• Şəkil 1.1. Qlobal informasiya şəbəkəsinin struktur sxemi
  • Yeni nəsil telekommunikasiya şəbəkəsinin standartı və arxitekturası




    Download 346.86 Kb.
    bet1/5
    Sana28.02.2024
    Hajmi346.86 Kb.
    #164162
      1   2   3   4   5
    Bog'liq
    C fakepath8-NGN-texnologiya




    Yeni nəsil telekommunikasiya şəbəkəsinin standartı və arxitekturası
    Beynəlxalq telekommunikasiya İttifaqının NGN şəbəkəsinə baxışı:NGN yeni nəsil rabitə şəbəkələrinin telekommunikasiya vasitələrinin istehsalı sahəsində Beynəlxalq Telekommunikasiya İttifaqı (İTU-T), Elektrik rabitəsi üzrə Avropa Standartlaşdırma İinstitutu (ETSI), Elektrik rabitəsinin tədqiqatı və onun strateyi istiqamətlərinin öyrənilməsi üzrə Avropa institutu (Eurtscom) və daha bir neçə xüsusi yaradılmış Beynəlxalq Rabitə ittifaqları məşğul olur. Hal-hazırda NGN şəbəkələri üzrə vahid baxış movcud deyildir. Ona görə də bu sahədə görüləcək işlərin sayı hesabı yoxdur. Məsələn, Beynəlxalq Telekommunikasiya İttifaqı NGN şəbəkələri ilə əlaqədar qlobal rabitə şəbəkə infrastrukturunun konversiyası sahəsində böyük bir təkamül yolu keçmişdir. İTU-T özünün 13 saylı tədqiqat qrupunda həmin infrastrukturaya aşağıdakı strukturlu arxitektura sxemi kimi baxır (şəkil 1.1). Yeni nəsil rabitə şəbəkələrində əlavə funksiyaların yerinə yetirilməsi üçün Softswıtch proqram kommutatoru siqnallaşma kommutatorundan (ingilis dilində Softswıtch- sovtsvıc) istifadə edilir (şəkil 1.2).



    Şəkil 1.1. Qlobal informasiya şəbəkəsinin struktur sxemi





    Şəkil 1.2. Rəqəmli TDM texnologiyalı ATS-in paket kommutasiyalı stansiyalarla əvəz edilməsinin təkamülü


    Həmin kommutatorun tərkibi, müxtəlif istehsalçılar tərəfindən istehsal edilmiş elementlər daxildir.Bu isə yeni nəsil rabitə sisteminin tutumunun istənilən vaxt genişləndirilməsinə, avadanlıq tərkibinin təkmilləşdirilməsinə imkan vermişdir. Mahiyyət etibarı ilə onların hamısı açıq standartlı rəqəmli texnologiyalı (xarici ədəbiyyatda TDM texnologiyalı kommusitasiya sistemi adlanır) kommutasiya sistemi ənənəvi kanal kommutasiyalı telefon stan­siyası olub, vahid bir strukturda kommutasiya, çağırış sellərinə xidmət funksiyasını yerinə yetirirlər. Bu avadanlıqlar olduqca geniş imkanlara malikdir. Açıq standartların tətbiqi yeni-yeni funksional imkanlar yaratmaqla bərabər, qəbul edilən qərarların tərkibinə də öz müsbət təsirini göstəmişdir. Qeyd etmək lazımdır ki, kanal kommutasiya sistemli telefon stansiyasının arxitek­tu­rasından paket kommutasiya sistemlərinin arxitekturasına keçid şəkil 1.2-də təsvir edilmişdir.Təsvir edilən şəkildə sol tərəfdə göstərilən servis (əlavə pullu xidmət növləri) və billinq xidmətlərini özündə birləşdirir. Kanal kommutasiyalı elektro­mexanik və rəqəmli kommutasiya sistemləri sinxron verilişli kommutasiya sistemlərinə aiddir. Uzun illər ərzində bu stansiyalar özü-özlüyündə qapalı monolit sistem olub, digər kommutasiya sistemlərinin istehsalçılarının istehsal etdikləri telekommunikasiya vasitələri hesabına kanal kommutasiyalı rəqəmli kommutasiya sistemlərinin texniki inkanlarının genişləndirilməsinə, təkmilləş­dirilməsinə, bir sözlə kənar müdaxilələrə qəti imkan verməmişdir (mümkün deyildir). Mövcud kommutasiya sistemlərinin arxitek­turası (strukturu) kənardan müdaxilə etməklə universal V5.2 interfeysi (razılaşdırıcı sistemi) və İNAP protokolu əsasında intel­lektual şəbəkələrin tətbiqi hesabına həyata keçirilməsi kommu­ta­siya vasitələrini layihə edən dünyanın məşhur telekommunikasiya kompaniyaları tərəfindən dəfələrlə praktiki işlər aparılmışdır. Dünyanın əşas tanınmış telekommunikasiya avadanlıq istehsalçı­la­rın bu sahədə apardıqları çoxsaylı elmi-tədqiqat işləri çox da uğurlu nəticələr verməmişdir, çünki istifadə edilən texniki vasi­tələrin və proqram təminatı böyük həcmli invistisiya ayırmalarının tələb etməsi və üzun sürən sınaq müddətli ilə yadda qalmışdır. Mövcud vəziyyətdə ciddi dəyişikliklərin aparılması üçün inqilabi dönüş Softswitch (proqram kommutatoru) ixtira edildikdən sonra (Softswitch ifadəsi kanal kommutasiyalı telefon stansiyası ilə interaktiv danışıq sistemi arasında istifadə edilən interfeysi yara­dan ABŞ mühəndisi Ayk Elliot tərəfindən işlədilmişdir) yaranmışdır. Beləliklə, Softswitch avadanlığının tətbiqi ənənəvi qapalı manolit kommutasiyalı sistemlərinin yaradılmasına kökün­dən dəyişilik etməyə – kənar müdaxilələrə imkan vermişdir. Softswitch kommutatoru ayrı-ayrı avadanlıq istehsalçıları tərəfin­dən infokommunikasiya bazarına çıxarılan elementlər əsasında yenidən qurulması prinsipini tətbiq etməyə imkan vermişdir. Yeni universal telekommunikasiya sisteminin tətbiq edilməsində yeni yanaşma tərzi özünü praktiki cəhətdən tam doğrultmuşdur. Belə ki, kommutasiya, çağırış sellərinə xidmət (əsas, servis) və billinq xidmətləri kimi üç əsas funksiyalarının yerinə yetirilməsində açıq standartlı müxtəlif təyinatlı interfeyslərin tətbiqinə real texniki imkanlar yaratmışdır. Paylanmış strukturlu kommutasiya siste­minin (Universal NGN rabitə sistemi nəzərdə tutulur) tərki­bində ayrı-ayrı kommutasiya avadanlıq istehsalçılarının istehsal etdikləri mikrosxem bazalı universal hazır elementlərdən (çoxtəyinatlı modullardan) sərbəst sürətdə istifadə edilməsi monolit strukturlu stansiyaların imkanlarının genişləndirilməsi (kommutasiya sahə­sinə müdaxilə edilməsinə və onun əvəzinə daha geniş imkanlı mikrosxemli modulların daxil edilməsinə) və geniş çeşidlı xid­mət­lər təklif edən universal telekommutasiya sisteminin yaradılmasına imkan vermişdir.



    Download 346.86 Kb.
      1   2   3   4   5




    Download 346.86 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Yeni nəsil telekommunikasiya şəbəkəsinin standartı və arxitekturası

    Download 346.86 Kb.