Şəkil 1. Posaların ərimə diaqramları
Şərti işarələr:
S-Si2O CS-CaO·SiO2 C3S-3CaO·SiO2
F-FeO C2S-2CaO·SiO2 C3S2-3CaO·2SiO2
C-CaO C2MS2-2CaO·MgO·2SiO2 C3MS2-3CaO·MgO·2SiO2
M-MgO C2AS-2CaO·Al2O3·SiO2 KAS6- K2O·Al2O3·6SiO2
M2S-2MgO··SiO2
Ərimə diaqramından göründüyü kimi nəzəri olaraq bu posalar ərimənin təxminən 50%-ni təşkil edə bilər. Bununla belə, qeyd etmək lazımdır ki, posanın əridiyi temperatur (1750°S-dən çox) üzlük keramikanın istehsal olunduğu temperaturdan çox yüksəkdir. Buradan belə bir nəticəyə gəlmək olar ki, poladəritmə posaları yüksək ərimə temperaturasına malikdirlər. Ərimə diaqramı həmçinin, posaların faza tərkibi haqqında mülahizə söyləməyə imkan verir. Göründüyü kimi, marten posaları kalsium-silikat, maqnezium-silikat və magnezium oksid, konverter posaları kalsium-silikat və magnezium-oksidlə təqdim olunur. Posaların faza tərkibinin eksperimental tədqiqinin nəticələrini cədvəl 2-də verilmişdir.
Cədvəl 2
Tədqiq olunan posaların əsas kristallik fazaları
Posa
|
Posanın faza tərkibi
|
Nəzəri
|
RFA-nin nəticələri
|
Konverter poladəritmə
|
3CaO·SiO2, 2CaO·SiO2,
MgO
|
3CaO·SiO2, FeO, SiO2,
2CaO·SiO2, Femet.
|
Marten poladəritmə
|
3CaO·SiO2, MgO, CaO
|
2СaO·SiO2, 3CaO·SiO2,
3CaO·MgO·2SiO2, FeO,
Femet
|
Götürülmüş posaların rentgen-faza analizi (RFA) göstərir ki, tədqiq olunan posalar faza tərkibinə görə onların kristallaşma məhsullarına nəzərən çox fərqlənir. Belə ki, poladəritmə posalarına CaO-Si2O binar sisteminin çoxsaylı və müxtəlif kristallik fazaları xarakterikdir. Tikinti keramikasının istehsal texnologiyasında belə fazalar keramika kütləsinə yapışdırıcı əlavələr kimi istifadə olunur. Bu əlavələr kütlənin digər komponentləri ilə yandırıldıqda aşağı temperaturda əriyən birləşmələr əmələ gətirir. Qeyd etmək lazımdır ki, poladəritmə posalarında C2S fazasının olması keramika məmulatlarının mexaniki möhkəmliyinə mənfi təsir göstərə bilər, çünki β-C2S→ γ-C2S modifikasiya keçidi materialın özünün zədələnməsinə səbəb ola bilər 4-5]. Poladəritmə posalarının əhəmiyyətli dərəcədə nəzərə çarpan çatışmazlıqlarından biri də onların tərkibində müəyyən miqdarda metallik dəmirin olmasıdır ki, bu da ərimənin daha yüksək temperaturda aparılmasına səbəb olur.
Bütün posalar üçün ümumi cəhət odur ki, onların tərkibində SiO2-in çox miqdarda olmasına baxmayaraq (40%-ə qədər) orada sərbəst kvars çox azdır.
Bundan sonra posaların xırdalanması aparılır. Poladəritmə posalarının tərkibində müəyyən qədər metallik dəmir olduğu üçün onun xırdalanması daha çox vaxt aparır. Bunun qarşısını almaq üçün posalar xırdalanmadan əvvəl maqnit separasiyasına uğradılır. Metallik dəmirin posa kürləsindən kənarlaşdırılması həmçinin alınacaq hazır keramika məhsulunda defektlərin olmasının qarşısını da alacaqdır. Məqsədyönlüdür ki, iri fraksiyalar əvvəlcədən konusvari və ya yanaqlı xırdalayıcılarda xırdalansın.
Yüksək keyfiyyətli keramika məhsulu almaq üçün kimyəvi tərkibi cədvəl 3-də verilmiş gildən istifadə edilməsi əlverişlidir.
Cədvəl 3
|