• . Yağ karteri
  • Yağ filtirləri
  • İdarəolunmayan ventillər.
  • 1.Üçfazalı sistemlər haqqında ümumi məlumat




    Download 1.76 Mb.
    bet13/23
    Sana17.03.2023
    Hajmi1.76 Mb.
    #45899
    1   ...   9   10   11   12   13   14   15   16   ...   23
    Bog'liq
    1. fazal sisteml r haqq nda mumi m lumat
    5.sah tranzistoru
    DGQ-nın yağlanması
    Dizel işləyərkən daxili yanma nəticəsində əsas hərəkətedici detallar böyük gücə düşür. Bunun qarşısının alınmaq üçün detalların sürtünən hissələrini mütləq yağlamaq lazımdır. Detalların yağlanması sürtünmə zamanı güc itgisini azaldır,detallarda qızmanın və korroziyanın qarşısını alır,soyumaya kömək edir. Dizel aqreqatının əsas yağlanan hissələri: slindr-porşen qrupunun sürtünən hissələri, yastıqlar, qazpaylayıci mexanizm və.s Yağ sisteminin funksiyası dizelin sürtünən hissələrinə fasiləsiz olaraq təzyiq altında yağ verməkdən ibarətdir.
    Yağlama sistemi aşağıdak hissələrdən ibarətdir
    1. Yağ karteri- yağı sakitləşdirir, soyudur, yağı saxlayır
    2. Yağ nasosu - Karterdəki yağı təzyiqli olaraq yağlanması lazım olan hissələrə göndərir
    3. Yağın səviyyəsini yoxlayan çubuq- karterdəki yağ səviyyəsini-yağ miqdarını göstərən bir çubuqdur. Mühərrikin yan tərəfınə yerləşdirilmişdir.Yağ yoxlanıldıqda yağ çubuğunun iki cizgisi arasında olmalıdır
    4.Yağ filtirləri- yağın təmizlənməsini təmin edir .
    5. Yağ monometri- Sistemdəki yağın təzyiqini göstərir.
    Dizelin işləməsi ilə birlikdə yağ nasosu da işləməyə başlayır. Yağ dizelin karterində saxlanılır. Yağ dizelin karterindən nasos ilə sorulur və boru vasitəsi ilə yağ seksiyalarının aşağı kollektoruna verilir. Seksiyanın borucuqlarında yağ yuxarı və aşağı keçərək 6-80 soyudulur. Borularla kobud süzgəcə daxil olur. Süzgəcdən yağ boru ilə dizelin yağ kollektoruna, oradan yastıqlara və porşenlərin başlıqlarına gedir. Yağ borularında süzgəcdən əvvəl və sonra qoyulmuş monometrin göstəriciləri ilə süzgəcin çirklənməsini müəyyən edirlər. Əgər fərq 0.5kq/sm –dən cox olarsa, süzgəci təmizləyirlər. Yağın bir qismi incə süzgəcdən keçəndən sonra karterə tökülür. Yağ karterə qayıtdıqdan sonra çirkləri buraxır, soyuyur və yenidən kanallara getməyə hazır olur.

    İdarəolunmayan ventillər.
    Ventillər düz cərəyana görə yüksək keçiriciliyə (kiçik müqavimətə), əks cərəyana görə kiçik keçiriciliyə (böyük müqavimətə) malikdir. Ventellər aşağıdakı növlərə bölünürlər:
    1. İon ventilləri (qazotron, tiratron, civə ventilləri və s).2. Elektron ventilləri (genatron və yarımkeçirici).
    3. İdarəolunan ventillər (tiristorlar).4. İdarəolunmayan ventillər (düzləndirici diodlar, stabilitronlar, varikaplar, tunel diodları, impuls diodları və s). Hazırda selen (Se), germanium (Ge) və silisium (Si) yarımkeçirici ventilləri geniş tətbiq edilir. İdarolunmayan ventillərin bəzilərinin şərti işarələri şəkildə göstərilmişdir.

    a) b) v) q) d)


    a)düzləndirici, impuls diodları; b) stablitronlar; v) tunnel diodları; e) çevrilmiş diodlar; v) varikaplar
    İdarolunmayan ventillərin əsas parametrləri aşağıda gostərilmişdir:
    1) - ventildən axan düzlənmiş cərəyanın orta qiymətidir.
    2) - əks gərginliyin ən böyük buraxıla bilən qiyməti (amplitudu), uzun
    müddət ventilin davam gətirdiyi gərginlikdir.
    3) - ventildəki düzünə istiqamətdə olan gərginlik düşküsü
    4) - Ventilin dinamik müqaviməti
    5) - əks cərəyan, ventildən əks istiqamətdə axan cərəyandır.
    6) - ventil tərəfindən səpələnən maksimum güç

    Download 1.76 Mb.
    1   ...   9   10   11   12   13   14   15   16   ...   23




    Download 1.76 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    1.Üçfazalı sistemlər haqqında ümumi məlumat

    Download 1.76 Mb.