• Nəticə
  • T ƏKAMÜL NƏZƏRİYYƏSİ VƏ
  • Rheobatrachus silus-un çoxalma metodu




    Download 1.73 Mb.
    bet53/72
    Sana24.03.2017
    Hajmi1.73 Mb.
    1   ...   49   50   51   52   53   54   55   56   ...   72

    Rheobatrachus silus-un çoxalma metodu

    Sadələşdirilməz komplekslik sadəcə canlılarda biokimyəvi səviyyədə və ya kompleks orqanlarda gördüyümüz xüsusiyyət deyil. Canlıların malik olduğu hələ bir çox bioloji sistem sadələşdirilməz xüsusiyyətə malikdir və ona görə təkamül nəzəriyyəsini əsassız edir. Avstraliyada yaşayan Rheobatrachus silus növündən olan qurbağaların qeyri-adi çoxalma metodu buna misaldır.


    Bu növün dişiləri dölləndikdən sonra yumurtalarını qorumaq üçün çox maraqlı metoddan istifadə edirlər: öz yumurtalarını udurlar. Yumurtalardan çıxan sürfələr (qurbağa balaları) mədədə qaldıqları 6 həftə boyu daima inkişaf edir. Bəs necə necə olur ki, sürfələr uzun müddət həzm olunmadan mədədə qalır?

    Bunun üçün qüsursuz sistem yaradılmışdır. Əvvəla, ana qurbağalar bu 6 həftəlik çoxalma mövsümündə yemək-içməyi kəsirlər. Bu sayədə mədələri ancaq balaları üçün olur. Ancaq digər təhlükə mədənin daima ifraz etdiyi xlorid turşusu və pepsindir. Bu fermentlər normal şərtlər daxilində balaları çox qısa müddətdə parçalayıb öldürməlidir. Ancaq buna qarşı çox xüsusi tədbir görülmüşdür. Ananın mədəsindəki bu fermentlər əvvəlcə, yumurta kapsullarından, daha sonra da sürfələr ifraz olunan “prostaglandin E2” adlı fermentlə təsirsiz hala salınır. Beləliklə, balalar turşu hovuzu içində üzmələrinə baxmayaraq, təhlükəsiz şəkildə böyüyürlər.

    Bəs bu sürfələr analarının mədəsində nə ilə qidalanırlar? Bu problemə qarşı da xüsusi həll yolu var. Bu növdən olan yumurtalar digər qurbağa növlərinin yumurtalarına nisbətən olduqca böyükdür. Bunun səbəbi isə yumurtaların içinə balanı qidalandırmaq üçün zülalla zəngin olan yumurta sarısı təbəqəsi yerləşdirilməsidir. Bu yumurta sarısı balaları 6 həftə boyu qidalandırmaq üçün kifayətdir.

    Doğuş anı da qüsursuz şəkildə yaradılmışdır. Balalar mədədən çıxıb xarici aləmə addım atarkən ananın qida borusu doğuş əsnasında olduğu kimi genişlənir. Balalar çölə çıxdıqdan sonra isə ana yemək yeməyə başlayır və mədə əvvəlki vəziyyətinə düşür.362



    Rheobatrachus silus növündən olan qurbağaların bu qeyri-adi çoxalma metodu təkamül nəzəriyyəsini təkzib edir. Çünki bu çoxalma sistemi “sadələşdirilməz komplekslik” xüsusiyyətinə malikdir. Sistemin uğurlu olması və dolayısı ilə qurbağanın çoxala bilməsi üçün bütün mərhələlərin tam şəkildə olması şərtdir. Ananın yumurtaları udacaq və 6 həftə boyu heç nə yeməyəcək instinktə malik olması labüddür. Yumurtalar da mədə turşularını təsirsiz edən mayeni ifraz etməlidir. Digər tərəfdən, yumurtalara balaların 6 həftə boyu qidalanmasını təmin edən böyük yumurta sarısı təbəqəsinin əlavə edilməsi və ya doğuş anında ananın qida borusunun genişlənməsi də şərtdir. Bunların hamısı eyni anda baş verməsə, çoxalma baş verməyəz və qurbağanın nəsli kəsilər.

    Ona görə də bu sistem təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, mərhələ-mərhələ meydana gələ bilməz. Dünyadakı ilk Rheobatrachus silus növündən olan qurbağa bu qüsursuz sistemə malik şəkildə var olmuşdur, başqa sözlə, yaradılmışdır.



    Nəticə


    Bu bölmədə sadələşdirilməz komplekslik anlayışını sadəcə bir neçə nümunə əsasında təhlil etdik. Əslində canlıların bir çox orqan və sistemi bu xüsusiyyətə malikdir. Xüsusilə biokimyəvi səviyyədəki sistemlər bir-birindən asılı olmayan çox sayda hissənin uyğunluq içərisində işləməsi ilə funksiyasını yerinə yetirir və heç cür bəsitə reduksiya edilə bilməz. Bu həqiqət canlılardakı üstün xüsusiyyətləri təsadüfi proseslərlə açıqlamağa çalışan darvinizmi təkzib edir. Darvin: “Əgər bir-birini təqib edən çox sayda kiçik dəyişikliklə kompleks bir orqanın əmələ gəlməsinin qeyri-mümkün olduğu sübut edilsə, nəzəriyyəm tamamilə məhv olacaq”, -deyib. Müasir biologiya isə bu qeyri-mümkünlüyü saysız-hesabsız nümunə ilə sübut edir və darvinizmi “tamamilə” məhv edir.

    TƏKAMÜL NƏZƏRİYYƏSİ VƏ

    ENTROPİYA QANUNU


    Fizikanın ən əsas qanunlarından biri olan Termodinamikanın ikinci qanunu kainatda təbii amillərin təsirinə məruz qalan bütün sistemlərin zaman keçdikcə dağılıb məhv olduğunu söyləyir. Canlı-cansız hər şey zaman keçdikcə aşınır, çürüyür, parçalanır, dağılır və məhv olur. Bu, geç-tez hər varlığın qarşılaşacağı mütləq sondur və həmin qanuna əsasən, bu prosesdən qaçış yoxdur.

    Bu hər kəsin həyatı boyunca müşahidə etdiyi haldır. Məsələn, bir avtomobili səhraya aparıb qoysanız və bir neçə ay sonra gedib baxsanız, əlbəttə ki, onun əvvəlkindən daha təkmil, daha yaxşı formaya düşdüyünü görməzsiniz. Əksinə, şinlərinin partladığını, şüşələrinin qırıldığını, kapotunun paslandığını, motorunun çürüdüyünü görəcəksiniz. Eyni proses canlı varlıqlarda daha sürətlə baş verir.

    Termodinamikanın ikinci qanunu bu təbii prosesin fiziki düstur və hesablamalarla ifadə edilmə formasıdır.

    Bu məşhur fikiza qanunu Entropiya qanunu olaraq da adlandırılır. Entropiya fizikada bir sistemin ehtiva etdiyi nizamsızlığın ölçüsüdür. Bir sistemin nizamlı, mütəşəkkil və planlı formadan nizamsız, dağınıq və plansız formaya düşməsi o sistemin entropiyasını artırır. Bir sistemdəki nizamsızlıq nə qədər çoxdursa, o sistemin entropiyası da o qədər yüksəkdir. Entropiya qanunu bütün kainatın müntəzəm olaraq daha nizamsız, plansız və dağınıq formaya doğru getdiyini ortaya qoymuşdur.

    Termodinamikanın ikinci qanunu və ya digər adı ilə Entropiya qanunu nəzəri və təcrübi cəhətdən doğruluğu qəti şəkildə sübut edilmiş qanundur. Belə ki, əsrimizin ən böyük elm adamı olaraq qəbul edilən Albert Eynşteyn bu qanunu “bütün elmlərin birinci qanunu” kimi tərif etmişdir:

    Entropiya qanunu tarixin bundan sonrakı ikinci dövründə dominantlıq edəcəkdir. Albert Eynşteyn bu qanunun bütün elmlərin birinci qanunu olduğunu söyləmişdir. Ser Artur Edinqton ondan bütün kainatın ən üstün metafizik qanunu kimi bəhs edir.363

    Təkamül nəzəriyyəsi isə bütün kainatı ehtiva edən bu əsas fiziki qanunu görməməzliyə vuraraq irəli sürülmüş iddiadır. Təkamül nəzəriyyəsi bu qanunla ziddiyyət təşkil edən mexanizm irəli sürür. Təkamül nəzəriyyəsinə əsasən, dağınıq, nizamsız, cansız atomlar və molekullar zaman keçdikcə öz-özlərinə təsadüflərlə birləşərək nizamlı və planlı zülalları, DNT, RNT kimi olduqca kompleks molekulyar formaları, sonradan daha mürəkkəb quruluşa və dizayna malik milyonlarla canlı növünü meydana gətirmişdir. Təkamülə əsasən, hər mərhələdə daha planlı, daha nizamlı, daha kompleks və mütəşəkkil formaya doğru gedən bu xəyali proses Entropiya qanununun ortaya qoyduğu həqiqətlərə tamamilə ziddir. Bu səbəbdən, təkamül kimi prosesin fərz edilən heç bir mərhələsinin baş verməsi mümkün deyil. Təkamülçü elm adamları da bu açıq ziddiyyəti anlayırlar. C.H.Raş belə deyir:

    Təkamülün kompleks prosesi daxilində həyat Termodinamikanın ikinci qanununda bildirilən proseslə açıq-aşkar ziddiyyət təşkil edir.364

    Təkamülçü elm adamı Rocer Levin də “Science jurnalındakı bir məqaləsində təkamülün termodinamika müəmmasını belə ifadə edir:

    Bioloqların qarşılaşdıqları problem təkamülün Termodinamikanın ikinci qanunu ilə açıq-aşkar ziddiyyət təşkil etməsidir. Sistemlər zaman keçdikcə daha nizamsız hala gəlib dağılmalıdırlar.365

    Özü də təkamül nəzəriyyəsinin tərəfdarlarından olan Corc Stavropolos canlıların öz-özünə meydana gəlməsinin termodinamik baxımdan qeyri-mümkün olduğunu və fotosintez kimi kompleks canlı mexanizmlərin mənşəyini təbiət qanunları ilə açıqlamağın mümkün olmadığını məşhur elmi jurnal olan “American scientist”də bu ifadələrlə qəbul edir:

    Normal şərtlərdə Termodinamikanın ikinci qanununa əsasən, heç bir kompleks üzvi molekul əsla öz-özünə əmələ gələ bilməz, əksinə, parçalanar. Əslində bir şey nə qədər kompleksdirsə bir o qədər qeyri-sabitdir və gec-tez parçalanaraq dağılır. Fotosintez bütün həyati proseslər və həyatın özü mürəkkəb və ya qəsdən mürəkkəbləşdirilmiş açıqlamalara baxmayaraq, hələ də termodinamik və ya başqa qəti elm sahəsi vasitəsilə aşkar edilməmişdir.366

    Göründüyü kimi, təkamül iddiası tamamilə fiziki qanunlara zidd şəkildə irəli sürülmüş iddiadır. Termodinamikanın ikinci qanunu təkamül nəzəriyyəsinin qarşısına elmi və məntiqi baxımdan keçilməz sədd çıxarmışdır. Bu səddi aşacaq heç bir elmi və əsaslı açıqlama verə bilməyən təkamülçülər isə bu problemi ancaq təxəyyüllərində aşa bilirlər. Məsələn, Ceremi Rifkin təkamülün bu fiziki qanunu sehirli güclə aşdığına inandığını bildirir:

    Entropiya qanunu təkamülün bu planetdəki həyat üçün mövcud olan bütün enerjini dağıdacağını deyir. Bizim təkamül anlayışımız isə bunun tam tərsidir. Biz təkamülün sehirli şəkildə yer üzündə daha böyük ölçü və nizam əmələ gətirdiyinə inanırıq.367

    Bu sözlər təkamülün elmi tezisdən çox doqmatik inanc forması olduğunu ifadə edir.




    Download 1.73 Mb.
    1   ...   49   50   51   52   53   54   55   56   ...   72




    Download 1.73 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Rheobatrachus silus-un çoxalma metodu

    Download 1.73 Mb.