|
Təhdidlərin və ya konkret cinayətkar əməllərin ləğv edilməsi
|
bet | 12/57 | Sana | 12.12.2023 | Hajmi | 0,6 Mb. | | #117387 | Turi | Dərslik |
Bog'liq Vaqif qasimov informasiya t hl k sizliyinin saslar D rslik Az Təhdidlərin və ya konkret cinayətkar əməllərin ləğv edilməsi. Təhdidlərin və cinayətkar əməllərin nəticələrinin ləğv edilməsi, onlar baş verənə qədər mövcud olmuş vəziyyətin bərpa olunması məqsədilə həyata keçirilən tədbirlərdir.
FƏSİL
KOMPYUTER SİSTEMLƏRİNDƏ VƏ
ŞƏBƏKƏLƏRİNDƏ İNFORMASİYA
TƏHLÜKƏSİZLİYİNİN POZULMASI
TƏHLÜKƏLƏRİ
Kompyuter sistemlərində və şəbəkələrində
informasiya resurslarma qarşı yönəlmiş
təhlükələrin təsnifatı
Təsadüfən baş verən təhlükələr və onların
informasiya təhlükəsizliyinə təsiri
Qəsdən törədilən təhlükələrin formaları
Ziyanverici proqramlar. Kompyuter virusları. Şəbəkə qurdları. Troya proqramları. Spamlar
Təhdidlər və onların informasiya təhlükəsizliyinin
baza prinsiplərinə təsiri
Kompyuter sistemlərində və şəbəkələrində informasiya resurslarına qarşı yönəlmiş təhlükələrin təsnifatı
Təhlükəsizliyin pozulması təhlükəsi (informasiya təhlükəsizliyinə təhdidlər) dedikdə ayrı-ayrı şəxslərin, təşkilatların, cəmiyyətin və ya dövlətin maraqlarına ziyan vurulmasına gətirib çıxaran, informasiyanın təsadüfən və ya düşünülmüş şəkildə (qəsdən) məhv edilməsi, icazəsiz açılması və dəyişdirilməsi təhlükəsini, eləcə də kompyuterlərdə saxlanılan, emal olunan və şəbəkədə ötürülən, qorunması tələb olunan informasiyaya qeyri-qanuni və icazəsiz girişin əldə olunması imkanlarım yaradan mümkün potensial hadisələr, hərəkətlər və təsirlər başa düşülür.
KSŞ-də mümkün potensial təhlükələri əmələgəlmə təbiətinə görə iki kateqoriyaya ayırmaq olar (şək.3.1):
təbii təhlükələr;
süni təhlükələr.
Təbii təhlükələr - insanlardan asılı olmadan baş verən obyektiv fiziki proseslərin və ya təbiət hadisələrinin KSŞ- yə, eləcə də onlann elementlərinə təsiri nəticəsində yaranan təhlükələrdir. Təbii təhlükələri təbii fəlakətlər və təsadüfi proseslər kimi iki qrupa bölmək olar.
Təbii fəlakətlərə yanğın, subasma, zəlzələ, şimşək, torpaq sürüşməsi və s. aid edilir. Bu təhlükələrin qarşısım almaq üçün kompyuter sistemləri və şəbəkələri, eləcə də onlann yerləşdiyi bina və ya otaqlar layihələndirilən zaman bəzi məqamlar nəzərə alınmalıdır.
:O C
G>
Belə ki, yanğın, subasma, zəlzələ və digər təbii hadisələrin qarşı sının alınması zamanı kompyuter texnikasının, telekommunikasiya qurğularının və digər informasiya daşıyıcılarının, eləcə də onlarda saxlanılan və emal olunan məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün binaların tikintisi zamanı müvafiq tədbirlər görülməlidir. Məsələn, yanğından mühafizə sistemi qurularkən nəzərə alınmalıdır ki, yanğının söndürülməsi prosesində istifadə olunan su və digər vasitələr kompyuter texnikasına, qurğu və avadanlıqlara ciddi xəsarət vura bilər.
Təsadüfi proseslər informasiya təhlükəsizliyinin pozulmasının daha tez-tez rast gəlinən formalarıdır. Bu növ təhlükələrə nümunə kimi gərginliyin gözlənilmədən (təsadüfən) qalxması və düşməsi, elektrik cərəyanının kəsilməsi, maqnit sahəsinin təsiri, birləşdirici kabellərin, qurğuların və soyutma sisteminin sıradan çıxması və s. kimi hadisələri göstərmək olar.
Elektrik nasazlıqları yarandıqda ağır nəticələrin qarşısım almaq üçün texniki vəsaitlər, qurğular və avadanlıqlar elektrik xəttinə sabitləşdirici qurğular (stabilizatorlar) və ya gərginlik filtrləri, eləcə də fasiləsiz qidalanma mənbələri vasitəsilə qoşulur.
Eyni zamanda nəzərə alınmalıdır ki, avadanlıqlarda baş verən nasazlıqlar, kabellərin və kommunikasiya vasitələrinin sıradan çıxması ciddi informasiya itkisinə səbəb, ola, maqnit sahəsinin maqnit informasiya daşıyıcılarına təsiri nəticəsində bu qurğularda saxlanılan informasiya təhlükəyə məruz qala və korlana bilər.
Soyutma sisteminin işinin dayanması avadanlıqların və kompyuter texnikasının texniki işləmə şərtlərinin təmin edilməməsinə, bu isə öz növbəsində onların düzgün fəaliyyətinin pozulmasma gətirib çıxara bilər.
|
| |