Gilin kimyəvi tərkibi
Komponentlərin kütlə payı, %-lə
|
SiO2
|
Al2O3
|
Fe2O3
|
CaO
|
MgO
|
Na2O
|
K2O
|
SO3
|
digər
|
61,28
|
17,14
|
6,27
|
3,54
|
2,17
|
0,33
|
1,78
|
0,06
|
7,49
|
Bu gil tərkibində yüksək miqdarda Fe2O3 saxlayır və orta plastikliyə malik xammaldır. RFA məlumatlarına və petroqrafik analizə əsasən nümunənin gilli hissəsi hidroslüda-kaolinitdir və hidroslüda, xlorit və kaolinitlə təmsil olunur. Tədqiq olunan süxurun qumlu hissəsində kvars, kalsit və çöl spatları müəyyən edilmişdir. Gilin mineral tərkibi cədvəl 4-də verilmişdir.
Cədvəl 4
Gilin mineral tərkibi
Maddə
|
Miqdarı, kütləyə nəzərən %-lə
|
Dəmir oksidləri və hidroksidləri olan gil maddəsi (hidroslüda, kaolinit, xlorit)
|
43-48
|
Slüda (muskovit)
|
3-5
|
Kvars
|
35-40
|
Kalsit
|
8-13
|
Çöl spatları (anortit və mikroklin)
|
2-3
|
Sirkon, rutil, turmalin
|
2-3
|
Tədqiqat üçün xammalın hazırlanması gilin №1-li ələkdən, posanın isə №05-li ələkdən tam keçənə qədər onların üyüdülməsindən ibarətdir. Xammal komponentlərinin hər birinin rolunu və onların kəmiyyətinin keramika məmulatlarının xassələrinə təsirini müəyyən etmək üçün həm gildən və posadan ayrıca, həm də onların müxtəlif kombinasiyalarda qarışığından alınan nümunələrin istismar xüsusiyyətləri tədqiq edilmişdir. Posanın növü və miqdarının (ümumi kütlənin 10 –50%-i), həmçinin yanma temperaturunun (1000–1100°S) keramika nümunələrinin əsas xassələrinə təsiri üç paralel sınaq əsasında qiymətləndirilmişdir. Alınan nəticələrdən məlum olmuşdur ki, 20% konverter və marten posalarının tətbiqi ilə 1030-10500S-də yandırılmaqla şaxtayadavamlı üzlük keramika materialları almaq olar 6-7].
Konverter poladəritmə posalarından istifadə edərək adi kərpic istehsal etmək üçün bu parametrlər müvafiq olaraq 1000÷1030°S və 20÷25% olmalıdır. Gilə marten poladəritmə posasını əlavə etməklə onun keramika kütləsindəki payını 30%-ə qədər artırmaq olar.
Keramika tikinti materiallarının istehsalı üçün texnoloji cəhətdən əsaslandırılmış parametrlər cədvəldə verilmişdir (cədvəl 5).
Cədvəl 5
|