|
Vaqif qasimov informasiya təhlükəsizliyinin əsasları Dərslik Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasının Elmi Şurasının 29 aprel 2009-cu IL tarixli iclasının qərarı ilə
|
bet | 27/57 | Sana | 12.12.2023 | Hajmi | 0,6 Mb. | | #117387 | Turi | Dərslik |
Bog'liq Vaqif qasimov informasiya t hl k sizliyinin saslar D rslik Az Si=tigi, z=l,2,...
Tərsi olan əməliyyat qismində əlifbanın gücünə (hərflərinin sayma - N) bərabər modulla toplama
mod N
və ya açıq mətnin simvollarının ikilik kod şəklində təqdim olunması zamanı 2 moduluna görə mərtəbələrlə toplama (bitlərlə XOR)
Si=ti®gi
əməliyyatlarından istifadə oluna bilər.
Qammalaşdırmaya əsaslanmış şifrləmə sistemlərinin davamlılığı qammanın xarakteristikalarından - onun uzunluğundan və qammanın simvollarının rast gəlinməsi ehtimallarının paylanmasının müntəzəmliyindən asılıdır.
Bərabər ehtimallı təsadüfi sonsuz qamma ilə qammalaş- dırma üsulu daha davamlı hesab olunur. Bu üsullar zəruri olan aşağıdakı üç şərti ödəməlidirlər:
qammanın bütün simvolları tam təsadüfidir və qammada bərabər ehtimalla rast gəlinirlər;
qammanın uzunluğu açıq mətnin uzunluğuna bərabərdir və ya ondan uzundur:
hər bir açar (qamma) yalmz bir mətnin şifrlənməsi üçün istifadə olunur və soma məhv edilir.
Belə şifr prinsip etibarı ilə sındırıla bilməz, yəni mütləq davamlı olur. Lakin mütləq davamlı şifrlərin tətbiqi çox da rahat olmadığından praktikada, demək olar ki, istifadə olunmurlar. Adətən, qamma ya təsbit edilmiş uzunluqlu açar ardıcıllığının dövri təkrarlanması yolu ilə alınır, ya da hər hansı qayda ilə (məsələn, psevdotəsadüfi ədədlərin generatorunun köməyi ilə) generasiya olunur. Belə generatorlar, adətən, bir neçə məxfi açar parametrlərini istifadə edən rekurrent riyazi düsturlara əsaslanırlar. Psevdotəsadüfi ədədlərin sadə generatoruna nümunə kimi aşağıdakı rekurrent düsturu göstərmək olar:
gi=(a-gi-ı+b) mod n,
burada g,- - psevdotəsadüfi ədədlər ardıcıllığının z-ci üzvü, a, b, n və g0 - açar parametrləridir. Bu ardıcıllıq O-dan m-l-ədək ədədləri əhatə edir. Əgər g,- və gj elementləri üst- üstə düşərsə, onda növbəti elementlər də üst-üstə düşərlər, yəni gi+1= gj+1, gi+2= gj+2 və s. Ona görə də {gj ardıcıllığı dövri ardıcıllıqdır və onun dövri m-dən böyük olmur.
Yuxanda qeyd olunan düstura görə generasiya olunmuş psevdotəsadüfi ədədlər ardıcıllığının dövrünün maksimal (m-ə bərabər) olması üçün bu düsturun parametrləri aşağıdakı şərtləri ödəməlidir:
-b^m - qarşılıqlı sadə ədədləridir;
a-1 ədədi m ədədinin istənilən sadə böləninə bölünür;
əgər m ədədi 4-ə bölünəndirsə, onda a-1 ədədi də 4-ə bölünəndir.
Yerdəyişmə üsulları
Yerdəyişmə üsulları şifrləmə zamanı müəyyən olunmuş qaydada açıq mətnin simvollarının yerini dəyişir. Bu, o deməkdir ki, şifrləmə açarının uzunluğu şifrlənən (ilkin) mətnin uzunluğuna bərabər olmalıdır. Məxfi açardan yerdəyişmə üsullarında istifadə üçün əlverişli olan şifrləmə açarım almaq üçün bir sıra üsullar mövcuddur. Belə üsullardan birinin köməyi ilə marşrut yerdəyişməsi adlanan şifrləmə üsulu formalaşdırılır. Bu üsul vasitəsilə şifrmətni almaq üçün açıq mətni hər hansı həndəsi fiqura (məsələn, düzbucaqlıya) müəyyən trayektoriya ilə yazır, soma isə onu başqa trayektoriya ilə köçürürlər.
Üsulu əyani nümayiş etdirmək üçün aşağıdakı nümunəyə baxaq. Tutaq ki, “kriptoqrafik şifrləmə üsulları” mətnini şifrləmək lazımdır. Onda probelləri nəzərə almadan bu məmi 4x7 ölçülü düzbucaqlı cədvələ sətirlərlə soldan sağa doğru yazaq.
k
|
r
|
i
|
P
|
t
|
0
|
q
|
r
|
a
|
f
|
i
|
k
|
Ş
|
i
|
f
|
r
|
1
|
ə
|
m
|
ə
|
ü
|
s
|
u
|
1
|
1
|
a
|
r
|
1
|
Şifrmətni almaq üçün bu cədvəldən hərfləri sütunlarla yuxandan aşağı hərəkət etməklə yazmaq lazımdır. Onda aşağıdakı məm almar: “krfsraruifllpiəltkmaoşərqiüT.
Davamlığınm zəif olması baxımından yerdəyişmə şifrləri müasir şifrləmə sistemlərində yalnız digər şifrləmə üsullan ilə kombinasiyada istifadə olunurlar.
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
Vaqif qasimov informasiya təhlükəsizliyinin əsasları Dərslik Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasının Elmi Şurasının 29 aprel 2009-cu IL tarixli iclasının qərarı ilə
|