Vaqif qasimov informasiya təhlükəsizliyinin əsasları Dərslik Azərbaycan Respublikası Milli Təhlükə­sizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasının Elmi Şurasının 29 aprel 2009-cu IL tarixli iclasının qərarı ilə




Download 0,6 Mb.
bet20/57
Sana12.12.2023
Hajmi0,6 Mb.
#117387
TuriDərslik
1   ...   16   17   18   19   20   21   22   23   ...   57
Bog'liq
Vaqif qasimov informasiya t hl k sizliyinin saslar D rslik Az

Steqanoqrafiyanın məqsədi məlumatı olmayan şəxslər­dən informasiyanın mövcudluğu faktmın özünün gizlədil­məsindən ibarətdir. Məsələn, hər hansı məxfi informasiya şəkil, audio və ya video fayllara daxil edilərək onların tər­kibində, eləcə də disklərin adi qurğular tərəfindən istifadə olunmayan sektorlarında gizlədilə bilər. Belə məlumatlar fayllarm admı, parolu və ya diskdə yazıldığı yeri bilməyən istənilən şəxs üçün görünməz olur.
Kriptoqrafik sistemlərin yaradılması və tətbiqinin zəru­riliyi informasiyanın saxlanılması və mübadiləsinin həyata keçirildiyi şəraitdən irəli gəlir. Belə ki, müasir informasiya sistemlərindən istifadə edən kollektivlərdə çox vaxt infor­masiya mübadiləsinin həyata keçirilməsi zərurəti yaranır. Bir qayda olaraq, müəyyən obyektiv və ya subyektiv səbəblərdən belə kollektivlərin üzvləri bir-birlərinə etibar etmir və ya ehtiyatlanırlar. Məsələn, müqavilələrin və ya digər sənədlərin imzalanması, maliyyə əməliyyatlarının aparılması, qərarların birgə qəbul edilməsi və s. hallarda mübadilə və ya saxlanılma prosesində informasiyanın təhrif edilməyəcəyinə və tamamilə dəyişdirilməyəcəyinə zəmanət verən vasitələr tələb olunur. Məhz belə məqam­larda kriptoqrafik sistemlərin tətbiqi etibarlı zəmanət rolunu oynaya bilər.

  1. Kritoqrafik sistemlərin inkişaf tarixi

Cəmiyyətdə yazmm meydana gəlməsi və yayılması yazılı məlumatların və məktubların mübadiləsinə tələbat yaratdı ki, bu da onların məzmununun kənar şəxslərdən gizlədilməsi zərurətini doğurdu. Məhz bu səbəbdən krip- toqrafiyanın tarixi insanların yazı tarixi ilə yaşıd hesab olunur.
Kriptoqrafiyanın inkişaf tarixini dörd əsas mərhələyə bölmək olar:

  • sadə kriptoqrafiya;

  • formal kriptoqrafiya;

  • elmi kriptoqrafiya;

  • kompyuter kriptoqrafiyası.

Sadə kriptoqrafiya XIV əsrə qədərki dövrü əhatə edir və gizlədilən mətnlərin məzmununun rəqibin başa düşmə- məsi üçün istənilən sadə, primitiv üsul və vasitələrin istifadəsini nəzərdə tutur. Bu mərhələdə informasiyanın qorunması üçün kodlaşdırma və steqanoqrafik üsulların­dan istifadə olunurdu.
Həmin dövrün əksər şifrləmə üsulları yerdəyişmə və ya əvəzetmə prinsiplərinə əsaslanırdı. İlk belə şifrlərdən biri Sezar şifridir. Bu şifrdə ilkin mətnin hər bir hərfi əlifbada sıraca ondan müəyyən olunmuş sayda sonrakı mövqedə duran hərflə əvəz olunurdu.
Qədim dövrə aid şifrləmə üsullarından biri də yunan yazıçısı Polibiyə məxsusdur. Onun şifri çox əlifbah əvəz­etmə prinsipinə əsaslanır. Belə ki, yunan əlifbası əvvəl- cədə 5x5 ölçülü kvadrat cədvələ yazılır, soma isə ilkin mətnin hər bir hərfi bu kvadratda tapılır və ondan aşağı­dakı sətirdə (eyni sütunda) yerləşən hərflə əvəz olunur.
15-ci əsrin sonundan 20-ci əsrin əvvəlinə qədərki dövrü əhatə edən formal kriptoqrafiya formallaşdırılmış və nis­bətən davamlı şifrləmə üsullarının yaranması ilə xarak­terizə olunur. Bu dövrdə yaranan şifrlərə Vijiner, Trise- mus, Pleyfer və s. üsullar göstərmək olar.
Bununla yanaşı, həmin dövrdə şifrləmənin avtomatlaş­dırılması (mexaniki vasitələrin köməyi ilə) istiqamətində müəyyən addımlar atılmışdır. Belə ki, əsasmı rotor sistem­ləri təşkil edən mexaniki maşınlar, o cümlədən T.Ceferso- nun maşını (ABŞ), E.Xebemin Enigma maşmı (Alma­niya), Sigaba (ABŞ), Typex (Böyük Britaniya), Red Orange və Purple (Yaponiya) işlənib hazırlanmış və istifadə olun­muşdur.
Formal kriptoqrafiyanın ən yüksək nailiyyəti olan rotor sistemləri çox davamlı şifrləri reallaşdırmağa imkan ver­mişdi. Bu şifrlərə hücumlar, onların sındırılması yalnız elektron hesablama maşınları meydana gəldikdən soma ötən əsrin 40-cı illərində mümkün olmuşdur.
Elmi kriptoqrafiya kriptodavamlılıq baxımında ciddi riyazi təminata malik kriptoqrafik sistemlərin yaranması ilə bağlıdır. O, təxminən 20-ci əsrin 30-60-cı illərini əhatə edir. Belə ki, 30-cu illərin əvvəllərinə riyaziyyatın kriptoq- rafiyanm elmi əsaslarını təşkil edən bölmələri formalaş­mışdı. Bura, riyazi statistikam, ümumi cəbri, ehtimallar və ədədlər nəzəriyyələrini və s. aid etmək olar. Bununla yanaşı, həmin dövrdə alqoritmlər nəzəriyyəsi, informasiya nəzəriyyəsi, kibernetika elmi inkişaf etməyə başlamışdı.
Ötən əsrin 40-cı illərində K.Şennon “Məxfi sistemlərdə rabitə nəzəriyyəsi” əsərində informasiyanın kriptoqrafik qorunmasının nəzəri əsaslarını formalaşdırdı, “səpələnmə” və “qarışdırma” anlayışlarını daxil edərək istənilən qədər davamlı kriptoqrafik sistemlərin yaradılmasının mümkün­lüyünü əsaslandırdı.
60-cı illərdə rotorla şifrləməyə nisbətən daha davamlı blokla şifrləmə üsullarının yaradılmasının əsası qoyuldu. Lakin bu üsulların yalnız rəqəmli elektron qurğular şək­lində reallaşdırılması mümkün idi.

Download 0,6 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Download 0,6 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Vaqif qasimov informasiya təhlükəsizliyinin əsasları Dərslik Azərbaycan Respublikası Milli Təhlükə­sizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasının Elmi Şurasının 29 aprel 2009-cu IL tarixli iclasının qərarı ilə

Download 0,6 Mb.