• Akkumulyator batareyası fasiləsiz bufer rejimdə
  • Akkumulyator batareyaları üçün məhlulun hazırlanması
  • Akkumulyator batareyalarında olan nasazlıqlar və onların aradan qaldırılması
  • Dizel generatorlarinin quruluşu
  • Dizel generatorlarinin iş prinsipi
  • sorma taktı; sıxma taktı; iş taktı (yanma və genişlənmə prosesi); xariçetmə taktı.
  • Akkumulyator batareyalarını doldurma – boşaltma rejimi




    Download 1.76 Mb.
    bet11/23
    Sana17.03.2023
    Hajmi1.76 Mb.
    #45899
    1   ...   7   8   9   10   11   12   13   14   ...   23
    Bog'liq
    1. fazal sisteml r haqq nda mumi m lumat
    5.sah tranzistoru
    Akkumulyator batareyalarını doldurma – boşaltma rejimi ilə istismar etdikdə başqa bir akkumul- yator batareyası tələb olunur. Bunlardan birisi yüklə işlədiyi halda, digəri doldurulub hazır şəkildə ehtiyatda saxlanılır. Doldurma – boşaltma rejimində işlədikdə boşalma müddəti 24 saat, akkumulya-torların gərginliyi isə 1,94- 2V hüdudlarında olmalıdır.
    Akkumulyator batareyasının tutumundan asılı olaraq ehtiyatda olan akkumulyator batareyası işə qoşulur. Bu rejimin müsbət cəhəti ondan ibarətdir ki, cərəyan şiddəti və gərginlik sabit olur, yükə əlavə harmonikalar verilmir, yəni döyünən cərəyan olmur, istismar asanlaşır, gözlənilməz qəzalar baş vermir. Bu istismar rejiminin əsas çatışmayan cəhətləri f.i.ə. aşağı, akkumulyator batareyasının tutumunun yüksək olmasıdır. Xidmət üçün isə çox vaxt tələb olunur. Məhz bu səbəblərə görə belə istismar rejimindən az istifadə olunur. Bu rejimdə işləyən akkumulyator batareyasının istismar müddəti 6-7 ildir.
    Akkumulyator batareyası fasiləsiz bufer rejimdə işləyərkən düzləndirici qurğu daimi yükü cərəyanla təmin edir.Tələb olunan güç düzləndirici qurğunun gücündən cox olduqda çatışmayan cərəyan akkumulyator batareyasından alınır. Yükə tələb olunan güc düzləndirici qurğunun gücündən çox olduqda çatışmayan cərəyan akkumulyator batareyasından alınır. Yükə tələb olunan güc azaldıqda isə düzləndirici qurğu akkumulyator batareyasının sərf etdiyi gücü bərpa edir. Beləliklə, akkumulyator batareyası daim dolmuş halda olur.
    Standartda nəzərdə tutulan göstəricilərə müvafiq olaraq akkumulyator fasiləsiz bufer rejimində işlədikdə, onların gərginliyi 2,1-2,15V həddində olmalıdır. Son vaxtlar elektrik rabitə müəssisələrində akkumulyatorlar fasiləsiz istismar rejimində işlədikdə hər iki akkumulyator batareyası eyni zamanda paralel olaraq fasiləsiz bufer rejiminə qoşulur. Bir çox müəssisələrdə isə akkumulyator batareyaları fasiləsiz bufer reıimində işlədikdə 1-ci akkumulyator batareyası düzləndirici qurğu ilə bufer rejimində işləyir, 2-ci akkumulyator batareyası isə dolmuş halda ehtiyatda saxlanılır. 15-20 gündən sonra akkumulyatorların yerini dəyişirlərlər. Yəni, ehtiyatda olan akkumulyator batareyası ilə işləyən əvəz edilir. Rejim digər rejimlərə nisbətən əlverişli sayılır, çünki akkumulyator batareyalarının vəziyyətinin yaxşı saxlanmasına kömək edir.
    Bu rejimin müsbət cəhətləri aşağıdakəlardır:
    1. F.i.ə əvvəlki rejimlərdən yüksəkdir;
    2. Xidmət müddətini 20 ilə qədər çatdırmaq olar;
    Akkumulyator batareyalarına xidmət nisbərən asandır.
    Nəzərə almaq lazımdır ki, akkumulyatorun istismar edildiyi otaqlar həmişə ventilyasiya sistemi ilə təchiz edilməlidir.
    Akkumulyator batareyaları üçün məhlulun hazırlanması Stasionar qurğuşunlu akkumulyatorlara elektrolit kimi sulfat turşusunun sulu məhlulu tökülür. Sulfat turşusu sulu məhlulda tamamilə müsbət və mənfi ionlar ionlara parçalanır. Müsbət və mənfi ionların köməyi ilə elektrik keçiriciliyi yaranmasına səbəb olur.
    Elektrolit məhlulu hazırlamaq üçün xüsusi qablardan istifadə edilir. Bu qablara əvvəlcə su tökülür, sonra isə kiçik sərflə sulfat turşusu əlavə edilir. Çəkicə ağır olan kükürd turşusunun qabın dibinə yığılması üçün o fasiləsiz qarışdırılmalı, bunun üçün şüşə və ya ebnit çubuqdan istifadə edilməlidir. Elektrolit məhlulunu hazırlayarkən sulfat turşusuna su tökmək olmaz. Bu sulfat turşusunun kənara sıçramasına və nəticədə bədbəxt hadisələrə gətirib çıxara bilər. Elektrolit məhlulunun miqdarı akkumulyator batareyasının tipindən asılı olaraq müxtəlif olur.
    Yeni akkumulyatorlar doldurularkən sulfat turşusunun su ilə birgə məhlulu o qədər olmalıdır ki, o həmin batareyanın bütün akkumulyatorlarının eyni zamandan doldurulmasına kifayət etsin. Məhlul tökülməzdən bir sutka əvvəl hazırlanmalı və doldurulduqda onun temperaturu +250S, sıxlığı 1180 kq/m3 olmalıdır. Sulfat turşusunun qarışdırılması üçün tətbiq olunan distillə edilmiş su xüsusi ilə təmiz olmalıdır.
    Qələvili akkumulyatorları formalaşdırma yolu ilə işçi vəziyyətə gətirmək üçün onlara elektrolid məhlulu tökülməlidir, çünki onlar zavoddan quru ( məhlulsuz) gətirilir. Məhlul dəmir və ya ebonit qablarda hazıranmalıdır. Şüşə qabda məhlulun hazırlanması məsləhət görülmür, çünki su ilə kalium qarışığında məhlulun hərarəti artır və şüşə qab istidən qızıb sına bilər. Eləcə də sinklənmiş, qalaylanmış, alüminium, mis, keramik, qurğuşun və üzərinə emal çəkilmiş qablardan istifadə etmək qadağandır. Sıxlığı 1,9-1,21q/sm3 kalium-litium məhlulunu hazırlamaq üçün təmiz distillə edilmiş su ilə yuyulmuş qaba əvvəlcə distillə edilmiş su tökürlər, sonra şüşə, polad və ya plastik kütlədən hazırlanmış çubuq ilə aramsız qarışdırmaqla ona kiçik miqdarda qatı məhlul əlavə olunur. Sıxlığı 1,41q/sm3 olan kalium-litium məhlulun un miqdarı öz həcmi üzrə distillə edilmiş suyun miqdarına bərabər götürülür. Təzə hazırlanmış məhlulun dibində həmişə çöküntü şəklində xırda həll olunmamış hissəciklər qalır. Bu çöküntünü məhlulun qabının dibinə yatırmaq və məhlulun özünü soyutmaq üçün məhlul qapağı kip bağlanmış qabda 16-20 saat ərzində saxlanılmalıdır


    Akkumulyator batareyalarında olan nasazlıqlar və onların aradan qaldırılması
    Akkumulyator batareyalarından istifadə etdikdə onlara düzgün qulluq edilməməsi bir sıra nasazlıqların əmələgəlməsinə səbəb olur. Bunlardan sulfatlaşma , özbaşına boşalmanın sürətlənməsi, qısa qapanma, elektrolitin qabdakı çatlardan axması, qütb civilərinin oksidləşməsi hallarını göstərmək olar. Lövhələrin sulfatlaşması akkumulyator batareyasının müntəzəm olaraq tam doldurulmaması, normadan az doldurulması, elektrolit tökülmüş akkumulyatorun doldurulmadan saxlanılması, elektrolitin səviyyəsinin aşağı düşməsi və onun sıxlığının çox olması nəticəsində lövhələrdə qurğuşun-sulfat turşusunun iri kristallarından ibarət sulfat çöküntüsü əmələ gətirir. Sulfatlaşmış lövhələr reaksiyada iştirak edə bilmir. Akkumulyator batareyasının tutumu azalır və batareya işləməyə yararsız olur. Lövhələrin sulfatlaşmasının ən çox təsadüf edilən əlaməti akkumulyator batareyasının yük altında tez boşalmasıdır.
    Akkumulyator batareyasının işlədilməsi prosesində təbii özbaşına boşalma baş verir. Belə boşalmaya səbəb lövhə şəbəkələrinin və aktiv kütlənin öz aralarında qalvanik yük əmələ gətirməsi və burada yerli cərəyanın yaranmasıdır. Saz akkumulyator batareyasında özbaşına boşalma bir sutkada tutumun 2%-dən çox olmur. Çirklənmiş sulfat turşusunun tərkibində duz və aşqarlar olan suyun (distilə edilməmiş) işlədilməsi, həmçinin akkumulyator batareyasının içərisinə müxtəlif maddələrin düşməsi əlavə qalvanik cütlərin əmələ gəlməsinə, bu isə sürətlə özbaşına boşalmaya səbəb olur. Akkumulyator batareyasının üstünə çirk və ya elektrolitin tökülməsi də onun özbaşına boşalmayasına səbəb ola bilər. Separatorların dağılması və aktiv kütlənin tökülməsi lövhələrin bir-birinə bilavasitə toxunmasına və akkumulyatorun xarab olmasına səbəb ola bilər. Sulfatlaşmanı təmizləmək, qısa qapanmanı aradan qaldırmaq və akkumulyator batareyasının qabında çat əmələ gəldikdə onu təmirə vermək lazımdır. Elektrolitin çirkli olması nəticəsində sürətlə öz- özünə boşalma əmələ gəldikdə elektroliti dərhal dəyişmək və akkumulyator batareyasını yumaq lazımdır. Oksidləşmiş civi və sıxacları sumbata kağızı ilə təmizləmək və onları birləşdir dikdən sonra üzərinə azacıq texniki vazelin çəkmək lazımdır.
    Əgər akkumulyatorlarda sulfatlaşma baş verərsə, nasazlığı aradan qaldırmaq üçün kiçik cərəyanla onu həddindən artıq doldurub- boşaltmaqla batareyanın tutumunu bərpa etmək olar.
    Dizel generatorlarinin quruluşu
    Dizel generator aqreqatı ümumi bir çərçivədə quraşdırılaraq öz aralarında elastik(möhkəm) muftalarla mexaniki birləşdirilmiş dizel tipli daxili yanma mühərrikindən və 50 Hs sənaye tezlikli üçfazalı dəyişən cərəyan sinxron generatorundan ibarətdir.
    DGQ-ları aşağıdakı hissələri özündə birləşdirir: Sənaye dizel mühərriyi; üçfazalı dəyişən cərəyan generatoru; yanacaq çəni; soyudulma sistemi- radiator və ventilyator; yağlama və yanacaq ötürmə sistemləri; akkumulyator batareyası və elektrik starteri; idarəetmə paneli; ekstrimal dayandırma sistemi; gərginlik və cərəyanın avtomatik tənzimləyiciləri; sənaye səs boğucusu.
    Daxili yanma mühərriki — ardıcıl olaraq yanacağın yanmasından alınan enerjini mexaniki enerjiyə çevirən qurğudur. Dizel mühərriklərinin karbüratorlu mühərriklərindən əsas fərqi, dizeldə sorma prosesi zamanı karbüratorlu mühərrikdə olduğu kimi içəriyə benzinlə havanın qatışığı deyil, təmiz atmosfer havası sorulur.
    Dizel mühərrikləri benzinlə işləyən mühərriklərdən daha səmərəlidir, daha ucuz yanacaqla işləyir və xidməti müddəti böyükdür, lakin pis işə buraxma xarakteristikalarına malikdir. Əgər mühərrikdə su və yağ isinməzsə işə buraxma rejimi 10-20 dəq uzana bilər. Su və yağ müəyyən tempratura qədər isti saxlanarsa, işə buraxma rejiminin müddəti qısala bilər. Mühərrikinin işə buraxılması elektrik starterinin köməyi ilə yerinə yetirilir. Elektrik starteri ardıcıl təsirlənmə dolağı olan sabit cərəyan mühərrikidir.Təsirlənmə dolağı xüsusi dişli intiqal mexanizminin köməyi ilə mühərrikin nazimçarxına ilişdirilir. Elektrostarterin qidalanması turşulu akkumlyator batareyası ilə həyata keçirilir.Yük aqreqata mühərrikin fırlanma sürəti nominala çatandan sonra birləşdirilir. Rabitə müəssisələri stansiyalarında əsasən dörd taktlı, cəld gedişli dövrlər sayı 1500 döv/dəq olan dizel mühərriklər tətbiq edilir.
    Aqreqatda həm öz-özünə təsirlənən,həm də təsirləndiricili üçfazalı sinxron generatorlar tətbiq edilir. Təsirləndirici –sinxron generatorun təsirlənmə dolagını qidalandıran paralel təsirlənən sabit cərəyan generatorudur.Sinxron generatorun gərginliyi ya avtomatik,ya da əllə tənzimlənir
    Hazırda rabitə müəssisələrində dizel generator aqreqatlı avtomatlaşdırılmış elektrik stansiyası tətbiq edilir. Bu da işçi heyətin azalmasına,bu səbədən də istismar xərclərini azaltmağa imkan verir. Bundan başqa avtomatlaşdırma işin etibarlılığını, aqreqatların işləmə müddətini uzadır.
    Dizel generatorlarinin iş prinsipi
    Rabitə müəssisələri stansiyalarında əsasən dörd taktlı, cəld gedişli dövrlər sayı 1500 döv/dəq olan, dizel mühərrikləri tətbiq edilir. Dizel mühərriklərinin karbüratorlu mühərriklərindən əsas fərqi, dizeldə sorma prosesi zamanı karbüratorlu mühərrikdə olduğu kimi içəriyə benzinlə havanın qatışığı deyil, təmiz atmosfer havası sorulur.
    4 taktlı dizel mühərriklərinin iş prinsipi 4 taktdan ibarətdir; sorma taktı; sıxma taktı; iş taktı (yanma və genişlənmə prosesi); xariçetmə taktı.

    Download 1.76 Mb.
    1   ...   7   8   9   10   11   12   13   14   ...   23




    Download 1.76 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Akkumulyator batareyalarını doldurma – boşaltma rejimi

    Download 1.76 Mb.