• İntellekt testləri
  • Ayrı-seçkilik
  • Azərbaycan Dillər Universiteti Fənn:İntellektual pozulmaları olan şəxslərin diaqnostikası,profilaktikası,reabilitasiyası




    Download 12.92 Mb.
    Sana02.03.2024
    Hajmi12.92 Mb.
    #165738
    Bog'liq
    İntellekt testlərinin əhəmiyyəti


    Azərbaycan Dillər Universiteti
    Fənn:İntellektual pozulmaları olan şəxslərin diaqnostikası,profilaktikası,reabilitasiyası
    Mövzu: İntellekt testlərinin əhəmiyyəti
    Müəllim :Samirə İbrahimova
    Tələbə:Fidan Qasımova
    Fakültə:Təhsil 1
    İxtisas :Korreksiyaedici təlim
    Qrup:218
    İntellekt –
    insanın təfəkkür qabiliyyəti, dərrakəsi, zehni inkişaf səviyyəsi, onun fəliyyətini müəyyən edən,
    yeni anlayışları dərk etmə bacarığı və gündəlik fəaliyyətinə onu səmərəli şəkildə tətbiq etmək bacarığıdır.
    https://youtu.be/W2bKaw2AJxs?si=E9DhnaweG2_eMSYA
    İntellektin inkişaf səviyyəsinin ədədi qiymətini müəyyən etmək üçün psixoloqlar IQ (Intellegence Quotient)- intellekt əmsalından istifadə edirlər. İntellekt əmsalını müəyyən etmək üçün insanın ağlını, düşüncə qabiliyyətini qiymətləndirən istənilən test İQ testi ola bilər.
    İntellekt testləri -
    yoxlananların əqli inkişaf səviyyəsini aşkara çıxarmağa xidmət edir.
    İntellekt testləri haqqında ilk fikir F.Qalton (1822-1911) tərəfindən irəli sürülmüşdür. Sonralar fransız psixoloqu A.Bine ilk psixoloji testləri yaratmışdır (1905-ci il).
    Hal – hazırda psixodiaqnostik tədqiqatlarda D.Vekslerin şkalasından, «proqressiv Raven matrisasından», R.Amtxauerin əqlin (intellektin) strukturu testindən, Q.Y.Ayzenqin «öz qabiliyyətlərinizi yoxlayın», «özünüzün əqli inkişaf koeffisentinizi yoxlayın» və s. geniş istifadə olunur.
    IQ testləri düşünmə bacarığını qiymətləndirir. Bu testlər müvəffəqiyyət üçün lazım olan başqa keyfiyyətləri – xarakteri, şəxsiyyəti, istedad və qabiliyyəti, inadkarlığı və səy göstərməyi qiymətləndirə bilmir.
    Hələlik IQ testləri insanın düşüncəsini, idrakını qiymətləndirən yeganə təcrübədən keçirilmiş üsuldur.
    IQ = (Zehni Yaş / Xronoloji Yaş) x 100
    Zəka hissələrinin (IQ) qarşılıqları belədir:
    IQ 0- 25 ağır gerilik
    IQ 26-50 orta gerilik
    IQ 51-75 yüngül gerilik
    IQ 76-90 sərhəd zəkalılar
    IQ 91-110 normal zəka
    IQ 111-125 irəli zəka
    IQ 126-140 üstün zəka
    IQ 140-155 çox üstün zəka
    IQ 156-dan yuxarı dahilik
    Gələcəyini planlaşdıran, kompleks problemləri həll edən və hərəkətlərin nəticələrini öncədən hesablayan intellektdir. Tədqiqatçıların ən sadə fikri, bu bacarıqların yalnız bir ölçülə bilən amilə salınmasıdır. Yəni intellekt faktoru nə qədər yüksək olarsa, bütün nizam üzrə nəticənin yüksək ehtimallı olmağı qaçılmazdır kimi düşüncə var idi.
    Luis Thurstoneyə görə intellekt bir neçə müstəqil faktora əsaslanır. Yalnız daha az ağıllı insan yox, hər birinin güclü və zəif cəhətləri vardır. Məsələn, bəzilərinin yaxşı bir yaddaşa sahib olduqlarını görə bilərik, digərləri isə başqa kateqoriyaya görə daha qabiliyyətli ola bilər.
    1938-ci ildə Luis Thurstone testlərin nəticələrinə əsasən belə Postular irəli sürür ki, yeddi ilkin qabiliyyət İntellekti tamamlayır:
    - şifahi anlama
    - şifahi söz axıcılığı
    - mühakimə bacarığı
    - məkan təsəvvürü (xəyal gücü)
    - kəskin yaddaş
    - hesablama gücü
    - hissetmə sürəti.
    IQ testi tarix boyu bir neçə səbəbə görə mübahisəli olmuşdur, o cümlədən:
    Ayrı-seçkilik : IQ testləri yevgenik hərəkətləri və azlıq qruplarına və əlillərə qarşı ayrı-seçkiliyi əsaslandırmaq üçün istifadə edilmişdir.
    Dəqiqlik : Bütün ekspertlər zəkanın standart tərifi ilə razılaşmır , buna görə də bütün İQ testləri eyni şeyi ölçmür.
    Etibarlılıq : Bu testlərin nə dərəcədə etibarlı olması sualı da var. Etibarlı IQ testləri ardıcıl nəticələr verməlidir. Başqa sözlə, insanlar hər dəfə imtahan verəndə təxminən eyni bal toplamalıdırlar.
    ƏDƏBİYYAT
    • https://www.tutorialspoint.com/intelligence-tests-meaning-and-significance
    • https://az.wikipedia.org/wiki/%C4%B0ntellekt_%C9%99msal%C4%B1
    • https://az-az.facebook.com/MentiqVeRiyaziyyatsual/posts/810889879041012

    DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRƏM!
    Download 12.92 Mb.




    Download 12.92 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azərbaycan Dillər Universiteti Fənn:İntellektual pozulmaları olan şəxslərin diaqnostikası,profilaktikası,reabilitasiyası

    Download 12.92 Mb.