Dolayı antropogen təsir: Bu halda insan aralıqkeçid səviyyədə təsir göstərir. Qrunt sularının səviyyəsinin və temperatur rejiminin dəyişməsi, radioaktiv çirklənmə buna misal ola bilər.
Şərti antropogen təsir insan fəaliyyəti nəticəsində güclənən və ya zəifləyən abiotik və biotik amillərin təsiri.
Mühit amilləri orqanizmə ayrı-ayrılqda deyil, kompleks təsir göstərir. Orqanizmin hər hansı reaksiyası çoxfaktorlu mexanizmlə müəyyən olunur. Lakin amillərin inteqral təsiri ayrı-ayrı amillərin təsirinin cəminə bərabər deyil.
Mühit amillərinin oqanizmə təsiri onun müəyyən şəraitdə xassələrindən asılıdır. Orqanizmlər plastikdir, yəni onlar mühit amillərinin az və geniş diapazonda dəyişdiyi şəraitdə yaşaya bilir. Lakin eyni bir amilin fərqli göstəricilərində orqanizmin reaksiyası da fərqli olur. Mühit amilinin daha əlverişli göstəricilərdən minimum həddə azalanda və maksimum həddə qədər artanda orqanizmin zəifləməsi baş verir. Orqanizmdə həyat əhəmiyyətli funksiyalar azalır, mühit amilinin birinin ekstremal göstəriciləri onun ölümünə səbəb olur.
Mühit amillərindən hər hansı birinin dəyişməsinə orqanizmin reaksiyası onun həyat fəaliyyətində ekoloji əyrinin qrafik ifadəsi kimi göstərilir. Bu qrafikdə bir neçə nöqtə və zonalar ayırd edilir.
Minimun və maksimum nöqtələr bir-birindən ən çox uzaqda yerləşir, bu nöqtələr arasında orqanizmin həyat fəaliyyəti mümkündür.
Optimum nöqtəsi orqanizm üçün amilin ən əlverişli diapazonunu əks etdirir.
Orqanizmin həyat fəaliyyətinin ekoloji zonaları:
Optimum zonası — mühit amilinin daha əlverişli göstəricilərinin sərhədlərini əks etdirir. Pessimum (yuxarı və aşağı) zonası — amilin bu diapazonunda orqanizmin sürətlə zəifləməsi baş verir.
|