FİFA-dan şəffaflıq təklifləri




Download 2.98 Mb.
bet90/90
Sana24.03.2017
Hajmi2.98 Mb.
#1584
1   ...   82   83   84   85   86   87   88   89   90

FİFA-dan şəffaflıq təklifləri


18.12.2015

FİFA prezidentinin səlahiyyətlərini həyata keçirən İssa Hayatu və qurumun baş katibi Markus Kattner futbol ictimaiyyətinə açıq məktubla müraciət ediblər. Onlar futbol ictimaiyyətini qurumda nəzərdə tutulan islahatları dəstəkləməyə çağırır. Transparency.az-ın məlumatına görə, müraciət müəllifləri hesab edir ki, 2018-ci ilin dünya çempionatına qədər FİFA-da bu islahatlar həyata keçirilməlidir:

- maraqların toqquşmasına yol verməmək üçün dünya futbolunun siyasi idarəçiliyi ilə gündəlik maliyyə və işgüzar əməliyyatlarını bir-birindən tam ayırmaq, bütün maliyyə əməliyyatlarını müstəqil orqanın nəzarətinə vermək;

- FİFA-da əsas vəzifələri tutmağın 3 dördillik müddətdən artıq olmaması;

- FİFA-da bütün təyinatları müstəqil orqanın yoxlaması;

- futbol ictimaiyyətinin (oyunçular, klublar, liqalar, assosiasiyalar) qərarların qəbuluna böyük təsiri.

Oktyabrın 8-də FİFA-nın prezidenti Yozef Blatter, qurumun vitse-prezidenti, UEFA prezidenti Mişel Platini və FİFA-nın baş katibi Jerom Valke 90 gün müddətinə vəzifələrindən uzaqlaşdırılıb. FİFA-nın Etika Komitəsinin Arbitraj Palatasının qərarına əsasən, Blatter, Platini və Valkeyə 90 gün müddətində beynəlxalq və milli səviyyədə futbol fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.

Arbitraj Palatasının qərarı ilə FİFA-nın sabiq vitse-prezidenti Con Moncun bu qurumda vəzifə tutmaqdan 6 il müddətinə məhrum olunub və 100 min İsveçrə frankı cərimələnib.

Bu ilin mayından FİFA ətrafında korrupsiya qalmaqalı gedir. Mayın 27-də Sürixdə qurumun 7 məmuru korrupsiya ittihamı ilə tutulub. Onların çoxu dünya futbol çempionatlarının keçirildiyi ölkələrin seçimini külli miqdarda rüşvətlə həll etməkdə günahlandırılır.

Mayın 29-da FİFA İcraiyyə Komitəsinin iclasında Blatter beşinci müddətə prezident seçilib, amma təzyiqlərə davam gətirməyərək iyulun 2-də istefa verib. Gələn il fevralın 26-da FİFA-ya yeni prezident seçiləcək. Prezidentliyə əsas iddiaçılardan biri Platini idi.

Sentyabrda İsveçrədə prokurorluq FİFA prezidentinə cinayət işi qaldırıb. Blatter 2005-ci ildə Karib hövzəsinin futbol təşkilatı ilə sərfəsiz müqavilə imzalamaqda, israfçılıqda günahkar bilinir. Ona Platiniyə 2 milyon İsveçrə frankı məbləğində sanksiyalaşdırılmamış ödəniş etmək ittihamı da irəli sürülüb.

Milyarder Moncunun isə FİFA rəsmilərinə 2022-ci ilin dünya futbol çempionatını Cənubi Koreyaya salmaq müqabilində şirnikləndirici təkliflər verdiyi bildirilir.

Şimali və Mərkəzi Amerika, Karib hövzəsi zonasının futbol təşkilatı olan CONCACAF-ın keçmiş baş katibi, FİFA İcraiyyə Komitəsinin sabiq üzvü Çak Bleyzer iyul ayında futbol fəaliyyəti ilə məşğul olmaq hüququndan ömürlük məhrum edilib. Qərar FİFA-nın Etika Komitəsinin araşdırmalarına əsasən verilib. Qurum bu araşdırmalara CONCACAF-ın məruzəsi və ABŞ Ədliyyə Nazirliyinin təqdim etdiyi faktlara əsasən başlamışdı.

Bleyzer FİFA və CONCACAF-da fəaliyyəti dövründə qanunsuz ödənişlərin, rüşvətlərin təklifi, alınması, həmçinin digər maliyyə fırıldaqları ilə bağlı sxemlərdə aparıcı fiqur olub.

2013-cü ilin noyabrında Bleyzerin qapalı məhkəməsi keçirilib. Məhkəmənin bəzi detalları bu il üzə çıxıb. Həmin məhkəmədə özünü 10 məsələ üzrə günahkar hesab edən Bleyzer 1998-ci ilin dünya çempionatının meydan sahibliyinin Fransaya, 2010-cu ilin dünya çempionatının təşkilatçılıq hüququnun CAR-a verilməsi zamanı rüşvət aldığını bildirib. Məhz onun istintaqa verdiyi məlumatlar FİFA-dakı korrupsiyanın üstünü açmağa kömək edib, mayın 27-də İsveçrənin Sürix şəhərində qurumun rəhbər şəxslərinin bəziləri həbs olunub.



Oktyabrın 30-da isə Blatter “Financial Times” qəzetinə müsahibəsində 2018-ci ilin dünya çempionatının Rusiyaya danışıq nəticəsində salındığını etiraf edib.

Download 2.98 Mb.
1   ...   82   83   84   85   86   87   88   89   90




Download 2.98 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



FİFA-dan şəffaflıq təklifləri

Download 2.98 Mb.