Ümumi müddəalar
Maddə 9. Maliyyə məsələləri
1. Hazırki Sazişin müddəalarına uyğun olaraq, beynəlxalq daşımalar, qarşılıqlı şəkildə, qəbul edən ölkənin milli qanunvericiliyinə müvafiq olaraq, vergi və rüsumları ödəmək şərti ilə sərhəddə alınmış icazə əsasında həyata keçiriləcək.
2. İstehsalçı zavod tərəfindən nəqliyyat vasitələrində quraşdırılmış normal çənlərdə olan yanacaq, həmçinin nəqliyyat vasitələrində yalnız istifadə məqsədi üçün saxlanılan yağlar qarşılıqlı olaraq qəbul edən ölkənin idxal rüsum və vergilərindən azad olunur.
3. Təmirə ehtiyacı olduğu müəyyənləşdirilmiş nəqliyyat vasitələri üçün nəzərdə tutulan müvəqqəti idxal edilmiş ehtiyat hissələri, idxal rüsumlarından və vergilərdən azad olunur. Dəyişdirilmiş ehtiyat hissələri ya ləğv edilməli, ya da idxal edilmiş ölkənin qanunvericiliyinə əsasən müvafiq gömrük orqanlarının nəzarəti ilə qaytarılmalıdır.
|