ErməNİstanda azərbaycan məNŞƏLİ toponiMLƏRİN İzahli lüĞƏTİ 1




Download 2.08 Mb.
bet9/13
Sana24.03.2017
Hajmi2.08 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13

Maraqlıdır ki, eposda nə fars mənşəli "Ermənistan", nə də ermənicə "Hayakan" (yaxud "Hayastan") adları yoxdur. Onun əvəzində oğuzların yaşadığı ərazi, 90 tümən (yəni 900 min nəfər) əsgər çıxara bilən "Oğuz eli" adı vardır (IV boy).

Ümumiyyətlə, XV-XIX əsrlər üçün nə Ərməniyə, nə Ermənistan adları məlum deyil, onların əvəzində Çuxur-Saad bəylərbəyliyinin, Rəvan və İrəvan əyalətlərinin, İrəvan xanlığının və XIX əsrdə İrəvan quberniyasının adları vardı. Beləliklə, indiki "Ermənistan" adı mənşəcə Kiçik Asiyadakı Fərat çayının yuxarı axınında Arma (Arme) əyaləti adının er.əv. II-I əsrlərdə əsasən türk mənşəlilərin yaşadığı əraziyə şamil edilmiş adıdır. Yuxarıda deyilənlərdən aydın olur ki, Urartu ərazisinin bir bölgəsinin adı olan Armini (Arme əyalətinin adından) əvvəlcə madaylar, er.əv. 550-ci ildən sonra fars dilli əhəmənlər tərəfindən Urartu dövlətinə, o sıradan bu dövlətə tabe edilmiş indiki Ermənistan ərazisinə şamil edilmiş addır. Deməli, Armini adı ilə bağlı olan kənardan verilmə "erməni" etnoniminin indi özünü "hay" adlandıranların etnik adı ilə heç bir əlaqəsi yoxdur, çünki Arminidə ermənilərin ulu əcdadlarından başqa qədim türk dilli tayfalar da yaşayırdılar, yəni "Armini" ölkə adından ibarət "erməni" adı Arminidə yaşayan müxtəlif dilli adamların hamısına, o cümlədən oradakı qədim türklərə aid edilə bilən etnonimdir. Kürdlərin Ermənistana verdikləri Fıləstan adı da indiki Ermənistanın ərazisinə aid deyil.

Orta əsrlərdə, XIV-XV əsrin əvvəllərindən başlayaraq, İrəvan əyalətində Qaraqoyunlu və Ağqoyunlu tayfaları, XV əsrdən sonra bəzi Qızılbaş tayfaları da yerləşmişdilər. Ona görə də 1590 və 1728-ci illərə aid mənbələrdə İrəvan əyalətində olan yaşayış məntəqələrinin adlarının hamısı türk mənşəlidir. Lüğətdə həmin kəndlərin adları verilmişdir.

Biz qədimdə, erkən orta əsrlərdə Ermənistan ərazisində türk mənşəli tayfalar barədə bu qısa məlumatla kifayətlənirik. Bu barədə "Qədim türklər və Ermənistan" adlı kitabımızda ətraflı danışıldığına görə təkrar etmirik.

İrəvan xanlığı (1602-1828) vaxtında əhalinin etnik tərkibində Azərbaycan türkləri əksəriyyət təşkil edirdi. XIX əsrin əvvəllərində təxminən iki min kənddə yaşayan oturaq əhalidən başqa maldar həyat tərzi keçirən ellər də vardı: Qarapapaqlar - 840 ailə, Böyük Çobankərə - 159 ailə, Saraşlı - 90 ailə, Dəmirçili - 31, ailə, Kərimbəyli - 55 ailə, Qafarlı - 98 ailə,  Şeyxlər - 34 ailə, Qarabağlı - 12 ailə, Cəfərli - 16 ailə, Əli-Şərurlu, yəni "Şərur eli") - 12 ailə, Gödəkli - 24 ailə, Cəmilli - 10 ailə, Çaxırlı - 57 ailə (159, 535). Bütünlükdə, XIX əsrin əvvəllərində İrəvan xanlığının ərazisində 1451 ailədən ibarət türk dilli maldar tayfalar yaşayırdı. Bu tayfalar əsas etibarilə XI-XIII əsrlərdə gəlmə qıpçaq və oğuz tayfalarının sonrakı nəsilləri idilər.

Bundan əlavə, Anadoluda Koniya sultanlığı XV əsrdə ləğv edildikdən sonra Ermənistan ərazisinə ayrum adlanan türklər gəlmişdilər. Onlar aşağıdakı qollardan ibarət idilər: Ayrımlı - 631 ailə, Seyidli-Axsaqlı - 311 ailə, Taşanlı - 124 ailə, Saatlı - 160 ailə, cəmi - 1226 ailə (159, 536).

XIX əsrin əvvəllərində İrəvan xanlığında mənşəcə qacarlar olan (159, 537) muğanlılar (200 ailə), şahdililər və sədərəklilər  (313 ailə) də maldarlıqla məşğul olurdular.

Əsasən Naxçıvanda və qismən İrəvan xanlığının ərazisində yaşayan ən böyük tayfa Kəngər idi. Bu tayfa birləşməsinin XIX əsrin əvvəllərində aşağıdakı qollarının adları məlumdur: Yurdcu, Qızıllı, Sarvanlar, Xalxallı, Pirhəsənli, Salağa, Ağabəyli, Kemai, Qarabağlar, Çaqatay, Qaraxan, Hacılar, Cəmşidli, Bilici, Qızılqışlaq, Qurtlar, Qaradolaq, Şabanlı, Kəlfir, Ərəfsəli, Qaracallı, Qara Kövsərli, Pənahlı, Əlixanlı, Sofulu, Bəydili, Əli Əkbərli, Didəvarlı, Bulqarlı, Kürd Mahmudlu, Əliyanlı, Ziyadlı və Bərgüşadlı (159, 537).

Orta əsrlərdə indiki Ermənistan ərazisində yaşayan qədim türk mənşəli  böyük bir el Qarapapax adlanırdı. 1826-1828-ci illərdə Rusiyanın İrandan erməniləri həmin ərazilərə köçürməsi ilə əlaqədar olaraq  əhali İsmayıl xan və Nağı xan başda olmaqla Türkiyəyə və İrana köçüb getdi. Hazırda Türkiyədə 40 min nəfər, İranda 20 min nəfər Qarapapax yaşamaqdadır (bax: Брук С.И. Этнический состав страны Передней Азии. "Советская этнография"  jurnalı, 1955, № 2).

XIX əsrin əvvəllərində İrəvan xanlığı ərazisində 1346 ailədən ibarət kürd tayfaları da yaşayırdılar: Milli, Qaraçorlu, Həsənəlili, Küləkanlı, Şadmanlı, Şeylanlı, Təhməzli, Bərgüşad, Babalı, Əliyanlı, Kulukçu, Kəlovci, Fərruxxanlı, Sisyanlı, Tərtərli, Hacılı, Sultanlı, Quluxanlı, Bozlu, Əlikyanlı, Kolanı, Püsyan. Bunlar şiə məzhəbli kürdlər idilər. Sünni məzhəbli kürd tayfaları isə aşağıdakılar idi: Calallı, Buruklu, Radikanlı, Əzizanlı, Şeyx-Bizanlı, Kəlturi, Qaraçorlu, Dil-Xeyrimli, Banuki, (159, 528-529). Orta əsrlərdə İrəvan əyalətində Dumbuli kürd tayfası da yaşayırdı. (90, 77). Naxçıvan əyalətini və Ordubad mahalını çıxmaqla İrəvan əyalətində XIX əsrin ortalarında 521 kənddə 999 ailə yaşayırdı ki,  bunların da əksəriyyəti türklər idi (159, 599).

Müxtəlif vaxtlarda İrandan və Türkiyədən gəlmiş kürdlərin böyük bir hissəsi keçmişdə Naxçıvanda və Dərələyəzdə maldar həyat tərzi keçirmişlər. Keçən əsrə aid məlumata görə bu bölgələrdə kürdlər aşağıdakı kəndlərdə məskun idilər. Milli (Şahgəldi - Qışlaq və Vartanes kəndləri), Hacısamlı (Sallı, Qozluca, Xorbadlı, Hacısamlı, Alagöz, Güneyvəng, Qaraqaya, Qotur, Qovuşuq, Aysası, Qabaqlı kəndləri), Əliyanlı (Paratun, Oqbin, Köhnə İtqıran, Təzə İtqıran kəndləri), Şadmanlı (Qurdbulaq kəndində), Püsyan (Almalı, Gelovlu, Ağkilsə, Ardaraz, Drdic, Qız-qışlağı; Qurban kəsilən, Ərgəz, Bilək, Ziryan kəndləri) Küləkanlı (Kömür, Qobut, Dərəkənd, Fərruxxanlı (Gərgər kəndi), Bozlu (Tart, Məmmədrzaqışlaq, Arınc, Ağkənd, Gidbaz, Komuşxana, İstisu, Qaralar kəndləri), Həsənalı (Dəmirçilər, Maratuz, Qoçbəy, Çaykənd, Göyərçin kəndləri) (Сборник сведений о Кавказе, tom VII, s.247-248). Lakin orada qeyd olunur ki,  Milli, Hacısamlı, Əliyanlı və Şadmanlı tirələri Azərbaycan dilində danışırlar.

Azərbaycan-türk mənşəli böyük tayfaların bəziləri Zəngəzur qəzasında yaşayırdı. XIX əsrin ortalarında qəzada Sofulu (onun 19 qışlağının 5-i Sisyan sahəsində, 4-ü Cəbrayıl sahəsində yerləşirdi), Sarallı (13 qışlağı Qafan sahəsində), Puşanlı (7 qışlağı Qafan və Meqri sahələrində), Kiqili (4 qışlağı Qafan sahəsində "Qığı dərəsi" adlı yerdə), Xocamusaxlı (3 qışlağı Sisyan və Qafan sahələrində) tayfaları yaşayırdı (103, 11). Qəzada kürd mənşəli Püsyan tayfasının Babalı (878 ailə), Sultanlı (240 ilə), Zodbanlı (133 ailə) və Potanlı (142 ailə) qolları və Qaraçorlu tayfasının Hacısamlı (211 ailə), Kəloxçu (418 ailə), Təhməzli (407 ailə), Şadmanlı (315 ailə), Şeylanlı (232 ailə) və Əliyanlı (110 ailə) qolları da yaşyırdı (103, 11). Bunlardan başqa, qəzada Ağkörpü (qolları: Ağbulaq, Müsəlləm, Tünüs və Şotalı ) və Baharlı tayfaları maldarlıqla məşğul idilər (103, 146). Bu məlumatdan görünür ki, Zəngəzur qəzasının əhalisi binadan azərbaycanlı olmuşdur. S.P.Zelinski yazır ki, Zəngəzur qəzasında Axlatian, Prnakot və Şinətaq adlı cəmi üç erməni kəndi yerlidir, qalan erməni kəndləri 1826-28-ci illərdən sonra gəlmədir (103, 10).

1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 min, Türkiyədən 84 min erməni köçürülmüşdü (bax: 158, c.59-61). 1877-1879-cu illərdə Qars əyalətinə Anadoludan, Kiçik Asiyadan 50 min nəfər erməni, İrəvan xanlığının Sürməli mahalına Türkiyədən 35 min erməni köçürülmüşdür (Yenə orada). 1893-1895-ci illərdə isə oradan indiki Ermənistana 900 min nəfər erməni köçüb gəlmişdi (yenə orada). Bundan sonra Cənubi Qafqazda 1896-cı ildə ermənilərin sayı 1 milyon 300 min nəfərə çatmışdı (yenə orada). Yalnız bundan sonra İrəvan quberniyasında azərbaycanlılara nisbətən ermənilərin sayı artmışdı. 1897-ci ilə aid məlumata görə İrəvan quberniyasında 829 min 556 nəfər əhalinin 313 min 176 nəfəri (37, 8%) azərbaycanlı, 441 min nəfəri (53, 1%) erməni idi. Lakin İrəvan quberniyasının İrəvan qəzasında 150 min 879 nəfər əhalinin 77 min 491 nəfəri azərbaycanlı idi.

XIX əsr müəllifi yazır ki, Zəngəzurda XIX əsrə qədər cəmi üç erməni kəndi vardı (103, 10).

Deyilənlərdən görünür ki, indiki Ermənistan ərazisi ermənilərin yox, er.əv. VIII-VII əsrlərdən başlayaraq türk mənşəli tayfaların yaşadığı ölkə olmuş və XIX əsrin əvvəllərinə qədər burada türklər aparıcı rol oynamışlar. Mənbələrdə elə bir tarixi məlumat yoxdur ki, Ermənistan ərazisində azərbaycanlılar erməniləri kəndlərindən qovub yerlərini tutsunlar. Lakin adları türkcə olan yaşayış məntəqələrində hələ orta əsrlərdə ermənilərin yaşaması halları istənilən qədərdir. Kimin gəlmə, kimin yerli olduğunu müəyyən etmək üçün bu faktın özü kifayətdir.

Oxucu lüğətlə tanışlıqdan sonra yəqin edə bilər ki, 1590-cı ildən 1826-1828-ci illərə qədər indiki Ermənistan ərazisində yaşayış məntəqəsi adlarının, demək olar, hamısı türk mənşəlidir. Ermənilərin indiki Ermənistan ərazisinə axışması tarixi XI-XII əsrlərdən başlayaraq oğuzların Anadolu yarımadasının işğalı, oradakı erməni knyazlıqlarını ləğv etmələri, qatı müsəlmanlar olan oğuzların xristianları sıxışdırmaları ilə bağlı olmuşdur. Lakin gəlmə ermənilərin yaşayış məntəqələrinin adları ermənicə yox, türkcə səslənirdi. Deməli, orta əsrlərdə indiki Ermənistan ərazisində ermənilərin yaşadıqları kəndlərin də adları türkcə idi. Bu fakt bir tərəfdən türk dilinin ermənilər içərisində geniş yayıldığını, digər tərəfdən türk dillilərin çoxluq təşkil etdiyini göstərir.

İndiki Ermənistan ərazisində ermənilər tarix boyu türk dilli əhaliyə nisbətən azlıq təşkil edirdilər. Təsadüfi deyil ki, bütün XVII-XIX əsrlər boyu ermənilərin yaşadığı kəndlərin adları azərbaycanca idi. Oxucu bu faktı lüğətdən aydın görə bilər. Ermənilər həmişə azərbaycanlıların mədəni təsiri altında olmuşdur. Toy adətləri hər bir xalqın ənənəvi mədəni fonduna daxildir. Heç bir yerli xalq başqa xalqın toy adətlərini mənimsəyə bilməz. Lakin ermənilər azərbaycanlıların bir sıra toy adətlərini olduğu kimi işlətməkdədirlər; ha demasi (elçilik vaxtı qızın ailəsinin "hə deməsi"), behtal (elçilik vaxtı oğlan tərəfin qızgildə beh qoyması), nişan (qıza nişan aparılması), şal (nişanda qız üçün şal aparılması), qlaxçik ("başlıq" sözünün ermənicə tərcüməsi, ermənicə qlux "baş" sözündən), vekilper (gəlinin nigah üçün vəkil verməsi), qalankrel (toydan əvvəl tərəflərin qalan, yəni kalım haqda razılığa gəlməsi), makarbaşi (mağarbaşı), xalat, plov, zurna, tamada, bucaq, arakəsmə və s.

Qeyd edilməlidir ki, orta əsrlərdə Anadoludan ermənilərin indiki Ermənistan ərazisinə köçüb gəlmələrində Ağqoyunlu və Qaraqoyunlu hökmdarlarının, I Şah İsmayılın və sonrakı Səfəvi şahlarının, I Şah Abbasın və Nadir şahın fərmanlarla Eçmiadzin kilsəsinə kəndlər bağışlamaları (onların içərisində əhalisi azərbaycanlılardan ibarət olan kəndlər də vardı) və onları vergidən azad etmələri (bax: 134) də müəyyən dərəcədə rol oynamışdır. Erməni kilsəsi bütün əsrlər boyu türk hökmdarlarını, XIX əsrin əvvəllərindən sonra rus çarlarını çox məharətlə ələ almaq bacarığına malik olmuşdur.

Ermənilərin İrəvan əyalətində çoxalması dalğası XVI əsrin axırları və XVII əsrin ortalarına təsadüf edir. Bu, göstərilən vaxtlarda baş vermiş bir tarixi hadisə ilə əlaqədardır. 1588 və 1727-ci illərdə Türkiyə İrəvan əyalətini işğal etmişdi. Səfəvilər dövləti ilə düşmənçilik siyasəti (bu siyasət səfəvilərin şiəlik və Türkiyənin sünnilik təriqətləri ilə bağlı idi) ilə əlaqədar olaraq İrəvan əyalətinin nahiyələrindən çoxlu miqdarda şiə məzhəbli əhali kəndlərini tərk etməli olmuşdu. Məsələn, Türkiyənin 1727-ci ildə bu əyalətə dair müfəssəl dəftərində Sisyan nahiyəsində Haksı, Ağcakənd, Kömür, Kamiyab, Horenduz, Kələdək, Bazarçayı, Dərələyəz nahiyəsində Rind, Qozluca, Kərəkor, Keşişviranı, Urnut, Cəfərli, Qaşqa, Əngüz, Telsin, Ərdalas, Əyrili, Külküt, Ağcavəng, Tərətüm, Ağkimə, Qızqalası, Sədərək qışlağı, Mədrvanis, Dibi, Şahyurdu, Kərəkəlük, Vartapol, Dədəli, Amağu, Toduk, Birək, Pirhəsənli, Salçı, Qalabəyli, Birək, Qoçubəy, Quşçu, Kolanı və b. kəndlərin əhalisinin şiə (qızılbaş) olduqlarına görə köçüb getdikləri qeyd olunmuşdur (bax: 32). Boş qalmış kəndlərdə Türkiyənin şərqindən gəlmə  erməni ailələri yerləşdirilirdi. Müxtəlif vaxtlarda həmin kəndlərdə azərbaycanlı ailələr də məskunlaşırdı. Nəticədə adları türkcə olan kəndlərin əhalisi ermənilərdən ibarət olurdu. XVIII-XIX əsrə aid mənbələrdə İrəvan əyaləti və İrəvan quberniyasının bəzi kəndlərində ermənilərin azərbaycanlılarla qarışıq yaşamaları da bununla izah olunur.

Bir məsələni də nəzərdə saxlamaq lazımdır: lüğətdən göründüyü kimi, Zəngəzur bölgəsinin bir sıra kəndlərinin adları türkcə olduğu halda mənbədə əhalisinin xristian (erməni) olduğu göstərilir. Özlüyündə aydındır ki, əgər bu kəndlər əvvəlcədən ermənilərin yaşadıqları məntəqələr kimi təşəkkül tapsaydı, onda bu məntəqələrin adları da elə ermənicə olmalı idi. Deməli, bu bölgədə ermənilər mənşəcə iki hissəyə ayrılmalıdır: yerli, erməniləşmiş xristian albanlar (albanlar isə türk dillilər idilər) və yuxarıda qeyd etdiyimiz kimi, Türkiyədən və İrandan gəlmə ermənilər.

Ermənilərin çar Rusiyasının təhriki və köməyi ilə xaricdən gələrək azərbaycanlıların yaşayış məntəqələrində məskunlaşması prosesi 1828-ci ildən başlamışdır. XIX əsr boyu və 1918-ci ildə Türkiyədən kütləvi erməni axını ilə davam etmiş bu proses azərbaycanlıların qovulması prosesi ilə yanaşı getmiş və 1988-ci ildə başa çatmışdır.

İKİNCİ HİSSƏ

ERMƏNİSTANDA AZƏRBAYCAN MƏNŞƏLİ TOPONİMLƏRİN  İZAHLI LÜĞƏTİ

Lüğətdən istifadə etdikdə aşağıdakıları nəzərə almaq lazımdır.

1. Tarix boyu ermənilərin (hayların) sabit sərhədlərə malik dövlət qurumları olmamışdır. Eramızın 54-cü ilində Orta Asiyanın Parfiya dövlətində Arşak sülaləsinin yan qolu Ərməniyədə hakimiyyəti ələ almış və IV əsrin sonlarınadək orada hökmranlıq etmişdir. Ara-sıra siyasi qabarmalar və çəkişmələr nəzərə alınmazsa bu sülalənin hakimiyyəti vaxtında da Ərməniyənin sərhədləri sabit deyildi. IV əsrdən sonra İran və Bizans arasında bölüşdürülmüş Ərməniyənin İrana məxsus hissəsi İran canişinliyi, Ərəb xilafəti vaxtında Ərəb canişinliyi idi. XVI-XVII əsrlərdə İrəvan əyaləti, XIX əsrin əvvəllərinə qədər İrəvan xanlığı və XIX əsrdə İrəvan quberniyası vaxtlarında da sərhədlər indiki Ermənistanın sərhədləri ilə üst-üstə düşmür. Əyalət, xanlıq və quberniya indi Naxçıvan MR-ə aid ərazinin bir hissəsini də əhatə edirdi. Lakin 1918-1919-cu illərə qədər Azərbaycana məxsus olmuş Zəngəzur qəzasının, Borçalı və Qazax qəzalarına məxsus ərazinin müəyyən hissələri indi Ermənistanın tərkibindədir. Ona görə də lüğətdə vaxtilə İrəvan əyalətinin, İrəvan xanlığının və İrəvan quberniyasının tərkibində olmuş Naxçıvan MR ərazisinin toponimləri lüğətə daxil edilməmişdir; əksinə, Zəngəzurun Ermənistana aid hissəsinin, Borçalı və Qazax qəzalarının 1918-ci ildən sonra Ermənistana qatılmış hissələrinin toponimləri lüğətdə əksini tapmışdır. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, son iki min ildə Ermənistan ərazisi konkret sərhədlərə malik ölkə olmadığına görə, bu ölkədəki türk toponimlərinin dəqiq miqdarını müəyyən etmək olmur.

2. Lüğət əsas etibarilə 1588-ci ildən 1988-ci ilə qədər Rəvan əyalətinin (1590), İrəvan əyalətinin (1728), İrəvan xanlığının və İrəvan quberniyasının, əlavə Yelizavetpol (Gəncə) quberniyasının Borçalı qəzasının 1918-ci ildən sonra Ermənistana qatılmış hissələrinin adlarını əhatə edir.

Göstərilən qurumlarda (əyalət, xanlıq və quberniyada) əksəriyyət təşkil etmiş Azərbaycan türklərindən başqa ermənilər, kürdlər, aysorlar və başqa azlıqlar (qaraçılar, yunanlar) yaşamışlar. Lakin diqqəti bu cəhət cəlb edir ki, bu qeyri-türk etnoslarının hamısının yaşayış məntəqələrinin adları da türk mənşəlidir. Deməli, indiki Ermənistan ərazisində yaşamış etnosların etnik mənsubiyyətləri ilə onların yaşayış məntəqələrinin adlarının dil mənsubiyyətləri arasında fərq vardır, yəni bu və ya digər yaşayış məntəqəsinin əhalisi müxtəlif dillərdə danışdığı halda, həmin yaşayış məntəqələrinin adlarının demək olar, hamısı azərbaycancadır. Bu xüsusiyyət onunla bağlıdır ki, əvvələn, indiki Ermənistan ərazisində türk dilli əhali yerlidir; ikinci, türk dilli əhali tarix boyu indiki Ermənistan ərazisində əksəriyyət təşkil etmişdir; üçüncü, haylar və qeyri-azlıq təşkil edən xalqlar qismən gəlmələrdir, qismən isə türk dilli əhalinin dilinin o dərəcədə təsiri altında olmuşlar ki, toponim yaradıcılığı, yəni yaşayış məskənlərinə advermə prosesi Azərbaycan dili əsasında baş vermişdir. Orta əsrlərdə adları türkcə olan yaşayış məntəqələrinin bəzilərində haylar yaşayırdılar. Bu göstərir ki, ya onlar oralara gəlmədir, ya da həmin yaşayış məntəqələrinin adlarını yaratdıqda azərbaycanca coğrafi terminlərdən istifadə etmişlər. Ümumiyyətlə, qeyd olunmalıdır ki, erməni dilində sami mənşəli berd, qədim fars mənşəli abad, kert, sar və s. terminlər nəzərə alınmazsa, toponim yaradıcılığı üçün istifadə oluna bilən coğrafi terminlər çox azdır. Bəzi erməni mənşəli toponimlərdəki dzor "dərə" sözü isə erməni tədqiqatçısı Q.Kapansyanın yazdığına görə Urartu dilində tar(a)  - "dərə" sözündəndir (bax: 106).

3. Ermənistan ərazisində toponimlərin əksəriyyəti (1590-cı ildə və 1728-ci ildə türkcə siyahıyaalmada əksini tapmış adlar istisna olunmaqla) erməni və rus dillərində olan mənbələrdən götürülmüşdür. Bu dillərdə müəyyən səslərin (ə, ö, ü) olmaması, erməni dilində sözlərdə saitlərin düşümü, rus dilində "h" səsinin yoxluğu üzündən bu səsin "q" və "x" ilə verilməsi və nəticədə,  onun köklü "q" və "x" səsləri ilə qarışması və nəhayət, yerli türk mənşəli adların zaman keçdikcə təhrifə məruz qalmaları toponimlərin ilkin formalarını bərpa etməyə çətinlik yaradır ki, bu da öz növbəsində onların mənalarının üzə çıxarılmasını çətinləşdirir. Ona görə də bəzi toponimlərin mənalarını aydınlaşdırmaq mümkün olmamışdır.

4. İndiki Ermənistan ərazisində toponimlərin müəyyən hissəsi orta əsrlər boyu davam etmiş siyasi hadisələrlə əlaqədardır. Başqa sözlə, bir sıra adlar türk tayfalarının və ermənilərin yerdəyişmələri, köçürülmələr və s. nəticəsində başqa bölgələrdən, xüsusilə, Ön Asiyadan və Kiçik Asiyadan gətirilmələrdir. Ona görə də belə toponimlərin mənşəyi də təyin olunmamış vəziyyətdə qalmışdır.

5. XIX-XV əsrlərdən başlayaraq indiki Ermənistan ərazisində müxtəlif inzibati ərazi-bölgü vahidlərinin (nahiyə, mahal, qəza, Sovetlər dövründə - rayon) mövcudluğu və ərazi vahidlərinin sərhədlərinin dəyişməsi bəzi toponimlərin lokalizəsini çətinləşdirir. Ona görə lüğətdə təkrar adlar ola bilər.

6. Nəhayət, müəlliflər hər bir toponimi verərkən onun yerləşdiyi inzibati ərazi bölgüsünü (əyalət, xanlıq, qəza, rayon) mənbələrdə və ədəbiyyatda olduğu kimi saxlamışlar.

Təqdim olunan lüğət indiki Ermənistan ərazisində türk mənşəli adların tədqiqi sahəsində ilk təşəbbüsdür. Buna görə də lüğətdə çatışmazlıqların ola bilməsi təbiidir. Əgər bu lüğət gələcək tədqiqatçılar üçün bir örnək ola bilsə, deməli, biz məqsədimizə nail olmuşuq.

Lüğətin yazılması üçün Türkiyənin İstambul şəhərinin Başbakanlık Arxivindəki 1590-cı və 1728-ci illərə aid türkcə arxiv mənbələrini bizə Azərbaycan EA Şərqşünaslıq İnstitutunun Elmi katibi Hüsaməddin Məmmədov vermişdir (mənbə Bakıya mərhum akad. Ziya Bünyadov tərəfindən gətirilmişdir). Bu xeyirxahlığa görə Hüsaməddin müəllimə səmimi minnətdarlığımızı bildiririk.

 

ABANA - İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı [23, 58]. Kənddə 17 müsəlman (azərbaycanlı) ailəsi yaşayırdı (mənbədə ailələrin başçılarının adları çəkilmişdir). [32, 257]. Gürcüstanda üç Abano, Abanoeti, Abanosxevi Грузинская ССР. Адмиинстративно-территориальное деление Tbilisi. 1966. s. 148). Batum əyalətinin Artvin dairəsində Avana (133, 2) və Dağlıq Qarabağda Evan (bax: 79, 78) kənd adları ilə  sıra təşkil edir. Qədim türk mənşəli Aban tayfasının adındandır  (Bax: Avan və Qafan).



ABARAN - İrəvan xanlığında mahal adı  [159]. Mahal xanlıqdan əvvəl İrəvan əyalətinin Abaran nahiyəsini [170, 12] əhatə edir. Nahiyə oradakı Baş Abaran kəndinin və Abaran çayının adı ilə adlanırdı. 1935-ci ildə Aparan adlandırılmışdır. 1939-cu ildən Aparan rayonunun və mərkəzinin adıdır. Orta əsrlərdə ermənicə yazılışı Aparan idi [57, 71]. Lakin 1590-cı ilə aid türkcə mənbədə Abaran kimidir [169]. XVIII əsrin ortalarına aid ermənicə mənbədə Abaranda ermənilərin yaşadığı göstərilsə də [150] toponim ermənicə deyildir. XIX əsrdə Şimali Qafqazda Kuban əyalətinin Maykop dairəsində Abarançay [133, 1], Azərbaycanda Avarandaq (Qusar r-nu), Avaran kəndi (Xaçmaz r-nu) toponimləri ilə mənşəcə eynidir. Abaran qədim türk mənşəli tayfanın adıdır və mənşəcə Abar (Avar) tayfası ilə bağlıdır. Eramızın II-III əsrlərində Kür sahilində Obaren adlı tayfanın yaşaması qeyd olunur (51, 97). V əsr erməni müəllifi Yeqişe Balasakanda yaşayan bir tayfanın "Aparn" adlandığını yazmışdır. (Егише. О Вардане и армянские войны. Пер. С др. армянского Е.Тер Минасяна. Ереван, 1957, с.115.) Hər iki etnonim Abar (Avar) tayfasının adını əks etdirir.

Cənub-Şərqi Avropa çöllərində hunlarda Abar (Avar) tayfasının adını V əsr müəllifi Prisk Paniyski 463-cü ilə aid hadisələrdə çəkmişdir. 555-ci ildə Qərbi Türk xaqanlığının sərkərdəsi İstəmi Dərbənd keçidi ilə Albaniyaya (Arrana) gəldikdə burada abarlarla toqquşmuşdu [84, 35]. X əsrdə xəzərlərin tayfaları içərisində (abar, abas, uquz, tarna, bizal və s.) abar tayfası da vardı [63, 237]. Ona görə Abaran (ermənicə yazılışı Aparan) toponiminin erməni dilində aparan - "saray" sözündən ibarət olması fikri qondarmadır. Abaran adlı türk mənşəli tayfanın mövcud olması XVI əsrdə Rəvan əyalətində Abaranoğlu (bax) kəndinin adı ilə də təsdiqlənir.

ABARAN - Alagöz (Ələyəz) və Pəmbək dağ silsilələri arasında Kasax (əsli Qazax) çayının yuxarı axınında yaylaq adı (60, 64). Qədim türk mənşəli Abaran tayfasının adını əks etdirir.

ABARAN - İrəvan quberniyasının İrəvan qəzasında çöl adı (133, 1). Ələyəz dağının qərb hissəsində ovalıq adıdır.

ABARAN -İrəvan xanlığının Abaran mahalında çay adı [159]. Abaransu da adlanır. Alagöz dağından (bax) başlanan və Zəngiçaya qarışan hissəsi Kasax (Qazax) çayı (bax) adlanır. Qədim türk mənşəli Abar tayfasının adını əks etdirir.

ABARAN - İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı. [23,88]. Qədim türk mənşəli Abaran tayfasının adını əks etdirir.

ABARANOĞLU - Rəvan əyalətinin Abaran nahiyəsində kənd adı [167, 232]. Kəndin adı "Abaran tayfasına mənsub", "Abaran tayfasından olanlar" mənasındadır.

ABBASABAD - İrəvan xanlığının Vedibasar mahalında kənd adı [159]. 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır [159].

Yaşayış məntəqələrinin adlarında "Abbas" və "Abas" komponentlərinin mənşəyini dəqiqliklə müəyyən etmək çətindir. Toponimlərdə bu söz həm ərəb mənşəli Abbas şəxs adı, həm də xəzərlərin Abas tayfasının adı ola bilər (Qaraqalpaqlarda bir tayfa Abas adlanır). İranda, Azərbaycanda və Ermənistanda orta əsrlərdən bəri yaşayış məntəqələrinin adlarında fəal iştirak edən abad sözü isə fars dilində "yaşamaq üçün hər cür şəraiti olan yer", "adam yaşayan yer" mənalarındadır. Azərbaycanda ilk dəfə VII əsrdən məlum olan Ordubad toponimində əksini tapmış bu söz İranın toponimiyasında III-IV əsrlərdən məlumdur.

ABBASABAD -  İrəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [23, 70]

ABBASABAD - İrəvan xanlığının Sürməli qəzasında kənd adı 1828-1832-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır [159].

ABBASDƏRƏSİ  - Ermənistanın Qafan r-nunda kənd adı.  1905-1906-cı illərdə  ləğv edilmişdir.

ABBASDƏRƏSİ - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Ermənistanın İcəvan rayonunda) qışlaq adı. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır. "Abbas dərəsi" dərəsinin adını əks etdirir.

ABBASDƏRƏSİ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus rayonunda) kənd adı. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır.

ABBASKƏNDİ  - İrəvan əyalətinin Maku nahiyəsində kənd adı [23, 40].

ABBASGÖLÜ - İrəvan xanlığının Dərəkənd Parçenis mahalında kənd adı [159]. Digər adı Güllücə (dəqiqi: Göllücə). 1828-1832-ci illərdə kənddə xaricdən gəlmə ermənilər yerləşdikdən sonra əhali qarışıq yaşamışdır. 1886-cı ildə kəndin əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət idi. 1988-ci ildə azərbaycanlılar oradan qovulmuşdur. Tam adı - Abbasgöl-qışlaq. Qışlaq gölün adı ilə adlanmışdır.

ABBASGÖL MƏZRƏSİ -  İrəvan əyalətinin Sürməli nahiyəsində kənd adı [23, 64].  Bu toponimin "Abbas" hissəsi türk dillərində abıs "keşiş", "dindar"(143,I,629) sözündən təhrifdir. Abbasgöl "Keşiş gölü" mənasındadır, məzrə isə gölün adı ilə adlanmışdır.

ABBASLAR - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus rayonunda) kənd adı. XX əsrin 30-cu illərində kollektivləşmə  ilə əlaqədar olaraq kənd dağılmışdır. Abbaslar kəndin əsasını qoymuş nəslin adıdır.

ABDALAĞALU - İrəvan quberniyasının Novobayazid qəzasında (indi Martuni rayonunda) kənd adı [133, 1]. Yerli tələffüz forması Avdalağalı. 1935-ci ildə kənd ermənicə Vaqaşen adlandırılmışdır. 1948-ci ildə kəndin əhalisi Azərbaycana köçürülmüş və ermənilər yerləşdirilmişdir. Ehtimal ki, Sürməli qəzasındakı Avdalağalu qalasının adındandır  (Bax: Avdalağa).

ABDALLAR - İrəvan xanlığının Karpibasar mahalında kənd adı [159]. 1590-cı ilə aid mənbədə Abdallar məzrə ("əkin yeri") adıdır [169, 200].  Qəryə (kənd) adıdır [170, 63]. Həmin mənbədə kəndin İrəvan əyalətinin Karbi nahiyəsində Maçdərə kəndinin yaxınlığında yerləşdiyi qeyd olunur [23, 94] və onun "Kasim vələdi Yusif" adlı bir şəxsə (mülkədara) məxsus olması göstərilir [170, 63]. 1828-1832-ci illərdə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır [159]. Türkiyə və Ermənistan ərazisində çoxlu toponimlərdə əksini tapmış "abdal" komponentinin mənasını bütün hallarda müəyyən etmək çətindir. Qədim türk tayfalarından biri Abdal (Ağhun) adlanmışdır.  Abdal adlı tayfa başqırdlarda, qaraqalpaqlarda, qazaxlarda və türkmənlərdə vardır (bax: 78, 59). (bu barədə geniş məlumat üçün bax: 77). V.A.Qordlevski yazmışdır ki, Abdal tayfası orta əsrlərdə Türkiyədə güclü ictimai-siyasi qruplardan idi [83, 108-108]. Lakin XV-XVI əsrlərdə İranda və Türkiyədə Sufi təriqətinin üzvləri də abdal (ərəbcə bədəl sözündən) "mömin", "zahid", "müdrik" adlanırdı. (I Şah İsmayıl Xətaidə: "Sufiyəm təriqətdə, həqiqətdə abdalam"). Səfəvi şahları dərviş-abdallara Ermənistan və Azərbaycan ərazisində torpaqlar bağışlayırdılar. Lakin bu kəndin adı məhz Abdal etnonimini əks etdirir. Dağlıq Qarabağın Vərəndə mahalında Abdal kəndi [171],  XIX əsrdə Zəngəzur qəzasında Abdallar (digər adı Oruclu) kəndi, Ordubad rayonunda Abdal dağ adı, Ağdam və Tovuz rayonlarında Abdal kənd adı, XIX əsrdə Şimali Qafqazın Ter əyalətində Abdal dağı [133, 1] toponimləri (bax: 77) də qədim türk mənşəli Abdal (Ağ hun) tayfasının [65, II,  I, 180] adı ilə bağlıdır. Bu tayfa V-VI əsrlərdə Orta Asiya, Əfqanıstan və Çin Türküstanını əhatə etmiş bir  dövlətin başçısı Eptalın adı ilə adlanmışdır. Bu çara mənsub pul üzərində "Xionların (yəni hunların - Q.Q.) çarı Eptal" sözü oxunur. VI əsrin ortalarında Şimali Qafqazda "Hun ölkəsində" yaşayan bir tayfa Abdel kimi qeyd olunmuşdur [140; bax: 77]. 1905-1906-cı illərdə ləğv edilmişdir. Qarabağ düzündə Həsən Abdallı elinin yaşadığı göstərilir [bax: 167].

ABDALLAR ULYA - İrəvan əyalətinin Qarni nahiyəsində kənd adı [170, 85].  Abdal etnonimindən və ərəbcə ulya - "yuxarı" sözündən ibarətdir.

ABDULABAD - İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı (133, 1). İrəvan xanlığının Qırxbulaq mahalında Abdulabad kimidir [170, 5]. Oradakı "Abdul dərəsi" adlı gölün kənarında qışlaq əsasında yaranmışdır. "Abdul (dərəsi)" toponimindən və abad  - "kənd" sözlərindən ibarətdir.

ABDUL DƏRƏSİ - İrəvan quberniyasının Eçmiadzin qəzasında göl adı (133, 1).

ABDURRƏHİMLİ - İrəvan xanlığının Qarnibasar mahalında kənd adı. 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır [159]. Ehtimal ki, Abdurrəhimli kəndin əsasını qoymuş nəslin adıdır.

ABDURRƏHMAN - İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı [133]. 1918-1919-cu illərdə əhalisi qovulduqdan sonra ermənilər yerləşdiril-mişdir. 1949-cu ildə kənd ləğv edilmişdir. Tam adı "Əbdürrəhman məzrəsi"dir [169, 86]. Bu məzrə (əkin yeri) əvvəlcə "Qaynarca" adlanmışdır [170, 44]. Abdurrəhman məzrənin və sonra orada yaranmış kəndin sahibkarının adıdır. (Bax: Əbdürrəhman).

ABDURRƏHMANLI - İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı [170, 58]. Mənbədə kəndin həm də Əkinli adlandığı göstərilir (yenə orada).

ABDUTƏPƏ - İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı [133]. Hünd. 1723 m.-dir.  Yerli tələffüz forması - Avdıtəpə. Abdu (Əbdi) şəxs adından və təpə sözündən ibarətdir.

ABİ BÜLBÜL  - İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [23, 125]. "Şiştəpə kəndinin yaxınlığındadır"(yenə orada).

ABİ-SİYAH  - İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı [170, 4]. Asəcə (bax) kəndində "Abi Siyah" ("Qarasu") adlı yerdə yaranmış məntəqədir (yenə orada).

ABGƏZ - Mehri r-nunda kənd adı. XX əsrin 30-cu illərində ləğv olunmuşdur.

ABNİK - Rəvan əyalətinin nahiyələrindən birinin adı [169, 254]. Orta əsrlərdə Sürməli (bax) mahalının və Sürməli qəzasının qədim adıdır. ("Kitabi-Dədə Qorqud" eposunun III boyunda Evnik kimidir). XVI əsrə aid hadisələrlə əlaqədar olaraq Anadolunun şərqində Pasin (Basin) yaxınlığında Avnik qalasının adı çəkilir [160, 194]. Qədim türk mənşəli Aban tayfasının adındandır  (Bax: Avan və Qafan; bax: Çivandərə).

ABO - İcəvan rayonunun Qaradaş (ermənicə Sevkar) kəndindən 3 km. aralıda dağ adı.

ABOVA- Ermənistanın Quqar (1969-cu ildən Tumanyan) rayonunda qışlaq adı.  XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq dağılmış-dır. Əsli "Aboevi". Abo şəxs adından və oba yaxud ev  - "dayanacaq", "düşərgə" (93, 162) sözündən ibarətdir.  (Bax: Alpevi)

AVAZENİK - İrəvan əyalətinin Dərəçiçək nahiyyəsində kənd adı (170, 12). Mənbədə Avazank kimidir (150, 362). Azərbaycanca Avazan kənd adının ermənicə yazılış formasıdır. XX əsrin 50-ci illərində kənd dağılmışdır.

AVAN - İrəvan xanlığının Qırxbulaq mahalında kənd adı [159]. 1918-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir [20, 103]. İlk dəfə VI əsrdən məlumdur. Bu kənddə 590-611-ci illərdə Bizans tərəfdarı olan katolikos otururdu. Mənbədə kəndin "İsmayıl vələdi Abdullah" adlı bir şəxsə (mülkədara) məxsus olduğu  [170, 24] və orada türklərin yaşadığı qeyd olunur (yenə orada). Lakin 1886-cı ilə aid məlumatda kəndin əhalisinin erməni olduğu yazılmışdır.

XVIII əsrin ortalarına aid ermənicə mənbədə bu kəndin Qatar-Göl monastırına mənsub olması göstərilmişdir [150, 358]. (Bax: Qatargöl). XIX əsrdə Türkiyədə Avanos ("os" yunan dili mənşəli şəkilçidir) qəzası (80, 12), XVIII əsrin ortalarında İrəvan əyalətinin Qarni nahiyəsində Avanik [150, 358], Batum əyalətinin Artvin dairəsində Avana, Tiflis quberniyasının Telavi qəzasında Avanis-Xevi ("Avan dərəsi"), həmin quberniyanın Borçalı qəzasında Ovandərə, Şimali Qafqazda Ter əyalətinin Nazran dairəsində Oban [133], Dağlıq Qarabağda Evan kənd adları ilə sıra təşkil edir. Alban tarixçisi Musa Kalankatlı  VI əsr hadisələri ilə əlaqədar olaraq Dəbil (Dvin) yaxınlığında Avan məntəqəsinin adını çəkir ("Alban tarixi", II kitab, 48-ci fəsil). Mənbədə Çuxur-Saad vilayətində Avanasar (Avan və əsli ərəbcə hasar - "qalaça" sözlərindən idarətdir) kənd adı qeyd olunur [134, 188]. Bu kəndin adı ehtimal ki, əhalinin hərəkəti ilə əlaqədar olaraq Şərqi Anadoludan gətirilmişdir. Anadolunun Van əyalətindəki Avan mahalının adı çəkilir [57, 380] (Ərzrum əyalətində Avan haqqında bax - 159, 21). Bütün bu toponimlər ehtimalımıza görə,  er. əv. VII əsrdə sakların tərkibində  qarqarlarla yanaşı gəlmiş Aban tayfasının adını əks etdirir. (bax: 79, 78). Erməni tədqiqatçılarının ümumiyyətlə Avan toponimini erməni mənşəli saymaları düz deyil, ona görə ki, erməni dilində avan (əsli qədim fars dilində avahana - "kənd" sözündəndir) sözü, məsələn, Azərbaycan dilindəki "kənd", fars dilindəki "abad", "deh" (kənd) sözləri kimi, ayrılıqda yaşayış məntəqəsinin adına çevrilə bilməz. Ərəb mənbələrində İranın Şiraz-Kirman yolunda Aban məntəqəsinin adı da məlumdur [73, 72]. Onun Urartu dilindəki ebani  - "ölkə" sözündən ibarət olduğunu da demək çətindir, çünki həmin dildə bu söz yalnız mürəkkəb toponimlərin sonlarında işlədilmişdir (bax: 89, s.144) və F.Cəlilovun doğru olaraq yazdığı kimi [42, 40],  Urartu dilindəki ebani sözünün özü qədim türkcə oba (uba) və Urartu dilində "ini" şəkilçisindən ibarətdir.

Azərbaycanın toponimiyasında sonu "van" komponenti ilə bitən çoxlu yaşayış-məntəqə adları vardır: Naxçıvan, Bəcrəvan, Ərkivan və s.  Yaşayış məntəqəsi mənasında "van" sözü ilk dəfə Albaniyada VI əsrdə İrandan köçüb gəlmə fars mənşəli Mehranilər (Cavanşirin nəsli) tərəfindən VI əsrdə tikilmiş Mihravan şəhərinin adında öz əksini tapmışdı. Bu toponimlərdə "van" sözü mənşəcə orta fars dilinə aid olmaq etibarilə "ölkə", "yer" mənalarındadır. (Qədim fars dilində van və avan sözləri haqqında bax: Sh. Bartholomae. Altiranisches Werterbuch. Strassburg, 1904, s. 1350, 1353). Erməni dilində vank (və azərbaycanca vəng) "monastır" sözü də mənşəcə qədim fars dilində "van" sözündəndir. Q.Kapansyan erməni diilində avan sözünün hürrit mənşəli olduğunu yazır [106, 76]. Lakin Xristian Bartolomeyə ( göst. lüğəti, c.2353)  görə  avan sözünün qədim forması məkan bildirən "van" sözüdür.

AVAN - Rəvan əyalətinin Karbi nahiyəsində kənd adı [169, 92]. "Əhalisi Qaracalar əşirətindəndir" [23, 89]. Bax: Avan və Qafan.

AVANİK - Rəvan əyalətinin Qarni nahiyəsində kənd adı [169, 204]. II Şah İsmayılın fərmanında Ararat vadisində Avanik kəndinin adı çəkilir [134, 188]. Avan etnonimindən və ermənicə "-ik" şəkilçisindən ibarətdir. (Bax: Avan və Qafan.)

AVANLIBULAQ - İrəvan əyalətinin Qarni nahiyəsində məzrə (əkin yeri) adı [170, 82]. Avanlı (əsli Abanlı) etnonimindən və bulaq sözündən ibarətdir.

AVARAN- İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı. (133, 1). Qədim türk mənşəli Abar tayfasının adını əks etdirir. (Bax: Abaran)

AVDAL - Abovyan rayonunda kənd adı. Abdal toponiminin fonetik formasıdır. 1590-cı ilə aid mənbədə Viran-Abdal kimidir [169, 64]. XIX əsrdə Qars əyalətinin Kağızman dairəsində Avdal kəndi, həmin əyalətin Ərdahan dairəsində Avdal kənd xarabalığı, Yelizavetpol (Gəncə) quberniyasının Cəbrayıl qəzasındakı Abdal kəndinin (133, 2) adları ilə mənşəcə eynidir. Qədim türk mənşəli Abdal (Ağ Hun) tayfasının adını əks etdirir. (Bax: Abdallar)

AVDALAĞA - İrəvan quberniyasının Sürməli qəzasında qala xarabalı-ğının adı (133, 3).

AVDALLAR - İrəvan xanlığının Qırxbulaq (orta əsrlərdə Kotayk) mahalında (indi Abovyan rayonunda) kənd adı [159]. 1918-ci ildə kəndin əhalisi qovulmuş və 1915-1918-ci illərdə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Hatsavan adlandırılmışdır. 1922-ci ildən sonra geri qayıtmış azərbaycanlılar 1949-1951-ci illərdə Azərbaycana köçürülmüşdür. Ehtimal ki, qışı Mil-Qarabağ düzlərində, yayı İrəvan əyalətində keçirən Təklə tayfasının (167) Əvdəllər (əsli Abdallar) qolunun (bax: М.Авдеев. Мильско-Карабахская степь, с.32) adını əks etdirir. 1590-cı ildə mövcud olmuş "Abdallar məzrəsi" [169, 200] əsasında yaranmışdır. Əsli -  Abdallar. Qədim türk mənşəli Abdal tayfasının adını əks etdirir.

AVDİBƏK - Spitak rayonunda kənd adı. Yerli tələffüz forması -  Əvdibəy. XIX əsrin 70-ci illərindən sonra əhalisi qarışıq kəndlərdən idi. 1886-cı ildə kəndin əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət olmuşdur. 1918-1919-cu illərdə azərbaycanlılar qovulmuşdur. 1939-cu ildə kənd ermənicə Tsaxkaşen, 1967-ci ildə Tsaxkabert adlandırılmışdır. Toponimin iki cür izahı verilə bilər. 1. Kəndin adı Avdibəy şəxs adındandır; 2. Avdi şəxs adından və qədim türkcə bək - "təpə" (143, IV c., 754) sözündəndir. Türk dillərindəki bək sözü mənbədə Dağlıq Qarabağda Petrosabak (Petros şəxs adından və bək - "təpə" sözündən) [82], XIV əsrdən [107] məlum olan Gədəbəy (türk dillərində gədə -  "qaravul", "gözətçi", "keşikçi" və bək "təpə" sözlərindən), XIX əsrdə Şimali Qafqazda Kazbek, Xurqabək dağı [133. 108, 270] oronimlərində, habelə Dağlıq Qarabağda Qoçbək, Ermənistanda Pəmbək (bax) dağ adlarında əksini tapmışdır. (Bax: Baku-göl)

ABDITƏPƏ - Şirak düzündə hünd. 1723 m. olan dağın adı. (Bax: Abdutəpə)

AVSARLU - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indiki Ermənistanın Qafan rayonunda) kənd adı (60, 61). 1950-ci illərdə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır.

AVTANDİL TALASI - Şəmməddin (Berd) r-nunda qışlaq adı. 1930-cu ildə ləğv edilmişdir.

 

AVŞAR - İrəvan xanlığının Vedibasar mahalında kənd adı [159]. Mənbədə "Avşar-Yerli" kimidir [170, 42]. Digər adı - Kəl-Balavan [20, 218]. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişlər. 1928-ci ildən sonra geri qayıtmış azərbaycanlılar 1949-1950-ci illərdə Azərbaycana köçürülmüşlər [20, 219]. Səlcuq oğuzlarının Avşar tayfasının adını əks etdirir. Bu tayfanın adı Mahmud Qaşqarlının (XI əsr) və Fəxrəddin Mübarəkşahın (XIII əsr) əsərlərində Afşar, Rəşid əd Dinin (XIV əsr) və Əbülqazi Xan Xivəlinin (XVII əsr) əsərlərində Avşar kimidir. XIV-XVII əsrlərdə Anadoluda bu etnonimin hər iki forması vardı (bax: "Türk dünyası tarixi" dərgisi, İstanbul, 1996, № 119). XVI əsrdə Səfəvilər dövlətinin Qızılbaş tayfalarından biri kimi bu tayfanın adı yalnız Əfşar kimidir. XV-XVI əsrlərdə bu tayfanın bir hissəsi qızılbaşlara qoşulduğuna görə Səfəvi şahları onlara Azərbaycanda və Ermənistanda ərazilər vermişdilər [138, 92]. (Bax: Afşar) Türkiyədə Avşar adlı 86 kənd vardır (34, 409).



AVŞAR - İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [23, 134]. "Qasımkənd də adlanır" (yenə orada).

AVŞAR MƏRDANQULU - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [23, 134]. Mərdanqulu adlı şəxsə (dövlət məmuruna, yaxud mülkədara) məxsus avşarlar mənasındadır.

AVUŞ - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı [133]. 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır [159]. Türk dillərindəki auş - "dinc", "sakit" sözündən ibarət olması güman edilir. Naxçıvandakı Avuş dağının adı ilə mənaca eynidir.

AĞABAŞ - Rəvan əyalətinin Sisyan nahiyəsində kənd adı [169, 362]. Ehtimal ki, Ağa şəxs (yaxud seyid) adından və farsca bəş - "əkin yeri" sözündəndir. Ermənistandakı "ağ" və "ağa" sözləri ilə başlayan çoxlu yaşayış- məntəqə adları ilə əlaqədar bir məsələni nəzərdə tutmaq lazımdır. Tədqiqat göstərir ki, toponimlərdə "ağa" formasını kəsb etmiş söz bəzi hallarda əslində əxi (ərəbcə "qardaş") sözündən ibarətdir. Orta əsrlərdə Şərqi Anadoluda, Ermənistanda və Azərbaycanda çoxlu əxi dini cəmiyyətləri və zaviyələri vardı. Əxilər şeyxlər idilər. Onların cəmiyyətləri feodal zülmünə qarşı çıxır və sənətkarların mənafelərini müdafiə edirdi. XV əsrdə Anadoluda əxi (dərviş) cəmiyyətləri geniş yayılmışdı. Şeyxlər vasitəsilə əxilər Yaxın Şərqin dərviş və sufi ordenləri ilə əlaqə saxlayırdılar. Türkiyə və Azərbaycan hökmdarları əxilərə torpaq sahələri, kiçik məntəqələr bağışlayırdılar. Faruk Sumer bu münasibətlə yazır ki, əxilər siyasi baxımdan bir zümrə idilər (34, 173). Ermənistandakı çoxlu "ağa" (əsli əxi), "dərviş" və "şeyx" sözləri ilə başlayan kənd adları da bununla bağlıdır. Lakin "əxi" sözü danışıqda təhrif olunaraq bəzi hallarda  "ağa" şəklinə düşdüyünə görə, bütün hallarda onu rəng bildirən ağ və şəxs adını bildirən Ağa sözlərindən ayırmaq çətindir. Ona görə də Ağabaş kənd adı Əxibəş ("əxiyə məxsus əkin yeri") mənasında da ola bilər. (Bax: Ağbaş)

AĞABƏK - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı [133]. Ağabək şəxs adındandır. XIX əsrin sonlarından sonra mənbələrdə adı çəkilmir.

AĞAVYER - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı [133, 3] 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Yerli tələffüz forması Ağbəridir. Naməlum "aqav" və Azərbaycan dilindəki "yer" sözlərindən ibarətdir. XIX əsrdə Eçmiadzin qəzasında Aqavnatun (1441-ci ildən bu kənd Eçmiadzin kilsəsinin vəqfi idi - 150, 172) və Yelizavetpol quberniyasının Zəngəzur qəzasında Aqavyurd kənd adlarındakı "aqav" sözü ilə eynidir.

AQAVYURD - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı [33, 3].

AĞ AĞA - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı [133]. 1918-ci ildə azərbaycanlı  əhalisi qovulduqdan sonra kənd dağılmışdır.

AĞAQIŞLAĞI - 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nahiyəsində kənd adı [23, 120]. Ağa adlı şəxsə (yaxud əxiyə) məxsus qışlaq mənasındadır.

AĞAQÇI - İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı. Digər adı - Ağa-Kiçik [133, 3]. 1886-cı ilə aid məlumata görə kəndin əhalisi azərbaycanlılar və ermənilər idi. 1918-ci ildə azərbaycanlılar qovulmuşdur. 1920-ci ildə kənddə ermənilər yerləşdirilmişdir. 1967-ci ildə kənd ermənicə Tsovasar adlandırılmışdır. XIX əsrdə İrəvan quberniyasının Aleksandropol qəzasında Aqay-oğlu məzrəsinin adı, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasındakı Aqay, Şimali Qafqazda Ter əyalətinin Qızıl-Yar dairəsindəki Aqay-Biqan, Aqay-Buruk kənd adları, Ter əyalətinin Xasavyurt dairəsindəki  Aqay-Qol çay adı [133, 3] və toponimlərlə sıra təşkil edir. Mənası məlum deyil.

AĞADƏRƏSİ - İrəvan xanlığının Qırxbulaq mahalında kənd adı [159]. 1946-cı ildə kənd ermənicə Katnaxpuyr adlandırılmışdır. 1948-1949-cu illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür. Ağa şəxs adından və dərə sözündən ibarətdir.

AĞADİ MEHRƏLİ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı [133]. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Ağa şəxs adından (yaxud əxi) və farsca deh -"kənd" sözlərindən ibarətdir. "Mehrəli adlı şəxsə məxsus Ağadi" mənasındadır. (Bax: AğUdi)

AĞAZOR- İrəvan quberniyasının İrəvan qəzasında kənd adı (133,3). 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişlər [159]. 1728-ci ilə aid türkcə mənbədə kəndin Həsən adlı şəxsə (mülkədara) mənsub olması qeyd olunur ("Timari Həsən karye-i Aqadzor" - 170, 25). XVIII əsrin əvvəllərinə aid ermənicə mənbədə (150, 358) Aqasor kimidir. Bu göstərir ki, kəndin adında ermənicə dzor -"dərə" sözü yoxdur, əks halda ermənicə yazılışda Aqasor yazılmazdı. Lakin erməni tarixçisi toponimi Aqazor götürərək ruscaya Alidzor kimi çevirmişdir (57, 216). Kəndin adı  "Kitabi-Dədə Qorqud" eposunda adı


Katalog: Language

Download 2.08 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13




Download 2.08 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



ErməNİstanda azərbaycan məNŞƏLİ toponiMLƏRİN İzahli lüĞƏTİ 1

Download 2.08 Mb.