FES-in qərarı: baha dolların ziyanı nədir, xeyri nə?




Download 2.98 Mb.
bet84/90
Sana24.03.2017
Hajmi2.98 Mb.
#1584
1   ...   80   81   82   83   84   85   86   87   ...   90

FES-in qərarı: baha dolların ziyanı nədir, xeyri nə?


18.12.2015

“Azadlıq” radiosunun müxbiri Çarlz Rekagel yazır ki, ABŞ-ın bank faizlərini qaldırması başqa ölkələr üçün həm şad, həm də bəd xəbərdir: “ABŞ Federal Ehtiyatlar Sistemi (FES) bank faizlərini son yeddi ildə ilk dəfə qaldırır. Nəticədə isə dollar güclənir. Bunun başqa ölkələr üçün bəd və ya xoş xəbər olmasına da elə dollar səbəbdir.

Dekabrın 16-dək ABŞ Mərkəzi Bankı faizləri 0-0,25 civarında saxlamışdı. Bu ona görə edilmişdi ki, maliyyə böhranı zamanı ucuz kreditlər bizneslərin və adi insanların əlindən tutsun və iqtisadiyyat böhranın girdabından çıxa bilsin.

İndi isə FES faizləri 0,25-0,50 həddinə qaldırıb. Bu o deməkdir ki, ABŞ iqtisadiyyatının dirçəldiyi düşünülür. Yeni səviyyə kreditləri bahalaşdırmaqla onu götürə bilənlərin sayını inflyasiyaya səbəb olmayacaq həddə saxlamağa yardım edir.

ABŞ-ın son bank hərəkəti dünyanın müxtəlif nöqtələrində insanların vəziyyətinə müxtəlif şəkildə təsir edir. Bank faizlərinin artması təkcə o demək deyil ki, indi banklar kreditləri daha baha satacaqlar. Bu həm də o deməkdir ki, banklar pulu aldıqları subyektlərə — investorlara borcu daha yüksək faizlə qaytaracaqlar. ABŞ-ın hökumət bondları onları alanlara yüksək faizlə gəlir gətirəcək. Belə olduqda təbiidir ki, xarici investorlar ABŞ hökumətinin qiymətli kağızlarını, bondlarını almağa can atacaqlar. Bu isə öz növbəsində dolların məzənnəsini daha da qaldıracaq.

FES-in faiz elanının dərhal ardınca dollar yen və avroya nisbətdə məzənnədə müəyyən qədər qalxıb, çünki bu addım gözlənirdi. Lakin dolların gələcəkdə də qalxa bilər.

Güclü dollar böyük borcları, xüsusilə də dollarla borcları olan ölkələr üçün çox pis xəbərdir. Onlar borclar üzrə ödənişləri etmək məqsədilə dollar almaq üçün öz milli valyutalarından daha çox xərcləməli olacaqlar. Bu, yeni layihələr üçün yeni kreditlər götürmək istəyən ölkələrə yaxşı xəbər deyil”.

Londondakı “Capital Economics” qrupunun inkişafda olan bazarlar eksperti Uilyam Ceksonun fikrincə, belə aşağı faiz artımı ilə FES gələcək illərdə faiz yüksəlişinin tədrici olacağına siqnal verir: “Buna baxmayaraq dolların istənilən yüksəlişi xammal ixrac edən ölkələr üçün həyəcanlı vəziyyət yaradır. Söhbət xüsusilə də indi, neft də daxil xammal materiallarının kəskin ucuzlaşdığı vaxtdan gedir. Xammal ölkələri indi gəlirlərinin azalması ilə yanaşı dollar almaq üçün daha çox pul xərcləməli olurlar.

Təşəkkül tapmaqda olan iqtisadiyyatlar xarici investisiyaların artmasına möhtacdır. Lakin dollar faizinin artması o deməkdir ki, indi həmin xarici investorlar pullarını inkişaf etməkdə olan iqtisadiyyatlara yox, elə həmin Amerikaya yönəltməyə çalışacaqlar.

Bu proses investisiyaları riskli edən siyasi-iqtisadi şəraiti olan ölkələrə ikiqat mənfi təsir göstərəcək. Siyasi və iqtisadi riskləri olan ölkələr də elə əsasən xammal üzərində yaşayan ölkələrdir.

Dollar gücləndikcə başqa ölkələrdəki istehlakçılar idxal olunmuş mallar üçün öz milli valyutaları ilə daha çox pul ödəməli olacaqlar. Bu, habelə daxili istehsal üçün xarici materiallardan istifadə edən şirkətlərə də aiddir.

Xammal ixrac edən ölkələrə gəldikdə isə onların əksəriyyəti xammal qiymətlərinin qalxmaqda olduğu vaxtlarda ixracın genişləndirilməsinə o qədər aludə olublar ki, qeyri-xammal sahəsini çox az, ya da heç inkişaf etdirməyiblər. Belə ölkələr daxili istehlak üçün lazım olan əksər malları xaricdən idxal edirlər. İndi isə bu malların qiyməti xeyli yüksəlmiş olacaq.

ABŞ-ın faizləri artırması başqa ölkələrin iqtisadiyyatları üçün problemlər gətirsə də, müəyyən imkanlar da yaradır. Dolların bahalaşması o deməkdir ki, indi ABŞ-ın ixrac etdiyi mallar da bahalaşacaq və potensial alıcılar həmin malları milli valyutaları zəif olan ölkələrdən almağa can atacaqlar. Bundan ilk növbədə Avropa və Asiya ölkələri yararlanacaq. Beləliklə, çox sayda yeni şirkət üçün ABŞ firmaları ilə rəqabət aparmaq bir qədər asanlaşacaq”.




Download 2.98 Mb.
1   ...   80   81   82   83   84   85   86   87   ...   90




Download 2.98 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



FES-in qərarı: baha dolların ziyanı nədir, xeyri nə?

Download 2.98 Mb.