• Maddə 36. Bələdiyyə, sahə və özəl avtomobil yollarının saxlanılması
  • Maddə 37. Avtomobil yollarının müayinəsi və diaqnostikası
  • Maddə 38. Avtomobil yollarının qorunması
  • Maddə 39. Ətraf mühitin qorunması
  • Maddə 40. Avtomobil yollarının səfərbərliyə hazırlığı
  • Fəsil VI YOL FƏALİYYƏTİNİN İQTİSADİ ƏSASLARI
  • Maddə 42. Yol təsərrüfatının əmlakı
  • Maddə 43. Yol təsərrüfatının daşınmaz əmlakının qeydiyyatı
  • Maddə 44. Avtomobil yollarının yaradılması, saxlanması və inkişafı ilə bağlı işlərin maliyyələşdirilməsi və uçotu
  • Maddə 45. Yol təsərrüfatında əmək münasibətləri
  • Maddə 46. Avtomobil yolları sahəsində beynəlxalq əməkdaşlıq
  • Maddə 47. Bu qanunun pozulmasına görə məsuliyyət
  • Maddə 48. Yol təsərrüfatı orqanlarının, onların idarə, müəssisələrinin və vəzifəli şəxslərinin məsuliyyəti
  • Maddə 49. Sahə və özəl avtomobil yolları mülkiyyətçilərinin məsuliyyəti
  • Maddə 50. Avtomobil yolları istifadəçilərinin məsuliyyəti
  • Maddə 51. Xarici dövlətlərin avtonəqliyyat vasitələrinin mülkiyyətçilərinin və istifadəçilərinin məsuliyyəti
  • Maddə 52. Dəyən zərərin ödənilməsi
  • Maddə 53. Mübahisələrin həlli qaydası
  • Maddə 54. Keçid müddəaları
  • Fəsil V AVTOMOBİL YOLLARININ SAXLANILMASININ ƏSASLARI




    Download 47,7 Kb.
    bet5/46
    Sana24.03.2017
    Hajmi47,7 Kb.
    #1408
    1   2   3   4   5   6   7   8   9   ...   46

    Fəsil V
    AVTOMOBİL YOLLARININ SAXLANILMASININ ƏSASLARI

    Maddə 35. Ümumi istifadədə olan avtomobil yollarının saxlanılmasının prinsipləri


    Avtomobil yollarının saxlanılması onların təyinatına görə istifadə edilməsi zamanı istifadəçilərin və nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinə təminat yaratmalıdır.

    Ümumi istifadədə olan avtomobil yollarının saxlanılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilən qaydada yollardan istifadənin və yol hərəkətinin təhlükəsizliyini təmin edən norma və standartlara istinadən təşkil edilməlidir.

    Yolların saxlanılması bu işlər üçün müvafiq imkanları olan və bu işlər üçün məsuliyyət daşıyan yol təsərrüfatı orqanları və ya xidmətləri tərəfindən həyata keçirilməlidir.

    Maddə 36. Bələdiyyə, sahə və özəl avtomobil yollarının saxlanılması


    Yerli özünüidarəetmə orqanları ümumi istifadədə olmayan bələdiyyə avtomobil yollarının saxlanılmasını müstəqil təşkil edir.

    Ümumi istifadədə olmayan bələdiyyə, sahə və özəl avtomobil yollarının saxlanılması onların mülkiyyətçiləri tərəfindən müəyyənləşdirilən qaydada təşkil edilir və onlar yolları istifadəçilərin və yol hərəkətinin təhlükəsizliyini təmin edən standartların tələblərinə cavab verən vəziyyətdə saxlamalıdır.


    Maddə 37. Avtomobil yollarının müayinəsi və diaqnostikası


    Müvafiq yol təsərrüfatı orqanları avtomobil yollarının nəqliyyat-istismar vəziyyətini, onların etibarlılıq və təhlükəsizlik səviyyəsini əks etdirən standartların və digər normativ-texniki sənədlərin tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə avtomobil yollarının müayinəsini və diaqnostikasını aparmağa borcludur. Müayinə aparılması qaydaları və onun dövrlüyü müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir.

    Maddə 38. Avtomobil yollarının qorunması


    Dövlət avtomobil yollarının qorunması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

    Dövlət avtomobil yollarının qorunmasını həyata keçirən orqanlar yol əmlakının qorunmasını, onların korlanmasına səbəb ola biləcək mümkün halların qarşısını almaqla yerinə yetirirlər.

    Avtomobil yollarının qorunmasını yerinə yetirən orqanlar qarşılıqlı fəaliyyət göstərirlər.

    Avtomobil yollarının qorunmasını həyata keçirən subyektlərin strukturunu, hüquq və vəzifələrini onları yaratmış müvafiq icra hakimiyyəti orqanları müəyyən edir.


    Maddə 39. Ətraf mühitin qorunması


    Yol fəaliyyəti həyata keçirilən zaman ətraf mühitin qorunması haqqında Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq ekologiyanın və əhalinin sağlamlığının mühafizəsi tələbləri də yerinə yetirilməlidir.

    Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri ilə bağlı bütün layihələr üzrə işlərin maliyyələşdirilməsi və yerinə yetirilməsi yalnız dövlət ekoloji ekspertizasının müsbət rəyi alındıqdan sonra həyata keçirilir.

    Avtomobil yollarının yaradılmasında yeni texnologiyanın, kimyəvi maddələrin tətbiqi xüsusi ekspertizanın onların təbiətə təsiri barədə müsbət rəyindən sonra tətbiq edilir.

    Avtomobil yollarında işləyən yol təsərrüfatı orqanları ekoloji təhlükəsizlik normalarının tələblərinə riayət etməlidir.

    Avtomobil yollarından istifadə edən hüquqi və fiziki şəxslər ətraf mühitə zərər vurmamalı, avtomobil yollarını və qorunma (mühafizə) zolağı çirkləndirməməlidir.[58]

     

    Maddə 39-1. Avtomobil yollarının istismardan çıxarılması[59]



     Aşağıda göstərilən hallarda avtomobil yollarının sahibləri avtomobil yolunun istismardan çıxarılması haqqında qərar qəbul etmək hüququna malikdir:

     - avtomobil yolundan istifadə olunmadıqda;

     - hər hansı yaşayış məntəqəsi digər daha rahat və təhlükəsiz alternativ avtomobil yolundan istifadə etmək imkanına malik olduqda.

     Avtomobil yolunun istismardan çıxarılması haqqında qərar qəbul etdikdən sonra avtomobil yollarının sahibləri, bu qərar haqqında ətraflı məlumatın kütləvi informasiya vasitələrində yayımlanmasını təmin etməlidirlər.

     

    Maddə 40. Avtomobil yollarının səfərbərliyə hazırlığı


    Avtomobil yollarının səfərbərliyə hazırlığı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq avtomobil yollarından fövqəladə şəraitlərdə istifadəçini təmin etmək məqsədi ilə həyata keçirilir.

    Avtomobil yollarının səfərbərliyə hazırlığına rəhbərliyi dövlət avtomobil yollarında - müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə yollarında isə müvafiq bələdiyyə orqanları həyata keçirirlər.

    Yol təsərrüfatı orqanları avtomobil yollarında hərəkətin pozulmasına səbəb olan hadisələrin nəticələrini aradan qaldırmaq üçün müvafiq tədbirlər görməlidir. Bu məqsədlə onlar müvafiq maddi və texniki vəsaitlərlə təmin edilirlər.

     

     



    Fəsil V-I[60]

    Avtomobil yollarında təhlükəsizliyin təmin edilməsinin ümumi əsasları və şərtləri

     

     Maddə 40-1. Avtomobil yollarının layihələndirilməsində təhlükəsizliyə dair tələblər



     Avtomobil yolları hərəkətin təhlükəsizliyinin təmin edilməsi, habelə sürət dəyişmələrinin və məhdudiyyətlərinin minimum səviyyəyə endirilməsi nəzərə alınmaqla layihələndirilir.

     Avtomobil yollarının tikintisi və ya yenidən qurulması üzrə layihələr aşağıdakıları təmin etməlidir:

     - nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti üçün hesabi sürəti;

     - sürücülərin yolu aydın görməsini;

     - piyadaların yolu rahat və təhlükəsiz keçmələrini;

     - yol kəsişmələri və birləşmələrinin təhlükəsiz yerləşməsini;

     - nəqliyyat vasitələrinin şinləri ilə yolun hərəkət hissəsi arasında zəruri ilişkənliyini;

     - avtomobil yollarının abadlaşdırılmasını, o cümlədən qoruyucu yol qurğuları ilə təchizatını;

     - avtomobil nəqliyyatı və yol xidmətləri üçün zəruri binaların və qurğuların tikilməsini.

     İstehsalat bazaları, yol xidmətləri və avtomobil nəqliyyatı üçün binalar və qurğuların layihələndirilməsi zamanı ətraf mühitin (havanın, su və torpağın) normadan artıq çirklənməsinə yol verilməməlidir.

     Tikinti layihəsinin sənədləri hazırlanarkən yolun və yol hərəkətinin insanlara, ətraf mühitə, tarixi-mədəni abidələrə, yolkənarı xidmət və infrastruktur obyektlərinə, habelə mənzərəyə birbaşa və dolayı təsiri qiymətləndirilməlidir.

     Yaşıllıq zolaqlarının salınması hərəkət zamanı vizual görüntünü yaxşılaşdırmalı, hər hansı təhlükə yaratmamalıdır.

     Yollar layihələndirilərkən, yol nişanlarının quraşdırılması yerləri və üsulları göstərilməklə, sxemlər tərtib edilməlidir.

     

     Maddə 40-2. Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı təhlükəsizlik tələbləri



     Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı bu Qanunun, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və avtomobil yollarına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların müddəalarına riayət olunmalıdır.

     Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı ətraf mühitin mühafizəsi üzrə tədbirlər görülməlidir.

     Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı yaşıllıqların qorunması və bərpası təmin olunmalıdır.

     Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı yol təsərrüfatı orqanlarının işçilərinin və yol hərəkəti iştirakçılarının təhlükəsizliyi təmin olunmalı və yol hərəkəti düzgün təşkil edilməlidir.

     Mürəkkəb geoloji şəraitdə avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı torpaq yatağının sabitləşdirilməsi müddəti müəyyən edilmiş tikinti müddətindən əhəmiyyətli dərəcədə çox olduqda, suyun ötürülməsini və hərəkətin təhlükəsizliyini təmin etməklə yol geyiminin mərhələli salınmasına yol verilir.

     

     Maddə 40-3. Avtomobil yollarının istismarı zamanı təhlükəsizlik tələbləri



     Yolların vəziyyəti yol hərəkətinin təhlükəsizliyini və ətraf mühitin mühafizəsini təmin etməli və istismar yükləmələrinin dərəcəsinə uyğun olmalıdır.

     Məlumatverici-göstərici nişanlar və işarələr hərəkətin təhlükəsizliyini təmin etməli və ”Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır.

     Yol geyimi yolun istismarı zamanı regionun iqlim xüsusiyyətləri və nəqliyyat-istismar yükləmələri nəzərə alınmaqla, yolların təhlükəsizliyini təmin etməlidir.

     Şəhər küçələrində və yaşayış məntəqələrində avtomobil yollarının hərəkət hissəsi, piyada səkilərinin və velosiped yollarının, minmə-düşmə meydançalarının, dayanacaq məntəqələrinin örtüyü, həmçinin ayırıcı zolaqların, çiyin və torpaq yataqlarının yamacı yol hərəkətinin təhlükəsizliyini təmin edəcək vəziyyətdə olmalıdır.

     Yol örtüyü tələb olunan hesabi sürəti və hərəkətin təhlükəsizliyini təmin edən səthə malik olmalıdır.

     Hərəkət hissəsinin səthində çökmələr, çalalar və nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirən digər zədələr olmamalıdır.

     Avtomobil yollarında işlərin görüldüyü yerlərdə yol-nəqliyyat hadisələrinin və tıxacların qarşısının alınması üçün nişanlar və işarələr quraşdırılmalı, həmçinin sutkanın istənilən vaxtında işlərin görüldüyü yerin aydın görünməsi təmin olunmalıdır.

     Yol hərəkətinin təşkilində istifadə olunan texniki nizamlama vasitələri (nişanlar, işarələr, istiqamətləndirici və çəpərləyici qurğular, işıqlandırma sistemləri, svetoforlar, hərəkəti avtomatik idarəetmə sistemləri) sutkanın istənilən vaxtında aydın görünməlidir.

     Yol hərəkəti, habelə yolların təmiri və yenidən qurulması nəticəsində yaranan səs-küyün, vibrasiyaların, havanın və suyun çirkləndirilməsinin səviyyəsi texniki normalara və tələblərə uyğun olaraq müvafiq tədbirlərlə məhdudlaşdırılmalıdır.

     

     Maddə 40-4. Yol-tikinti materiallarına dair tələblər



     Yol tikinti materialları ətraf mühitin təsirinə qarşı dayanıqlı olmalı, onların tərkibindəki zərərli komponentlər və birləşmələr yol verilən normalardan artıq olmamalıdır.

     

    Fəsil VI


    YOL FƏALİYYƏTİNİN İQTİSADİ ƏSASLARI

    Maddə 41. Yol təsərrüfatı subyektləri arasında iqtisadi münasibətlərin tənzimlənməsi


    Azərbaycan Respublikasında yol təsərrüfatı subyektlərinin fəaliyyətinin vahid prinsipləri rəhbər tutulur, rəqabət və mülkiyyətin forma müxtəlifliyi təmin edilir.

    Qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət halları istisna olmaqla yol təsərrüfatı subyektləri arasında münasibətlər bağlanmış müqavilə şərtləri çərçivəsində qurulur.

    Avtomobil yollarının təmiri, tikintisi, yenidən qurulması, tədqiqi və sınağı üzrə layihə və podrat işlərinin icrası müsabiqə əsasında seçilən hüquqi və fiziki şəxslər tərəfindən yol təsərrüfatı orqanları ilə bağlanan podrat müqavilələri əsasında həyata keçirilir.

    Yol işlərinin ayrı-ayrı növlərinin icrasında müqavilələrin şərtləri onların spesifik xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının, standart və normalarının tələblərinə əməl olunmasını da əhatə etməlidir.

    Yol işlərinin icra keyfiyyətinə nəzarət yalnız bu işə səlahiyyətli olan yol təsərrüfatı orqanları, o cümlədən müqavilə əsasında bu məqsədlə cəlb olunan ixtisaslaşmış müəssisə və təşkilatlar tərəfindən həyata keçirilə bilər.

    Maddə 42. Yol təsərrüfatının əmlakı


    Yol təsərrüfatının əmlakı Azərbaycan respublikasının dövlət mülkiyyətində, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər.

    Yol təsərrüfatı əmlakının idarə edilməsi qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq yolun mülkiyyətçiləri tərəfindən qəbul olunmuş qaydada həyata keçirilir.

    Dövlət mülkiyyətindəki ümumi istifadədə olan avtomobil yollarının əmlakının tərkibinə avtomobil yolları, tikililər, qurğular və avadanlıqlar, həmçinin onların saxlanılması və idarə olunması üçün vacib olan torpaq sahələri daxildir.

    Bələdiyyə yolları əmlakının tərkibi yol-küçə şəbəkəsinin xüsusiyyətləri və hərəkətin təhlükəsizliyi nəzərə alınaraq, müvafiq bələdiyyə orqanları tərəfindən müəyyən edilir.

    Sahə və özəl avtomobil yolları əmlakının tərkibi onların mülkiyyətçiləri tərəfindən müəyyən edilir.

    Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları, həmçinin onların tutduğu sahə, Azərbaycan Respublikası qanunvericiliyində başqa hal nəzərdə tutulmayıbsa, alqı-satqı, girov və digər mülki-hüquqi müqavilələrin bağlanması üçün obyekt ola bilməz.

    Avtomobil yolların mülkiyyət formalarının dəyişməsi zamanı yeni mülkiyyətçi əvvəlki mülkiyyətçidən avtomobil yollarını müəyyən edilmiş tələblərə cavab verən və yol hərəkətinin təhlükəsizliyini təmin edən vəziyyətə gətirilməsini tələb etmək hüququna malikdir.

    Yeni tikilmiş avtomobil yollarına mülkiyyət hüququ Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən onların istismara qəbulundan sonra yaranır.

    Avtomobil yollarının dövlət və ya bələdiyyə mülkiyyətinə keçməsi Azərbaycan Respublikası qanunlarının müəyyən etdiyi qaydada həyata keçirilir.

    Maddə 43. Yol təsərrüfatının daşınmaz əmlakının qeydiyyatı


    Yol təsərrüfatının əmlakı və torpaq sahələri mövcud qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq qeydiyyatda olmalıdır.

    Yol təsərrüfatı əmlakının və torpaq sahəsinin icarəsi də qeydiyyata alınır.

    Yeni tikilən və yenidən qurulan avtomobil yolları həmin obyektlərin müəyyən olunmuş qaydada tərtib edilən istismara qəbul aktları əsasında qeydiyyata alınmalıdır.

    Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatına, habelə bununla bağlı əməliyyatlara çəkilən xərci avtomobil yollarının mülkiyyətçiləri ödəyir.

    Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin yollar və əmlak və onların üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. [61]

     

    Maddə 44. Avtomobil yollarının yaradılması, saxlanması və inkişafı ilə bağlı işlərin maliyyələşdirilməsi və uçotu


    Azərbaycan Respublikasında yol şəbəkəsinin və yol təsərrüfatı orqanlarının fəaliyyəti ilə bağlı işlərin maliyyələşdirilməsi bu məqsədlə hazırlanmış planların və investisiya proqramlarının əsasında mülkiyyətçilər tərəfindən həyata keçirilir.

    Azərbaycan Respublikasında avtomobil yollarının yaradılması, saxlanılması və inkişafı aşağıdakı maliyyə mənbələri hesabına həyata keçirilir:

    dövlət büdcəsinin vəsaiti; [62]

    yerli büdcələrin vəsaiti;

    investisiya layihələrinin müvafiq infrastruktur xərcləri üçün nəzərdə tutulan vəsaiti;

    kreditlər;

    fiziki və hüquqi şəxslərin vəsaitləri, qrant və başqa formada ayırdıqları ianələr.

    Konkret maliyyə mənbələrindən istifadə qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir.

    Ayrılmış və sərf edilən hər bir vəsaitin istifadəsinin ayrıca uçotu təşkil edilir və yol fəaliyyəti barəsində müvafiq hesabat tərtib edilir. Uçot və hesabatın həyata keçirilməsi müvafiq qanunvericiliklə tənzimlənir.

    Maliyyələşmə mənbəyindən və mülkiyyətçisindən asılı olmayaraq bütün avtomobil yollarında aparılan tikinti, yenidənqurma və təmir işləri müəyyən olunmuş qaydada tərtib edilən istismara qəbul aktları əsasında uçota alınır.


    Maddə 45. Yol təsərrüfatında əmək münasibətləri


    Yol təsərrüfatı orqanları işçilərinin əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir.

    Fəsil VII
    BEYNƏLXALQ ƏMƏKDAŞLIQ, MƏSULİYYƏT VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ

    Maddə 46. Avtomobil yolları sahəsində beynəlxalq əməkdaşlıq


    Azərbaycan Respublikası avtomobil yolları sahəsində beynəlxalq əməkdaşlığın inkişafına, bu sahədə olan problemlərin həlli və onların hüquqi cəhətdən tənzimlənməsi və beynəlxalq nəqliyyat kommunikasiya sisteminə inteqrasiya olunmasına səy göstərir.

    Azərbaycan Respublikası ərazisində yol işlərini icra edən və ya avtomobil yollarından istifadə edən xarici ölkələrin hüquqi və fiziki şəxsləri qanunvericiliklə nəzərdə tutulan hallar istisna olmaqla, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər hüquqlara malikdirlər, mövcud qanunvericilikdə və beynəlxalq müqavilələrdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar.

    Xarici ölkələrdə qeydiyyata alınmış avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının ərazisinə daxil olarkən (həmçinin tranzit məqsədi ilə daxil olarkən) sahiblərinin mülki məsuliyyətinin sığortası, sərnişin daşımaları xidməti həyata keçirildiyi halda isə, həmin avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilir.[63]

    //çıxarılıb//[64]

    //çıxarılıb//[65]

    Beynəlxalq avtomobil marşrutu üçün avtomobil yollarından istifadə Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilə ilə tənzimlənir.

    Xarici ölkələrin vətəndaşları və nəqliyyat vasitələrinin mülkiyyətçiləri Azərbaycan Respublikası avtomobil yollarından istifadə edərkən Azərbaycan Respublikasının müəyyən etdiyi yol hərəkəti qaydalarına və avtomobil yollarından istifadə qaydalarına riayət etməlidirlər.

    Maddə 47. Bu qanunun pozulmasına görə məsuliyyət


    Avtomobil yolları sahəsindəki fəaliyyətini həyata keçirərkən bu qanunun, habelə Azərbaycan Respublikasının digər aidiyyәti normativ hüquqi aktlarının pozulmasında təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

    Yol fəaliyyətinin həyata keçirilməsi və ya avtomobil yollarından istifadə zamanı dəyən zərər könüllü, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmə qərarı əsasında ödənilir.


    Maddə 48. Yol təsərrüfatı orqanlarının, onların idarə, müəssisələrinin və vəzifəli şəxslərinin məsuliyyəti


    Avtomobil yollarının idarə olunmasını həyata keçirən yol təsərrüfatı orqanları, habelə onların idarə, müəssisələri və vəzifəli şəxsləri qanunvericiliklə müəyyən olunmuş qaydada avtomobil yolları haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət daşıyır.

    Maddə 49. Sahə və özəl avtomobil yolları mülkiyyətçilərinin məsuliyyəti


    Sahə və özəl avtomobil yollarının sahibləri bu yollardan istifadə edənlərin və dövlətin qarşısında öz vəzifələrinə və ya öhdəliklərinə görə, habelə avtomobil yolları haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət daşıyırlar.

    Maddə 50. Avtomobil yolları istifadəçilərinin məsuliyyəti


    Avtomobil yolları istifadəçiləri yol verdikləri aşağıdakı hüquq pozuntularına görə məsuliyyət daşıyırlar:

    yol konstruksiyalarının və qurğuların korlanmasına, zədələnməsinə və dağıdılmasına;

    avtomobil yollarından onların təyinatına uyğun olmayaraq istifadəyə görə;

    yol təsərrüfatı orqanları ilə razılaşdırmadan avtomobil yollarında və avtomobil yolları torpaqlarında iş görülməsi və xidmətlərin göstərilməsinə görə;

    icazəsiz başqa yolların qovuşma və avtomobil yollarının başqa yollarla kəsişmə qurğularının tikintisinə, avtomobil yolları torpaqlarında xatirə (yaddaş) lövhələrinin qoyulmasına, reklam və digər icazəsiz tikililərə görə;

    yol hərəkəti qaydalarına və avtomobil yollarından istifadə qaydalarına riayət olunmamasına görə;

    avtomobil yol istifadəçisinin təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobil yollarına dəymiş ziyana görə;

    avtomobil yol hərəkətində fasilələrə səbəb olan hadisələr nəticəsində ziyan yetirilməsinə görə;

    yol qanunvericiliyinin digər tələb və normalarının pozulmasına görə.

    Maddə 51. Xarici dövlətlərin avtonəqliyyat vasitələrinin mülkiyyətçilərinin və istifadəçilərinin məsuliyyəti


    Avtomobil yollarında hərəkət qaydalarının pozulmasına yol vermiş xarici dövlətlərin nəqliyyat vasitələrinin mülkiyyətçiləri və istifadəçiləri Azərbaycan Respublikası qanunvericiliyinin müəyyən etdiyi qaydada məsuliyyətə cəlb olunurlar.

    Maddə 52. Dəyən zərərin ödənilməsi


    Yol təsərrüfatı orqanlarının, habelə onların idarə və müəssisələrinin öz vəzifələrini yerinə yetirmədiklərindən və ya lazımınca yetirmədiklərindən yol şəraitinin qeyri-qənaətbəxş olduğuna görə avtomobil yol istifadəçilərinin həyatına və sağlamlığına dəyən zərər həmin orqanların, idarə və müəssisələrinin vəsaiti hesabına ödənilir.

    Yol konstruksiyalarının və qurğularının zədələnməsində və ya avtomobil yollarının gələcəkdə qismən və ya tam istifadədən çıxa bilməsi üçün şərait yaradılmasında təqsirkar olan avtomobil yolu istifadəçilərinin və ya yol təsərrüfatı müəssisələrinin fəaliyyəti nəticəsində dövlətə dəyən zərər onların vəsaiti hesabına ödənilir.

    Ümumi istifadədə olan avtomobil yollarında dövlət mülkiyyətinə dəyən zərər pul vəsaiti formasında dövlət büdcəsinə, başqa mülkiyyət növləri üzrə isə müvafiq büdcələrə və şəxslərə ödənilir.[66]

    Avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi və ya onun səbəblərindən birinin yolun texniki-istismar vəziyyəti ilə bağlılığı ehtimalı olduqda, hadisə müvafiq yol təsərrüfatı orqanlarının rəsmi nümayəndəsinin iştirakı ilə araşdırılmalıdır.[67]

    Yol konstruksiyalarının, tikililərinin və qurğularının zədələndiyi hallarda, maraqlı tərəflərin razılığı ilə, zərəri ödəmənin pul forması yol təsərrüfatı orqanının nəzarəti altında avtomobil yolu istifadəçisinin zədələnmiş konstruksiya və qurğularının bərpa işləri ilə də əvəz oluna bilər.

    Bərpa işləri yol təsərrüfatı orqanları tərəfindən o şərtlə həyata keçirilə bilər ki, zərər vurmuş istifadəçi tərəflərin razılığı ilə işin icrası üçün kifayət edəcək pul vəsaitini, materialları, konstruksiyaları və digər əmlakı ona versin.

    Avtomobil yolu torpaqlarından icazəsiz istifadə, bu torpaqlardan qeyri-qanuni istifadəyə sərf olunan vəsait ödənilmədən dayandırılır.

    Zərərin dəyməsində təqsirkar olan istifadəçilər və icarəçilər zərəri ödəməklə yanaşı, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada başqa məsuliyyətə də cəlb oluna bilərlər.


    Maddə 53. Mübahisələrin həlli qaydası


    Yol fəaliyyətinin həyata keçirilməsi, avtomobil yollarından istifadə və avtomobil yollarının mühafizəsi məsələləri üzrə mübahisələr yol təsərrüfatı orqanları və ya müvafiq məhkəmə tərəfindən öz səlahiyyətlərinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada həll olunur.

    Azərbaycan Respublikası ilə xarici dövlətlər və beynəlxalq yol orqanları arasında avtomobil yolları ilə bağlı məsələlər üzrə mübahisələr Azərbaycan Respublikasının müvafiq beynəlxalq müqavilə və sazişlərinə uyğun olaraq həll edilir.


    Maddə 54. Keçid müddəaları


    Azərbaycan Respublikasının mövcud normativ hüquqi aktları bu qanuna uyğunlaşdırılana qədər onların bu qanuna zidd olmayan normaları tətbiq edilə bilər.

     

    Azərbaycan Respublikasının Prezidenti   HEYDƏR ƏLİYEV

     

    Bakı şəhəri, 22 dekabr 1999-cu il



                     № 778-IQ

     

     



    İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

     

    1.       15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731)



    2.       23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736)

    3.       26 oktyabr 2004-cü il tarixli 782-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 901)

    4.       21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478)

    5.
    Aprel (lot. Aprilis) - Grigoriy taqvimida yilning toʻrtinchi oyi. 30 kundan iborat.
           17 aprel 2007-ci il tarixli 314-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 436)

    6.       9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938)

    7.       1 aprel 2008-ci il tarixli 588-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 348)

    8.       13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)

    9.       20 aprel 2012-ci il tarixli 340-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyun 2012-ci il, № 122, “Azərbaycan” qəzeti 6 iyun 2012-ci il, № 123, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №6, maddə 506)

    10.    14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 599)

    11.    31 may 2013-cü il tarixli 676-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 624)

    12.    4 aprel 2014-cü il tarixli 935-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 may 2014-cü il, № 89, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 341)

    13.    20 iyun 2014-cü il tarixli 997-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2014-cü il, № 151)

     
    Download 47,7 Kb.
    1   2   3   4   5   6   7   8   9   ...   46




    Download 47,7 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Fəsil V AVTOMOBİL YOLLARININ SAXLANILMASININ ƏSASLARI

    Download 47,7 Kb.