• 5.3. Sərbəst basqılar 5.3.1.
  • 6. Su təchizatı mənbələri 6.1.
  • 7. Su təchizatı sxemləri və sistemləri 7.1.
  • AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi




    Download 4.24 Mb.
    bet3/53
    Sana24.03.2017
    Hajmi4.24 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   53

    5.2.7. Çəkisi 5 tona qədər olan konteynerlərin saxlanıldığı açıq meydançalarda xarici yanğının söndürülməsinə su sərfi konteynerlərin sayından asılı olaraq aşağıda göstərilən miqdarda qəbul edilməlidir:

    Meydançadakı konteynerlərin sayı,ədəd

    Xarici yanğının söndürülməsinə su sərfi,l/s

    30-dan çox 50-ə qədər

    50-dən çox 100-ə qədər

    100-dən çox 300-ə qədər

    300-dən çox 1000-ə qədər



    15

    20

    25



    40

    5.2.8. Sprinkler, yaxud drençer qurğuları, daxili yanğın kranları və xarici hidrantlar üçün birləşmiş su kəməri layihələndirildikdə yanğının söndürülməsinə su sərfi yanğının söndürülməyə başlanmasından keçən 1 st müddətində Avtomatik yanğınsöndürən qurğuların layihələndirilməsinə dair təlimatın, TN və Q 2.04.01-in və bu bölmənin tələblərinə uyğun ən böyük sərflərin cəmi qəbul edilir.

    Sprinkler, yaxud drençer qurğularının işi dayandırıldıqdan sonra yanğının söndürülməsinə tələb olunan su sərfi 5.2.4, 5.2.6, 5.2.10və 5.2.11 bəndlərinə əsasən qəbul edilir.



    Q e y d. Sprinkler və drençer qurğularının eyni vaxtda işləməsi yanğının söndürülmə şəraiti nəzərə alınmaqla təyin edilir.

    5.2.9. Köpük yaradan qurğular, lafet lüləli, yaxud səpələnmiş su vermə yolu ilə xarici yanğının söndürülməsində su sərfi müxtəlif sənaye sahələrinin müəssisə, bina və qurğularının layihələndirilmə normalarında nəzərdə tutulan yanğın təhlükəsizliyi tələblərinə əsasən 25% artırılmaqla təyin edilir və 5.2.4 bəndinə uyğun olaraq hidrantlardan götürülür. Bu zaman cəm sərf cədvəl 6, yaxud 7-də göstərilənlərdən az olmamalıdır.

    5.2.10. Daxili yanğın kranları ilə təchiz edilmiş binalarda TNvəQ 2.04.01-in tələblərinə uyğun olaraq ən çox su tələb edən binalarda yanğının söndürülməsi üçün cədvəl 4-7-də verilmiş miqdarlara əlavə sərf nəzərdə tutulmalıdır.

    5.2.11. Yanğının söndürülməsinə hesabi su sərfi 7.3. bəndində nəzərdə tutulan digər ehtiyacların ödənilməsinə maksimum su sərfi zamanı tam təmin olunmalıdır. Bu zaman sənaye müəssisəsində ərazinin suvarılması, duş qəbulu, döşəmələrin və texnoloji avadanlığın yuyulması, həmçinin istixanalarda bitkilərin suvarılması hesaba alınmır.

    Texnoloji şərait istehsalat suyunun bir hissəsindən yanğın söndürülməsində istifadəyə imkan verən hallarda, yanğın söndürmək üçün tələb olunan su miqdarını götürmək məqsədilə istehsalat su kəmərinin üstündə, yanğın su kəmərində nəzərdə tutulmuş hidrantlara əlavə olaraq, yanğın hidrantları qoyulmalıdır.



    5.2.12. Sənaye, yaxud kənd təsərrüfatı müəssisələrində eyni vaxtda baş verə biləcək yanğınların hesabi sayı bu müəssisələrin tutduğu ərazinin sahəsi 150 hektara qədər olduqda bir, 150 hektardan çox olduqda isə iki ədəd qəbul edilməlidir.

    5.2.13. Yaşayış məntəqəsinin, eləcə də yaşayış məntəqəsindən kənarda yerləşmiş sənaye yaxud kənd təsərrüfatı müəssisəsinin birləşmiş yanğın əleyhinə su kəməri layihələndirildikdə eyni vaxtda baş verə biləcək yanğınların hesabi sayı aşağıdakı qaydada qəbul edilməlidir:

    müəssisənin tutduğu sahə 150 hektara, yaşayış məntəqəsindəki sakinlərin sayı 10 min nəfərə qədər olduqda - bir yanğın (müəssisə yaxud yaşayış məntəqəsində, hansında daha çox su sərfi olarsa); həmçinin yaşayış məntəqəsində sakinlərin sayı 10 min nəfərdən çox 25 min nəfərdən az olduqda - iki yanğın (biri müəssisədə və digəri yaşayış məntəqəsində);

    müəssisənin tutduğu sahə 150 hektardan çox, yaşayış məntəqəsindəki sakinlərin sayı 25 min nəfərə qədər olduqda - iki yanğın (ikisi müəssisədə yaxud ikisi yaşayış məntəqəsində, hansında daha çox su sərfi olarsa);

    yaşayış məntəqəsində əhalinin sayı 25 min nəfərdən çox olduqda - maddə 5.2.12 və cədvəl 4-ə əsasən tələb olunan ən böyük sərf (müəssisədə yaxud yaşayış məntəqəsində) və tələb olunan ən az sərfin 50%-nin (müəssisədə yaxud yaşayış məntəqəsində) cəmi miqdarında;

    yaşayış məntəqəsində bir neçə sənaye müəssisəsi olduqda - Dövlət yanğın nəzarəti orqanlarının tələblərinə müvafiq.

    5.2.14. Yanğının söndürülmə müddəti 3 st qəbul edilməlidir; yanmayan daşıyıcı konstruksiyalar və istiləşdiricilərdən inşa edilmiş I və II odadavamlılıq dərəcəli, Q və D istehsalat kateqoriyalı binalar üçün bu müddət 2 st qəbul edilməlidir.

    5.2.15. Yanğın su ehtiyatının bərpa edilməsinin maksimum müddəti:

    yaşayış məntəqələrində və yanğın təhlükəsinə görə A, B və V kateqoriyalı istehsalı olan müəssisələrdə - 24 st;

    yanğın təhlükəsinə görə Q və D kateqoriyalı istehsalı olan müəssisələrdə - 36 st;

    kənd yaşayış məntəqələrində və kənd təsərrüfatı müəssisələrində - 72 st.



    Q e y d: 1. Xarici yanğın söndürməyə su sərfi 20 l/s və daha az olan sənaye müəssisələrində yanğın ehtiyatını bərpa etmə müddətini aşağıda göstərilən qaydada artırmaq olar:

    Г və Д kateqoriyalı istehsalat üçün - 48 st;

    B kateqoriyalı istehsalat üçün - 36 st.

    2. Yanğın ehtiyatının bərpa edildiyi müddətdə I və II kateqoriyalı su təchizatı sistemləri vasitəsilə təsərrüfat-içməkli ehtiyaclarını ödəmək üçün verilən suyun miqdarı 70%-ə, III kateqoriyalı su təchizatı sistemləri vasitəsilə verilən suyun miqdarı 50%-ə qədər azaldıla, istehsalata isə su qəza qrafiki ilə verilə bilər.

    5.3. Sərbəst basqılar

    5.3.1. Yaşayış məntəqəsinin su kəmərində maksimum təsərrüfat-içməli su tələbi zamanı binaların girişində minimal sərbəst basqı torpaq səthindən bir mərtəbəli binalar üçün ən azı 1 bar, daha hündür binalarda isə sonrakı hər bir mərtəbə üçün 0,4 bar əlavə etməklə qəbul edilir.

    Q e y d:

    1. Su tələbinin minimum saatlarında birinci mərtəbə istisna olmaqla hər bir sonrakı mərtəbə üçün basqı 0,3 bar qəbul edilə bilər, bu şərtlə ki, suyun sistemə qoşulmuş çənlərə verilməsi təmin olunsun.

    2. Az mərtəbəli binalar yerləşən ərazidəki ayrıca dayanmış yüksək mərtəbəli bir, yaxud bir neçə binalar qrupu, eləcə də yüksəklikdə yerləşən binalar üçün basqı yaradan qurğuların qoyulmasına yol verilir.

    3. Şəbəkə üzərində quraşdırılmış suayrıcı kolonkaların yanında sərbəst basqı 1 bar-dan az olmamalıdır.

    5.3.2. İstehsalat su kəmərlərinin xarici şəbəkəsində sərbəst basqı texnoloji göstəricilərə əsasən təyin edilir.

    5.3.3. Təsərrüfat-içməli su kəmərlərinin xarici şəbəkəsində sərbəst basqı 6 bar-dan çox olmamalıdır.

    Şəbəkədə sərbəst basqı 6 bar-dan çox olan hallarda ayrı-ayrı bina, yaxud rayonlarda təzyiq tənzimləyiciləri qoyulmalı, yaxud su təchizatı sistemi zonalara ayrılmalıdır.



    5.3.4. Yanğın əleyhinə su kəməri aşağı təzyiqli layihələndirilməlidir. Yanğın əleyhinə yüksək təzyiqli su kəmərləri yalnız müvafiq əsaslandırmadan sonra qəbul edilə bilər.

    Yüksək təzyiqli su kəmərində stasionar yanğın nasosları onların yanğın həyəcanı verildikdə 5 dəq-dən gec olmayaraq işə salınmasını təmin edən avadanlıqla təchiz edilməlidirlər.



    Q e y d. Peşəkar yanğın mühafizəsi olmayan, əhalisi 5 min nəfərə qədər olan yaşayış məntəqələrində yanğın əleyhinə su kəməri yüksək təzyiqli layihələndirilməlidir.

    5.3.5. Aşağı təzyiqli yanğın əleyhinə su kəmərlərində yanğın söndürülməsi zamanı sərbəst basqı yer səthi səviyyəsində ən azı 1 bar olmalıdır.

    Yuxarı təzyiqli yanğın əleyhinə su kəmərlərində sərbəst basqı yanğının söndürülməsinə tam su sərfi zamanı və yanğın söndürmə lüləsi ən yüksək binanın ən yüksək nöqtəsində yerləşdikdə ən azı 10 m hündürlüyə malik yığcam şırnaq yaratmalıdır.

    Birləşmiş su kəmərlərində sərbəst basqının maksimal qiyməti 6 bar-dan çox olmamalıdır.

    6. Su təchizatı mənbələri

    6.1. Su təchizatı mənbəyinin seçilməsi topoqrafik, hidroloji, hidrogeoloji, ixtioloji, hidrokimyəvi, hidrobioloji, hidrotermik və digər axtarışların və sanitariya-epidemioloji tədqiqatların nəticələri ilə əsaslandırılmalıdır.

    6.2. Su təchizatı mənbəyi kimi axar sular (çaylar, kanallar), sututarlar (təbii və süni göllər, su anbarları), dənizlər, yeraltı sular (sudaşıyıcı laylar, məcraaltı sular, şaxta suları və s.) qəbul edilə bilər.

    Sənaye müəssisələrinin su təchizatı üçün təmizlənmiş tullantı sularından istifadə etməyin mümkünlüyü nəzərdən keçirilməlidir.

    Su təchizatı mənbəyi kimi təbii yerüstü mənbələrdən doldurulan su anbarlarından istifadə edilə bilər.

    Q e y d. Su təchizatı sistemində müxtəlif hidroloji və hidrogeoloji xarakteristikaya malik bir neçə su mənbəyindən istifadə etmək olar.

    6.3. Təsərrüfat-içməli su təchizatı mənbəyi DÜİST 17.1.1.04-ün tələblərinə uyğun seçilməlidir.

    İstehsalat su təchizatı üçün mənbə seçilərkən tələbatçıların suyun keyfiyyət göstəricilərinə irəli sürdüyü tələblər nəzərə alınmalıdır.

    İstifadə üçün seçilmiş su təchizatı mənbələri müvafiq orqanlarla razılaşdırılmalıdır.

    6.4. Təsərrüfat-içməli su kəmərləri üçün sanitariya-gigiyena tələblərinə cavab verən yeraltı su ehtiyatlarından maksimum istifadə edilməlidir.

    Təbii yeraltı suların istismar ehtiyatı kifayət qədər olmadıqda onun süni yollarla artırılmasının mümkünlüyü nəzərdən keçirilməlidir.



    6.5. İçməli su keyfiyyətinə malik yeraltı sulardan təsərrüfat-içməli su təchizatı ilə əlaqəsi olmayan ehtiyacların ödənilməsində istifadə etməyə yol verilmir. Kifayət qədər yerüstü su mənbələri olmayan və tələb olunan qədər içməli su keyfiyyətində yeraltı suya malik rayonlarda bu sulardan müvafiq orqanların icazəsi ilə istehsalat və suvarma ehtiyaclarının təminatı üçün istifadə edilməsinə yol verilir.

    6.6. Müvafiq emal prosesindən keçmiş mineral və geotermal sulardan sanitariya tələblərinə əməl etməklə istehsalat və təsərrüfat-içməli su təchizatında istifadə etməyə yol verilir.

    6.7. Yerüstü mənbələrin su sərflərinin orta aylıq təminatı su təchizatı sisteminin 7.4 maddəsi ilə təyin edilmiş kateqoriyasına əsasən cədvəl 8-dən əsasən götürülməlidir.

    Cədvəl 8.



    Su təchizatı sisteminin kateqoriyası

    Yerüstü mənbələrin orta aylıq minimal su sərflərinin təminatı, %

    I

    II

    III



    95

    90

    85



     

    6.8. Su mənbələrindən su təchizatı məqsədləri üçün istifadə qiymətləndirildikdə aşağıdakılar nəzərə alınmalıdır:

    mənbəyin 15-20 il üçün proqnozlaşdırılmış sərfiyyat rejimi və su-təsərrüfatı balansı;

    istehlakçıların suyun keyfiyyət göstəricilərinə tələbləri;

    mənbədə suyun aqressivliyi göstərilməklə keyfiyyət xarakteristikası və tullantı sularının daxil olması ilə onun dəyişmə ehtimalının proqnozu;

    çöküntü və zibilin keyfiyyət və kəmiyyət xarakteristikası və rejimi, dib çöküntülərinin yerdəyişməsi, sahillərin dayanıqlığı;

    mənbəyin donma və qurumasının mümkünlüyü, qar uçqunları və sel axınlarının (dağ çaylarında), həmçinin mənbəyin su toplama hövzəsində kortəbii hadisələrin baş verməsi;

    mənbəyin payız-qış rejimi və onda xəşələ buzlaşmanın olma ehtimalı;

    ilin ayları üzrə suyun temperaturu və müxtəlif dərinlikdə fitoplanktonun inkişafı;

    dağ çaylarında yaz-yay daşqınlarının yaranması;

    yeraltı suların ehtiyatı və qidalanma şərtləri, həmçinin təbii şəraitin dəyişməsi, su anbarı və ya drenajın qurulması, suyun süni yolla kənarlaşdırılması və s. nəticəsində onlarda yarana biləcək mümkün dəyişmələr;

    yeraltı suların keyfiyyəti və temperaturu;

    yeraltı suların süni surətdə artırılaraq ehtiyatının yaradılması;

    sudan istifadə və mühafizəsini tənzimləyən orqanların, sanitariya-epidemioloji, balıqların mühafizəsi xidmətlərinin və s. tələbləri.

    6.9. Yerüstü su təchizatı mənbələrinin kifayət qədər su ehtiyatına malik olması qiymətləndirilən zaman ilin bütün fəsillərində onlardan su götürülən nöqtədən axın boyu aşağıda yerləşən yaşayış məntəqələri, sənaye müəssisələri, kənd təsərrüfatı, balıqçılıq təsərrüfatı, gəmiçilik və sudan istifadənin digər növləri üzrə, həmçinin su təchizatı mənbəyinin mühafizəsi üzrə sanitariya tələblərinin ödənilməsinə lazımi su miqdarının qalması təmin edilməlidir.

    6.10. Yerüstü su mənbələrinin kifayət qədər su sərfi olmadıqda onlardakı təbii axının bir hidroloji il həddində (mövsümi tənzimləmə), yaxud çoxillik dövr üçün (çoxillik tənzimləmə) tənzimlənməsi, həmçinin digər çox sulu yerüstü mənbələrdən onlara su ötürülməsi təmin edilməlidir.

    Q e y d. Mənbədə su sərfi kifayət qədər olmadıqda və onun artırılması çətin, yaxud çox baha başa gəldikdə ayrı-ayrı tələbatçıların su təminatı dərəcəsi respublika su təsərrüfatı və meliorasya orqanları, həmçinin Dövlət sanitariya-epidemioloji xidməti ilə razılaşdırılaraq təyin edilir.

    6.11. Yeraltı su ehtiyatlarının qiymətləndirilməsi “Yeraltı suların istismar ehtiyatlarının və proqnozlaşdırılan miqdarının klassifikasiyası” və “Yeraltı suyun klassifikasiyalaşdırılmış ehtiyatlarının şirin su yataqlarına tətbiqi təlimatı”na uyğun olaraq hidrogeoloji axtarışlar, kəşfiyyat və tədqiqatların nəticələri əsasında aparılmalıdır.

    Yeraltı su ehtiyatları təbii sərvətlərin ehtiyatı üzrə Dövlət, yaxud ərazi komissiyaları tərəfindən təsdiq edilməlidir.

    Suqəbuledici qurğuların inşasına kapital qoyuluşu 500 min manatdan, dəmir yolu nəqliyyatı obyektləri üzrə 1 milyon manatdan çox olmayan hallarda yeraltı su ehtiyatlarının miqdarının təsdiq olunması tələb edilmir. Bu zaman suqəbuledici qurğuların dəyərində sugötürən avadanlıq, nasos stansiyaları, sutəmizləyici, yaxud emal edən qurğular, rezervuarlar, həmçinin istehlakçıya qədər sudaşıyıcı boruların qiymətləri nəzərə alınır.

    7. Su təchizatı sxemləri və sistemləri

    7.1. Su təchizatı sxemləri və sistemləri obyektin yaxud obyektlər qrupunun xüsusiyyətləri nəzərə alınmaqla onları reallaşdırmaq üçün mümkün variantların, onların inkişafının müxtəlif mərhələlərində tələb olunan su sərfləri, su təchizatı mənbələri, sərbəst basqılar, suyun keyfiyyəti və tələbatçılara çatdırılma təminatı müqayisə edilərək seçilir.

    7.2. Aşağıdakılar mümkün variantların müqayisəsi ilə əsaslandırılmalıdır:

    su təchizatı mənbələri və onlardan bu və ya digər istehlakçılar üçün istifadə edilməsi;

    sistemin mərkəzləşdirilmə dərəcəsi və yerli su təchizatı sistemlərinin ayrılmasının məqsədə-uyğunluğu;

    qurğuların, sudaşıyıcı boruların və müxtəlif təyinatlı şəbəkələrin birləşdirilməsi, yaxud ayrılması;

    su təchizatı sisteminin zonalaşdırılması, tənzimləyici həcmlərdən istifadə, su nəqletdirici nasos və tənzimləyici stansiyaların tətbiqi;

    birləşmiş, yaxud yerli dövrü su təchizatı sistemlərinin tətbiqi;

    bir müəssisənin (sexin, qurğunun, texnoloji xəttin) tullantı sularından digər müəssisələrin (sexlərin, qurğuların, texnoloji xətlərin) istehsalat ehtiyaclarının ödənilməsi, həmçinin ərazinin və yaşıllığın suvarılması üçün istifadə etməyin mümkünlüyü;

    təmizlənmiş istehsalat və məişət tullantı sularından, həmçinin toplanmış yerüstü axım sularından istehsalat su təchizatı, suvarma və sututarların qidalandırılması üçün istifadə edilməsi;

    qapalı dövrlərin, yaxud qapalı su təchizatı sistemlərinin təşkilinin məqsədəuyğunluğu;

    inşaatın növbəliliyi və sistemin elementlərinin buraxılış komplekslərinə görə işə salınması.



    7.3. Yaşayış məntəqələrinin mərkəzləşdirilmiş su təchizatı sistemi yerli şəraitdən və su təchizatı sxemindən asılı olaraq təmin etməlidir:

    yaşayış və ictimai binalarda təsərrüfat-içməli su tələbini, həmçinin kommunal-məişət müəssisələrinin suya olan ehtiyacını;

    müəssisələrdə təsərrüfat-içməli su tələbini;

    içməli su keyfiyyətində su tələb edən, yaxud ayrı su kəmərinin inşası iqtisadi cəhətdən əlverişlə olmadıqda sənaye və kənd təsərrüfatı müəssisələrinin istehsalat ehtiyaclarını;

    yanğının söndürülməsini;

    sutəmizləyici komplekslərin öz ehtiyaclarını, su kəməri və kanalizasiya şəbəkələrinin yuyulması üçün tələb olunan su miqdarını və s.

    Texniki-iqtisadi əsaslandırma olduqda ərazinin (küçələrin, yolların, meydanların, yaşıllıqların) suvarılması və yuyulması, fəvvarələrin işləməsi üçün, eləcə də istixanalarda və açıq sahələrdə, həmçinin həyətyanı sahələrdə əkinlərin suvarılması üçün müstəqil su kəməri inşa edilə bilər.

    7.4. Mərkəzləşdirilmiş su təchizatı sistemləri suyun verilmə təminatının dərəcəsinə görə üç kateqoriyaya bölünür:

    I – təsərrüfat-içməli su tələbini ödəmək üçün verilən suyun hesabi sərfini 30%-ə qədər və müəssisələrə verilən suyun miqdarını onların qəza qrafiki ilə müəyyənləşdirilmiş həddə qədər azaltmağa yol verilir; suyun verilməsində azaltma 3 sut-dan artıq olmamalıdır. Sistemin zədələnmiş elementlərinin (avadanlıq, armatur, qurğular, boru kəmərləri və s.) işdən ayrılması və ehtiyat elementlərin işə salınması zamanı suyun verilməsində fasilə, yaxud miqdarında yuxarıda göstəriləndən aşağı azaltmaya yol verilir, lakin əməliyyatın yerinə yetirilmə müddəti 10 dəq-dən çox olmamalıdır;

    II – suyun verilməsində yol verilən azalma I kateqoriyada olduğu kimidir; azalmanın davametmə müddəti 10 sut-dan artıq olmamalıdır. Sistemin zədələnmiş elementlərinin işdən ayrılması və ehtiyat elementlərin işə salınması zaman, yaxud təmir işləri aparılarkən suyun verilməsində fasilə, yaxud miqdarında yuxarıda göstəriləndən aşağı azalmaya yol verilir, lakin əməliyyatın yerinə yetirilmə müddəti 6 st-dan çox olmamalıdır;

    III – suyun verilməsində yol verilən azalma I kateqoriyada olduğu kimidir; azalmanın davam etmə müddəti 15 sut-dan artıq olmamalıdır. Suyun verilməsində fasilə, yaxud miqdarında yuxarıda göstəriləndən aşağı azalma təmir işləri aparılarkən ola bilər, lakin əməliyyatın yerinə yetirilmə müddəti 24 st-dan çox olmamalıdır.

    Əhalisinin sayı 50 min nəfərdən çox olan yaşayış məntəqələrinin birləşmiş təsərrüfat-içməli və istehsalat su kəmərləri I kateqoriyaya, 5 mindən 50 min nəfərə qədər olanlarda II kateqoriyaya, 5 mindən az olanlarda isə III kateqoriyaya aid edilirlər.

    Kənd təsərrüfatı qrup su kəmərlərinin kateqoriyası əhalisinin sayı ən çox olan yaşayış məntəqəsinə görə təyin edilməlidir.

    Sənaye və kənd təsərrüfatı müəssisələrinin (istehsalat, sex, qurğu) su təminatını artırmağa ehtiyac olduqda yerli su təchizatı sistemləri yaradılmalıdır.

    Obyektlərin texnoloji tələblərini ödəyən yerli su təchizatı sistemlərinin layihələrinə bu obyektlərin layihələri ilə birlikdə baxılmalı və təsdiq edilməlidir.

    Su təchizatı sistemlərinin ayrı-ayrı elementlərinin kateqoriyasını onların ümumi su təchizatı sistemində funksional təyinatından asılı olaraq təyin etmək lazımdır.

    Zədələnməsi nəticəsində yanğının söndürülməsinə suyun verilməsində fasilə yarada biləcək II kateqoriya su təchizatı sistemlərinin elementləri I kateqoriyaya aid edilməlidir.



    7.5. Su təchizatının sxem və sistemini tərtib etdikdə mövcud qurğular, sudaşıyıcı borular və şəbəkə texniki, iqtisadi və sanitariya baxımından qiymətləndirilməli, yenidən qurulmasına və fəaliyyətinin intensivləşdirilməsinə maliyyə sərfləri nəzərə alınmaqla onlardan gələcəkdə istifadə etmənin mümkünlük dərəcəsi əsaslandırılmalıdır.

    7.6. Yanğın əleyhinə ehtiyacları təmin edən su təchizatı sistemləri bu normaların 5.2-ci bölməsinin göstərişlərinə əsasən layihələndirilməlidir.

    7.7. Dövrü su təchizatı sistemləri bu normaların 14-cü bölməsinin göstərişlərinə əsasən layihələndirilməlidir.

    7.8. İstehsalat su təchizatı sisteminin optimal variantı seçildikdə ehtiyac olarsa müəssisədəki texnoloji proseslərin dəyişdirilməsinin mümkünlüyü və məqsədəuyğunluğuna baxılmalıdır. Bu zaman əsas istehsal xərclərinin artması su təchizatı və kanalizasiya sistemlərinin qəbul edilmiş dəyərindən az olmalıdır.

    7.9. Suqəbuledici qurğular, sudaşıyıcı borular, sutəmizləmə kompleksi, bir qayda olaraq, maksimal su tələbatı günündəki orta saatlıq su sərfinə hesablanmalıdırlar.

    7.10. Sudaşıyıcı borular, su kəməri şəbəkəsi, nasos stansiyaları və tənzimləyici həcmlərin birgə işləməsinin hesablanması hesabi müddətdə suyun verilməsi və paylanması, onun reallaşdırılmasının növbəliliyi, nasos avadanlıqlarının seçilməsi və tələb olunan tənzimləyici həcmlərin təyini və hər bir növbə üçün onların yerləşməsi nəzərə alınmaqla aparılmalıdır.

    7.11. Yaşayış məntəqələrinin su təchizatı sistemləri üçün sudaşıyıcı borular, su kəməri şəbəkəsi, nasos stansiyaları və tənzimləyici həcmlərin birgə işləməsinin hesablanması bir qayda olaraq suyun verilməsinin aşağıdakı xarakter rejimləri üçün aparılmalıdır:

    maksimum su tələbatı günlərində - maksimum, orta və minimum saatlıq sərflərinə, həmçinin yanğının söndürülməsinə maksimum saatlıq və hesabi su sərfinə;

    orta su tələbatı günlərində - orta saatlıq sərfə;

    minimum su tələbatı günlərində - minimum saatlıq sərfə.

    sudaşıyıcı borular, su kəməri şəbəkəsi, nasos stansiyaları və tənzimləyici həcmlərin birgə işləməsinin bütün xarakterik su tələbatı rejimlərində kifayət qədər hesablamaları olduqda su tələbatının digər rejimləri üçün hesablamanın aparılmasına, həmçinin yuxarıda göstərilən rejimlərdən biri, yaxud bir neçəsi üçün aparılmasından imtina edilməsinə yol verilir.

    İstehsalat su təchizatı sistemləri üçün onların işləməsinin xarakterik şərtləri istehsalat texnolo-giyasının xüsusiyyətləri və yanğın təhlükəsizliyinin təminat şərtlərinə uyğun olaraq qoyulur.



    Q e y d. Yanğın söndürülməsi zamanı sudaşıyıcı borular və həlqəvarı şəbəkənin xətlərinin, eləcə də qurğuların şöbə və bloklarının işinin dayandırılması qurğuların hesablanmasında nəzərə alınmır.

    7.12. Su təchizatı sxemi tərtib edilərkən istismar heyəti tərəfindən sonralar suyun faktiki sərfinin və su tələbinin qeyri-müntəzəmlik əmsallarının, eləcə də avadanlıq və qurğuların faktiki xarakteristikalarının sistemli yoxlanılmasını aparmaq üçün parametrlərin siyahısı hazırlanmalıdır. Nəzarəti yerinə yetirmək üçün layihənin uyğun bölmələrində bunun üçün lazım olan ölçü cihazları və aparatlar yerləşdirilməlidir.

    7.13. Kənd təsərrüfatı su təchizatı sxem və sistemləri tərtib edilərkən:

    mərkəzləşdirilmiş su təchizatı sistemlərini yalnız perspektivli yaşayış məntəqələrində və kənd təsərrüfatı istehsalat obyektlərində layihələndirmək lazımdır;

    hesablama müddətində saxlanılan kənd yaşayış məntəqələri üçün mövcud suqəbuledici qurğuların (borulu və şaxtalı quyular, bulaq sularını toplayan kaptajlar və s.) mexaniki suqaldırıcılarla təmin edilməklə yenidən qurulmasını və ayrı-ayrı mədəni-məişət və istehsalat binalarında daxili su kəmərlərinin quraşdırılmasını nəzərdə tutmaq olar;

    qrup su kəmərləri yaradıldıqda suyun uzun məsafələrə nəqli zamanı, xüsusən bu sistemlərin başlanğıc istismar dövrlərində sudaşıyıcı borularda suyun hərəkət sürəti hesabi sürətdən aşağı olanda keyfiyyətinin qorunması üçün tədbirlər görülməlidir;

    həyətyanı sahələrin suvarılması üçün yerli mənbələrdən və içməli su təchizatı mənbəyi kimi yararsız olan suvarma kanallarından qidalanan ayrıca mövsümi su kəmərlərinin yaradılmasının məqsədəuyğunluğuna baxılmalıdır;

    şorlaşmış torpaqların geniş yayıldığı və yerli şirin su ehtiyatları olmayan bölgələrdə su təchizatı sistemi layihələndirildikdə içməli suya ehtiyacı ödəmək üçün şirinləşdirilmiş, digər ehtiyacları ödəmək üçün mineral sulardan istifadənin məqsədəuyğunluğu nəzərdən keçirilməlidir. Bu zaman bir mərtəbəli binaları olan qəsəbələrdə şirinləşdirilmiş içməli suyun küçə suayırıcı kolonkalar vasitəsilə verilməsi nəzərdə tutulmaqla daxili su kəmərlərini yalnız mineral su təminatı üçün layihələndirmək tövsiyə edilir.




    Download 4.24 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   53




    Download 4.24 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi

    Download 4.24 Mb.