımdır.

O biriləri dedi:

– Sapı onun özündən düzəltmək lazımdır.

Şikşirqe dedi:

– Uşaqlar, hazır sap var ikən, məndən niyə sap düzəldə­siniz.

O, bir ovuc sap atdı. Qızlar sevinə-sevinə sapları öz arala­rında bölüb dedilər:

– Yaxşı atanın oğlusan!

Şikşirqe bir az da getdi. Qarşısına burunları doqquz qarış, tükləri yaprıxmış iki quz­­ğun çıxıb dedi:

– Onun özünün də, atının da gözlərini çıxarıb yemək la­zımdır.

Şikşirqe cibindən dörd dənə göz çıxarıb atdı, dedi:

– Yemək istəyirsinizsə, bunları yeyin.

Quzğunlar gözləri bölüb ondan əl çəkdilər. Sonra o, Yaza baspas1 adlı qıl kör­pü­dən keçdi, gecə-gündüz yol getdi, gördü ki, qarşısında qara kötük var. Kötüyün ya­nında abıl2 var. Bir qa­dın öləcəksə, bu toxa yerdə olur, yaşayacaqsa, kötüyün üs­tündə olur. Burada nizə də var; bir kişi öləcəksə, nizə yerdə olur, yaşa­ya­caq­sa, kö­tü­yün üstündə olur. O, bir az da getdi. Bir tərəfdə bulaq suyu axırdı, ciyərləri bir-birinə bağlanmış iki nəfər həmin suda üzürdü. Onlar suyun ortasında qalmışdılar, su onları nə aşa­ğıya, nə də yuxarıya aparırdı. Şikşirqe atın başı üzərindən əyi­lib şal­lağın ucu ilə on­la­rı açıb azad etdi. O, İlizin-eren atdan soruşdu:

– Bu nə deməkdir?

At cavab verdi:

– Onlar oxuyub başa çıxmamış namadırlar3. Bu, onların buna görə çəkdiyi cəza­dır.

Şikşirqe bir az da getdi, gördü ki, tutkandu çeşməsi4 axır. At dedi:

– De ki, bu suyu işıqlı dünyada içirəm. İndi iç.



At da, Şikşirqe özü də sudan üç nəfəsə içdilər. Şikşirqe dedi:

– Tələsməsəydim, buradaca gecələyib səhərədək bu sudan içərdim. Yaxşı ata (adı­nın yakşi) çaydır.

O, bir az da irəli getdi, gördü ki, sarı bataqlıq (saz) var. At onu belə öyrətdi:

– Bir ovuc qum atıb de:

– Atası yaxşı bataqlıq, sən Altay ol!

Şikşirqe bir ovuc qum atıb: “Atası yaxşı Altayım” deyən kimi sarı bataqlıq quru yerə çevrildi. O, bir az da irəli gedib gördü ki, bir bahadır arxası qovağa bağlanıb əlində də uruk var. Şikşirqe soruşdu:

– Bu kimdir?

At cavab verdi:

– Erlikin torpağından kim qaçırsa, bu adam onu tutur.

O, yoluna davam etdi, qovağa bağlanıb əlində yığılmış kəmənd saxlayan başqa bir adam gördü. At onu başa saldı:

– Erlikin torpağından kim qaçırsa, bu adam kəmənd atıb onu tutur.

Bir az da getdilər, Şikşirqe gördü ki, boz madyan bir nə­fə­rin ətrafında dolanıb dır­naqları ilə onun başına döyür. At dedi:

– Soruşmaq istəsən, bu nədir, onda deyim ki, bu adam ananın balasını oğurlayıb yeyib (yəni madyanın dayçasını oğurlayıb) madyanın ağ südü quruyub.

Bir az da getdilər, gördülər ki, ağzına qara daş tıxanmış bir nəfər oturub. Bu adam işıqlı dünyada yaşayanda rüşvət alırmış. Yenə getdi, birdən balaca at ilxısı qaç­dı. Bu, o deməkdir ki, işıqlı dünyada yoxsul insanların ilxısı bezir1. Yenə getdilər, dəmir örqö göründü; dəmir axurun yanında yəhərli atlar bağlanmışdı. O, dəmir axurun yanına gəlib alaçığa girdi, gördü ki, ocaqda səkkiz qulplu bürünc qazan var; qazanda burula-bu­rula ət bişirdi; bir qoca ilə qarısı yanmış dirsəklərini yerə vurub qazanın yanında otur­muş­dular. Şikşirqe dedi:

– Bu əti doyunca yeyib getmək lazımdır.

O, atının kişnəməsinə bayıra çıxdı. At dedi:

– Sən burada oturub nəyi gözləyirsən?

Şikşirqe dedi:

– İstəyirəm gözləyim, ət yeyim.

At dedi:

– Səncə, bu qoca ilə qarının dirsəkləri niyə yanıb? Heç bunu ağlına gətirə bilir­sən? Onların qazanı alaçıqdan böyük daş ağırlığındadır. Onlar xəsis adam olublar. Gözləməyə dəyməz, yolçu yolda gərək.

Yenə getdilər, gördülər ki, bir cavan qadın lüt-üryan daya­nıb əlində sarı quzu də­ri­si tutub, o biri gənc qadın onun yanın­da oturub öz budlarına döyüb qəhqəhə ilə gülür. Şikşirqe so­ruşdu:

– Bu cavan qadınlara nə olub?

At cavab verdi:

– İşıqlı dünyada o, üç dəfə quzu dərisi istəyib o birisi verməyib, indi də əlində quzu dərisi dayanıb bilmir ki, üstünü necə örtsün. İstəyən də qəhqəhə ilə gülür.

Bir az da getdilər, gördülər ki, ərlə arvad yeddi qoyun də­risindən yorğana bürü­nüb uzanıblar; ər yorğanı arvadın üstün­dən dartır, arvad da ərinin üstündən dartır; bir-bi­rinin əlindən alırlar. Onlar işıqlı dünyada heç nə ilə razılaşmayan, savaşqan, söyüşkən ər-arvad olmuşdular.

Yenə də gedib gördülər ki, başqa ər ilə arvad bir qoyun də­risindən yorğana bü­rü­nüb uzanıblar, heç bir qüsur hiss et­mir­lər. Onlar işıqlı dünyada razılıqla, mehriban­lıq­la (nak) ya­şamışdılar. Yenə gedib gördülər ki, dəmir örqö var; kimi qa­pısına yaxınlaşır, kimi də ordan uzaqlaşır. Şikşirqe “yeyib doy­muşuq” deyib örqöyə girənlərin yanına yaxınlaşdı. Cavan bir qadın qaşıqla adamlara yemək verirdi. Adamlar: “Yeyib doy­duq” deyib razılıq edir, uzaqlaşırdılar. Həmin cavan qadın Şik­şirqeyə də yemək verdi. O da yeyib uzaqlaşdı, soruşdu:

– Bu qadın kimdir?

At dedi:


– Bu, işıqlı dünyada acları doydurub onlara hörmət edən qadındır.

Bir az da getdikdən sonra Şikşirqe Erlikin alaçığına yaxın­laş­mağa başladı. Bu­dur, onun gözlərinə Erlikin bayzım örqösü1, bürünc at axuru göründü. Qapıya ya­xın­la­şıb bürünc axurun yanında dayandı, atdan düşdü, İlizin-eren atını bağladı, ikilaylı qa­pı­nı açıb içəri girdi: Alaçıqda çiyinlərə çatan saqqal (eek saqal), iki qara göl kimi göz­­lər gördü. Erlik soruşdu:

– İşıqlı dünyadan gəlmiş Ayin-Şayin-Şikşirqe, niyə İlizin-eren atını tərlədib bura gəl­misən?

Şikşirqe cavab verdi:

Atılan ox daşdan, göndərilən elçi yolundan qayıtmaz. Baş­qa çıxış yolum olma­dı, doqquz igid zaysanın, Toybon-xa­nın tə­lə­bi ilə gəldim. Dedilər ki, keçmişdə Erlik bəylə dost ol­muşuq, ver­diyim ağ vaşaq dərisindən kürkü, bir də iki dolçanı get, al, gətir.

Erlik dedi:

– İstədiyini alacaqsan, mənim balam, amma səndən bir xahişim var.

Şikşirqe dedi:

– Xahişini yerinə yetirərəm. Qoca adamın əmrinə itaət etmək olar.

Erlik dedi:

– Sarı Altayın ortasında sarı qamış bitir, içində üç səmənd at var, tut, gətir.

Şikşirqe dedi:

– Nə etməli, gedərəm!

O, çıxıb İlizin-eren atı mindi, sarı Altaya yola düşdü. Şikşirqe Sarı Altayda sarı qamışların arasında gəzib dolaşdı, dedi: “Onlar buralardadırlar”.

Birdən sarı qamışın ortasından bir-birinin ardınca üç sə­mənd at çıxıb kə­na­ra sıç­ra­dı. Şikşirqe İlizin-eren atını onların arxasınca buraxdı, Erlikin yurdu­nun ba­şı­­na üç dəfə fırlandı, tuta bilmədi. İlizin-eren at birdən dayanıb de­di:

– Yalımın altında (yik yalımnım) üçillik inək dişli şallaq var. Məni onunla şal­laq­la. Yaxşı qaça bilmirəm.



Şikşirqe üçillik inək dişli şallağı götürüb atın sağrılarını şal­laqladı; ikiillik qoyun boy­da ət qopub havada uçdu. İlizin-eren atın dırnaqlarının zərbəsindən sular-göllər co­şub mənsə­bindən çıxdı. Şikşirqe gözlərini qıyıb yəhərdən tutmuşdu. At dedi:

– Gözlərini aç, bax.

Şikşirqe baxdı, gördü ki, üç səmənd at üzəngi ilə bərabər qaçır. Bir dəfəyə hər üç ata kəmənd atıb onları saxladı, ye­dəyinə alıb yola düşdü, dedi:

– Bunun (Erlikin) çox güclü (srökey) qulan atları bun­lardır? Yaman da güclüdür sə­nin atların? (Şikşirqe Erliki məs­xərəyə qoydu). O, atı qara bürünc axura bağladı. Qo­ca Erlik alaçıqdan çıxıb baxdı, dedi:

– Ağıllı balam!

O, gətirilən üç atı dəmir hasarın (çiden) içinə bağlayıb dedi:

– Hə, kürən atın yaxşı at imiş. Bu atı mənə ver. Yeddi gün gəzim, ov edim.

O, baltanı (ay malta) cibinə qoyub qara qılıncı əlinə aldı.

Erlik Ain-Şain-Şikşirqeyə dedi:

– Temir-tayqaya getmə, temir örqöyə girmə. Mən gələnə qədər adamlarıma başçılıq et. Dəmir taxtda otur!

Erlik yola düşdü. Dəmir taxta çıxan Ain-Şain-Şikşirqe xan oldu. Arvadı Erke-Kara (Erlikin Ain-Şain-Şikşirqeyə ver­diyi qızı) tebişdən1 nəsə götürüb arxasını ona çevirir, oturub yeyirdi. Ain-Şain-Şikşirqe dedi:

– İnsanın yemədiyi, içmədiyi nədir elə yeyib-içirsən, ay kadıt2?



Şikşirqe onun əlindən yeməyi alıb dadına baxdı, yedi. Məlum oldu ki, bu, onun işıq­lı dünyadakı mal-qarasının ətidir. Deməli, həmin vaxt işıqlı dünyada onun mal-qara­sı­nı Erlikə qurban kəsiblər. Qadın buna görə arxasını ona çevirib yeyirmiş ki, o yeyib işıq­lı dünyanı xatırlamasın. İgidin yadına atası, ana­sı, arvadı düşdü, düşündü: “Mənə Temir-tayqaya girmə­məyi tap­şırdı. Bəs girib baxsam necə?”. O girib baxdı. Səma görü­nür­­dü, Temir-tayqanın ətəyində yumru göllər görünürdü. Göl­lə­rin qırağını qara kolluq basmışdı. Yumru göllər işıqlı dün­yada yaşayanların göz yaşları, qara kolluqlar da saçları idi. O, bunları gördü, göz yaşları gölə, burnunun suyu buza döndü. İgid oturub ağ­la­mağa başladı. Yəqin ölənlərin qisməti belə olurmuş.

Şikşirqe həmin dağın ətəyinə endi, qara örqönün qapısına yaxınlaşıb düşündü: “Tap­şırıb ki, bu örqöyə girməyim. Girib baxacağam!”. O, örqöyə girəndə gördü ki, doq­quz igid zaysan ilə Toybon-xan oturub, soruşdu:

– Ezen?

Heç kim cavab vermədi, gözlərini aşağı dikib səssiz-səmirsiz oturmuşdular. Mə­lum oldu ki, bu, doqquz igid zaysan ilə Toy­bon-xanın ruhlarıdır. O, başqa bir qapını açıb girdi, gördü ki, burada alaboz atlı atası, anası, iki böyük bacısı oturub, soruşdu:

– Siz bura nə vaxt gəlmisiniz?



Onlardan heç birinin səsi çıxmadı. Şikşirqe diqqətlə baxma­ğa başladı; hamı öl­dük­dən sonra bura gəlməlidir. Öldükdən sonra heç kim buradan başqa yerə getmə­yə­cək. Sonra daha bir qapını açıb içəri girdi; qaynanası Kam-emeqen, arvadları, onun öz ruhu oturmuşdu. Bunları görəndə gözünün yaşı gölə, burnunun suyu buza döndü. Hələ ki, o ölməyib, yəqin insan həyatı beləymiş!

Şikşirqe qara örqöyə qayıdıb üzüüstə dəmir taxta uzandı. Erlik bürünc axura yanaşıb atdan düşdü; saqqalı köpək başı kimi qabarmış, gözləri dönmüşdü, dedi:

– Temir-tayqaya girməməyi tapşırmışdım. Niyə girmiş­din, tamqa?

Erlik belə deyib iki torbanı götürdü, alaçığına girdi. O, çevrilmiş torbaları əlində tutub silkələdi; ov qənimətləri tökül­dü: böcəklər, kərtənkələlər, ilanlar, qurbağalar, kös­tə­bəklər (nomon). Erlik dedi:



Sən işıqlı dünyadan ölmədən gəlmisən. Öz yurdunu necə xa­­tırlamaya bilərsən? Qayıtmaq istəyirsənsə, qayıt, mənim balam!

O, ağ vaşaq dərisindən kürkü, iki dolçanı ona verdi, dedi:

– Götür! Amma, mənim balam, İlizin-eren atını mənə ver! Gözəl qızım Er­ke-Ka­ra­nı sənə verirəm. Kürəkənim olacaqsan; atını sürməliyəm.

Şikşirqe soruşdu:

– Bircə atımı sənə verim? Bəs mən nə ilə gedərəm, möh­tərəm ağsaqqal (örökön)?

Erlik dedi:

– Üç səmənd atımı götür, növbə ilə sürüb gedərsən.

Ayin-Şayin-Şikşirqe bürünc axura yaxınlaşanda İlizin-eren atın gözlərindən yaş axırdı. Şikşirqe dedi:

– İndi ki, istəyib, verməmək olmaz! Yəqin ki, işıqlı dün­yada sən, qaranlıq dün­ya­da mən olacağam! Nə etməli!

Şikşirqe geri qayıdıb alaçığa girdi. Erlik soruşdu:

– Kürəkənim xahişim barədə nə fikirləşir?

Şikşirqe dedi:

– Götürün, möhtərəm ağsaqqal.

Onun bir üzü gülür, bir üzü ağlayırdı. Şikşirqe böyük sə­mənd ata gümüş cilov bağ­ladı, kuler artaş qoydu. İlizin-eren atı ilxının saxlandığı doqquz qat(doqquz divarlı) də­mir bir yerə gə­tirdilər, başına doqquz noxta (nokto) keçirdilər, dörd ayağına doqquz də­mir buxov (kıjen) taxdılar. Arvadı Erke-Kara ortan­cıl səmənd ata mindi. Kiçik sə­mənd atı yedəklərinə alıb yola düşdülər. Yolu yarı etmişdilər ki, Şikşirqe dönüb geriyə bax­dı, İlizin-eren atın gözlərinin parıltısı iki nazik tük qövsi-qüzehi (kıl solonqo) kimi sə­manı işıqlandırırdı. Göz yaşları iki qara gö­lə dönüb böyük səmənd atın belini sındırdı; at öldü. Şikşirqe dedi:

– Atası yaxşı atım!

O, kiçik səmənd ata artaş qoydu; atın beli sındı, öldü. İgid yəhəri, tərlikləri (to­kum) götürüb yoluna davam etdi. Səmanın işığı, günəşin şüaları (keqen) gö­rün­mə­yə başladı. Kadıt da öl­dü, at da. Şikşirqe yəhərlə tokumu kürəyindən götürüb cə­hən­nə­min gözündən çıxdı. O, səmanın işığını, günəşin şüalarını görəndə başı fırlandı. Erlikin əlində qalmış İlizin-eren at kiş­nə­yirdi, bu dünyada (yer üzündə) onun kişnərtisi ay­dın eşidilirdi. Sonra Şikşirqe dəmir qovağı kökündən qopartdı, kökünü burub çıxartdı, sıbıskı1 düzəldib çalmağa başladı. Altay Uç-Kurbis­tan-Kudayın da aydın eşitdiyi bu səsdən qırılıb dağılırdı. İlizin-eren at da bu səsi eşidirdi. Şikşirqe yana-yana çalırdı:

– Mən işıqlı dünyadayam, sənsə orda, günəş işığı olma­yan yerdəsən.

İlizin-eren at sıbıskının yanıqlı səsini eşidib doqquz dəmir buxovu parçaladı, doq­quz noxtanı tikə-tikə etdi, doqquz qat dəmir hasarı sındırıb atıldı, bir nəfəsə qaçdı. Erlik qara alnında ağ xalı olan öküzünü minib ay maltunu1 əlinə aldı, qışqırdı:

– Qaçdı! Qaçdı! Kalak-koron!

O, atın arxasınca düşüb urukçi-çanqaçılardan2 soruşdu:

– Niyə durmusunuz? Niyə tutmursunuz? Tutun!

Çanqaçi kəməndi atdı, qarmaq nazik boynuna (çiçke moin)3 ilişdi. İlizin-eren at ba­hadırın (çanqaçi) yanından qa­çanda onu parça-parça etdi. Bahadırın yarısı qovağın ya­nında qaldı, yarısı da kəməndin arxasınca süründü. İlizin-eren dəmir bataqlığa doğru qaç­dı. At dedi:

– Sarı bataqlığım!



Sarı bataqlıq sərt torpaq oldu. Sərt torpağın üzərində at yort­ma (tibrədıb) çapdı. Erlik oraya çatıb batmağa başladı. Yed­di gün­dən sonra birtəhər sarı bataqlıqdan çıxdı. İlizin-eren qara çayı (tut­kandu) bir nəfəsə keçdi. Erlik oraya çatanda bu­lağın suyunda bat­dı, yeddi gündən sonra güclə çıxıb: “Çınqıl­la­rın, dibin qurusun!” dedi, tüpürüb söy­dü. İlizin-eren at boranlı qara köpüyə doğru qaç­dı; aydın hava oldu. At yüyürüb keçdi. Erlik köpüyə yaxınlaşanda qara köpük qum boranına başladı. Erlik yeddi gün köpü­yün ya­nında qaldı, keçə bilmədi. İlizin-eren yer cəhənnəminin gözündən (jer tamı) çı­xdı. Ain-Şain-Şikşirqeyə bir dəfə də olsun, baxmadı, bir dəfə də olsun, səsini çıxarmadı. Ain-Şain-Şikşirqe yəhəri, tokumu əlində tutub cə­hənnəmin agzında oturmuşdu. Qoca Erlik qara alnında ağ xalı olan öküzün üstündə əlində də ay maltanı tutub atın ardınca gəlirdi. Ain-Şain-Şikşirqe silkindi, alaçıq boyda qara daşa çevrilib uzandı. Qoca Erlik (Erlik öbö­qön) yer cəhən­nəminin gözündən çıxdı, əlində ay maltanı tutub dedi:

– Atın İlizin-erenlə məni aldatdın; ağ vaşaq dərisindən kür­­kü, iki yırakı götürüb getdin; indi özün qara daşa çevrilib uza­nacaqsan, tamqa!

O, balta ilə qara daşa çevrilən Ain-Şain-Şikşirqeni vurdu. Balta üç yerdən qırıldı, tiyəsi tikə-tikə oldu. Ain-Şain-Şikşirqe sıçrayıb atı mindi, dedi:

– Sizə nə olub, qoca? İstədiniz, mən də verdim axı?!

Erlik dedi:

Oh, mənim balam, hirslənib vurdum. Qəzəblənmə, mə­nim balam! Doqquz gündən sonra doqquz igid zaysana, Toy­bon-xan-bəyə qonaq gələcəyəm. O vaxtadək sən başqa Altaya köçərsən.

Qoca Erlik yerin altına, öz evinə, yurduna qayıtdı, Ain-Şain-Şikşirqe də evinə getdi. O, dərindən “Eh” deyib iki yırakı yəhərin qancığa qayışına, ağ vaşaq dərisindən kür­kü də yəhərin böyrünə bağladı, çapıb öz Altayına gəldi, doqquz igid zaysa­nın, Toy­bon xan-bəyin yanına gedib ağ vaşaq dərisindən kür­kü, iki yırakı on­lara verdi. Qoca ata-anasının artıq odun, ot yığ­mağa gücü çatmır­dı, qazanı gözləmədi, verilən hədiy­yə­ləri al­madı. Ata-anasını o bi­ri Altaya köçürtdü. Özü də qayıtdı, uca tayqa sıra dağ­la­rı­na qal­xıb baxdı. Doqquz gün tamam olanda qara duman qalxdı. Haray-qış­qırıqlar, fəryadlar eşidildi. Erlik vuruşdu, gəlib hamını yedi. Doq­quz gündən sonra qara duman da­ğıldı. Heç kim sağ qal­ma­mış­dı. Toybon-xanın örqösü yox idi. Ain-Şain-Şikşirqe vi­da­­laşıb dedi:

– Əlvida, atam-anam! Yuxarıda yaşasam da, ata-anamı heç vaxt atmaya­ca­ğam.



O, yuxarı dünyaya gəlib çatdı, orada yaşamağa başladı.

Download 1.31 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14




Download 1.31 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



TÜrk xalqlari folkloru IV kitab altay dastanlari və ƏfsanəLƏRİ baki – 2016 Redaktoru: fil. ü. f d. Əfzələddin ƏSGƏR

Download 1.31 Mb.