• Ağırçəkili və iriqabaritli beynəlxalq yük daşımaları (AINV).
  • Kafedra: Nəqliyyat loqistikası və hərəkətin təhlükəsizliyi




    Download 10.2 Kb.
    Sana05.04.2022
    Hajmi10.2 Kb.
    #19322
    Bog'liq
    bad10


    AZƏRBAYCAN RESPUBLİKASİ TƏHSİL NAZİRLİYİ
    AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ
    Fənnin adi: Beynəlxalq avtomobil daşımaları
    Kafedra: Nəqliyyat loqistikası və hərəkətin təhlükəsizliyi

    Sərbəst iş10

    Fakultə: Nəqliyyat və Logistika
    Qrup: 158A1
    Tələbə: Ömərov Rasim
    Müəllim: Heydərov Şamil

    2021



    Ağırçəkili və iriqabaritli beynəlxalq yük daşımaları (AINV).

    İri qabaritli və ağır çəkili yüklərin daşınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 104 nömrəli Qərarı ilə tənzimlənir.


    İri qabaritli və ağır çəkili yükləri daşıyan nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə xüsusi icazənin rəsmiləşdirilməsi və verilməsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir.
    BYD Kitabçası ilə işləyən zaman daşıyıcı ABADA-ya müraciət edərək, kitabçaya xüsusi ştampın vurulmasını təmin etməlidir.


    Ağırçəkili və iriqabaritli yüklərə daşımalar zamanı avtomobil nəqliyyat vasitəsinin faktiki parametrlərindən (ümumi kütlə, ox kütləsi, qabarit ölçü) heç olmazsa biri yol şəraitinə görə müəyyən edilmiş buraxılabilən qiyməti aşan bölünməyən yüklər aiddir. Bölünməyən yük dedikdə avtomobil yolları ilə daşımalar zamanı onun iki və daha çox hissələrə bölünməsi üçün həddindən çox məsrəf sərfi və ya xarab olması ilə başa gələn yüklər nəzərdə tutulur. Belə yüklərə aiddir:

    • körpü aşırımları və digər tikililərin dəmirbeton balkaları və eyni zamanda ayrı-ayrı texnoloji bloklar (modullar);

    • körpü və digər istehsalat konstruksiyalarının qaynaq edilmiş (pərçimlə birləşdirilmiş) fermaları;

    • böyük diametrli borular;

    • iritonnajlı nəqliyyat vasitələri;

    • tikinti texnikası;

    • kənd təsərrüfatı maşın və mexanizmləri;

    • avtomobil kranı və ekskavatorlar;

    • dəzgahlar;

    • sənaye transformatorları, sobalar, generatorlar, kürəli dəyirmanlar;

    • mayeşəkilli maddələr doldurulmuş sisternlər;

    • refrijeratorlar;

    • pivəbişirən, şəkər və neft emalı zavodları üçün çənlər (reaktorlar);


    • tramvay, gəmi və təyyarələr;

    • iritonnajlı konteynerlər;

    • dəmiryol vaqonları;

    • qazma zirehləri, statorlar;

    Download 10.2 Kb.




    Download 10.2 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Kafedra: Nəqliyyat loqistikası və hərəkətin təhlükəsizliyi

    Download 10.2 Kb.