Fəsil IV AVTOMOBİL YOLLARINDAN İSTİFADƏNİN ƏSASLARI
Bu qəbildən olan məhdudiyyətlər tətbiq edilən vaxt yolların mülkiyyətçiləri aidiyyəti subyektləri qabaqcadan xəbərdar etməklə yollarda müvafiq yol nişanları və işarələri qoyurlar. Qanunvericiliklə müəyyən olunmuş qaydada aparılmasına icazə verilmiş kütləvi tədbirlər zamanı da yoldan istifadəyə müvafiq məhdudiyyətlər qoyula bilər. Yoldan istifadəyə məhdudiyyətlər və ya istifadənin tam dayandırılması haqqında qərarlar avtomobil yoluna aidiyyəti olan müvafiq icra hakimiyyəti orqanları və yolun mülkiyyətçiləri tərəfindən qəbul edilir. Hərəkətin təhlükəsizliyi üçün yol şəraiti real təhlükə yaratdığı hallarda müvafiq icra hakimiyyəti orqanı yol mülkiyyətçilərinə hərəkətin qadağan olunması barədə göstəriş vermək hüququna malikdir. Yol təsərrüfatı orqanları, fövqəladə şəraitlər istisna olmaqla, hərəkətin məhdudlaşdırılması və ya dayandırılması, habelə onların müddəti və yeni hərəkət sxemi barədə avtomobil yollarından istifadə edənlərə qabaqcadan məlumat verməlidirlər. Beynəlxalq avtomobil yollarında hərəkətin məhdudlaşdırılması və ya bağlanması hallarında məlumat müvafiq xarici dövlətlərin nümayəndələrinə də çatdırılmalıdır. Yol təsərrüfatı orqanları onların tabeliyində olan avtomobil yollarında normal hərəkət rejiminin bərpası üçün təcili ölçü götürməyə borcludurlar. Ümumi istifadədə olan avtomobil yollarında hərəkətin təhlükəsizliyini təmin etmək və yolların dağılmasının qarşısını almaq məqsədi ilə mexaniki nəqliyyat vasitələrinin müəyyən növləri və tipi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq məhdudiyyətlər tətbiq edilir. Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara əsasən verilmiş xüsusi icazənin olduğu hallarda yol verilir.[47] Yükü və ya texniki göstəriciləri müəyyən olunmuş həddi aşmaqla yol konstruksiyalarını zədələyə və ya korlaya bilən nəqliyyat vasitələrinin buraxılışına icazə, avtomobil yollarının bərpası üçün müvafiq vəsait keçirildikdən sonra verilir. //çıxarılıb//[48] Yükü və qabariti müəyyən olunmuş normaları aşan nəqliyyat vasitələrinin hərəkət marşrutu yolun və yol qurğularının sahibləri ilə də razılaşdırılmalıdır. //çıxarılıb//[49] İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin hərəkət marşrutu xüsusi qurğular, mühəndis kommunikasiyaları ilə kəsişmə tələb edərsə, marşrut həmin qurğuların mülkiyyətçiləri ilə də razılaşdırılmalıdır.[50] İriqabaritli və (və ya) ağırçəkili yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti üçün avtomobil yollarının vəziyyətinin qiymətləndirilməsi, avtomobil yollarının möhkəmləndirilməsi, həmçinin avtomobil yollarının, onların ayrı-ayrı hissələrinin, habelə avtomobil yolları ilə kəsişən mühəndisi kommunikasiyaların və qurğuların mühafizəsi üzrə xüsusi işlərin görülməsi tələb olunduqda, daşınmanın təşkilində maraqlı şəxslər avtomobil yollarının, mühəndisi kommunikasiyaların və qurğuların sahiblərinə xüsusi icazə almazdan əvvəl göstərilən qiymətləndirmənin aparılması və qeyd edilmiş digər işlərin görülməsi ilə bağlı bütün xərcləri ödəyirlər.[51]
Digər avtomobil yollarında bu subyektlərin hərəkəti yol hərəkəti qaydalarının tələblərinə və yoldan istifadə qaydalarına uyğun olaraq təşkil olunur. Avtomobil yolundan mal-qaranın ötürülməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yerdən keçirməklə icazə verilir.
Avtomobil yollarında idman yarışları (qaçış, avto-velo və digər yarışlar) yol təsərrüfatı orqanlarının razılığı ilə verilən icazə əsasında təşkil olunur və xüsusi qaydalara müvafiq aparılır. Bu tədbirlərin keçirilməsi mümkün dolama yolların köməyi ilə yol şəbəkəsinin fasiləsiz fəaliyyətini təmin etməklə həll edilməlidir. Əmək və sosial münaqişələrin həlli məqsədi ilə siyasi etirazlarını bildirmək üçün avtomobil yollarını bağlamaq qadağandır. Maddə 33. Аvtomobil yollarında sahibkarlıq və digər fəaliyyət növlərinin həyata keçirilməsiAvtomobil yollarının torpaq sahələrində sahibkarlıq və digər fəaliyyət növləri nəqliyyat vasitələrinin və piyadalarının hərəkətinə mane olmamalıdır.[52] Ümumi istifadədə olan avtomobil yollarının təhkim zolağının hüdudlarında ticarət və digər sahibkarlıq fəaliyyəti qadağandır. //çıxarılıb//[53] Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün qorunma (mühafizə) zolağında avtomobil yollarının sahibləri tərəfindən xüsusi yerlər ayrılır.[54] Avtomobil yolları ərazisində sahibkarlıq və digər fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslər, bu cür fəaliyyətin həyata keçirilməsi ilə yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada məşğul ola bilərlər. Qorunma (mühafizə) zolağında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslər avtomobil yollarının sahibləri ilə bağlanmış müqavilə əsasında və müqavilədən irəli gələn öhdəliyi yerinə yetirməklə həyata keçirirlər.[55]
Avtomobil yolları istifadəçilərinin aşağıdakı hüquqları var: qanunvericiliklə müəyyən olunmuş xüsusi hallar istisna olmaqla ümumi istifadədə olan dövlət və bələdiyyə avtomobil yolları ilə sərbəst və ödənişsiz hərəkət etmək, yol təsərrüfatı orqanlarının və onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində əmlakına və sağlamlığına dəymiş zərərin ödənilməsini tələb etmək və ya müvafiq məhkəmələrdə iddia qaldırmaq; yollardan istifadə etdiyi zaman ehtiyac yaranarsa, pulsuz təcili tibbi yardım almaq; müəyyən olunmuş qaydada yol təsərrüfatı orqanlarından, habelə həmin orqanların vəzifəli şəxslərindən şikayət etmək; yol təsərrüfatı orqanlarından avtomobil yollarının şəbəkəsi, marşrutları, yol şəraiti, hərəkətin müvəqqəti məhdudiyyəti və ya dayandırılması, daşına biləcək yükün miqdarı, qabariti və digər müvafiq məsələlər barədə məlumat almaq; yol təsərrüfatı orqanlarının məsul şəxslərindən nəzakətli münasibət tələb etmək; (Çıxarılıb) [56]
Maddə 34-1. Avtomobil yollarından istifadə ilə bağlı yol verilməyən hallar[57] Avtomobil yollarında aşağıdakılar qadağandır: - avtomobil yollarını korlayan konstruksiya elementləri olan, həmçinin tırtıllı nəqliyyat vasitələri ilə hərəkət etmək; - xüsusi icazə olmadan iriqabaritli və (və ya) ağırçəkili yükləri avtomobil yolları ilə daşımaq, habelə nəqliyyat vasitələrini icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yükləmək; - qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş yük nəqliyyat vasitələri ilə hərəkət etmək; - avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolaqlarını, yol örtüyünü çirkləndirmək; - avtomobil yollarına kanalizasiya, sənaye və çirkli suları, habelə avtomobil yollarının suaparıcı qurğularından suyu axıtmaq və ya tullantıların atılması üçün istifadə etmək; - yolların hərəkət hissəsinə yanacaq-sürtkü materialları, kimyəvi maddələr, bitum və beton axıtmaq, habelə daş, çınqıl, qum və ot tökmək; - yol hərəkətinin təhlükəsizliyinə mane olan şərait yaratmaq və yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə əlaqədar olmayan yükləri yükləmək və ya boşaltmaq; - respublika əhəmiyyətli avtomobil yolları ilə yay və qış otlaqlarına mal-qara aparmaq, avtomobil yollarının torpaq sahələrində mal-qara otarmaq, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranı keçirmək; - avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl etməmək; - avtomobil yoluna və ya yolda yerləşdirən qurğulara müdaxilə etmək; - müvafiq icra hakimiyyəti orqanı tərəfindən karxana avtomobillərinə aid edilmiş avtonəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə yüklə hərəkət edilməsi; - yol örtüyünü və yolun mühəndisi konstruksiyasını zədələmək; - avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaratmaq.
Download 47,7 Kb.
|
Bosh sahifa
Aloqalar Bosh sahifa Fəsil IV AVTOMOBİL YOLLARINDAN İSTİFADƏNİN ƏSASLARI
|