|
Vaqif qasimov informasiya təhlükəsizliyinin əsasları Dərslik Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasının Elmi Şurasının 29 aprel 2009-cu IL tarixli iclasının qərarı ilə
|
bet | 28/57 | Sana | 12.12.2023 | Hajmi | 0,6 Mb. | | #117387 | Turi | Dərslik |
Bog'liq Vaqif qasimov informasiya t hl k sizliyinin saslar D rslik Az Kombinasiya edilmiş şifrləmə üsulları dedikdə özündə bir çox müxtəlif növ şifrləmə proseduralarının ardıcıl tətbiqini ehtiva edən kompleks üsullar başa düşülür.
Axınla şifrləmə üsulları
Əgər şifrləmə zamanı ilkin mətnin simvolları hər hansı müəyyən alqoritmə uyğun olaraq şifrmətnin müvafiq simvollarına ardıcıl şəkildə çevrilirsə, onda belə sistem axınla şifrləmə sistemi adlanır. Belə alqoritmi ümumi şəkildə aşağıdakı kimi vermək olar:
h = Ek (si ) •
Axınla şifrləmə üsulları qammalaşdırmanın bir növüdür və açıq mətni bit-bit şifrmətnə çevirir. Belə ki, şifrmətnin alınması üçün ilkin mətnin (p}, p2,..., Pi,---) bitləri ardıcıllığı (kj, k2,..., ki,...) açar ardıcıllığı bitləri ilə 2 moduluna görə toplanır.
Burada (kj, k2,..., ki,...) açar ardıcıllığı açar ardıcıllığının generatoru tərəfindən generasiya olunur. Alan tərəfdə şifrmətnin ilkin mətnə çevrilməsi üçün o, identik açar ardıcıllığı ilə toplanır.
Axınla şifrləmə alqoritmiərində şifrləmə vahidi bir bitdir. Şifrləmənin nəticəsi əvvəl şifrlənmiş axından asılı olmur. Axınla şifrləmə alqoritmləri axınların ötürülməsi sistemlərində, yəni informasiyanın ötürülməsinin ixtiyari vaxtda başlaması və sona çatması, eləcə də təsadüfən qırılması mümkün olan sistemlərdə tətbiq olunur.
Sistemin davamlılığı açar ardıcıllığının daxili strukturundan tam asılıdır. Əgər generator kiçik dövrə malik ardıcıllıq verirsə, onda davamlılıq yüksək olmur. Əksinə, generator sonsuz ardıcıllıq verirsə, onda ideal davamlılığa malik bir dəfə istifadə olunan bloknot almar.
Axınla şifrləmənin real davamlılığı çoxəlifbalı əvəzet- mə şifrinin davamlılığı ilə bir dəfə istifadə olunan bloknotun davamlılığı arasında dəyişir.
Bloklarla şifrləmə üsulları
Bloklarla şifrləmə zamanı ilkin məm bloklara (uzunluğu təsbit olunmuş hissələrə) bölünür, şifrləmə alqoritmi blokları ardıcıl şəkildə, bloklara daxil olan simvolların hamısını isə eyni zamanda şifrləyir. Belə ki, bloklarla şifrləmə üsulları ilkin mətnin bloklarının tərsi olmayan çevrilmələri ailəsini təşkil edir. Bloklarla şifrləmə üsulu, faktiki olaraq, blokun əlifbası çərçivəsində əvəzetmə üsulundan ibarətdir. Bu çevirmə bloklarla şifrləmə rejimindən asılı olaraq birəlifbalı və ya çoxəlifbalı ola bilər.
Bloklarla şifrləmə sistemlərində şifrləmə vahidi bir neçə baytdan (4-dən 32-yə qədər) ibarət olur. Blokun şifr- lənməsinin nəticəsi həmin blokun bütün ilkin baytlarından asılı olur.
Bloklarla şifrləmə üsullarının əvəzetmə üsullarının xüsusi halı olmasına baxmayaraq, aşağıdakı səbəblərdən onlarma ayrıca baxılır. Əvvəla, informasiyanın ötürülməsi sistemlərində istifadə olunan simmetrik şifrlərin əksəriyyəti bloklarla şifrləmə üsullarıdır. İkincisi, adi əvəzetmə üsullarından fərqli olaraq, bloklarla şifrləmə üsullarını alqoritmik şəkildə təsvir etmək çox rahatdır.
Bloklarla şifrləmə üsullarına qoyulan əsas tələbləri aşağıdakı kimi formalaşdırmaq olar:
bloklar kataloqunun tərtib edilməsi və saxlanılmasım çətinləşdirmək məqsədilə onların uzunluğunun kifayət qədər böyük (64 və ya ondan böyük) olması;
kənar şəxslər tərəfindən açarların seçilməsi imkanlarını aradan qaldırmaq məqsədilə açarlar fəzasının kifayət qədər böyük olması;
ilkin və şifrlənmiş mətnlərin uyğunluğuna əsasən ilkin mətnin və ya açarın müəyyən edilməsinin analitik və ya statistik üsullarının reallaşdırılmasmın mümkün qədər qarşısının alınması üçün ilkin və şifrlənmiş mətnlər arasında əlaqələrin mürəkkəb olması.
Bloklarla şifrləmə üsullarının ciddi çatışmazlıqlarından biri ondan ibarətdir ki, açıq mətnin bir-birinin eyni olan blokları şifrmətndə də bir-birinin eyni olan bloklara çevrilir. Aydındır ki, bu amil bloklarla şifrləmə üsulunun davamlılığını aşağı salır. Belə ki, əgər rəqibin əlinə uyğun şifrmətnlə birlikdə ilkin mətnin nümunəsi düşərsə, onda o, analoji blokları olan şifrmətnləri asanlıqla hissə-hissə aça bilər.
Belə çatışmazlığın aradan qaldırılması üçün blokların qarışdırılması rejimindən istifadə olunur. Bu rejimdə növbəti blokun şifrlənməsi zamanı açıq mətnin əvvəlki blokları da istifadə olunur. Məsələn, açıq mətnin cari bloku şifrmətnin əvvəlki bloku ilə iki moduluna görə bitlərlə toplanır və soma nəticəyə şifrləmə alqoritmi tətbiq edilir. Burada ilkin blok qismində ya yalnız sıfırlardan ibarət blok, ya da təsadüfi seçilən blok istifadə olunur. İkinci halda təsadüfi blok şifrmətnə əlavə edilir.
Belə proseduraların tətbiqi şifrmətnin bütün növbəti bloklarının açıq mətnin əvvəlki bloklarından asılılığım təmin edir. Ona görə də açıq mətnin hər hansı blokunun dəyişdirilməsi şifrmətnin yalnız uyğun blokunun deyil, onun bütün sonrakı bloklarının dəyişməsinə gətirib çıxarır.
İxtiyari uzunluqlu ilkin mətnlərin şifrlənməsi üçün bloklarla şifrləmə üsulları bir sıra rejimlərdə istifadə oluna bilər. Kriptoqrafik şifrləmə sistemlərində bloklarla şifrləmə üsullarının tətbiqi üçün aşağıda qeyd olunan dörd rejim daha tez-tez rast gəlinir:
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
Vaqif qasimov informasiya təhlükəsizliyinin əsasları Dərslik Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasının Elmi Şurasının 29 aprel 2009-cu IL tarixli iclasının qərarı ilə
|