• TARİX SUSAN DEYİL
  • ErməNİstanda azərbaycan məNŞƏLİ toponiMLƏRİN İzahli lüĞƏTİ 1




    Download 1,35 Mb.
    bet1/2
    Sana24.03.2017
    Hajmi1,35 Mb.
    #1841
      1   2



    ERMƏNİSTANDA AZƏRBAYCAN MƏNŞƏLİ TOPONİMLƏRİN İZAHLI LÜĞƏTİ 1


    http://budaqbudaqov.com/index.php?option=com_content&view=category&layout=blog&id=77&Itemid=78

    1948-1953-cü İLLƏRDƏ AZƏRBAYCANLILARIN ERMƏNİSTAN SSR ƏRAZİSİNDƏKİ TARİXİ-ETNİK TORPAQLARINDAN KÜTLƏVİ SURƏTDƏ DEPORTASİYASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

    FƏRMAN-I-

    Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata   keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

    SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə rəhbərliyin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır.

    Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir.

    Yuxarıda göstərilənləri  nəzərə alaraq qərara alıram:

    1. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə aşağıdakı tərkibdə dövlət komissiyası yaradılsın:

    Dövlət komissiyasının sədri:

    Heydər Əliyev - Azərbaycan Respublikasının prezidenti

    Dövlət komissiyası sədrinin müavini:

    Artur Rasizadə - Azərbaycan Respublikasının baş naziri



    Dövlət komissiyasının üzvləri:

    Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidenti İcra Aparatının rəhbəri

    Vasif Talıbov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri

    İzzət Rüstəmov - Azərbaycan Respublikası baş nazirinin müavini

    Elçin Əfəndiyev - Azərbaycan Respublikası baş nazirinin müavini

    Həsən Həsənov - Azərbaycan Respublikasının xarici işlər naziri

    Namiq Abbasov - Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri

    Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri

    Eldar Həsənov - Azərbaycan Respublikasının baş prokuroru

    Südabə Həsənova - Azərbaycan Respublikası ədliyyə nazirinin birinci müavini

    Xanlar Hacıyev - Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri

    Sirus Təbrizli - Azərbaycan Respublikasının mətbuat və informasiya naziri

    Vəfa Quluzadə - Azərbaycan Respublikasının xarici siyasət məsələləri üzrə dövlət müşaviri

    Hidayət Orucov - Azərbaycan Respublikasının milli siyasət məsələləri üzrə dövlət müşaviri

    Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri

    Şahin Əliyev - Azərbaycan Respublikası Prezidenti İcra Aparatının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

    Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidenti İcra Aparatının dövlət-hüquq şöbəsinin müdiri

    Yusif Hümbətov - Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri

    Əli Həsənov - Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri

    Rəfael Allahverdiyev - Bakı şəhər İcra Hakimiyyətinin başçısı

    Nizami XUdiyev - Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri şirkətinin sədri

    Fəraməz Maqsudov - Azərbaycan Elmlər Akademiyasının prezidenti

    Anar Rzayev - Azərbaycan Yazıçılar Birliyinin sədri

    Cəmil Quliyev - Azərbaycan Elmlər Akademiyası ictimai elmlər bölməsinin akademik-katibi əvəzi

    İqrar Əliyev - Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun direktoru

    Budaq Budaqov - Azərbaycan Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru

    Ataxan Paşayev - Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi

    Yusif Yusifov - N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi tarix kafedrasının müdiri

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın icrası ilə bağlı məsələləri həll etsin.

    HEYDƏR  ƏLİYEV,Azərbaycan Respublikasının prezidenti, Bakı şəhəri, 18 dekabr 1997-ci il



    TARİX SUSAN DEYİL

    Görkəmli coğrafiyaçı, türk toponimlərinin öyrənilməsi sahəsində yorulmaz tədqiqatçı, akademik Budaq Budaqovun və tanınmış tarixçi alim Qiyasəddin Qeybullayevin “Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti” kitabının əlyazmasını oxuduqca bir daha belə inam yaranır ki, xalqımıza qarşı yönəldilmiş ardı-arası kəsilməyən təcavüzlərə, irticalara, min cür saxtakarlıqlara baxmayaraq tarix susmur, heç nəyi unutmur, aradan yüzilliklər ötsə də həqiqət həqiqət anlamında yaşayır, təkzibedilməz fakt, əsaslı arqument kimi meydana çıxır və hamını susdurur. Bu qiymətli kitab yalnız fundamental izahlı lüğət deyil, eyni zamanda Azərbaycan xalqının çoxəsrlik zəngin tarixinin və mədəniyyətinin salnaməsidir.

    İzahlı lüğətin yüksək elmi dəyəri özündədir. Şübhəsiz, əsər müxtəlif elm sahələri mütəxəssislərinin - coğrafiyaçıların, tarixçilərin, dilçilərin, etnoqrafların, demoqrafların və politoloqların diqqətini cəlb edəcək, haqqında elmi-kütləvi materiallar çap olunaraq onun mahiyyəti xalqımıza və gələcək nəsillərə çatdırılacaq. Əsər, şübhəsiz, gərgin elmi axtarışların nəticəsidir və ədalətli oxucular onun yazılmasında sərf edilmiş əməyi layiqincə qiymətləndirəcəklər. Buna görə də əsərə elmi qiymət vermək fikrindən uzağam, sadəcə, son iki əsrdə xalqımıza qarşı soyqırımı siyasətinin, deportasiyaların, ulu toponimlərimizin dəyişdirilməsinin mərhələ-mərhələ və dəyişdirilməz siyasət kimi ardıcıl həyata keçirilməsi ilə bağlı bəzi mülahizələrimi bu əvəzsiz kitabın oxucuları ilə bölüşmək istəyirəm.

    ***


    Azərbaycan Respublikası öz müstəqilliyini bərqərar etdiyi, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirdiyi, bütün ölkələrlə, o cümlədən, qonşu dövlətlərlə qarşılıqlı əməkdaşlıq və sülh şəraitində yaşamaq prinsiplərini həyata keçirdiyi bir vaxtda xalqımıza qarşı millətçi-şovinist dairələrin təhrikilə genişlənən erməni təcavüzü milli faciə səviyyəsinə və açıq-aşkar soyqırımı həddinə çatmışdır. “Dənizdən-dənizə”, türksüz, monoetnik “Böyük Ermənistan” xülyasını reallaşdırmaq məqsədilə erməni təcavüzkarları azərbaycanlıların tarixi torpaqları olan indiki Ermənistan ərazisində, Yuxarı Qarabağda və onun ətraf rayonlarında azərbaycanlılara qarşı son on ildə misli görünməmiş cinayət və vəhşiliklər, kütləvi qırğınlar və qətl-qarətlər törətmiş, nəticədə,  bir milyondan artıq soydaşımız qaçqın düşmüş, on minlərlə günahsız insanın məhv edilməsi və yeni-yeni torpaqların işğal olunması ilə yanaşı, maddi-mədəniyyət abidələrimiz yer üzündən silinmişdir.

    Müəyyən antiazərbaycan dairələr tərəfindən dəstəklənən bu məkrli siyasət XIX əsrin əvvəllərindən başlayaraq bu günədək gah gizli və açıq təxribatlar, gah da milli qırğın və müharibələr vasitəsilə mərhələ-mərhələ, həm də müstəsna qəddarlıqla həyata keçirilməkdədir.

    XIX əsrin əvvəllərində Rusiyanın Qafqazı işğal etməsindən dərhal sonra ermənilərin İran və Türkiyədən köçürülərək mütəşəkkil qaydada Azərbaycan torpaqlarında yerləşdirilməsi və azərbaycanlıların ellikcə sıxışdırılıb bu torpaqlardan qovulması prosesi başlanmışdır. Qısa müddət ərzində 130 minə yaxın erməni əsasən Şimali Azərbaycanın İrəvan, Naxçıvan, Qarabağ xanlıqları ərazisinə və Qafqazın azərbaycanlılar yaşayan digər bölgələrinə köçürülmüşdür. 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqları ərazisində yeni inzibati bölgü - Erməni vilayəti təşkil edilərkən bu ərazidə 1111 yaşayış məntəqəsindən yalnız 62-si erməni kəndi idi. O dövrdə dağıdılmış 359 müsəlman kəndinin əhalisinin bir hissəsi məhv edilmiş, bir hissəsi də təqiblər və milli ayrı-seçkilik siyasəti üzündən İrana və Türkiyəyə qaçmağa məcbur olmuşdur. Beləliklə, 20-ci yüzilliyin əvvəllərində xaricdən gələn ermənilərin sayının bir milyona çatması regionda demoqrafik vəziyyətin əsaslı surətdə dəyişməsinə gətirib çıxarmışdır.

    Daşnakların bədnam “Böyük Ermənistan” siyasətinin həyata keçirilməsi Qafqazı milli qırğınlar alovuna bürümüş, 1905-ci ilin əvvəlində azərbaycanlıların Bakıda məruz qaldığı kütləvi qırğınlar Naxçıvanı, İrəvanı, Zəngəzuru, Gəncəni bürümüş, erməni silahlı dəstələri noyabrın 28-də Qarabağın şəhər və kəndlərini viran qoyaraq əliyalın əhalini, o cümlədən qocaları, qadınları, uşaqları ağlagəlməz qəddarlıqla məhv etmişlər. Təkcə Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında 75 azərbaycanlı kəndi, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsi dağıdılmış, əhali vəhşicəsinə qətlə yetirilmişdir.

    1914-cü ildə erməni silahlı dəstələri Xoy, Urmiya, Səlmas əyalətlərində 150 minə yaxın, Şərqi Anadolunun Qars, Ərdəhan və Ərzurum bölgələrində 200 mindən artıq soydaşımızı qətlə yetirərək həmin əraziləri Azərbaycan türklərindən təmizləmişlər. Qafqazda Ermənistan dövlətinin əsasını qoymaq üçün erməni silahlı dəstələri İrəvan-Naxçıvan, Naxçıvan-Zəngəzur, Zəngəzur-Qarabağ istiqamətlərində azərbaycanlı əhalini qırmaq və yaxud silah gücünə qovmaq, bu yerlərdə erməniləri məskunlaşdırmaq planını sistemli şəkildə həyata keçirirdilər.

    Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı 1918-ci ildə daha geniş miqyas almışdır. Bolşevik hakimiyyətini bərqərar etmək adı altında erməni daşnakları mart, aprel və may aylarında Bakıda, Şamaxıda, Qubada, Kürdəmirdə, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, yüz minlərlə silahlı və günahsız əhalini didərgin salmışlar. Təkcə Bakıda 15 minə yaxın soydaşımız öldürülmüş, Şamaxı qəzasında 58 kənd dağıdılaraq 7 minədək adam, o cümlədən 1653 qadın, 965 uşaq məhv edilmişdir. Quba qəzasında 122, Qarabağın dağlıq hissəsində 150-dən artıq, Zəngəzur qəzasında 115 kənd vəhşicəsinə dağıdılmış, əhalinin xeyli hissəsi fiziki məhvə məruz qalmışdır. İrəvan quberniyasında 211, Qars vilayətində 82 kənd yandırılmışdır. Bu ərazilərdə azərbaycanlıların kütləvi qırğınları 1919-cu və 1920-ci illər boyu davam etdirilmişdir. Erməni cəza dəstələrinin törətdiyi vəhşiliklər və daşnak hakimiyyəti dövründə yeridilən “türksüz Ermənistan” siyasəti nəticəsində İrəvan quberniyasında azərbaycanlı əhalinin sayı 1916-cı ildə 373582 nəfər olduğu halda, 1920-ci ilin noyabrında cəmi 12 min nəfər qalmışdı. Ümumiyyətlə, 1905-1920-ci illərdə indiki Ermənistan ərazisində 1000-ə yaxın müsəlman kəndi dağıdılmış, əhalisi soyqırıma məruz qalmışdır.

    1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti erməni təcavüzü qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə 31 mart gününü milli matəm günü elan etmiş, həmin gün iki dəfə - 1919-cu və 1920-ci illərdə qeyd edilmişdir.

    1920-ci illərdən etibarən Sovet Ermənistanının azərbaycanlılara qarşı deportasiya siyasəti “dostluq”, “beynəlmiləlçilik” pərdəsi altında davam etdirilmişdir. 1930-1937-ci illərdə müxtəlif bəhanələrlə, əslində isə milli və dini mənsubiyyətinə görə 50 minə yaxın azərbaycanlı Ermənistanın sərhəd rayonlarından Sibirə və Qazaxıstana sürgün olunmuşdur.

    Bütün bu soyqırımları, deportasiyalar yazılmamış “qanunlar”, “qərarlarla” həyata keçirilib. İkinci Dünya Müharibəsindən sonra, totalitar rejimin tüğyan etdiyi, eyni zamanda “xalqlar dostluğu”nun daha ucadan qışqırdığı vaxtlarda soydaşlarımızın Qərbi Azərbaycandan - indiki Ermənistan adlandırılan - öz tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya edilməsi başqa məkrli siyasət - siyasi qərar tələb edirdi. Erməni irticaçıları buna da nail ola bildilər.

    Bu siyasi qərarın mahiyyəti Azərbaycan Respublikasının Prezidentinin “1948-1953-CÜ ILLƏRDƏ AZƏRBAYCANLILARIN  ERMƏNISTAN  SSR  ƏRAZISINDƏN TARIXI ETNIK TORPAQLARINDAN KÜTLƏVI SURƏTDƏ DEPORTASIYASI HAQQINDA” 18 dekabr 1997-ci il tarixli 656 saylı sərəncamında elə dəqiqliklə, elə dürüst açılıb ki, əlavəyə və ya şərhə ehtiyac yoxdur. Ona görə də həmin sərəncamın preambula hissəsini xatırlayaq:

    “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətllər və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılaraq viran edilmişdir.

    SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar - totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az olmamışdır.

    Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir.

    Yuxarıda göstərilənləri nəzərə alaraq qərara alıram:

    1. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə Dövlət Komissiyası yaradılsın...”

    Dövlət Komissiyasına Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev başçılıq edir.

    Tarix əlli ildən sonra ölkə rəhbərinin əli ilə açıldı. Həqiqət əlli ildən sonra ölkə rəhbərinin dili ilə danışdı!

    1988-ci ildə keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli münasibətindən istifadə edən Ermənistan Azərbaycana qeyri-qanuni ərazi iddiası irəli sürməklə yanaşı, Ermənistandan azərbaycanlıların öz etnik torpaqlarından yeni deportasiyasına başladı. Ermənistan SSR Ali Soveti sessiyasının (22 noyabr 1988-ci il) məxfi göstərişinə əsasən noyabrın 22-dən 28-dək respublikanın 22 rayonundakı 170 sırf və 94 qarışıq yaşayış məntəqəsindən 200 mindən artıq azərbaycanlı, 18 min müsəlman kürd, min nəfər rus dilli əhali silah gücünə öz doğma ocaqlarından qovularaq Azərbaycanda məskunlaşmışdır. Bu zaman 255 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı qarət olunmuşdur. Nəticədə, ardıcıl olaraq həyata keçirilən etnik təmizləmə siyasəti sayəsində Ermənistanda bir nəfər də azərbaycanlı qalmamışdır. XIX əsrin əvvəllərində indiki Ermənistan ərazisində 2 minə yaxın azərbaycanlı yaşayış məntəqəsi olduğu halda, hazırda orada azərbaycanlı-türk toponimlərindən əsər-əlamət qalmamış, tarixi və maddi-mədəniyyət abidələri, qəbiristanlıqlar dağıdılmış, məscidlər və türbələr yer üzündən silinmişdir. Bütün bunlar ermənilərin Qafqazda və indiki Ermənistanda aborigen xalq olmaları barədə uydurduqları saxta tarixə haqq qazandırmaq məqsədini güdür.

    Monoetnik Ermənistan dövləti yaratmağa nail olan Ermənistan başçıları keçmiş SSRİ-nin hərbi-sənaye potensialına arxalanaraq əhalisinin 30 faizini azərbaycanlılar təşkil edən Azərbaycan Respublikası Dağlıq Qarabağ Muxtar Vilayətini, o cümlədən 7 ətraf rayonu (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli) işğal edib xarabazara çevirmişlər. Ermənis-tanın hərbi təcavüzü təkcə Dağlıq Qarabağı və onun ətraf rayonlarını deyil, eyni zamanda Azərbaycanın qərbində yerləşən Gədəbəy, Tovuz, Qazax, Ağstafa rayonlarını da əhatə etmiş, həmin bölgədə onlarla yaşayış məntəqəsi yerlə-yeksan edilmişdir.

    Hazırda Azərbaycanın 12 rayonunun 17 min kvadrat kilometr ərazisində (ölkə ərazisinin 1/5 hissəsi) 700 yaşayış məntəqəsi ermənilərin işğalı altındadır.

    Kvadrat kilometr (km², kv. km) - kvadrat metrga karrali boʻlgan maydon oʻlchov birligi.

    Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 20 minə yaxın Azərbaycan vətəndaşı həlak olmuş, 4 min nəfərə qədər əhali girov götürülmüş-dür ki, onların da əksəriyyətini uşaqlar, qadınlar, qocalar təşkil edirlər.

    1992-ci il fevralın 26-da dinc əhaliyə qarşı ermənilərin həyata keçirdiyi Xocalı soyqırımı dünya tarixində analoqu olmayan vəhşilik nümunəsidir.

    Artıq bir milyon azərbaycanlı, yaxud respublika əhalisinin hər yeddi nəfərindən biri öz ölkəsində qaçqına çevrilmişdir.

    İşğal edilmiş ərazilərdə 4 minə yaxın sənaye və kənd təsərrüfatı obyekti, ümumi yaşayış sahəsi 6 milyon kvadrat metr                        olan 180 mindən artıq mənzil və şəxsi ev, minə yaxın təlim-tərbiyə müəssisəsi, 3 minə yaxın mədəni-maarif ocağı və 700-dən çox tibb müəssisəsi erməni vandalları tərəfindən dağıdılmışdır.

    Ermənistan silahlı birləşmələrinin zəbt etdiyi Azərbaycan torpaqlarından çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 1993-cü illərdə qəbul etdiyi 4 qətnamənin (822, 853, 874, 884 saylı) tələblərinə indiyədək əməl edilməmişdir.

    Tarixi qaynaqlar göstərir ki, təkcə XX əsrdə bir milyona yaxın azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə öldürülmüş, 1,5 milyondan çox soydaşımız indiki Ermənistan ərazisindən qovulmuşdur. 1918-ci il Batum müqaviləsinə görə cəmisi 9 min kv. km ərazisi olan Ermənistan bu gün 40 min kv. km tarixi Azərbaycan torpaqlarını öz nəzarəti altına almışdır.

    Qeyd edilən tarixi faktlar, təkcə XX yüzillikdə ermənilərin azərbaycanlılara qarşı ardıcıl olaraq həyata keçirdikləri irtica siyasəti və bu qəbildən olan milli cəza aksiyaları beynəlxalq hüqüq və BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli Beynəlxalq Konvensiyasının tələbləri baxımından soyqırım kimi qiymətləndirilməlidir.

    ***

    Kitabda göstərildiyi kimi, Ermənistan SSR-də Azərbaycan toponimlərinin dəyişdirilməsi barədə ilk fərman hələ 1935-ci ildə verilmiş, yaşayış məntəqələrinin, dağ, çay, bölgə adlarının dəyişdirilərək “erməniləşdirilməsi” siyasəti dövlət səviyyəsində ardıcıl surətdə həyata keçirilmişdir. Bu proses altmışıncı illərin ikinci yarısından - Hovannes Baqdasaryan adlı millətçinin Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin birinci müavini seçildiyi vaxtlardan daha geniş kompaniyaya çevrilmişdir.



    Ermənistan KP MK-nın ikinci katibi vəzifəsindən millətçi kimi uzaqlaşdırılan H.Baqdasaryanın respublikanın Mədəniyyət naziri təyin edilməsi, sonra isə Ali Sovetin Rəyasət Heyətinin sədri seçilməsi bir daha onu təsdiqlə-yir ki, Ermənistan SSRİ-nin tərkibində ikən də Ermənistan rəhbərliyində kimlərin olmasından asılı olmayaraq daşnaksütyun ideyaları iqtidar ideyaları kimi qəbul edilib və ən qatı millətçilərin antiazərbaycan fəaliyyətinə geniş şərait yaradılıbdır.

    ***


    Akademik Budaq Budaqov uzun illərdir ki, bütün türk dünyasının - o sıradan bütün Azərbaycan toponimlərinin öyrənilməsində ardıcıl elmi araşdırmalar aparır. Sovet rejiminin bu məsələyə də qadağalar qoyduğu vaxtlarda hörmətli akademikimiz bu gərəkli sahədə özünəməxsus elmi məktəb yarada bilmişdir. Ölkəmiz müstəqillik qazanandan sonra onun ən çətin vaxtlarda yaratdığı məktəb daha çoxsahəli olmuşdur.

    Xalqımızın soykökünün öyrənilməsində qiymətli əsərlər yaratmış, dünyasını dəyişmiş professor Mirəli Seyidovun xidmətləri də unudulmamalıdır.

    Qədim etnik tariximizdən bəhs edən bir çox dəyərli elmi tədqiqatların müəllifi Qiyasəddin Qeybullayevin “Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti” kitabının həmmüəllifi kimi bu əsərin yaranmasında xidməti xüsusilə qeyd olunmalıdır. Qiyasəddin müəllimin Azərbaycan toponimiyasının tədqiqi sahəsində çoxillik elmi axtarışları əsərin yüksək elmi səviyyəsini təmin etmişdir.

    Fikrimizcə, bu kitab yalnız yaşadığımız günlərin deyil, sabahımızın kitabıdır.

    HİDAYƏT  ORUCOV

    REDAKTORDAN

    Qədim zamanlardan başlayaraq Azərbaycan türklərinin yaşamış olduğu Ermənistan Respublikası ərazisində indi azərbaycanlı yoxdur. Ermənilərin 1828-ci ildən başlanmış azərbaycanlıların qovulub çıxarılması prosesi 1988-ci ildə başa çatdırıldı. Həmin il axırıncı azərbaycanlı sakinlər erməni millətçiləri tərəfindən doğma şəhər və kəndlərindən deportasiya edildi.

    Bu tale həm də  min illər boyu yaranmış coğrafi adların – toponimlərin tam genosidi ilə başa çatdı. Azərbaycanlı əhali qovulduqca ya onun kəndləri dağıdılır və beləliklə, onların adları məhv edilir, ya da 1935-ci ildən başlayaraq yeni və həm də tam uydurma erməni adları ilə əvəz olunurdu. Yeni yaradılan erməni dilli coğrafi adların bir qismi Azərbaycan dilindən erməni dilinə eyni ilə tərcümələrdən, digər qismi isə Azərbaycan toponimlərinə yad olan qondarma coğrafi adlardan ibarətdir.

    Əhalinin deportasiyası ilə əlaqədar olaraq kəndlər, dağlar, dərələr, çaylar, bulaqlar da öz tarixi adlarından məhrum oldular. Bu aydındır: bir yerdə ki, xalq yaşamır, o xalqın dilində coğrafi adlar da yoxdur. 1988-ci ildə Ermənistandan axırıncı Azərbaycan əhalisinin deportasiyası ilə oradakı bütün türk mənşəli adlar, o cümlədən mikrotoponimlər də ölümə məhkum edildi.

    Ermənilər azərbaycanlıların Ermənistan ərazisində tarixi izini silmək üçün qədim türklərə məxsus xaç daşları, vişap adlanan balıq və ilan şəkilli daşları, qoç heykəlləri (V əsr erməni müəllifi Moisey Xorenasi Madayın axırıncı hökmdarı Astiaqın (er. əv. 585-550) nəslini, yəni madayları vişap adlandırır - madayların ilana sitayiş etdikləri məlumdur; belə daşlar Gürcüstanda, Şimali Qafqazda və Monqolustanda da tapılmışdır) harada varsa məhv etmişlər. Azərbaycan dili mənşəli xırda yer adlarının (mikrotoponimlərin)  dağların, çayların, dərələrin və sairlərinini də adlarının aqibəti belədir. Tədqiqatçılarımızın qarşısında həmin adları toplayıb öyrənmək və gələcək nəsillərə çatdırmaq vəzifəsi dururdu. Doğrudur, Ermənistan ərazisində türk mənşəli coğrafi adların tədqiqi sahəsində müəyyən işlər görülmüşdü. Əsrimizin 80-ci illərində bizim məsləhətimizlə S.Mirmahmudova bu mövzuda namizədlik dissertasiyası yazmış və bir sıra məqalələr nəşr etdirmişdi. Vaxtsız vəfatından sonra onun tədqiqatının nəticələri kitabça şəklində çap olunmuşdur (28). B.Ə.Budaqovun "Didərginlər" məqalələr toplusunun (Bakı, 1990) "Ermənistanın Azərbaycan mənşəli coğrafi adları" hissəsində və "Türk uluslarının yer yaddaşı" əsərinin (Bakı, 1994), "Ermənistanın türk toponimləri" fəslində (s.159-176) Ermənistanda türk mənşəli toponimlərin mənşəyi haqqında mülahizələr verilmişdir. Gənc tədqiqatçı A.Bayramov da Ermənistanda Azərbaycan türklərinin yaşadığı bir neçə bölgənin toponimiyasını öyrənmiş, onun linqvistik təhlilinə dair elmi məqalələr və monoqrafiya çap etdirmiş və namizədlik dissertasiyası yazmışdır (6). Lakin bütün bu araşdırmalarda Ermənista-nın türk mənşəli toponimiyasının siması tam əksini tapmamışdı. Bu mövzunu mümkün qədər tam əhatə edə biləcək tədqiqata ehtiyac vardır.

    Yuxarıda deyilənləri nəzərə alaraq B.Ə.Budaqov və Q.Ə.Qeybullayev bu fundamental lüğətin tərtibinə başladılar.

    Lüğət əsas etibarilə XVI-XX əsrlərdə indiki Ermənistan ərazisində mövcud olmuş coğrafi  adları əhatə edir. Bu, göstərilən əsrlərdə oradakı yaşayış məntəqələrinin  adları barədə mənbələrin nisbətən bolluğu ilə bağlıdır. Lakin həmin əsrlərdə mövcud olmuş toponimlərin müəyyən hissəsi, şübhəsiz, erkən orta əsrlərdə yaranmışdır və müəlliflər onlar barədə mənbələrdə olan məlumtları da lüğətə cəlb etmişlər. Beləliklə, izahlı lüğət əslində Ermənistan ərazisində qədim dövrlərdən başlayaraq mövcud olmuş Azərbaycan dilli coğrafi adlar barədədir.

    Əsərin elmi və eləcə də əməli əhəmiyyəti böyükdür. Lüğətdən aydınlaşır ki, qədim Oğuz yurdunda, indi Ermənistan adlanan ərazidə son iki min ildə türk dilli tayfalar aparıcı rola malik olmuşlar. Bu nəticənin xalqımızın mənşəyi və etnik tarixi baxımından dəyəri hədsiz dərəcədə böyükdür. Q.Ə.Qeybullayevin Azərbaycan türklərinin mənşəyi haqqında irəli sürdüyü yeni konsepsiyada deyilir ki, Azərbaycan və Ermənistan ərazilərində, habelə onlara bitişik bölgələrdə türk dilli tayfalar hələ eradan əvvəlki minilliklərdə yaşamışlar. Bununla əcdadlarımızın guya əvvəlcə hurri dilli (ya da elam dilli), sonra İran dilli və qafqaz dilli, daha sonra orta əsrlərdə türkləşmiş olmaları baxışı haqlı olaraq tam inkar olunur.

    Əsər müəlliflərin gərgin yaradıcı əməyinin məhsuludur. Mən belə hesab edirəm ki, müəlliflər bu lüğəti hazırlamaqla,  Vətən torpağının bu ağır məqamında yüksək vətənpərvərlik nümunəsi göstərmiş və xalqımızın qarşısında alimlik borclarını ləyaqətlə yerinə yetirmişlər.

    Lüğət Azərbaycan xalqının etnik tarixi sahəsində çalışan tədqiqatçılar, coğrafiyaçılar, toponimçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

    * * *


    Azərbaycanın hər iki hissəsində  və onun ərazisindən kənarda yaşayan azərbaycanlıların coğrafi adları xalqımızın etnik tarixinin, xüsusilə etnogenez probleminin araşdırılması üçün zəngin mənbədir. Tarixi mənbə rolunu oynayan toponimlər etnonimlərdən (tayfa və xalq adlarından) və xalqın dilinə mənsub leksik vahidlərdən ibarətdir. Leksik vahidlər şəxs adlarında da iştirak edir. Eramızın birinci minilliyi çərçivəsində - alban etnosunun mövcud olduğu bir dövrdə Albaniyadakı toponimlərin və şəxs adlarının təhlili əsasında Alban etnosunun türk mənşəli olduğu sübut edilmişdir. Alban toponimlərinin və şəxs adlarının türk dilləri əsasında araşdırılması yeni elmi nəticələrə gəlməyə imkan vermişdir.

    Azərbaycan xalqının və onun dilinin formalaşmasına yardımçı olmuş etnik prosesin əhatə etdiyi arealın üfüqünə indiki Ermənistan ərazisi və ona qonşu regionlar da daxildir. Azərbaycanın və indi Ermənistan adlanan Oğuz yurdunun toponimiyasının tədqiq olunmasının elmi əhəmiyyəti, ən əvvəl, tarix boyu burada mövcud olmuş etnik birləşmələrin xalqımızın etnogenezindəki rolunun müəyyən edilməsindədir.  Müxtəlif tayfa və xalq adlarını əks etdirən coğrafi adlar (etnotoponimlər) tarix elmi baxımından xüsusi əhəmiyyət kəsb edir. Etnotoponimlər tayfa və xalq adlarından yarandığından bu və ya digər tarixi mərhələdə mövcud olmuş etnik tərkib həmin etnotoponimlərdə yaşayır. Xalqın yaranması və onun formalaşmasında iştirak etmiş etnik komponentlərin müəyyən olunmasında "xalqın ictimai həyatı, orada məskunlaşmış xalqın dili ilə sıx surətdə bağlı olan" (Е.М.Мурзаев. Происхождение географических названий. М., 1960, с.405)  toponimlərin rolu mühümdür. A.Bakıxanov yazmışdır: "Əgər ölkənin qəbilələri, kəndləri, binaları və qədim asarı geniş bir surətdə tədqiq edilərsə, əhalinin mənşəyini təyin etmək mümkün olacaqdır" (A.Bakıxanov. Gülüstani-İrəm. Bakı, 1951, s.29). Azərbaycan maarifçisi və alimi H.B.Zərdabi Azərbaycan tarixinin tədqiqi məsələsi üçün qədim toponimiyanın öyrənilməsinin əhəmiyyətini qeyd edərək yazırdı: "Təəssüf ki, bizim ölkənin tarixi, xüsusilə onun topoqrafiyası (topoqrafiya dedikdə müəllif,  şübhəsiz ki, toponimikanı nəzərdə tutur-B.B.)  bizə məlum olmayan zülmət içərisində batıb qalmışdır..." (H.B.Zərdabi. Zaqafqaziya səhralarında meşə salınması. "Kaspi" qəzeti, №172, 13.VIII.1899).

    Azərbaycan tarixşünaslığında indiki Ermənistan ərazisində türk                                                               mənşəli əhalinin mənşəyi bu günədək xüsusi tədqiqat predmeti olmamışdır. Tarixçilərimiz Cənubi Qafqazda, o cümlədən Ermənistanda Azərbaycan türklərinin ulu əcdadlarının etnik tarixini tam açıqlaya bilməmişlər. Ermənistan azərbaycanlılarının maddi və mənəvi mədəniyyətinin tədqiqi sahəsində heç bir əməli işin görülməməsi də acınacaqlı haldır. Erməni millətçilərinin müsəlmanların, o cümlədən də türk dilli xalqların arxeoloji və mədəni abidələrini vəhşicəsinə dağıtması xalqımızın tarixi taleyinin, qədim keçmişinin tədqiqini müəyyən dərəcədə çətinləşdirmişdir. Bununla da xalqımızın bu tərkib hissəsinin minilliklərlə ölçülən maddi və mədəni irsi həmişəlik itirilmişdir.

    Ümumiyyətlə, rus, erməni və fars tarixçilərinin əsərlərində türk xalqlarının, o cümlədən azərbaycanlıların etnik tarixinə dair qərəzli fikirlər,  nədənsə,  Azərbaycan tarixşünaslığında özünə möhkəm yer tutmuşdur.

    Son tədqiqatlardan görünür ki, indiki Ermənistan ərazisində ermənilər tədricən türk dilli tayfaların yaşadıqları əraziləri işğal etmişlər. Urartu (er.əv.IX-VII əsrlər) və qədim erməni mənbələrində indiki Ermənistan ərazisinə aid toponimlərin çoxunun qədim türk dillərində olması və er.əv. VIII əsrdən başlayaraq bugünkü Ermənistan ərazisində qədim türk mənşəli tayfaların (kəmərlərin, sakların, quqarların, şirakların, bulqarların, kəngərlərin, peçeneqlərin, qıpçaqların, oğuzların və b.) yaşaması barədə tarixi məlumatlar azərbaycanlıların orada eradan əvvəl I minillikdə və erkən orta əsrlərdə yaşadığını göstərir (bax: Q.Qeybullayev. Qədim türklər və Ermənistan. Bakı, 1992).

    ABŞ tarixçiləri Jastin Makkarti və Karolin Makkarti "Турки и Aрмяне» kitabında (Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1996) yazırlar ki, Ermənistan respublikasının tutduğu indiki ərazi ermənilərə deyil, azərbaycanlılara məxsusdur. Bu səbəbdən də Ermənistan ərazisində olan coğrafi adların böyük əksəriyyəti azərbaycanlılara məxsusdur. XVI-XIX əsrlərdə İrəvan əyalətinin, İrəvan xanlığının və İrəvan quberniyasının yaşayış məntəqə adlarının, demək olar, hamısının türk mənşəli olması da bununla bağlıdır.

    XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı, o cümlədən İrəvan xanlığını işğal etməsi, Rusiyanın köməyi və təhriki ilə İrandan və Türkiyədən ermənilərin köçüb gəlməsi ilə azərbaycanlıların doğma yurdlarından qovulması və onların yaşadıqları kəndlərdə ermənilərin kütləvi şəkildə yerləşdirilməsi prosesi başlandı. Hələ 1828-1832-ci illərdə 310  kəndin azərbaycanlı əhalisi qovulmuşdu [163, 172-173].

    XIX əsrin 50-ci, 70-ci və 90-cı illərində, sonra 1905-1906, 1918-1920 və 1948-1953-cü illərdə davam etdirilən bu siyasət 1988-ci ildə başa çatdırıldı: Ermənistandakı Azərbaycan türklərinin hamısı deportasiya olundu [ətraflı məlumat üçün bax: 20]. Bununla əlaqədar olaraq,  1935-ci ildən fərmanla Ermənistandakı türk mənşəli yaşayış məntəqələrinin  adlarının dəyişdirilməsi - toponimik genosid baş verdi və bu proses 1990-cı ildə sona yetirildi. 1935-1973-cü illərdə 465, 1992-ci ildə 97 azərbaycanlı kənd adları ləğv edildi. Aydındır ki, başqa makrotoponimlər (iri relyef adları və su mənbələrinin adları) və mikrotoponimlər (məhəlli yer adları) da məhv olmuşdur. Ermənistandan azərbaycanlıların deportasiyası ilə onun dil kökünə mənsub olan bütün yer adları da passiv fonda keçmişdir. Erməni millətçilərinin vaxtaşırı azərbaycanlıları doğma yurdlarından deportasiya etmələri həm də onların coğrafi adlarının yaşamasına son qoymuşdur. Lakin müxtəlif elmi mənbələrdə, o cümlədən topoqrafik xəritələrdə əksini tapmış coğrafi adları məhv etməklə erməni millətçiləri arzuladıqları nəticəni ala bilməyəcəklər. Fərmanlarla tarixi həqiqəti ört-basdır etmək mümkün deyil. Təqdim elilən  əsər ermənilərin toponimik soyqırımı ilə məşğul olanlarının istədikləri məqsədə nail olmadıqlarını aydın göstərir.

    Ermənistanda yaşamış azərbaycanlıların etnik tarixinin yazılması və Ermənistan ərazisində mövcud olmuş Azərbaycan mənşəli coğrafi adların izahlı lüğətinin tərtibi zərurəti qarşıda dururdu. Təkidimlə  Q.Ə.Qeybullayev "Qədim türklər və Ermənistan" adlı əsərini nəşr etdirmiş və bu boşluğu müəyyən qədər doldurmuşdu. Ermənistan ərazisində olan Azərbaycan toponimləri izahlı lüğətinin yazılmasını təxirə salmaq olmadı. Lakin belə bir əsərin yazılıb çap etdirilməsi üçün şübhəsiz ki, bir nəfərin xeyirxahlığı lazım idi. Bizim təklifimizlə Ali İctimai Siyasi  Kollecin rektoru Rasim Nəbiyev lüğətin yazılması prosesində onun maliyyələşdirilməsini öhdəsinə götürdü.

    Deməli, bu əsər akademik B.Ə.Budaqovun təşəbbüsü və müəllifliyi, habelə onun ilkin variantda yazılması üçün lazım olan maliyyə xərclərini öhdəsinə götürmüş Ali İctimai Siyasi Kollecin rektoru Rasim Nəbiyevin qayğısı sayəsində ortaya çıxmışdır. R.Nəbiyevin yüksək vətəndaşlıq qeyrətini gələcək nəsillər şübhəsiz ki, minnətdarlıqla xatırlayacaqlar.

    Akademik B.Ə.BUDAQOV

    BİRİNCİ HİSSƏ

    I.TƏBİİ-COĞRAFİ ŞƏRAİT

    İndi Ermənistan adlanan ölkənin ərazisi dağlıqdır. Hələ eradan əvvəl I minillikdə türk mənşəli tayfalar bu ölkənin yerli sakinləri olduqlarına görə oradakı dağların, dərələrin, düzlərin və yaşayış məntəqələrinin əksər hissəsinin adları həmin tayfaların adlarından və türk dillərinə mənsub sözlərdən ibarət idi. Türk mənşəli maldar tayfalar üçün yaylaq və qışlaq yerləri olmuş dağların və vadilərin bəzilərinin adları eramızın əvvəllərindən məlumdur. Tədqiqatlar göstərir ki, Ermənistan ərazisində erməni dili əsasında yaranmış qədim dağ və çay adları yoxdur. Dağ adlarının bəziləri qədim türk etnonimlərindən, bəziləri isə türk dillərində relyef formalarını bildirən sözlərdən ibarətdir.

    Ermənistanın Şərqi Anadolu ilə həmsərhəd bölgəsində Qarğabazar və Xalxal dağları vardır.

    Qarğabazar oronimi Altay dillərindəki (eveng, mancur və türk dillərində) karqa "cərgə", "sıra", "silsilə", "dil formalı şiş uclu qaya", "üst-üstə düşmüş buzlaq daşları" [126, 210] və bazar "bir şeyin (adamların, quşların və hətta cansız obyektlərin, məsələn, buzlaq daşlarının) bol yeri, yığım yeri" [126, 63] sözlərindən ibarətdir. Qədim türklərdə Bazar və Karqa adlı tayfalar da vardı (Bax: 76, 77 və 78). Azərbaycanda, Ermənistanda, Orta Asiyada, Altayda və Qazaxıstanda qarqa və bazar sözlərinin hər iki mənasını ifadə edən çoxlu toponimlər vardır. Azərbaycanda Bazar-Yurdu və Bazar-Düzü dağ adları da şübhəsiz, məhz Qarğabazar oronimində olduğu kimi, bazar coğrafi terminindən yaranmışdır. Qarğabazar dağının adı sonra yaşayış məntəqəsinin adına çevrilmiş və əhalinin yer dəyişməsilə əlaqədar olaraq əvvəlcə Naxçıvana (keçən əsrə aid ədəbiyyatda Naxçıvan qəzasında Qarğabazar toponimi qeyd olunmuşdur), oradan da Azərbaycana (Füzuli rayonunda Qarğabazar kəndi vardır) gətirilmişdir.

    Xalxal dağ adı çox qədim tarixə malikdir. Ona görə ki, bu toponim hələ er.əv. I minillikdə Cənubi Azərbaycan ərazisində, eranın əvvəllərində Albaniyada (indiki Qazax rayonunda Əskipara kəndi ərazisində Xalxal şəhəri) vardı. Azərbaycanda və Ermənistanda XIX əsrdə Xalxal adlı çoxlu yaşayış məntəqəsi mövcud idi. Xalxal toponiminin mənası tamamilə aydınlaşdırılmamışdır. Bəzi tədqiqatçılara görə Albaniyanın Xalxal şəhərinin adı Azərbaycan dilinin dialektlərindəki xalxal  "hasarlanmış yer" sözündən ibarətdir (bax: 84, 23). Ona görə də ehtimal edilə bilər ki, Xalxal dağının adı türk tayfalarının yaylaq yeri olması ilə əlaqədar yaranmışdır.

    Ermənistanın Türkiyə ilə sərhəd bölgəsində Ağbaba dağları yerləşir. Ağbaba qədim, bəlkə də islamdan əvvəlki ziyarətgahın adıdır. Ümumiyyətlə, Ağbaba dağ silsiləsində "Qızıl Ocaq", "Aşdibaba" (əsli "Xaşdıbaba", yəni "Xaçlıbaba"dır, demək pir xristian dini mənşəlidir) və "Kaloğlan" pirləri vardır.

    Xristian dini Xristianlik - jahonda keng tarqalgan dinlardan biri. Yevropa, Amerika mamlakatlarida, Avstraliyada, faol missionerlik xarakati natijasida Afrika, Yakin Sharqda va Uzoq Sharqning birnecha mintaqalaridakeng yoyilgan.


    Download 1,35 Mb.
      1   2




    Download 1,35 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    ErməNİstanda azərbaycan məNŞƏLİ toponiMLƏRİN İzahli lüĞƏTİ 1

    Download 1,35 Mb.